Orta əsrlərdə Amudərya bölgəsi "Xarəzm", hökmdarları isə "Xarəzmşah" adlanırdı. XI əsrin sonlarına doğru bu bölgədə qurulan dövlətə də Xarəzmşahlar adı verildi.
Xarəzmşahlar dövləti Məhəmməd Xarəzmşah tərəfindən qurulub və Böyük Səlcuq dövlətini devirib.
Xarəzmşahlar sülaləsinin nəsli Səlcuq sultanı I Məlikşahın saray xidmətində olan Anuş Təkindən gəlir. Səlcuq dövlətinə bağlı olaraq mərkəzdən təyin edilən qubernatorlarla idarə olunan bu əyalət Anuş Təkin zamanında sərbəst yaşamağa başlamışdı. 1128-ci ildə Xarəzm qubernatoru olaraq təyin edilən Atsız dövründə yarı müstəqillik qazandı. 1141-ci ildə Böyük Səlcuq sultanı Əhməd Səncərin Katvan döyüşündə Quru Hıtay tərəfindən məğlubiyyətə uğradılmasından istifadə edən Atsız səlcuqlulara qarşı üsyana qalxdı və 1142-ci ildə Xorasana hücum edərək Mərv və Nişapuru işğal etdi.
1220-ci ildə bütün ölkə monqolların işğalına məruz qaldı və Xarəzm dövlətinin sonu yaxınlaşdı. Bundan sonra Orta Asiyada monqol işğalı başlandı. Ələddinin oğlu Cəlaləddin Xarəzmşah Əfqanıstanda monqollarla mübarizə apararaq cənuba çəkildi və Hind çayını keçərək Hindistana daxil oldu. Çingiz Xan monqol düzənliyinə döndükdən sonra Cəlaləddin İrana qayıdıb, İraqdan Azərbaycan bölgəsinə daxil olaraq 1225-ci ildə Atabəyliklərindən olan Eldənizliləri məğlub edərək Təbrizi işğal etdi.
Cəlaləddin Azərbaycandan hərəkət edərək Gürcüstanı işğal etdi, bununla da Cənubi Qafqazdan Şərqi Anadoluya qədər torpaqlarını genişləndirdi. Ancaq Cəlaləddinin Şərqi Anadolunun suverenliyi səbəbindən Anadolu səlcuqluları və Suriyanın hökmdarı Əyyubilərlə ziddiyyəti yarandı. Cəlaləddin Xarəzmşahlar dövlətini yenidən qurmaq istəsə də, müvəffəqiyyət qazana bilmədi. 1231-ci ildə kürd qiyamçılar tərəfindən öldürüldü. Ölümündən sonra Xarəzmşahlar dövləti tamamilə məhv oldu.
Cəlaləddin barədə maraqlı bir faktı Goyce.az Oxu.Az-a istinadən tarixçi-alim Əkbər Nəcəf təqdim edir:
"Xarəzmşah Cəlaləddinin ömrü savaşmaqla keçdi. Müvərrix Nəsəvi yazırdı: "Məğlub ölkəsindən sultan kimi ayrıldı və bir daha da geri dönə bilmədi". Hakimiyyətinin - əslində heç hakimiyyəti olmadı - həyatının son günlərində ruhən sarsılmışdı. "Ağlını qaçırmış, xarakteri parçalanmışdı".
Belə bir vaxtda sultanın Qılınc adlı bir qulu öldü. Cəlaləddin bu hadisəyə anormal reaksiya göstərdi. Bütün Təbriz xalqının qulun cənazə namazına toplanmasını əmr etdi. Həftələrlə yemək yemədi. Önünə gətirilən nemətləri "aparın bundan Qılınca da verin" deyirdi. Hətta sultanın özünə gəlməsini istəyən və qulun öldüyü ilə razılaşması gərəkdiyini bildirən cəsur bir əyanı Cəlaləddin qılıncla parça-parça etdi. Saraydakı xidmətçilər isə hər gün əllərində sinilər dolusu yeməklərlə qul Qılıncın boş otağına girib-çıxır, sultana ona yemək apardıqlarını deyirdilər
Qul Qılınc bir sultan kimi öldü və böyük bir ehtişamla dəfn edildi. Amma Xarəzmşahların son sultanı bir dağ kəndində qul kimi canını verdi. Meyiti isə aylar sonra tapılıb bir neçə insanın şahidliyi ilə qul Qılıncın yanına göndərildi..."
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024