Bu gün ölkəmizin görkəmli alimi və istedadlı təhsil təşkilatçısı, BDU-nun Fizika fakültəsinin dekanı(2004-2012), dekan müavini (1999-2004), fizika-riyaziyyat elmləri doktoru, Optika və molekulyar fizika kafedrasının professoru, “Tərəqqi” medalına layiq görülmüş nəcib insan və nüfuzlu ziyalı Rasim Məmmədovun 75 illik yubileyidir.
Rasim Qara oğlu Məmmədov 1950-ci il iyunun 1-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun Nərimanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Nərimanlı kənd orta məktəbini Qızıl medalla bitirib, Azərbaycan Texniki Universitetin Avtomatika və Hesablama Texnikası fakültəsinə daxil olmuş, yüksək göstəricilərinə görə 3-cü kursda sonra təhsilini davam etdirməyə Moskva İdarəetmə Problemləri İnstitutuna göndərilmişdir. 1972-ci ildə həmin ali məktəbi Fərqlənmə diplomu ilə başa vurmuş, təyinatla Bakı Dövlət Universitetinin Optika və molekulyar fizika kafedrasına göndərilmişdir. 1976–1979-cu illərdə BDU-nun Radiofizika ixtisası üzrə aspiranturasında (doktoranturasında) təhsil almış, 1983-cü ildə namizədlik (fəlsəfə doktoru), 2004-cü ildə doktorluq dissertasiyaları müdafiə etmişdir.
Professor Rasim Məmmədov “Əlavə elektrik sahəli metal – yarımkeçirici kontakt fizikası” adlı yeni elmi İstiqamət açmış və bu sahədə “Əlavə elektrik sahəli metal – yarımkeçirici kontaktlar, Bakı, BDU, 2003, 231 s.” adlı rus dilində ilk monoqrafiyanı yazmışdır. Bu elmi istiqamət üzrə ölkəmizin və Rusiya, Ukrayna, Belorus, İran və digər xarici ölkələrin Elmi Mərkəzlərində elmi-tədqiqat işləri yerinə yetirilərək mühüm elmi-praktiki nəticələr əldə etmişdir.
Professor Rasim Məmmədov fizika üzrə Elmi Kəşfin müəllifi kimi İsveç Krallığının Elmlər Akademiyasının təqdimatı ilə Nobel Mükafatına Namizəd olaraq Fizika üzrə Nobel Komitəsinin dəvəti ilə 2020 və 2023-cü illərin Fizika üzrə Nobel Mükafatı müsabiqəsinin iştirakçısı olmuşdur.
Hazırda, yaratdığı Elmi Məktəbdə real makro-mikro və nanokontaktlarda baş verən elektron proseslərin elmi - tədqiqatı və alınan mühüm elmi nəticələrin bakalavriat, magistrant və doktorantların tədris prosesinə tətbiq etməklə elmi-pedaqoji fəaliyyətini davam etdirir. Fizika fakültəsi Elmi Şurasının üzvü, “Bakı Universiteti Xəbərləri” və «Journal of Baku Engineering University» jurnallarının redaksiya heyətlərinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür.
200-dən artıq elmi əsərin, o cümlədən, 1 monoqrafiya, 4 dərs vəsaiti, 1 elmi kəşf, 5 ixtira və 50 elmi publisistik məqalənin müəllifidir.
Səmərəli elmi -pedaqoji fəaliyyətinə görə “Tərəqqi” və “BDU-nun 100 illik Yubileyi” medalları ilə təltif olunubdur.
Böyük alim və nəcib insan olan professor Rasim Məmmədovu 75 illik şərəfli yubileyi münasibətilə QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
GOYCE.AZ
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025