Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

12:21 / 17.12.2025
Baxılıb: 210

Dədə Ələsgər Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli alim, əməkdar elm xadimi, əməkdar müəllim, tibb elmləri doktoru, professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
Yubiley gecəsində elm və səhiyyə ictimaiyyətinin tanınmış nümayəndələri, ziyalılar, dövlət qurumlarının təmsilçiləri, mədəniyyət və ədəbiyyat xadimləri iştirak etmişdir.

Goyce.az xəbər verir ki, tədbir aparıcı Könül Həbibqızının salamlama nitqi və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi ilə başlamışdır. Ardınca professor İbadulla Ağayevin zəngin həyat və elmi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Açılış nitqi ilə çıxış edən “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli professor İbadulla Ağayevin təkcə tibb elminə deyil, həm də milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə verdiyi töhfələri xüsusi vurğulamışdır. Professor İbadulla Ağayevin Dədə Ələsgərə olan sonsuz sevgisini xüsusilə qeyd etmişdir.

Daha sonra yubilyar professor İbadulla Ağayev çıxış edərək tədbirin təşkilatçısı olan “Dədə Ələsgər Ocağı” İctimai Birliyinə və iştirakçılara minnətdarlığını bildirmişdir. Uzun illər davam edən elmi və pedaqoji fəaliyyətinin əsas məqsədinin Azərbaycan səhiyyəsinə fayda vermək olduğunu vurğulamışdır. Professor İbadulla Ağayev həyat yolunda qarşılaşdığı çətinliklərdən, qazandığı təcrübələrdən və bu gün gördüyü mənəvi dəstəyin onun üçün böyük dəyər daşıdığını xüsusi minnətdarlıq hissi ilə ifadə etmişdir.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Azərbaycan Tibb Universitetinin professoru, şair Paşa Qəlbinur, ATU-nun onkologiya kafedrasının dosenti Nəsimi Qasımov, daxili xəstəliklər kafedrasının dosenti, tibb və filologiya üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, Türk Ağsaqqalları Birliyinin sədri, tibb elmləri doktoru, professor Sudeyf İmamverdiyev, tibb elmləri doktoru, professor Fatma Hacıyeva, professor Hacı Xalid Bəşər, şair Yusif Ağbulaqlı, şair-publisist Məlahət İsmayılqızı çıxış edərək professor İbadulla Ağayevin elmi, pedaqoji və ictimai fəaliyyətindən söz açmışlar. Yarım əsri əhatə edən elmi və pedaqoji fəaliyyət yolunu yüksək dəyərləndirmiş, onun epidemiologiya elminin inkişafına verdiyi fundamental töhfələrdən, yoluxucu xəstəliklərin öyrənilməsi və profilaktikası sahəsində apardığı sanballı tədqiqatlardan geniş bəhs etmişlər. Bildirilmişdir ki, professor İbadulla Ağayev təkcə görkəmli alim deyil, eyni zamanda onlarla gənc tədqiqatçının formalaşmasında mühüm rol oynamış fədakar müəllim, elmi məktəb yaradan ziyalıdır. Çıxışlarda onun respublika səhiyyə sistemində uzun illər ərzində tutduğu məsul vəzifələr, beynəlxalq elmi nüfuzu, çoxsaylı elmi əsərləri, dərslik və metodik vəsaitləri ilə Azərbaycan tibb elminin inkişafına verdiyi xidmətlər xüsusi vurğulanmışdır. Natiqlər professor İbadulla Ağayevin zəngin elmi irsinin, yüksək insani keyfiyyətlərinin, milli-mənəvi dəyərlərə bağlılığının onu həm elm aləmində, həm də ictimai mühitdə böyük hörmət və nüfuz sahibi etdiyini qeyd etmiş, yubiley münasibətilə ona səmimi təbriklərini çatdırmışlar.
Professor Ələddin Allahverdiyevin yubiley münasibətilə ünvanladığı təbrik məktubu, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin idarə heyətinin üzvü, tədqiqatçı Araz Yaquboğlu tərəfindən səhnədə oxunub.

Tədbirin bədii hissəsində Əməkdar mədəniyyət işçisi Aşıq Ədalət Dəlidağlı, IX “Muğam” Televiziya Müsabiqəsinin finalçısı Yusif Cəfərbəyli, Zahidə Günəş, “İRƏVAN” xalq çalğı alətləri ansamblı tərəfindən səsləndirilən xalq və aşıq musiqisi nümunələri gecəyə xüsusi maraq qatmışdır. Ansambılın solistləri Rəşad İdrisoğlu, Elşad Həsənov, Minə Paşazadə, Rəvanə Vəliyeva, Vüqar Qasımlı, Rəvan Musalı və Turan İmamquliyevanın ifaları böyük maraqla qarşılanmışdır.
Qeyd edək ki, professor İbadulla Ağayev yarım əsrdən artıq elmi-pedaqoji fəaliyyəti dövründə epidemiologiya elminin inkişafına mühüm töhfələr vermiş, 40 namizədlik və 5 doktorluq dissertasiyasına rəhbərlik etmiş, yüzlərlə elmi əsərin müəllifi olmuşdur. O, eyni zamanda Azərbaycan aşıq poeziyasının, xüsusilə Dədə Ələsgər irsinin təbliği sahəsində göstərdiyi xidmətlərə görə 2024-cü ildə “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif edilmişdir.
Tədbirin sonunda yubilyara səmimi təbriklər ünvanlanmış, ona möhkəm cansağlığı və yeni elmi nailiyyətlər arzulanmışdır.

 


Etiket:
Xəbərlər

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025
Bütün xəbərlər