Dağlara hər yandan üz tutdu elat,
Yaylaqda qaynadı yenə də həyat,
Aşıqlar qurdular böyük toy,büsat
Mizrab telə dəydi, tel Laçın dedi.
Dodaq pıçıldadı, dil Laçın dedi.
Adil Məmmədquliyev
Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir. Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.
Azərbaycanın qədim və əsrarəngiz guşəsi olan Laçın rayonunun inzibati sərhədlərini Dəlidağ, İşıqlı, Qırxqız dağ silsilələri cızmışdı. Qarabağla mənfur qonşularımız arasında mərdlik qalasıydı Laçın! Tarix boyu torpağımıza göz dikənlər buranı «Qarabağın qara qapısı» adlandınrdılar. Laçın əvvəllər Abdallar adlanıb. Qeyd edim ki, xalqımızın etnogenezisində iştirak etmiş tayfalardan biri də abdallar olmuşdur. Qədim türk soylarından olan abdalların Ön Asiya və Qafqazda məskunlaşması barədə mənbələrdə xeyli məlumatlar mövcuddur. Belə müəlliflərdən biri olan VI əsrdə yaşamış Suriyalı Zaxari Ritor abdalların adını hun tayfaları ilə birlikdə çəkir və onların Dağıstan hüdudunda yaşadığını qeyd edir. O, burada 13 tayfadan birinin də abdallar olduğunu göstərərək yazır ki, onlar “… çadırda yaşayırlar, dolanışıqları mal-davar əti, balıq, vəhşi heyvanlar və silah hesabınadır”. Maraqlıdır ki, görkəmli rus şərqşünası V.V.Bartold və “Türkmənistan SSR tarixi” nin müəllifləri də abdalları hun tayfalarından biri hesab etmişdilər. Bundan başqa başqırdların, qaraqalpaqların da tərkibində eyni adlı tayfa olmuşdur.
Tarixçi alim Boran Əziz araşdırmasında yazır ki, elmdə Hunların abdal qolunun bir hissəsinin Anadoluda yerləşməsi barədə də məlumatlar var. Məsələn, Səfəvilər dövrü tarixçilərinin ən görkəmli nümayəndəsi olan İsgəndər bəy Münşi 1629-cu ildə tamamladığı “Tarixi- aləm –ara-yi Abbasi” adlı əsərində 1628- ci il hadisələrdən bəhs edərkən yazır ki, “Şamlı elinin əbdallu oymağından olan adlı-sanlı əmir Həsən xan atası Hüseyn xanın yerinə Xorasan bəylərbəyidir”. Qeyd edim ki, orta əsrlərdə Səlcuqlara qədər və Səlcuqlar dövründə Hələb bölgəsində yaşamış türkmən oba və elləri ərəb mənbələrində “ətraki şamlı” fars mənbələrində “türkmane şamlı, şam türk- mənləri, türk mənbələrində isə sadəcə şamlı kimi göstərilmişdir. Tanınmış rus alimi V.A.Qordlevski Anadoluda “taifə abdalan”, “abdalani Rum” və s. sözlərinə təsadüf etdiyini yazır. Bundan başqa, Türkiyədə Bursa-Mudanya yolu üzərində Hülufər çayı üstündə XVIII yüzilə aid Əcəmlər körpüsü adıyla bilinməkdə olan Abdal körpüsü mövcuddur. Osmanlı dövlətinin quruluşuna aid mənbələrdə adı keçən Anadolu abdallarından biri Abdal Kumral, yaxud Kumral Abdal olmuşdur. Osmanlı mənbələrində Sultan II Murad dövründə yaşayan Anadolu abdallarından Abdal Mehmed, Abdal Murad, bəktaşi ənənəsində önəmli yeri olan Abdal Musa, Antalyanın Elmalı ilçəsinə bağlı Təkkə (Təkə) kəndində XIV yüzildə qurulmuş Bəktasi təkkəsi olan Abdal Musa Təkkəsi, İstanbulda Davutpaşa və Qoca Mustafapaşa səmtləri arasındakı Həkimoğlu Əli paşa Külliyəsi içində qalan XVII yüzilə aid abdal Yakup təkkəsi haqqında da xeyli məlumatlar vardır. A.A.Bakıxanov da azərbaycanlıların tərkibində abdal tayfasının olduğunu qeyd etmişdir. Albaniyanın Kalankatuk kəndindən olan Moisey Kalankatuklu VII yüzildə yazdığı “Albaniya tarixi” adlı əsərində abdalların adını qeyd etmişdir. Onun fikrincə abdallar (heptallar) IV əsrdə Makedoniyalı İsgəndərin hakimiyyəti dövründə (e.ə. 336-323-cü illər) buraya köçürülmüşdür. Bir məlumat da qeyd edək ki, Kembric universitetinin professoru L.Lokhart 1958-ci ildə nəşr etdirdiyi “Səfəvi sülaləsinin tənəzzülü və İranın Əfqanlar tərəfindən işğalı” adlı monoqrafiyasında bu hadisələrdən geniş bəhs etmiş və abdalları…”çox comərd və hərbsevər adamlar” kimi xarakterizə etmişdir. O, həmçinin qeyd edirdi ki, Səfəvi dövlətinin şərqində”… ən güclü tayfalar gilzaylar (qərzayilər) və abdallar idi.
Birincilər Qəndəhar ətrafı ərazilərdə, sonuncular isə Herat vilayətində yaşayırdılar”. Kiçik Qafqazın bu bölgəsi sərt dağlıq, meşəlik, ticarət yollarının kəsişmədiyi bir məkanda olmaqla, 3900 m hündürlükdəki qışı şaxtalı, yayı sərin olan yaylaqlarla zəngindir,sıldırım qayalıqlar keçilməzdir,safsular, təmiz hava yetərincədir. Bu yerlərə yaylaq yolları ilə Cənubi Zəngəzurun, Qaradağın, Aran Qarabağın elatları gedib-gəlmişlər. Maşın icad olub geniş yayılanacan buraya heç qazalaq yoluda olmamışdır. Yerli insanlar elat nəzərə alınmazsa ancaq burada yaşayıb-yaratmış, doğub-törəmişlər.Buranın insanları dağətəyi mülayim iqlimli yerlərdə daimi məskən salmış, yaydan-yaya əhalinin əsasən kişiləri kəndlərindən yuxarıda yerləşən yaylaqlara heyvanatısürmüş, bəzəndə orada qoyub öz kəndinə əkin-biçinə qayıtmışlar. Çörəyi-xörəyi kənddə hazırlayıb aparmışlar. Arandan gələn elat isə tam hazırlıqlı gələrdi. Bu mənada Laçın bölgəsində “özünə qapanma” sayəsində burada bir çox qədim türk adət-ənənələri, danışıq dilində qədim türklərin işlətdiyi sözlər, insanların qarşılıqlı münasibətində gədimlik və s. hökm sürürdü.
Laçın tarix, mədəniyyət və arxeologiya abidələri ilə zəngin olan bir ərazidir.
Rayonun Mirik kəndindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hocaz kəndindəki mağara məbəd hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.Güləbird kəndindəki “Qız qəbri” kurqanı və bu ərazidə olan digər adsız kurqanlar, Mirik kəndinin “Təpələr” ərazisindəki kurqanlar və eləcədə Ziyrik kəndi ərazisindəki Rizvan meşələrində və digər yerlərdəki bu tipli kurqanların mövcudluğu və çoxluğu əsas verir ki, bu bölgədə yaşayışın neolit və tunc dövrlərindən başlandığı haqqında fikir söylənilsin.Rayon ərazisində Antik dövr daş abidələrindən sayılan qaya, daş üzərində insan, heyvan, quş və digər həndəsi təsvirlərə də rast gəlmək olur. Bu təsvirlər əsasən rayonun Qaragöl yaylağından, Pəri çınqılı adlanan ərazidən, Kəlbəcər rayonunun əraziləri istiqamətində uzanan silsilə çınqıl daşları üzərlərində oyulub. Bu təsvirlərin yaşı, bəlkə də Qobustan qayaları üzərindəki təsvirlərin yaşı qədərdir.
“Laçın” toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Ona qədər isə bu ad “Yuxaı Laçın” adlı kəndin adında özünü qoruyub saxlamışdır. Qismən qədim xəritələr üzərində araşdırmalar göstərir ki, Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasının əsas zirvəsi ilə yanaşı Laçın adlı bir zirvə də diqqəti cəlb edir.Bu zirvə Yuxarı Qarabağ bölgəsində Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir. Araşdırmalar göstərir ki, “Laçın” adı coğrafi, tarixi və ədəbi mənbələrdə rast gəlinir. Mənbələrə baxarkən “Laçın” toponimi bir oronim-yəni dağ adı kimi bizə məlum olur. Lakin bu toponim həm də özünə bir oykonim şəklində bir növ vətəndaşlıq hüququ qazanmışdır. Bunu Laçın adlı kəndlərin adında görə bilərik: Şuşada Laçınlar, Kəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya qalası və s. buna misal ola bilər. Tarix elmləri doktoru Ziyadxan Nəbibəyli yazır ki, istər eradan əvvəl, istərsədə yaşadığımız 1-ci və 2-ci minilliklərdə yunan, ərəb,şərq ölkələrinin bir çox yerlərindən, İrandan – Cənubi Azərbaycandan gələn səyyah və tacirlər əvvəlcə Ordubad, Gilan çayı dərəsi ilə Xaraba Gilan (onun xarabalıqları indidə durur) şəhərlərinə gəlir, Gəmiqayanı keçərək Qafan, Qarakilsədən Həkəri çayını keçməklə müxtəlif tərəflərə istiqamət götürərdilər.
Zəngəzurda, Qapıcıqla səsləşən və eyni kökdən bəhrələnən Qapçıqay (Qapıcıqay) dağı isə İşıqlı dağının şərq yamacındadır. Bu sözdəki “ay” ifadəsi bu yerlərdə Zərdüştlük (Atəşpərəstlik) dövründə yaşayan insanların Aya, Günəşə sitayişilə əlaqəlidir. O, dövrün qəbrüstü daşlarında da Günəş və aypara şəkilləridə bu fikri tamamlayan əlamətlərdəndir. Laçında, o cümlədən Zəngəzurda və ümumilikdə Kiçik Qafqazın bəzi dağ, daş, xüsusən yonquya gedən sal daşlarda da bu nişanələrə rast gəlmək mümkündür Əvvəlcədən qeyd etdiyimiz kimi bu adın sorağı ilə ədəbi materiallara müraciət etdik də “Laçın” adına rast gəlmək olur. Hal-hazırda, eləcə də yaxın keşmişdə bu adı axtarmaq çox asandır. Laçın adlnı daşıyan şəxslər hal-hazırkı dövrdə də vardır. Ancaq buadın sorağı ilə uzaq keçmiçə müraciət etdik də məşhur hind şairi Əmir Xosrov Dəhləvinin həyatından bəhs edən mənbələrdə onun atasının soyadında “Laçın” sözü diqqəti cəlb edir.Onun adı belədir: Əmir Mahmud Şəms Laçın. Tarixi mənbələrdən aydın olur ki, onun ata-babası Hindistana Orta Asiyanın işğalı ilə əlaqədar gəlmişlər. O zaman “Laçın” türk tayfası Türkmənistanın cənubunda Kopetdağında məskunlaşmışdılar.
Hindistanda yaşayıb-yaratmış, dövrünün ən böyük şairi Əmir Xosrov Dəhləvinin adında tayfasının adı göstərilmişdir. Qeyd edək ki, “Laçın” türk tayfası XIII əsrin əvvəllərində Türkmənistanın cənubundakı ərazilərdə yaşayırdılar. Monqolların hücumu zamanı Laçın tayfalarının bir hissəsi Azərbaycana pənah gətirmişlər. Onlar Qarabağın yuxarı bölgəsində Xaçın məlikliyində, Xəlfəlidə, eləcə də Qarqarçay, Həkəriçay hövzələri yaxınlığında məskən salmışlar. “Laçın” türk tayfasının bir hissəsi isə Hindistanda sığınacaq tapmışdır.
Bəzi tədqiqatçılar Laçın sözünü yalçın (sıldırım) türk deyimi ilə də izah edirlər. Laçın adlı, cəsurluq rəmzi hesab edilən quş da olmuşdur. Laçın şəhəri dağ qartalma bənzəyir. Qol-qanad açıb bir qanadı Qankaha kəndinə, bir qanadı Həkəri çayına qədər uzanmışdı. Mənbələrə baxarkən “Laçın” toponimi bir oronim-yəni dağ adı kimi bizə məlum olur. Lakin bu toponim həm də özünə bir oykonim şəklində bir növ vətəndaşlıq hüququ qazanmışdır. Bunu Laçın adlı kəndlərin adında görə bilərik: Şuşada Laçınlar, Kəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya qalası və s. buna misal ola bilər. Orta əsrlərdə Azərbaycanda Laçın qalası və Laçın şəhəri də olmuşdur. Qarabağda Laçın qalasının olmasını Kirakos Gəncəli qeyd etmişdir. O, yazır ki, Laçın Həsən Cəlalın qalalarından biri idi. Azərbaycanda orta əsrlərdə Laçın adlı şəhər də olmuşdur ki, bu şəhərdə pul kəsilirdi. Bu şəhər Çobani xanlarının zamanında daha da şöhrətlənmişdi. Xaçın knyazlığının ərazisində Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yaranmış idi. 1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmadı. Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1861-ci ildən isə indiki Laçın yaradılan Zəngəzur qəzasına qatılır. 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı Zəngəzur bölgəsini 2 yerə bölündü və nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. 1923-cü ildən şəhər statusu alıb.
Artıq bu dövrdə Zəngəzur vilayətinin Azərbaycanda qalan hissəsində də hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəlib. Və beləliklə, Laçın və Abdallar kəndləri arasındakı ərazidə rayon mərkəzinin yaradılması qərara alnır. Rayonun adını seçərkən yerli relyefi və əhalinin xarakterini nəzərə alan yazıçı Tağı Şahbazi Simurq təşəbbüs göstərərək rayonun adını 1926-cı ildə Laçın adlandırılıb. elan etib. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib. Laçın 18 May 1992-ci ildə ermənilər tərəfindən işğal olmuşdur.264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.Bütün var dövlətlərimizi yeraltı və yerüstü sərvətlərimiz talan-qarət olmuş, torpaqlarımız hərraca qoyulmuş, ata-baba qəbiristanlıqlarımız düşmən tapdağında qalmış, rayonun 65507 nəfər əhalisi Respublikanın 59 şəhər və rayonlarına, “Taxta-körpü” qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.
Laçın torpaqlarını İşğal etdikdən sonra ermənilər, bu ərazilərdə toponimlərin, inzibati yaşayış məntəqələrinin adlarının dəyişdirilməsinə başladılar, ilk öncə onlar Mərkəzi Laçın şəhəri olmaqla, Laçın, Qubadlı və qismən də Gorus rayonlarının əraziləri daxilində Kaşatax adlı bir vilayətin yaradıldığını elan etdilər. Azərbaycanın İşğal Olunmmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkliatı İctimai Birliyinin sədri Faiq İsmayılov yazır: «Kaşatax» sözü erməni dilinə türk dilindən gəlmə sözdür. «Kaşatax» sözünün deyilişi bir az erməni ləhcəsinə uyğunlaşdırılsada əslində türk toponimindən əxz edilən bir sözdür. Bu sözün mənası, «Kıştax (qışlax)», «Yuxarı qışlax», «Baş qışlax», «Qarıqışlax» mənasını verir. Bununlada ermənilər bu ərazini regionun qışlaq yeri kimi xarakterizə etməyə çalışırlar. Lakin, ermənilər tərəfindən bölgəyə bu adın verilməsi nə tarixi nə də coğrafi baxımdan ərazinin relyefi ilə uyğunluq təşkil etmir.
Zaur Əliyev
AMEA-nın əməkdaşı
Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri
Siyasi fəlsəfə doktoru
______________________________________________________________________________________________________________
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024