Bizim nəsil əvvəllər mübaribəni filmlərdə görmüş, onun haqqında kitablardan oxumuşdu. Əlbəttə, bu əsərlərin heç biri yalnız müəllif təxəyyülünün məhsulu, fantaziya, uydurma deyildi, onların hamısının əsasında həqiqət, baş vermiş hadisələr dayanırdı. Çünki müharibə təkcə orduların üz-üzə gəlməsi, kəndlərin, şəhərlərin viran qalması deyil, o, yalnız döyüş meydanlarındakı vuruşmalarla bitmir. Müharibə qan, ölüm olduğu üçün həm də qəmdir, kədərdir, göz yaşlarıdır.
Müharibə - ana fəryadıdır!
Müharibə - pəhləvan cüssəli ataların belə, dizinin taqətini alan şər qüvvədir!
Müharibə - qara örpəklər və bu örpəklərin altında gəlinlərin pünhan-pünhan ağaran saçları, birçəkləridir!
Müharibə - ata həsrətli körpələrin nisgilidir!
Bu, insan həyatının ən dəhşətli, ən ağrılı, ən sınaqlı hadisəsidir və onu keçənlər müharibə gerçəkliyinin əsas cizgilərini - aclıq və səfaləti, yetimlik və sərgərdanlığı, əxlaqın sərtləşməsini və adamların bir-birinə qarşı qeyri-adi dərəcədə qəddarlaşmasını müxtəlif həyat hadisələri, əhvalat və olaylar timsalında xatirələrində ömürlük saxlayır, heç zaman unuda bilmirlər. İnsanlar həmişə müharibəyə nifrət etmiş, onun sonuncu olmasını arzulamışlar! Lakin hər yeni nəsil təkrar-təkrar müharibələrin iştirakçısı və şahidinə çevrilmişlər. Qəddarlıq və zorakılıq adamlara konkret məqsədlərə çatmaq üsulu kimi bütün dövrlərdə xarakterik olmuş və amansız savaşlar insan həyatının, yaşayış uğrunda mübarizənin formalarından biri kimi seçilmişdir. Bəlkə buna görə müharibə mövzusu tükənmir, hər nəsil onun tarixinə öz həqiqətlərini yazır.
Ən böyük qələbələrlə başa çatan müharibələrin belə, nəticələri çox acı olur. Çünki onlar bir nəfərin, bir ailənin deyil, bütün xalqın taleyindən keçir. Və bu acılar, bəzən qürur qarışıq olsalar da, sanki rişələnərək nəsildən-nəslə ötürülür. Mübaribədə atasını itirən övlad onun qəhrəmanlığı ilə nə qədər fəxr etsə də, bu qürur yetimlik ağrısını unutdura bilmir! övladını itirmiş valideyn üçün sağalmaz yaradır, böyük faciədir!
Baxdığımız kinolarda və oxuduğumuz bədii əsərlərdə bu həqiqət əks olunubdur. İkinci dünya müharibəsindən neçə illər sonra anadan olsaq da, müharibə acılarını yaşca özümüzdən böyük insanların həyatında görür, xatirələrindən eşidirdik. Heç uzağa getməyək, nənəm Gülgəz xanım ömrünün son günlərinədək quru yerdə yatardı. Qız-gəlinin yalvar-yaxarına gileylə, qınaqla cavab verərdi: "Mənim övladım quru səngərdə yatsın, mən döşək üstündə?!". Binəva qadın dərk etmirdi ki, (əslində, qəsdən dərk etmək istəmirdi) dava artıq sona çatıb və oğlu sağ qalmış olsaydı, indi çoxdan gəlmişdi...
Bir rəfiqəm isə nağıl edir ki, onun nənəsi Səfurə həmişə üzü qibləyə yatarmış. Elə ki, davaya göndərdiyi bir cüt oğul geriyə dönmür, bu mövhumatçı qadın qibləsini dəyişir. Yatağını balaları gedən yola tərəf salır. Dünyasını dəyişmək məqamı gələndə həmin yolu göstərib vəsiyyət edir ki, mənim cənazəmi üzü o səmtə qoyarsınız, qibləm bax, oradır.
Müharibələr bir-birinə bənzəmir. Onların aparıldığı vaxt da, məkan da müxtəlif olur. Müharibələri doğuran səbəblər də başqa-başqadır. Fəsadları isə eynidir, acıları, fəryadları, izləri oxşardır. Buna görə böyüklərimizdən tez-tez eşidərdik: "Getsin o günlər, bir də gəlməsin".
Buna görə, yola saldığımız iyirminci əsrin 80-ci illərinin sonunda öz məkrli niyyətini həyata keçirməyə girəvə axtaran namərd qonşumuz əvvəlcə qarşıya bir qalmaqal salanda Azərbaycan qadını ortaya örpək atdı. Lakin başqasının süfrəsində qarın doyurub sonra həmin süfrədən oğurluq edən, başqasının torpağında sığınacaq tapıb, sonra da həyasızcasına "bu yurd mənim olmalıdır"- deyən üzdəniraq tayfadan nə gözləmək olar?! Bu tayfanın başqasının torpağına sahib çıxmaq hərisliyi o qədər güclüdür ki, onlardan ötrü nə abır-həya, nə şərəf-ləyaqət, nə namus-qeyrət, nə də təbii, qəlb-insaf var! Belə azğınlaşmış, arxalandığı "köpəklərdən" güc alan tayfanın bizi cəlb etdiyi nahaq və ədalətsiz müharibədə xalqımızın ortaya qoyduğu isə bambaşqa dəyərlərdir. Yüzlərlə, minlərlə igidimiz Topraq, Ana Vətən uğrunda şəhid olub.
Bu illər ərzində biz qanlı 20 Yanvarı gördük, Xocalı faciəsini yaşadıq, hərbi təcavüz nəticəsində ərazilərimizin 20 faizi işğal edildi, 30 minə yaxın insan həlak oldu, 50 mindən artıq adam yaralandı, şikəst edildi, əsir, girov götürüldü, bir milyonumuz isə qaçqın və köçkün vəziyyətinə düşdü. Biz Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda şirin canından keçənlərin, yurd-yuvasından dərbədər olan, ellərimizin namərd gülləsinə tuş gəlmiş günahsız insanların sayını dəqiqləşdirib, digər rəqəmlər də göstərə bilərik. Amma anaların, bacıların, ailələrin köksünə vurulmuş yaraların sayı yoxdur! Öz cəlladlığı ilə alman faşistlərini arxada qoyan mənfur ermənilərin işğal etdiyi (əlbəttə, müvəqqəti!) torpaqlarımızda kəndlərə və şəhərlərə vurulan maddi ziyanı dollarla, manatla, avro ilə də hesablamaq olar, amma insanların qəlbinə vurulmuş yaraların dərinliyini göstərmək üçün ölçü vahidi yoxdur!
Düçar olduğumuz bəlanın fəsadları Azərbaycanın hər tərəfində yaşanmaqdadır. Müharibənin izləri təkcə Qarabağda, cəbhə bölgələrində, sərhədyanı rayonlarda deyil, yurdumuzun hər bir kəndində, şəhərində görünür. Müharibənin nisgilindən ölkəmizin bütün bölgə əhlinə - gəncəliyə də, lənkəranlıya da, qubalıya da, naxçıvanlıya da, şəkiliyə də, bakılıya da bolluca "pay düşüb". Atalar yaxşı deyib ki, beş barmağın hansını kəssən ağrısı eyni cür olar. Çox təbiidir, çünki barmaqlar bir-birinə bənzəməsələr də, bir əldə, bir biləkdə birləşirlər. Biləkdən qopan ağrı isə insanın bütün varlığına asanca yol tapır. Bu proses əksinə də olur. Qoldan gələn ağrı barmaqlara paylanır. Odur ki, vətənin dərdi hamımızın, hər birimizin ağrısı isə Vətənindir.
Hərdən düşünürəm, görəsən, belə bir sorğu elan olunsa ki, torpağımızda gedən müharibə kimdən yan keçib, bu suala "məndən" cavabını verən olarmı? Beləliklə, qısaca Qarabağ müharibəsi adlandırdığımız, üzdəniraq qonşunun bizi zorla sövq etdiyi bu hərbin izləri hər birimizin taleyindən keçməkdədir. Elə Bakı kəndlərindən birinin sakini Sona xanımın ailəsində olduğu kimi (Azərbaycan ailəsinin mentalitetinə hörmət əlaməti olaraq yazıdakı bəzi adlar şərti verilir.-İ.Ə.) Milli adət-ənənələrimizə görə el arasında ailə, ev kişinin adına çağırılır. Biz isə Sona xanımın ailəsi dedik. Ona görə ki, bu ailənin başçısı dünyasını çoxdan dəyişmişdi - Sona cavan gəlin, 4 balası isə uşaq olanda... Adi bir kənd qadını olan Sona bundan sonra qızına və 3 oğluna həm ata, həm də ana olmuşdu. İşə düzəlmiş, ailənin bütün ağırlığını öz üzərinə götürmüşdü.
Qoy, oxucu real həyatın diktə etdiyi bu yazını hekayə kimi danışmağımıza görə bizi qınamasın. Başqa cür mümkün deyil! Çünki bu, doğrudan da, bir hekayət, nağıla bənzəyən bir həqiqətdir.
...Sona gündüzlər çöl, axşamlar ev işlərini görüb qurtarandan sonra xəlvətcə yan otağa çəkilərdi. Ömür-gün yoldaşının divardan asılmış şəkili önündə dayanar, pıçıltı ilə onunla dərdləşərdi. Baş verən hadisələri danışardı. Bu onun sanki şifahi gündəliyi idi.
Amma nə qədər güclü iradəyə malik olsa da, qadın zərif məxluqdur. Odur ki, bərkiyən, mətinləşən, bir növ, kişiləşən bu xanım hərdən elə kövrəlirdi ki... Bir dəfə etiraf etdi ki, "təkbaşına 4 uşaq böyütmək elə çətindir! Bəzən yıxılıram, ancaq qalxıb təzədən yüyürürəm". Sonaya güc verən övlad sevgisi idi. Bu sevgi onu irəlilədir, o isə uşaqların əlindən tutub onları qabağa aparırdı. Bu minvalla hamısını boya-başa çatdırdı. Oğlanların ikisini evləndirdi, qızını el adəti ilə ata ocağından gəlin köçürdü. Sonbeşiyi Rzanın sevdiyi qıza nişan apardığı gün ana sanki qanadlı bir quş idi.
Amma el məsəli var, deyirlər ki, "sən saydığını say, gör, fələk nə sayır". Demə, tale Sonanı qəfil, gözlənilməz hadisələrlə hələ də sınağa çəkəcəkmiş.
Onda 1992-ci il idi. Həmin dövr hünər vaxtı, qeyrət məqamı idi. Düşmənin qarış-qarış, oymaq-oymaq ələ keçirməyə can atdığı torpaq oğullarını imdada çağırırdı. Təhlükə hər saat, anbaan artırdı. Belə günlərin birində Rza cəbhəyə getdi. Ana heç bir söz deyə bilmədi. Axı, valideyn məhəbbətinin əsas tərkib hissəsi həm də övlada qarşı tələbkarlıq, onda yüksək mənəvi keyfiyyətlər - dözüm, əzmkarlıq, sabitqədəmlik, qədirbilənlik tərbiyə edilməsidir. Əks halda, övladlar Vətən, torpaq, yurd, dövlət qarşısında öz insanlıq və vətəndaşlıq borclarını yerinə yetirmək istəməsələr, ana borcunu qaytara bilməzlər. Övladların müharibə şəraitində sınağı ömürdə bir dəfə baş verir - həqiqi oğul isə bu sınağa həmişə hazır olmalıdır.
Bir müddət vuruşduqdan sonra Rzadan heç bir soraq gəlmir. Onu xeyli axtarırlar. Günlərin birində məlum olur ki, Rza itkin düşüb. Ana isə inadla yol gözləyirdi. Məntiqlə ananın ümidi getdikcə şam kimi əriyib sonməli idi. Amma çox qəribə bir psixoloji hal baş verirdi. Sona getdikcə daha inadkar olurdu. Daxilindən gələn bir səs ona oğlunun sağ olduğunu deyirdi. Odur ki, ana indi artıq evin içində duruş gətirə bilmirdi. Köhnə bir kətili darvazanın kandarına qoyub gün batan vaxtdan səhər açılana qədər orada otururdu. Qaş qaralır, şər qarışır, qaranlıq düşürdü. Ana isə əlləri qoynunda nəzərlərini uzaqlara dikib gözləyirdi. Qohum-qonşunun, tanış-bilişin də sanki nitqi tutulmuşdu. Ananın bu halı qarşısında hamı mat-məəttəl qalıb, dinə bilmirdi. Beləcə, Sona hər axşam gözləyir, gözləyirdi. İstidə, soyuqda, qarda, yağışda, çovğunda yenə də gözləyirdi. Yalnız dan sökülənə yaxın ananın bu günə olan ümidi üzülür, o, kətilini götürüb yavaşca içəriyə çəkilirdi. Sabahkı günə güman bəsləməyə başlayırdı...
...Günlər ötür, amma nə Rzanın özü gəlirdi, nə də bir sorağı. Elin gözündə dözüm-dəyanəti, namus-qeyrəti ilə neçə illərdir, dağ kimi qürurlu görünən qadın zərrə-zərrə əriyib gedirdi. Bu evin qarşısından keçənlər bir gün orada adət etdikləri mənzərəni görmədilər. Ana yatağa düşmüşdü. Bir neçə gün sonra isə kətilin yerində yas çadırı qurulmuşdu.
Günümüzün olaylarının yaratdığı bu hekayətin kulminasiya nöqtəsi isə bir gün Rzanın əsirlikdə olması və tezliklə azad ediləcəyi xəbərin kəndə yayılması idi. Bütün kənd əhli Rzanın doğmalarına gözaydınlığı verdiyi zaman qonşu məhəllədəki ikimərtəbəli evdə əsəbi, gərgin vəziyyət yaranmışdı. Rzanın nişanlısı Lalə üç il əvvəl ailə həyatı qurmuşdu, iki övladı vardı. Həyat yoldaşı özü ilə həmyaşıd idi. Narahatlıq da onunla bağlı idi. Lalə gözəl başa düşürdü ki, Rzanın qayıdışının onların ailəsinə heç bir isti-soyuğu olmayacaq. Əri isə kənd camaatının qınağından qorxurdu: ətrafda bu qədər qızın olduğu halda, itkin düşmüş əsgərin nişanlısı ilə evləndiyinin düzgün anlaşılmayacağından narahat idi. Ona görə də qonşu məhəllədə baş verənlərə qarşı marağını qısqanclıqla qarşılayırdı. İndiyədək təkid edir ki, ailəsini götürüb kənddən çıxsın. Lalə isə bunu istəmir. Hətta bir dəfə ərlə arvadın arasındakı fikir ayrılığı son həddə çatır və evin kişisi maşın gətirib ailəsini köçürmək istəyəndə qadın evdən çıxmır. Rzanın kəndə qayıtmaq sorağı gələndən bu evin düzəni pozulmuşdu. Lalənin həyat yoldaşına elə gəlir ki, kənddən qaçmaq bütün bu əziyyətlərin üstündən xətt çəkməyə bərabərdir. Dərindən düşündükdə müqəssirin kim olduğunu hamı çox yaxşı tanıyır - onun adı müharibədir... Müharibə insanların mənəvi aləmini sarsıdan, onların daxili-əxlaqi potensialını sınağa çəkən mürəkkəb bir hadisədir. Bu ailələrin taleyini də müharibə müəyyən edib, həmin insanlar davanın vurduğu yara və faciəni yaşamaqda hələ də davam edirlər.
Müharibə itkiləri, qara kağızlar, itkin düşmə haqqında məlumatlar, əlil olub qayıdanlar ölkənin qəsəbə və kəndlərini bir ailə kimi birləşdirir. İnsanların ağır gündə bir-birinə həyan durmaqdan, əl tutmaqdan başqa çarələri qalmır. Dərd, faciə adamları daha tez yaxınlaşdırır. Bunu mən sonuncu dəfə kənddə olanda gördüm və lap yaxından hiss etdim. Kəndin bütün sakinləri müharibə faciələrinə və hətta onların xatirələrinə qarşı da son dərəcə həssasdır.
Torpaqlarımızın beşdə bir hissəsi işğal altındadır. Müharibə hələ bitməyib. Dövlətimizin başçısı Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz öz torpaqlarımızı hərb yolu ilə də geriyə ala bilərik. Bəli, bunun üçün güclü ordumuz, igid oğullarımız, əzmimiz, iradəmiz də var. Lakin Prezidentimizin, dövlətimizin və xalqımızın bütün səyləri məsələnin sülh yolu ilə həllinə yonəlib. Çünki müharibə faciədir, onun talelərdə çox dərin izləri, qəlblərdə acı çöküntüləri qalır. Danışdığımız hekayət müharibənin verdiyi fəsadlar dəryasında bir damla olsa da, hərbin törətdiklərini çox aydın xarakterizə edir. Amma hamının dəqiq bildiyi bir həqiqət var. Muharibənin qoyduğu bu izlər illər, bəlkə də onilliklər boyu itməyəcək. Hərbin açdığı bu şırımların yeri heç vaxt hamarlaşmayacaq, təkcə Rzanın yox, onun bütün ailəsinin, doğmalarının, kəndinin, vətəninin taleyindən keçəcək.(anl.az)
İradə ƏLİYEVA
Azərbaycan.- 2010.- 10 fevral.- S. 9.
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024