Atasının yolunu layiqincə davam etdirən, saray çəkişmələrinə son qoyan, Osmanlı ilə münasibətləri normallaşdırmağa nail olan Şah Təhmasibin həyatı və fəaliyyəti ilə bağlı faktlarla tanış olmaq üçün tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədlinin fikirləri təqdim edirik.
Şah İsmayıldan oğlu Təhmasibə qalan miras: tayfa ixtilafları
I Təhmasibi bir neçə tərəfdən xarakterizə etmək lazımdır. Hansı mirasa sahib oldu? İdarəetmədə hər hansı yenilik etdimi? I Təhmasib Səfəvi dövləti üçün ən böyük bəla olan Osmanlı ilə toqquşmalara son qoyan hökmdar olub. O, faktiki olaraq bütün Azərbaycanı vahid dövlət kimi birləşdirmişdi. Həmçinin, Səfəvi hökmdarları arasında ağlı və zəkası ilə fərqlənirdi. Ən mühümü isə o Səfəvi taxtında ən uzun müddət, yəni yarım əsrdən çox əyləşmiş hökmdardır. 1524-cü ildə hakimiyyətə gələndə o qədər də möhtəşəm mirasa sahib deyildi. Hələ də Osmanlılarla Səfəvilər arasında savaşlar davam edirdi. Atası I İsmayılın vəfatından sonra Təhmasibə miras qalan saray daxilində müxtəlif tayfalar arasında yaşanan ixtilaf olmuşdu. Mənbələrdə həmin qızılbaş tayfalarının sayı 8, 12, bəzən 16 göstərilir. O, hakimiyyətə gələndə uşaq idi. Hakimiyyətə gələndə ən mühüm məsələ isə Osmanlı ilə aparılan müharibələr idi.
Üç aypara: Osmanlı, Səfəvi və Böyük Moğol imperiyası
Təhmasib dəfələrlə Osmanlı sarayına məktub yazıb. Təhmasibin hakimiyyəti illərində Sultan Süleyman dəfələrlə Azərbaycana yürüşlər edib. Dövrümüzə qədər gələn mənbələrdə Sultan Süleymanın Təhmasibə yazdığı təhrikedici məktublara da rast gəlmək olar. O məktublardan birində deyilir ki, “mənim atam Səlim xanla - təəccüblüdür ki, xan gedir - sizin atanız böyük xaqan İsmayıl savaş etmişdilər. Təhmasib isə cavabında yazırdı: “Qurani-Kərim”də bizə kafirlərə savaş aparmaq buyurulur. Mən öz dinimdən olan insanlara qılınc çəkmək istəmirəm”. Ömrü boyu Təhmasibin yazışmalarında bu xətt qızıl xətt kimi keçir. Onun təzkirəsi dövrümüzə qədər gəlib çıxıb. Orada belə bir məqam var: “Gecə bir yuxu gördüm. Sağımda bir aypara doğmuşdu, solumda bir aypara doğulmuşdu. Ortada isə bir aypara daha çox bərq vururdu. Bir nurani qocadan soruşdum ki, bu ayparalar nədir? O isə dedi ki, ortadakı ay sənsən, bir tərəfindəki ay Osmanlı, o biri tərəfindəki ay isə Böyük Moğol İmperiyasıdır”.
Sultan Süleymanın etirafı: “Azərbaycanı tutmaq asan, orada möhkəmlənmək çətindir”
Təəssüf ki, Təhmasib haqqında yazılan əsərlərin böyük bir qismində onu hətta ittiham edirlər ki, o ömür boyu at belinə qalxmayıb, saray əyanlarının əlində oyuncağa çevrilib. Bunların əksəriyyəti kökündən yanlışdır. Əksinə, Təhmasib bütün qızılbaş tayfaları üzərində tam nəzarətə sahib idi. Həmin tayfaların istər hərbi, istərsə də vergi toplanması məsələsində funksional baxımdan fəaliyyət göstərməsini Təhmasib yüksək səviyyədə tənzimləyə bilmişdi. İsgəndər bəy Münşi özünün "Tarixe-aləmaraye-Abbas" əsərində, eyni zamanda Həsən bəy Rumlu Təhmasibin məziyyətlərini gözəl qeyd edir. Gənc olmasına baxmayaraq, Təhmasib ağıllı hökmdar idi. Ədalətli idi, vergilərin böyük bir qismini azaltmışdı. Bəzən ona gülünc şəkildə iftira atırlar, guya Təhmasib bəzi bölgələri yandırmışdı. Bunu nəyə bənzətmək olar? II Dünya Müharibəsində sovet ordusu tərk etdiyi zavodları partladırdılar, körpüləri dağıdırdılar. Eynisini Təhmasib də edib. Bu, müharibədə qəbul edilmiş taktika idi. Tərk edilən ərazilərdə taxıl zəmiləri yandırılırdı, körpülər və s. obyektlər dağıdılırdı ki, düşmən həmin ərazidə möhkəmlənə bilməsin. Sultan Süleymanın ard-arda etdiyi yürüşlərin heç birində uğur qazana bilməməsinin səbəbi də bu idi. Onun etirafı da var: “Azərbaycanı tutmaq nə qədər asandırsa, orada möhkəmlənmək o qədər çətindir”.
I Təhmasib təfəkkürü: “Kafirlərlə cəng aparan müsəlman ordusuna arxadan hücum etmərəm”
Təhmasibin hakimiyyəti illərində apardığı döyüşlərə nəzər yetirəndə aydın görünür ki, o bir cəbhədə döyüşmürdü. O iki cəbhədə döyüşmək məcburiyyətində idi - şərqdə Şeybanilərlə (Şeybaninin atasını Şah İsmayıl məğlub etmişdi), digər istiqamətdə isə Osmanlılarla. Təhmasib Sultan Süleymanın onu müharibəyə təhrik edən məktublardan birinə cavabında qeyd edir ki, “Mən hələ də Durmuş xanı lənətlənirəm ki, atamı Osmanlı ilə müharibəyə sövq etdi”. Həmin təzkirədə həmçinin, qeyd olunur ki, Purjaki adlı sərkərdəsi Təhmasibə deyir ki, “Xaqanım, rumlular (osmanlılar) bu gün Avropada cəng edirlər və Ərzincana qədər sərhədlər boşdur. Gəlin, fürsətdən istifadə edib o torpaqları tutaq”. O isə cavabında demişdi: “Qoy, mənim oğlanlarım ölsün, amma mən kafirlərlə cəng edən müsəlman ordusuna arxadan hücum etmərəm”. Təhmasib Avropa dövlətləri ilə müharibə aparan dindaşı ilə üz-üzə gəlmək istəmir, Sultaniyyə istiqamətinə çəkilir və özbəklərlə döyüşür. Həmin vaxt Sultan Süleymanın Azərbaycanın bir çox şəhərlərini yandırması, qarət etməsi, külə döndərməsi barədə xəbəri eşidəndə son tədbirlərə əl atmağa məcbur olur.
Təhmasibin arvadının Xürrəm Sultana cavabı: “Bizim ərlərimiz arvad sözünə baxmır”
Təhmasib apardığı savaşlarla Azərbaycanı bütövləşdirdi. 1538-ci ildə Şirvanşahların hakimiyyətinə son qoyulur. Tarixən Azərbaycanın bütövlüyü məsələsində Şirvanşahlar separatçı rolda olublar. Bu separatçılıq məhv edilmişdi. 1551-ci ildə Şəki Azərbaycana birləşdirildi. Bununla da, vahid Səfəvi Azərbaycan dövləti yaranır. Bu dövlət Osmanlıya qarşı tam döyüşə bilərdi. Təhmasib bir neçə dəfə Borçalıya yürüşlər edib, bununla da həmin bölgənin Osmanlı tərəfindən işğalının qarşısını alır. Eyni zamanda Osmanlı-Səfəvi, yəni iki qardaş savaşından istifadə edən bir çox gürcü hakimlərinin arzusunu gözündə qoymuş olur. Faktiki olaraq, Təhmasibin əks hücumları məhz Şəkinin Azərbaycana birləşdirilməsindən sonra baş verir. 1551-ci ildə məşhur Ahlat savaşında Osmanlı ordusunu ağır itkilərə məruz qoyur. Bu savaşdan sonra Sultan Süleymanın sevimli həyat yoldaşı, Osmanlı sarayını altını-üstünə çevirən Xürrəm Sultan Təhmasibin həyat yoldaşına məktubunda yazır ki, “ərinizə deyin ki, bu savaşları dayandıraq və sülh olsun”. Təhmasibin həyat yoldaşı türk qızı idi. Bu qayda idi. Vəliəhdin anası mütləq türk qızı olmalıdır. O, Dağıstan türklərindən, kumıklardan idi. Amma o zaman belə bir bölgü yox idi. Bu türk qızının Xürrəm Sultana cavabı çox orijinaldır: “Bizim ərlərimiz arvad sözünə baxmır. Yaxşı olardı ki, bu məktubu onun bacısına yönəldəsiniz”. Məktub Təhmasibin bacısına yönəldiləndən sonra 1555-ci ildə məşhur Amasya müqaviləsi imzalanır. Bu müqavilə Azərbaycanın, Səfəvi dövlətinin bütövlüyünü qismən qoruyub saxlasa da, Şah İsmayıl dövründə baş vermiş ərazi itkilərini ilk dəfə təsbit edirdi. Amasya müqaviləsinə əsasən Səfəvilər indiki Doğu Anadolunu, İmereti və Ahıskanı, Ərbil, Kərkük və Telaferi itirdilər.
“Möhtəşəm yüz il”ə cavab: Təhmasib Bəyazidi pula görə deyil, yekəxanalığa görə atasına təhvil verib
Təəssüf ki, biz tariximizi seriallar vasitəsilə analiz etməyə məcburuq. Bu da maarifləndirici tarix filmlərinin azlığı ilə əlaqədardır. Məsələn, Əlqas Mirzə və Bəyazid məsələsi Səfəvi-Osmanlı münasibətlərinin gərgin olduğu bir zamanda ortaya çıxır. Məsələn, Osmanlı sarayına sığınan Əlqas Mirzədən Sultan Süleyman özünün siyasi niyyətləri üçün istifadə etdiyi halda, Təhmasib ona sığınmış Bəyaziddən istifadə etmir. Çox zaman Təhmasibi ona sığınan qonağı təhvil verməkdə ittiham edirlər. Hətta ona tamahkar epiteti də qoymaq istəyirlər ki, guya Bəyazidi pul müqabilində satdı. Kökündən yanlışdır. Hətta “Möhtəşəm yüz il“ serialının ssenari müəllifi özü də bilmədən çox böyük həqiqəti dedirtmiş olur. Orada Bəyazidlə Təhmasibin mükaliməsi var. Təhmasib Bəyazidə deyir ki, “qarşında övlad qatili yox, koskoca bir türk imperatoru durur”. Təhmasib özünü qarşı tərəfə belə təqdim edir. Faktiki olaraq, Bəyazidin Sultan Süleymana təhvil edilməsinin arxasında hər hansı tamah, pul deyil, Bəyazidin özünü Səfəvi sarayında həddən artıq yekəxana aparması olub. Bəyazid sarayda təşkil etdiyi ziyafət zamanı o zaman Azərbaycanda olan 3 bəylərbəyini təhqir edərək onlara əl öpdürtmək istəyib. Təbii ki, Səfəvi bəylərbəyləri heç zaman yad ölkədən buraya sığınmış şahzadənin əlini öpməzdilər. Faktiki olaraq, Bəyazid saraya buraxılarkən onun qılıncı çıxardılmalı idi. Təhmasib isə ona etibar etmişdi, özünü şahzadə kimi hiss etməsinə şərait yaratmışdı. Bu yaxşılığın qarşılığında Bəyazid saray əyanlarını təhqir edir. Təhmasib özü də onu öldürə bilərdi. Amma bunu etmir, atasına təhvil verir.
Din siyasətində ifrata varmayan hökmdar
Təhmasibin dini siyasətinə gəlincə, o qızılbaşlıq məsələsində həddən artıq loyal olub. Mənbələrin verdiyi məlumata görə, onun baş hərəmi faktiki olaraq, Nəqşibəndi təriqətindən olan xanımdır. Onun ərazilərində şiəliyin, qızılbaşlığın zorla təbliği problemi olmayıb. Əksinə, 1538-1551-ci illərdə Səfəvilərin tərkibinə qatılan Şirvan və Şəki o zaman sünnilərin daha çox olduğu bir bölgə idi. Lakin biz orada təriqət, mənsəb mənsubiyyətinə görə hər hansı qırğın olduğunu görmürük. Bu isə bir daha göstərir ki, Təhmasib dini siyasətdə ifrata varan hökmdar deyildi. Onun üçün İslam dini bütöv idi. Belə olmasaydı, o, məşhur kəlməsini işlətməzdi: “Qoy, mənim oğlanlarım ölsün, əgər kafirlərlə döyüşən müsəlman ordusuna arxadan hücum etsəm”. Əgər Təhmasib İslam dininin bütövlüyünü istəməsəydi, Sultan Süleymana məktubunda: “Qurani-Kərim” bizə kafirlərlə döyüşməyi buyurub, öz din qardaşlarımıza qarşı deyil. Təhmasib Sultan Süleymanı mənsəb düşməni saymırdı./APA/
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024