Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

19:03 / 19.09.2026
Baxılıb: 180

Qədim mənbələrdə Qafqaz Albaniyası Şərqi Cənubi Qafqazın geniş ərazilərini əhatə edən siyasi-coğrafi məkan kimi təqdim olunur. Ölkənin şərq sərhədi Xəzər dənizinə, cənub sərhədi Araz çayının aşağı axarına qədər uzanır, şimalda Qafqaz dağları, qərbdə isə dövrdən-dövrə dəyişən Kür hövzəsi əsas istiqamətləri müəyyənləşdirirdi; şimal-şərqdə Dərbənd keçidi strateji qovşaq rolunu oynayırdı. Antik və erkən orta əsrlərdə dövlətin siyasi mərkəzi Qəbələ olmuş, sonrakı mərhələlərdə bu funksiya Bərdəyə keçmişdir. IV əsrdən etibarən inzibati mərkəzə çevrilən Bərdə erkən islam dövründə Arranın aparıcı şəhərlərindən biri sayılırdı.

Goyce.az xəbər verir ki, bunu "AZƏRTAC"-a açıqlamasında sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov deyib.

O qeyd edib ki, Alban xristianlığının memarlıq irsi bu coğrafiyanın müxtəlif guşələrində - Qəbələ, Şəki, Nic, Qax, Kəlbəcər və Qarabağda formalaşıb. “Daş hörgü texnikası, günbəzli kompozisiya, xaçvari plan həlləri, barelyeflər, kitabələr və qəbirüstü plastika həmin mühitin öyrənilməsində başlıca mənbələrdir. Sənətşünaslıq baxımından Qafqaz Albaniyası abidələrinin plan quruluşu, tikinti materialı, günbəz sistemi, daş plastikası, epiqrafikası və tarixi-mədəni konteksti, siyasi sülalələrin, kilsə institutlarının və yerli memarlıq məktəblərinin qarşılıqlı əlaqəsi ilə birlikdə nəzərdən keçirilməlidir. Gəncəsər monastırı XIII əsrdə Xaçın knyazlığının siyasi və dini həyatının mərkəzlərindən birinə çevrilib”.

Onun sözlərinə görə, UNESCO-nun tarixi-memarlıq materiallarında kompleksin baş kilsəsinin 1216-1238-ci illərdə inşa edildiyi göstərilir. Abidənin tarixi Mehrani sülaləsinin davamçısı, Xaçın hökmdarı Həsən Cəlal Dövlənin adı ilə bağlıdır; kitabələr Vaxtanq, Cəlal Dövlə, Xorişə xatun və Mamaxatun kimi sülalə nümayəndələrinin tikintidəki rolunu təsbit edir: “Həsən Cəlal 1261-ci ildə monqol hakimiyyəti dövründə öldürülmüş və elə Gəncəsərdə dəfn olunub. Kəlbəcərdəki Xudavəng kompleksi müxtəlif əsrlərdə ucaldılmış dini və dünyəvi tikililərin vahid memarlıq mühitidir: bazilika tipli erkən binalar, günbəzli kilsələr, qəbirüstü abidələr və yardımçı tikililər. Kompleksin Dadivəng adı ilə tanınması onun erkən xristian ənənəsi ilə bağlılığını saxlayan tarixi yaddaşdır. Hər iki abidə Qarabağ və Şərqi Zəngəzurda formalaşmış xristian memarlıq ənənəsinin tədqiqi üçün geniş material verir. Bu irsin sonrakı taleyi XIX əsrdə Rusiya imperiyasının Cənubi Qafqazdakı kilsə siyasəti ilə sıx bağlıdır. 1836-cı ildə Alban katolikosluğunun ləğvi və onun əmlakının erməni Apostol kilsəsinin idarəçiliyinə verilməsi Azərbaycan tarixşünaslığında bu prosesin dönüş nöqtəsi kimi qiymətləndirilir. Həmin dövrdə Qarabağ və İrəvan xanlıqlarının ərazilərinə köçürülən əhali üçün xristianlıq amili yerli alban abidələrinə sahiblik iddiasının vasitəsinə çevrildi; alban kitabə və arxiv irsinin itirilməsi XIX-XX əsrlər boyu davam etdi. Bu acı təcrübənin sovet dövründə də sürdüyünə dair sübutlar var: hələ 1952-ci ildə Vəng kəndinin sakini Məhərrəm İsmayılov Kəlbəcər rayon rəhbərliyinə müraciət edərək, kəndə gələn şəxslərin balta və kənd təsərrüfatı alətləri ilə abidə üzərindəki alban epiqrafik yazılarını yonduğunu bildirib. Otuzillik işğal dövründə Xudavəngin epiqrafik və memarlıq quruluşuna müdaxilələr davam etmişdir. Prezident İlham Əliyevin 2024-cü ildə kompleksə səfəri zamanı “bərpa” adı altında aparılmış dəyişikliklər məsələsi yenidən gündəmə gəlib. Bu kimi hallara münasibətdə mübahisəni siyasi bəyanat müstəvisindən elmi müstəviyə keçirmək prinsipial əhəmiyyət daşıyır. Kitabələrin, arxiv sənədlərinin, arxeoloji materialların, müxtəlif illərə aid fotoşəkillərin, ekspedisiya qeydlərinin və daşın paleoqrafik xüsusiyyətlərinin müqayisəli təhlili həm Azərbaycan, həm də erməni tarixşünaslığındakı şərhləri ilkin mənbələrlə yoxlamağa imkan verərdi. Bu da öz növbəsində mübahisənin həllini emosional müstəvidən çıxarıb elmi müstəviyə keçirər, sənədlərin danışmasına yol açardı”, - deyə Q.Qasımov əlavə edib.

Sənətşünas Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə görüşü barədə fikirlərini bölüşərək deyib: “Prezident İlham Əliyevin Qəbələnin eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinədək mövcud olan Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırlatması məhz bu məntiqin diplomatik ifadəsi idi: tarixi fakt polemikaya girmədən, sakit tonda beynəlxalq auditoriyaya çatdırıldı. Sənətşünas və tədqiqatçı mövqeyindən yanaşdıqda Prezident İlham Əliyevin Qafqaz Albaniyası ilə bağlı çıxışlarında diqqətin tarixi-mədəni irsin qorunmasına yönəldilməsi prinsipial məqamdır. Qəbələnin paytaxt statusu, Kəlbəcər və Qarabağdakı xristian abidələrinin Alban irsi ilə bağlılığı barədə tezislər elmi tədqiqatla tamamlandıqda daha böyük çəki qazanır. Ermənistanın xarici diplomatların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərləri ilə bağlı əsassız reaksiyaları təəssüf doğurur. Bu cür yanaşma ölkəmizin suverenliyinə hörmətsizlik olmaqla yanaşı, normallaşma prosesinə mənfi təsir göstərə bilər. Hesab edirik ki, Ermənistandakı rəsmi dairələr əsassız iddialar səsləndirmək əvəzinə, tarixi Azərbaycan torpaqlarında dağıdılmış və ya təhrif olunmuş azərbaycanlılara məxsus mədəni irsin, o cümlədən İrəvandakı Təpəbaşı məhəlləsinin heç olmasa bu günədək salamat qalmış hissəsinin qorunması və bərpası istiqamətində zəruri addımlar atmalıdırlar. Təəssüf ki, UNESCO hələ də bu ərazilərdəki mədəni irsin vəziyyətini qiymətləndirmək üçün müstəqil missiya göndərməyib ki, bu da beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməməsi deməkdir. Regionda dayanıqlı sülh yalnız beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və mədəni irsin qorunmasına sadiqlik çərçivəsində mümkündür.

Bu baxımdan da düşünürəm ki, qarşıdakı əsas vəzifə də budur: siyasi mübahisəni arxeologiya, memarlıq, epiqrafika və sənətşünaslıq materiallarının dilinə çevirmək və Qafqaz Albaniyasının irsini mənbələr əsasında beynəlxalq elmi dövriyyəyə daxil etmək”.


Etiket:
Xəbərlər

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

19.09.2026

Adın özü bir düşüncədir

19.09.2026

Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub

19.09.2026

Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir 

17.09.2026

Göyərən qəbir

09.09.2026

Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025
Bütün xəbərlər