İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu sənəd Azərbaycan Ordusunun qələbəsinin rəsmi sənədi idi. Bəyanata əsasən Ermənistan ordu hissələrini və ona tabe olan silahlı dəstələri Ağdamdan, Kəlbəcərdən və Laçından döyüşsüz çıxartmalı idi. Bu şərt də qalib Azərbaycanın məğlub Ermənistandan ciddi tələblərindən biri idi...
Laçın 1992-ci il mayın 18-də işğal olunmuşdu. Lakin Ermənistan Bəyanatın şərtlərinə tam əməl etmir, bu üç rayonun ərazisində müxtəlif miqyaslı əməliyyatlar keçirir, təxribatlar törədirdi. Lakin beynəlxalq ictimaiyyətin, bu baxımdan sənədi imzalanmış üçüncü tərəfin ciddi qınağından çəkinən Ermənistan ordu hissələrini Laçından çıxartsa da xislətindən çəkmirdi. Laçın dekabrın 1-də azad edildi, 2020-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü...
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata məhəl qoymayan Ermənistan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinə Ermənistandan silah-sursat, hərbi təyinatlı məhsullar və s. daşıyırdı. Bu daşınmaları qeyri-qanuni qanunlaşdırmaq üçün Ermənistan aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın–Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsi yaratmışdı. Bu da Azərbaycanın suveren hüquqlarını tanımama idi. 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın Nəzarət Buraxılış Məntəqəsi” yaradıldı. Bu tədbir həm ermənilərin ehtimal edilən təxribatlarının qarşısını almağa xidmət etdi, həm də Azərbaycanın ərazi bütövlüyününn hüquqi siyasi nəticəsi kimi tarixləşməsi oldu.
Laçında böyük quruculuq işləri davam edir, Laçın da işğaldan azad edilmiş digər ərazilər kimi yenidən qurulur. Burda da bərpa və quruculuq işləri genişlənməkdədir. Laçında 9 su elektrik stansiyası fəaliyyət göstərəcək, Kəlbəcər-Laçın avtomobil yolu tamamlanmaqdadır, yeni yolda 17 tunel yaradılır. Laçında Memorial Park yaradılacaq, bu parkda İşğal və Zəfər muzeyləri də olacaq. Laçında 1600-dən çox yaşayış evi tikilib və bərpa olunub, şəhərdə 626 fərdi ev, çoxmərtəbəli yaşayış binalarının tikintisi davam edir. 2023-cü il avqustun 25-də Laçın rayonunda “Hoçazfilm” yardıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı oldu, “Laçın Aqro-Sənaye Parkı” yaradıldı…
MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olundu. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirildi.
Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası fəaliyyətə başlayıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək”...
Laçında aparılan quruculuq işləri onun təbii gözəlliyini daha da artıracaq. Bu gözəl ərazi dünya turizm şəbəkəsinin ən diqqət çəkən məkanlarından biri olacaq. Onda hamımızın sevə-sevə dinlədiyimiz misra daha əzəmətlə səslənəcək:
Laçınım, Laçınım, gözəl Laçınım!..
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
XII ci əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.2025