Ağbulağın tarixi keçmişi

02:20 / 29.11.2017

Hər yurdun-yuvanın, hər elin-obanın özünəməxsus keyfiyyətləri olduğu kimi Ağbulaq kəndinin də öz dünyası, öz aləmi olmuşdur. Ümumi cəhətləri ilə Göyçə qüdrəti, Göyçə əzmini özündə cəmləşdirən bu kənd bir çox məziyyətləri ilə seçilmişdir.Şahdağ silsiləsi əgər doqquz mərtəbəli binanı xatırladırsa Ağbulağı onun üçüncü mərtəbəsinə sığınmış əziz balasına bənzətmək olar. Ağbulaqdan Göyçə gölünə baxanda elə bil amfiteatrdan səhnəyə baxırsan. Göyçə gölündən o taya baxanda il boyu qarı əriməyən Ağmanqal, Təpəsidəlik, Çənlibel, İldırımötürən dağları göz önündə canlanır. Qonşu Şorca və Ardanış kəndlərinin örüşündə olan Adatəpə (bu dağa Koroğlu da deyirlər) elə bil Ağbulağın sol çiynindən qalxıb buludlara baş çəkir.Adatəpə ilə Ağbulaq arasında "Xanlıq" adında yurd yeri var. İrəvan xanı Hüseynəli xan burada arı saxlatdırar və özü yay aylarında dincəlməyə çıxarmış.Ağbulağın axşamı düşəndə günəş şiş uclu Ələyəz dağının arxasına çəkilib, sanki Anadoluda axşamlardı. O laübalı axşamların işığı içimizdən qəbirə keçib gedəcək... Ancaq mənə elə gəlir ki, Ağbulağın günəşi Anadoluda axşamladığı kimi oradan da doğacaqdır. COĞRAFİ MÖVQEYİ.Şahdağ silsiləsinin qoynunda uyuyan bu kənd Göyçə gölündən (Sevan gölü) 4 kilometr şimalda, Şorca dəmir yol stansiyasından şimal qərbdə, Toxluca kəndindən şimal şərqdə yerləşmişdir.Rayon mərkəzi olan Krasnoselodan 12 kilometr cənub şərqdə, Krasnoselo-İrəvan yolunun sol sahilində 800 metr aralıdadır.1976-cı ilə kimi, Krasnoselo İrəvan yolu Ağbulaq kəndinin içindən keçir, Şorcaya 1,2 km qalmış "Qaraqüzey" dağının ətəyində sağa burulub Göyçə gölünün sahili ilə Sevan şəhəri istiqamətinə düzəlirdi.Sevan dəmir yol vağzalından Ağbulağa 45 km, İrəvandan 110 km, Qazaxdan 100 km, Mutudərədən (Şınıx) 25 km məsafə vardır.Ayağı Göyçə gölünə, başı Şah dağına söykənmiş Ağbulaq kəndinin tarixi çox qədim dövrlərlə səsləşir. Bu kəndin içində böyük və qədim bir qəbristanlıq var idi. Bu qəbristanlığın islamiyyət və xristanlıqla heç bir əlaqəsi yox idi. Əksinə türk xalqlarının soy kökündə tapınan əski inamlar bu qəbristanlıqda öz əksini tapmışdı. Daşların üstündəki qoç şəkilləri, ocaq təsviri, indiki cürə saza bənzəyən çalğı aləti, at təsvirləri deməyə imkan verirdi ki, bu torpaqlar qədim dövrlərdən türk tayfalarına məxsus olmuşdur."Çəhlim" deyilən sahədə ərəb əlifbası ilə yazılmış bir daş var idi. Əsrlərin qarını-boranını, isti-soyuğunu görmüş bu daş qoyun sürülərinin, naxırların ayağı altda oxunası olmamışdı.Ərəb əlifbasının kamil oxucusu, Ağbulaq kənd orta məktəbinin riyaziyyat müəllimi Mirələkbər Cavadov çətinliklə də olsa yazını oxumağa müvəffəq oldu. Daşda yazılmışdı: "YUSİF İBNİ SALMAN - HİCRİ 574" 800 ildən artıq yaşı olan bu daş bir daha təsdiq eləyir ki, bu torpaq qədim türkləri məskənidir. Bundan başqa "Qara qüzey", "Qaraçı yurdu", "Çətin dərənin başı", "Sarılar", "Əyricə dağı" deyilən yerlərdəki oğuz qəbirləri daha uzaq keçmişlərdən xəbər verirlər. Bu oğuz qəbirlərinin görkəmli Azərbaycan alimlərindən tarix elmləri doktoru Həmid Əliyev, akademik Yaşar Qarayev, filologiya elmləri doktorları Mirəli Seyidov, Qara Namazov, Mürsəl Həkimov, şair Hüeyin Arif, yazıçı Fərman Eyvazlı və başqaları öz gözləri ilə görüb dəfələrlə qələmə almışlar.Kəndin içində "Qara bulaq" adlı iki bulaq vardır. Biri kəndin orta hissəsində, nisbətən çuxur və döş yerdə, Məsçidin 100 metr qərbindədir. Digər "Qara bulaq" isə "Xırmanlar" deyilən yerdə, "Arxac" məhəlləsində - yem bazasının qərb tərəfində, cələnın kənarındadır. Bu bulağın yaxınlığından qazıntı vaxtı küp (saxsı) su boruları çıxdı. Orta əsrlərə aid olan birinci borunun üstündə ərəb əlifbası ilə (ovma üsulla yazılıb) "Məhəmməd" sözünü oxuya bildik. Ardı pozulmuşdu. Hər boru 50-55 sm uzunluğunda, baş tərəfi nisbətən yoğun, ayaq tərəfi nisbətən nazik olmaqla gözəl sənət nümunələri idi.Yaşlı sakinlərin dediyindən, eləcə də "İrəvan əyalətinin icmal dəftəri"ndən aydın olur ki, bu kənd 4 yüz ildir ki, (Yellicədən sonra) Ağbulaq adlanır, bundan əvvəl Ağbulağa Yellicə demişlər, bu ad özü obyektiv səbəblərə əsaslanır. Ağbulaq dağın döşündə olduğuna görə Göyçə gölünün küləyi oranı müntəzəm tutmuş və beləliklə Yellicə adlanmışdır (İcmal dəftəri"ndə Yellidərə kimi qeyd olunmuşdur.)1728-ci ildəki yazılı mənbədə Ağbulaq camaatının bir qisminin Altuntaxtdan köçüb gəldiyi göstərilir.Qeyd elədiyimiz kimi Altunkənd, yaxud Altuntaxt Krasnoselo qəsəbəsi salınan yerdə və Qaranlıq (Martuni rayonu) ərazisində kənd olub. Əhali hər halda Ağbulağa yaxın ərazidəki Altuntaxtdan köç etmişdir.1728-ci ilin "İrəvan əyalətinin icmal dəftərində" Ağbulaq kəndi Osmanlı dövlətinə 4500 ağça gəlir vermişdir.Yellicənin əvvəlki yeri "Dik daş" deyilən sahədə olmuşdur. Sonralar camaat 1,5 km şərqə tərəf çəkilərək məskunlaşmışdı.XV əsrin sonlarında Yellicənin dörd tərəfi kol-kos olmuş, palıd və ardıc ağaclarının sıx bitdiyi meşəlik kimi tanınmışdır.Qışın sərt keçməsinə baxmayaraq qoyun sürüləri qış aylarında da otarılmışdır. Yayda "Qışlağın yurdu" deyilən yaylağa çıxmış


Etiket:
Xəbərlər

Ermənilərin çeçenlərə tarixi zərbəsi: Urartu oğurluğu

20.02.2019

Zəki İslamın şeirləri

19.02.2019

19.02.2019

Fəlsəfə - Aşiq buddistlər

19.02.2019

YAXIN NƏŞR TARİXİNİN TƏDQİQİ “BOZ OĞUZ” nəşriyyatı – LEYLA ABASOVAnın təqdimatında

18.02.2019

“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi

18.02.2019

Məcnun Göyçəlinin şeirləri

16.02.2019

Türkün ari-slavyan sivilizasiyası qarşısındakı rolu

16.02.2019

Avropalı alimlərdən ŞOK ARAŞDIRMA: Qafqaz xalqları Amerika və Avropa ilə qohumdur

15.02.2019

HƏRBİ HƏKİMLİYİN KAMİL ZİRVƏSİ

14.02.2019

Balaca İsmayılın böyük istedadı

13.02.2019

Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? –"REGNUM"UN ARAŞDIRMASI

12.02.2019

İstedadlar sorağında  - Rəşid Bərgüşadlı

12.02.2019

Eynulla Sadıqın şeirləri

11.02.2019

Adı dillər əzbəri olan, oğlunu vaxtsız itirən Ağ Aşıq Allahverdi

11.02.2019

11.02.2019

Qədim Azərbaycan şəhəri olan İrəvanın əhalisi

11.02.2019

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün – FOTOLAR

09.02.2019

1988-1989-cu illər deportasiyası

09.02.2019

“Kitabi-Dədə Qorqud” dastanlarında və Azərbaycan dilinin Krasnoselsk şivələrində bəzi leksik paralellər

08.02.2019

Şükriyyə: Bədənini murdarlayıb namusunu zabitlərdən qoruyan qadın...- ARAŞDIRMA

08.02.2019

Tarixin iki türk sərkərdəsi — Çingiz xan və Əmir Teymurun fərqləri

07.02.2019

Ermənilərin qorxulu kabusu: Təkbaşına hücum…

07.02.2019

İstedadlar sorağında - İlahə İmanova

06.02.2019

Ardanış haqqında tarixi oçerk

06.02.2019

Görməsə də, əli ilə atasının məzarına toxunurdu — Hacı Zeynalabdinin qızına 6 il baxmış şəxsdən açıqlamalar - FOTOLAR

06.02.2019

Əli Məhərrəmovun şeirləri

05.02.2019

Göyçə nisgili, Göyçə dərdi

05.02.2019

Mübarəksən, cənab Leytenant

03.02.2019

İsmixan Didərginin şeirləri

02.02.2019

Nəvai yaradıcılığında Nəsimi obrazı VƏ YA ÖZBƏK ƏDƏBİYYATI SƏHİFƏLƏRİNDƏ NƏSİMİ İZLƏRİ

02.02.2019

ISSIQ YAZISI

01.02.2019

Şeyx Şamil

01.02.2019

Rüstəm Dastanoğlu: " Göyçənin özü böyük bir akademiya idi. Aşıq Ələsgər də o akademiyanın ən parlaq məzunu oldu."                                                                                  1-ci hissə                                                 

31.01.2019

Rəsulzadədən sitatlar

31.01.2019

Yusif Bayramov əzəməti

30.01.2019

Ermənistanın ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır

30.01.2019

Əmir Teymurun lənətinə uğrayan Stalinin qorxusu və çaşqınlığı…

29.01.2019

USTA ABDULLANIN ƏXLAQİ-DİDAKTİK ŞEİRLƏRİ

29.01.2019

Fəlsəfə - Bertrand Rassell

29.01.2019

DİL FAKTLARININ DAXİLİ MƏZMUNU VƏ BƏDİİ HƏQİQƏT

28.01.2019

İstedadlar sorağında - Qafar Şövqi

28.01.2019

Xəyanəti unutmayan və bağışlamayan KQB-nin qisası – Kəşfiyyat sirləri

28.01.2019

Düşmənin qorxulu röyası

26.01.2019

Unudulmaz izlər - Firudin bəy Köçərli

26.01.2019

Bakını və Türkiyəni gizli dinləyən kəşfiyyatçı qadının sensasion hekayəsi

25.01.2019

Unudulmaz izlər - Hacı Zeynalabdin Tağıyev.  

25.01.2019

Tarixdə baş vermiş qəribə müharibələr

25.01.2019

Səyyarə Məmmədlinin şeirləri

24.01.2019

Ağa Məhəmməd Şah Qacar haqqında bilmədiklərimiz...

24.01.2019
Bütün xəbərlər