I hissə
http://goyce.az/news.php?id=1011
Belə deyirlər; sevgidə son yoxdur. Bitən sevgi yoxdur, bitmiş kimi görünən sevgilər vardır. Sevgi bir ürəkdən o biri ürəyə ən qısa yoldu, düzxətli bir yol. Heç bir yerə ani də olsa dönməyən bir yol. Və əgər o yol cəbhə xəttindən keçibsə, illərin, nə illər e, on illərin sınağından çıxıbsa...
Əslində, buna sınaq da demək olmaz. Harada sınayacaqdılar ki? 27, hə, düz 27 il idi ki bir-birini itirmişdilər. Amma hər şey belə başlamışdı…
24 mart 1992-ci il, Şuşa.
Nəbilərdə bir gün qalır. Bundan sonra kənd ətrafında başqa bir yerdə post qurmaq tapşırığı alır. Çəkisi az qala 60-70 kiloqrama çatan iri çadırları, onlara bağlı əşyaları çiyinlərinə alıb, üzü dağa qalxırlar. Postu qurub, yenidən Nəbilərdəki istinad yerinə gəlirlər.
- Biz əsasən Şişqaya postunda olurduq. İki gün idi ordaydım, posta nəzarət edən dəstənin komandiri məzuniyyətə göndərildi. Məni komandir əvəzi qoydular. Postdakıların da çoxu Şuşaya təzə gəlmiş cavan uşaqlar idi. Müharibənin primitiv qanunlarından belə xəbərsiz idilər. Elə özüm, nə olsun ki, sovet ordusunda xidmət etmişdim, müharibə, döyüş görməmişdim axı. Məsələn, yadımdadır, gecə bir də gördük ki, çox yaxın məsafədən bizə tərəf atəş açdılar. Böyük ehtimal, erməni kəşfiyyatçıları idi. Fişəng atdıq, gördük Daşaltı yoluyla iki nəfər qaçır. Postda olan 22 nəfər hamımız az qala o iki nəfərin dalınca qaçırıq. Birtəhər saxladım ki, hara qovursuz, qayıdın posta, bəlkə bizi aldadıb postu ələ keçirmək istəyirlər. Bax, belə vuruşa-vuruşa öyrənirdik. Ya da mina hazırlamağı. Bunu harada öyrənəsiydik sovetin ordusunda.
Deyir, ən böyük problemlərindən biri su daşımaq olub. Suyu Daşaltının ətəyindən 40 litrlik bidonla daşıyırmışlar.
- Hər dəfə iki nəfər atəş altında 200 metrlik yolu əldə 40 litrlik bidon ildırım sürətilə qaçaraq gedib-gəlirdi. Təsəvvür edin, güllə yağış kimi yağır, amma heç kimə heç nə olmurdu.
28 mart, 1992-ci il. Şuşa
Kiçik, yarıqaranlıq tibb məntəqəsinə hər gün yaralılar gəlir. Dərman, tibb ləvazimatları çatmır. Ağır şərait, stress, bir yandan da mühasirədə olan tənha şəhər.
- İlk işimiz məntəqəni qaydaya salmaq oldu. Raygüllə demək olar ki, yatmırdıq. Yüngül yaralıları burada müalicə edirdik. Ağırları isə hospitala göndərirdik. Avtomat? Yox, verməmişdilər. Eləcə tibb çantamız vardı, vəssalam.
Deyir, ona ən çox təsir edən Şuşanın boş evləri, adamsız küçələri olub.
- Gündüzlər belə adamı vahimə basırdı. Bomboş şəhər, bir kimsə yox, ancaq əsgərlər, qan, avtomat səsləri, raket partlayışları. Mən bütün bunları, buna oxşayan vəziyyəti kinolarda görmüşdüm. Amma ağlıma da gəlməzdi ki, həyatda yaşayacam. Təsəvvür edin, mühasirə altında şəhər, sabahın da necə olacağını belə bilmirsən. Yenə deyirəm, həyəcanlı günlər idi. Amma qorxu hissini öldürmüşdüm. Hələ Laçından gələndə, Daşaltını keçəndə o hiss ölmüşdü. Əsil qorxu hissini bilirsiniz nə vaxt keçirdim? Xaçmazlı Samir mənə əl qumbarası verəndə...
28 mart 1992-ci il, Daşaltı.
Həmin gün səkkiz nəfər kəşfiyyata gedirlər. Məqsədləri ətraf ərazini yoxlamaq, ermənilərin haradan hücum etmə ehtimalını öyrənmək olub. Mart ayının sonu olsa da, buralarda qar hələ əriməmişdi. Minaya düşməmək, düşmənlə qəfil rastlaşmamaq üçün dəstə ətrafı sanki dörd gözlə müşahidə edirdi.
- Birdən qəfil kimsə qışqırdı – “bura baxın!” Sifəti qarın altında aydın görünürdü onun. Tez çıxardıq. Məlum oldu ki, şəhid olmuş əsgərimizin nəşidir. Bu barədə komandirə, Tofiq Oğuza məlumat verdik. Təsəvvür edin, erməninin qulağının dibindəyik, amma meyiti də götürüb, azı bir kilometr yol qət etməliyik. Tofiq bəy qəti şəkildə dedi ki, risk etməyin, nişangah altındasınız, sonra erməni meyiti ilə dəyişərik. Deyirdi, duyuq düşsələr, sağ qalmaq şansınız yoxdur. Amma bütün bunlara baxmayaraq, komandirin əmrini pozduq. Risk etdik. Uşaqlardan biri “fatihə” verdi. Onun əynindəki zirehli gödəkçəni çıxardıq. Çünki çox ağır idi, daşıya bilmirdik. Bundan sonra üstünü aramağa başladıq. Ermənilərdən hansı alçaqlığı desən, gözləmək olardı. Meyiti belə minalaya bilərdilər. Üstünü axtaranda kiçik bir kitabça çıxdı. Müxtəlif planlar, qeydlər, parollarla dolu bir kitabçaydı. Daha sonra cibindən avtomatın kiçik bir detalı tapıldı. Son anda çıxarıbmış ki, ermənilər avtomatını götürüb getsələr də, ondan istifadə edə bilməsinlər. Biz səkkiz nəfər qarlı-buzlu yollarla onun meyitini Şuşaya qaldıra bildik və təhvil verdik. Səhəri televizorda eşitdik ki, həmin şəxs Namazov Azər Rəhim oğluymuş. Milli Ordumuzun baş leytenantı. Yanvarın 26-da Daşaltıda həlak olub. Təsəvvür edin, yanvarın 28-də 26 yaşı tamam olacaqdı. Bizə buna görə, səhv etmirəmsə, 2 min manat mükafat da yazdılar. Hamılıqla imtina etdik, şəhidin ailəsinə bağışladıq.
5 aprel 1992-ci il, Şuşa, tibb məntəqəsi.
Həmin gün nəyə görəsə tibb məntəqəsinə gəlir. Hansısa dərman, ya sarğı üçün özünün də yadında deyil.
- Düzü, ilk dəfəydi ki, Şuşada olduğum zaman tibb məntəqəsinə gəlirdim. Gördüm oturub stulda. Salam verdim. İlk baxışda da çox xoşuma gəldi. Danışdırmaq istədim. Başladım hal-əhval tutmağa. Haralı olduğunu öyrənməyə. Baxdım ki, bunun danışığı uşaq danışığıdır. Uşaq ürəyi var. Fikirləşdim ki, ay Allah, bu uşaq bu müharibədə nələr çəkir görəsən? Niyə gəlib bura? Sonradan anladım ki, adamın qorxu deyilən bir hissi olmayıb.
Hə, şəkili balası ilk görüşdəcə vurulur bu gəncəli qıza. Amma hər gün də bu tibb məntəqəsinə gəlmək olmur axı. Bütün günü postlarda. Və həm də niyə gəlsin ki? Nə yaralıdı, nə də harasısa ağrıyır…
- Tərslikdən qızdırmam da qalxmır (Gülür). Birinci görüşdən sonra ağlımdan çıxmadı. Bir həftə gözləməliydim ki, hamama gedim. O bir həftə sanki bir il oldu mənə. Nəhayət, postdan çıxıb getdim şəhərə. Yenə hal-əhval tutdum. Kefini soruşdum. İndi bilmirəm daha nə deyim. Erməni qabağında bu qədər həyəcan keçirməmişdim. Qəfildən ağlıma gəldi ki, əsgərlərdən kimisə soruşum, söhbətə başlayım. Tərslikdən, o da həmin adamı tanımadığını dedi. İndi bilmirəm nə deyim. Key-key üzünə baxıram. O da gülümsəyir. Nəhayət, dözmədim.
Hə, dözə bilmir. Elə konkret, uzatmadan deyir: “Səndən çox xoşum gəlir. Mənimlə evlənməyini istəyirəm”.
O isə gözlərini döyərək maddım-maddım bu şəkili balasına baxır. Şuşa, mühasirə, ətrafı düşmən sarıb, bundan sonra nələr olacağını Allahdan başqa bir kimsə bilmir. Evlilik?
- Qəfil dilləndi ki, müharibə gedir, bu mümkün deyil. Mən də qayıtdım ki, əlbəttə, müharibə qurtarsın sonra və “hə” alırmış kimi ümidlə onun üzünə baxdım.
O, isə dillənmir, sadəcə gülümsəyib başını yana çevirir. Bu, elə “hə” idi deyəsən…
Amma hələ heç biri bilmirdi ki, qarşıda onları hansı dəhşətlər gözləyir…(lent.az)
Davamı olacaq...
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024