O səhər açıldı hayla, harayla,
Yandırıb-yaxırdı dördyanı bir ün.
Savaşı gedirdi payızın yayla,
Külək fit çalırdı atam ölən gün.
Ürəklər keçirən iztirab, təlaş
Qəmin qapısına vurulan kilid.
Hamıdan birinci gözlərində yaş
Üzü göyə sarı ulayırdı it.
Heyrətin zülmətə döndü səhəri,
Ümidlər nə qədər yalan yedilər.
Eşidib-bilənlər qara xəbəri:
“Yazıq nə yaşadı, ölə”, – dedilər.
Səsini içində boğan sükut da
Dil açıb danışdı ən uca səsdə.
Avqustda gözləri dolan bulud da
Yağdı göz yaşıyla yanaqlar üstə.
Heçliyə çevrilən həyatın sonun
Duyandan, ürəyim oyuq-oyuqdu.
Sarılıb öpəndə alnından onun
Torpağın üzütək, gördüm, soyuqdu.
Görəsən, bildimi bəxt, tale yazan
Qönçəni vədəsiz güldən ayırdı?
Atamı mollanın çəkdiyi azan
Sonuncu səfərə hazırlayırdı.
Dönmüşdü tabutu uçan mələyə,
Zamanı qovurdu vaxtın təlaşı.
Oğlu aydınlığa qovuşsun deyə
Nənəm arxasınca tökdü göz yaşı.
Bu ayrılıq sitəm, dərmansız azar.
Bütün təsəllilər girmişdi qına.
Əsnəyə-əsnəyə ağzını məzar
Açmışdı, arzusu çatsın kamına.
Ölüm sonuncu iş, sonda işə bax,
Həyatın qəribə qanunları var.
Ürəyi yananlar hamıdan qabaq
Atamın üstünü torpaqladılar.
Bir ömür içimdə odu yanası,
Həsrət ocağının közləri boldu.
O torpaq atamın doğma anası,
O məzar dərdimin atası oldu.
27 avqust 2021-ci il
Kitab var oxunur, kitab var yaşanır…
Adın özü bir düşüncədir: “Keçmişdəki gələcək”…
“Keçmişdəki gələcək”in səhifələrini çevirdikcə şairin deyil, insan ömrünün səsini eşidirsən. Bir misrada sevincə toxunursan, üz-gözünə təbəssüm, digərində ayrılığın soyuğunu duyursan, adam iliyinə kimi üşüyür, başqa bir misrada isə illərin daş yaddaşına çevrilmiş bir xatirə qəfil ayağa qalxıb göz-gözə, nəfəs-nəfəsə dayanır.
Dünən yaşadıqlarımız sabah xatırlayacağımız ömrə çevrilir. Ömürdən gedənlər isə bəzən getdikcə daha çox bizimlə qalırlar.
Qılman İmanın şeirlərində bu qalmağın izlərini daha aydın görmək olur. Keçmişdən gələcəyə gedən yolda bir vaxtlar yaşanan sevinc, ayrılıq, baxış, itki illər sonra yenidən qarşına çıxır - misralardan boy verir.
Xüsusilə “29 avqust” şeiri…
Bu şeir oxunmur, adamın içinə səssizcə çökür.
Bu şeir haqqında yazmaq belə çətindir. Çünki burada ölüm haqqında yazmaqdan daha çox, ölümün bir insanın içində necə yaşamağa başladığı hiss olunur.
Qılman İman ölümü torpağa deyil, sözə tapşırıb yaşadır. Sözlə həyat verir - yoxluğu varlığa, ayrılığı xatirəyə çevirir.
“Külək fit çalırdı atam ölən gün” - deyir Şair.
Bu misra təkcə küləyin səsi deyil, övladın içində qopan fırtınadır.
“O məzar dərdimin atası oldu.”
Bu, artıq sadəcə bir şeir misrası deyil. Bu, ata itkisinin övladda buraxdığı ömürlük boşluğun poetik ifadəsidir.
Şair atasını torpağa tapşırır, amma atasının yoxluğunu torpağa tapşırmaq mümkün olmur…
Şairin ömründən keçən ağrı oxucunun ürəyinə misra ilə köçür.
Şeirin ən ağır yeri isə son misralardadır:
“O torpaq atamın doğma anası,
O məzar dərdimin atası oldu.”
Ata torpağa tapşırılır, amma onun yoxluğu övladın varlığında yaşayır. Məzar bir yerdən sonra sadəcə məzar olmur - həsrətin ünvanına çevrilir. Kitabı oxuyan hər kəs həmin misralarda öz itkisini, həsrətini, susqunluğunu tapa bilir...
Əziz Qılman İman, keçmişin sözə çevrilsin, sözün isə gələcəyə çatsın! Kitabın mübarək!
İlqar İSMAYIL
Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH
19.09.2026Adın özü bir düşüncədir
19.09.2026Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub
19.09.2026Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir
17.09.2026Göyərən qəbir
09.09.2026Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.
10.08.2026DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?
10.08.2026“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025