Zaman-zaman mənfur erməni daşnakları öz havadarlarının köməyi ilə türklərin başına min bir bəlalar gətiribər. 1918-ci ildə Ulu Göyçədə təkcə Nərimanlı (Söyünqulağalı) kəndinin başına gətirilən hadisələri öz gözləri ilə görmüş Əmirmurad Hacıyev o günləri belə xatırlayırdı:
Rayon mərkəzi olan Basarkeçərlə (Vardenis) kəndimiz Söyünqulağalının arası 7-8 kilometr olardı. Bütöv Göyçə mahalında və Göyçənin hüdudlarından da kənarda ad-san qazanmış Qlava Balı Qoşabulaq kəndindən başlayaraq Qayabaşı kəndinin tuşu ilə Göy körpüdən bir az da Basarkeçərə tərəf dərin arx - səngər qazdırmışdı. Kəndin kişiləri təpədən dırnağadək silahlanaraq erməni daşnaklarının qabağını mərdliklə kəsmişdilər. Belə igidlərdən Söyünqulağalı kəndindən Hajalı oğlu Abbas, Hacıəlimərdan oğlu Nəbi, Vəli oğlu Bəşir, Əmliyin Salmanı və digərləri 20-25 gün ermənilərin ordusunun qabağını kəsdilər. Sonra İrəvan tərəfdən ermənilərə əlavə qüvvə gəldi ki, silah-sursatın içində top da var idi. O dövrdə kəndin qəbiristanlığında ilk künbəz Hajəlimərdan kişinin qəbrinin üstündə tikilmişdi. Topun mərmisi həmin künbəzi yarımuçulu vəziyyətə saldı. Künbəz 1988-ci il qaçqınlığına qədər həmin vəziyyətdə canlı şahid kimi o dövr tarixini özündə yaşadırdı. Ermənilərin nizami ordusunun qabağında güclü müqavimət göstərə-göstərə qadınları, uşaqları, qocaları kənddən çıxardılar. Kəndin cənub-şərq tərəfindən Böyük Qaraqoyunludan dağ yolu ilə Kəlbəcərə tərəf camaat çıxmağa başladı. Bərk boran başlamışdı. Bir tərəf Yəhər daşları, o biri tərəf Daşlı Güney, ta Qabaq daşlarına qədər böyük bir ərazi insanlarla dolu idi. "Səngər" deyilən yer Böyük Qaraqoyunludan ən uca dağ olan Çalmalı dağına tərəf bir yer idi. Burada 10-15 evdən ibarət Seyidlər deyilən tayfa yaşayırdı. Daşnaklar Seyidlərə qədər gəldilər. Ondan sonra ki, boran daha da gücləndi, boranın, bir də müqavimət göstərən ərənlərin hesabına sıldırımlı dağlar arasında mühasirəyə düşəcəklərindən qorxan daşnaklar irəliləyə bilmədilər. Yalın ağzında ağkilsəli Məşədi Cabbarın qoyun komu var idi. Soyuqdan donmuş camaatın böyük bir hissəsi həmin qoyun komuna doldular. Kəndin ağsaqqallarından olan Məşədi Mehdi əlində bir çubuq adamları yerbəyer eləyirdi. Əhalinin nə qədər mal-qoyunu vardısa hamısını və lüt-üryan dağlara səpələnmiş insanların böyük bir hissəsini boran qırdı. Bu hadisə Çalmalı dağının Kəlbəcər üzünə yaxın Yal deyilən, sonralar “Sümük tökülən” adını almış yerdə baş vermişdi. Bu fəlakət 1918-ci il yazın 40 günü keçmiş, yəni təxminən may ayının əvvəllərində olmuşdu. Həmin vaxta qədər Söyünqulağalı kəndində 113 ev var idi. Camaatın sağ qalan hissəsi "Göllər" deyilən yaylaq yerinin ətrafında özləri ilə gətirə bildikləri kilimdən, keçədən dəyə, alaçıq düzəltdilər, təxminən iki aya qədər orada qaldılar. Rayonun 35 kəndi azəri türklərindən ibarət idi. Daşnaklar uşağa, qocaya, qadına baxmadan qəddarcasına əllərinə keçəni məhv edirdilər. Hiylələri baş tutduqları yerdə kütləvi qırğınlar törədirdilər. Rayonun ən böyük kəndlərindən olan Şişqaya kəndində məsləhətləşmək adı ilə 600 nəfərdən ibarət əhalini bir tövləyə yığıb od vuraraq hamısını yandırmışdılar. Əhalinin illərlə zəhmət çəkib yığdığı var-dövləti talan edilirdi. Daşnak Andronik Ozanyanın nizami orduya başçı təyin etdiyi Selikov soyadlı polkovnik Göyçə əhalisinə ağlasığmaz divan tutdururdu. Dərin quyular qazdırıb diri-diri insanları basdırırdılar. Bəzən bir neçə gün yer tərpənirdi. Selikovun qəddarlığı yerli erməniləri də türklərə qarşı amansız olmağa ruhlandırırdı. Dinc əhali daşnak yaraqlılarının atını yemləmək üçün arpa yığıb verməkdən cana doymuşdular. Rayonun ən böyük kəndlərindən biri də Səmənd Ağa yaşayan Zod kəndi idi. Başbilən ağsaqqallar məsləhətləşdilər ki, bir tədbir görüb qaniçən Selikovu aradan götürsünlər. Elə də etdilər. Zodda qədim alban kilsəsinə qalxan dar aralıqda daşkəndli Hacı Rəhim tərəfindən Selikovun "arpa-arpa" deyən başı kəsilərək susduruldu. Bundan sonra erməni daşnakları daha da quduzlaşdı. Açıq şəkildə kütləvi qırğınlara başladılar. Göyçənin rayon mərkəzindən ucqar kəndlərin də qaçıb canlarını qurtarmaq məcburiyyətində qaldılar. Əhalinin iki istiqamətdə çıxış yolu var idi: Şimal istiqamətdən Gədəbəy dağlarına, şərq və cənub-şərqi istiqamətdən isə Kəlbəcər dağlarına üz tutdular. Zod kəndi tərəfdən Kəlbəcərə sıldırımlı dağ yolu qalxırdı. Qaçan əhalinin böyük bir hissəsi də “Qazuçan” adı ilə məhşurlaşmış dərədə borana düşərək həlak oldular. Göyçə göyçəlilərsiz qaldı. Əhali Azərbaycanın demək olar ki, bütün rayonlarına səpələndilər. Özləri ilə heç nə götürə bilməyən qaçqınlar böyük əzab-əziyyətlərə qatlaşmalı oldular.
ƏLİŞİR HACIYEV
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024