AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14:42 / 14.07.2026
Baxılıb: 32

Nəcəf Allahverdi oğlu 1867-ci ildə Göyçə mahalının Daşkənd kəndində Kalva Alılar nəslində anadan olub. Nəcəf dövrünün tanınmış aşığı Dədə Ələsgərə on il şəyirdlik etmiş, onunla ağır məclislər yola salmışdır.
Aşıq Nəcəf Dədə Ələsgərin on iki şəyirdindən ən çox sevdiyi olmuşdur. Aşıq Nəcəfin səsi ilə Aşıq Əsədin səsi uyğun gəldiyindən Aşıq Ələsgər hər iki şəyirdinə məsləhət görərmiş ki, siz daim bir yerdə olun, bir yerdə çalıb-oxuyun. Yüksək səs tempirinə görə Aşıq Nəcəflə Aşıq Əsəd dəfələrlə otuzluq lampanı toy məclislərində söndürərmişlər. Aşıq Əsəd həmişə səmimiyyətlə etiraf edərmiş ki, Aşıq Nəcəfin səsi mənimkindən yüksək və məlahətli idi.

Aşıq Nəcəflə Aşıq Əsəd 1910-cu ildə İran səfərində olarkən Təbriz aşıqlarının ustadı onlara hörmət və ehtiram əlaməti olaraq hər birinə on telli “Xətai sazı” bağışlamışdır.
“Ayaq Cəlili” saz havasını Aşıq Nəcəf gözəl ifa etdiyinə görə, həmin hava xüsusən Göyçə-Kəlbəcər, Gədəbəy və başqa bölgələrdə “Nəcəfi” adlandırılmış, hazırda da aşıqların, sazsevərlərin bir çoxu həmin saz havasını “Nəcəfi” olaraq qeyd edirlər.
Əlimərdanlı Aşıq Zülfüqarın və Cilli Aşıq Mehdinin ustadı Aşıq Nəcəf olmuş, onların mükəmməl aşıq kimi püxtələşməsində müstəsna xidmətləri olmuşdur.
Daşkəndli Aşıq Nəcəf olduqca yaraşıqlı, boylu-buxunlu, qəddi-qamətli adamıymış. Mükəmməl bilik, dərin hafizə, möcüzəli səs sahibi olan Aşıq Nəcəf səliqə-səhmanı, ədəb-ərkanı ilə həmişə diqqəti çəkər, aşıqdan çox bəyə, bəyzadələrə oxşayarmış.

1913-cü ildə Sankt-Peterburq şəhərində Romanovlar sülaləsi hakimiyyətinin 300 illik yubileyində Qaraimanlı Məşədi İsə və Aşıq Əsədlə birlikdə iştirak etmiş, Məşədi İsə “Bürünc xatirə medalı”, Aşıq Əsədlə Aşıq Nəcəf isə hər biri 250 manat pulla mükafatlandırılmışdır.
Aşıq Nəcəf əmisi Hüseynin nəvəsi Gülüstan ilə ailə həyatı qurmuş, Şəmistan, Şəmiddin, Mikayıl, Astan və İsmayıl adında beş oğlu olmuşdur.
1919-cu ildə erməni daşnakları Göyçə kəndlərini dağıdaraq əhalini öz yurdlarından didərgin salırlar. Göyçənin tanınmış şəxslərini məhv etmək məqsədilə ermənilər barışıq adı altında 11 nəfəri Basarkeçərə dəvət edir və onların öldürülməsinə nail olurlar. Aşıq Nəcəf isə daha amansızlıqla erməni polkovniki Bolyanikin başçılığı ilə Basarkeçərin yaxınlığındakı “Küllü təpə” deyilən yerdə belinə odlu samovar bağlanaraq beş oğlu ilə birlikdə vəhşicəsinə öldürülmüşdür.
Aşıq Nəcəfin acınacaqlı həyatı və yaradıcılığı haqqında indiyədək yüzə qədər kitab, jurnal və qəzetlərdə məqalələr nəşr olunmuş, televiziya və radio verilişləri hazırlanmışdır. Xəstə Bayraməli, Həsən Xəyallı, Xəlil Rza Ulutürk, Əli Qurban Dastançı, Zəlimxan Yaqub və başqaları əsərlərində Aşıq Nəcəfin həyat və yaradıcılığı haqqında fikir bildirmişlər. Haqqında ayrıca Sərraf Şiruyə “Aşıq Nəcəf və Gülüstan” dastanı, Eldar İsmayıl “Nəcəf” poeması, Xasay Zeynalov “Aşıq Nəcəf dastanı” məsnəvisi, Abbas Vəfadağlı isə “Aşıq Nəcəflə Aşıq Əsədin Şəmşəddin səfəri” əhvalatını yazmışdır.

2027-ci ildə Aşıq Nəcəfin anadan olmasının 160 illik yubiley ilidir. İnanırıq ki, Qərbi Azərbaycanın – Göyçənin və Azərbaycan incəsənətinin ilk şəhidi kimi Aşıq Nəcəfin yubileyi dövlət səviyyəsində qeyd olunacaq və adı əbədiləşdiriləcək.

Goyce.Az


Etiket:
Xəbərlər

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025
Bütün xəbərlər