"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov

10:59 / 27.12.2022
Baxılıb: 3334

“Qərbi Azərbaycandan 250-300 mindən çox adam deportasiya olunub. İnsanlar oradan məcburi köçürülüblər. Evlərindən heç bir şey götürmədən çıxıblar. Tikdikləri evləri, imarətləri, məktəbləri, əyin-başlarını, hətta şəkillərini də orada qoyublar. İnsanlar dövlətin təkidi ilə silah gücünə bir-bir evlərindən çıxarılıb”

Goyce.az bildirir ki bu sözləri Bakupost.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov deyib.
 

O, yaxın gələcəkdə Qərbi Azərbaycana qayıdışla bağlı fəaliyyət planının hazırlanacağını bildirib:

“Yaxın gələcəkdə proqram xarakterli sənəd hazırlasaq, bununla həm prezidentin tapşırıqlarını yerinə yetirmiş, həm də arzu və istəklərimizi həyata keçirmiş olarıq. Güman edirəm ki, 2023-cü ilin ilk günlərində icmanın rəhbərləri və əsas üzvləri bir araya gələcək. Prezidentin proqram xarakterli çıxışından irəli gələn vəzifələrimizi müəyyənləşdirəcəyik. Artıq mən bəzi yoldaşlarla əlaqə saxladım. Sənəd tərtib edəcəyik. Əvvəlcə həmin sənəddə nəzərdə tutulan məsələlərin hansını kimin idarə edəcəyi müəyyənləşdiriləcək. Prezident öz çıxışında hüquqi məsələlərə xüsusi diqqət yetirib. Yeni portalın yaradılması, mətbuat, beynəlxalq əlaqələrlə bağlı danışıb. Bunların hamısı müzakirə edilib müəyyənləşdirilməlidir. Ümid edirəm, yanvar ayının ortalarında həmin sənədlə tanış ola biləcəyik. İcmanın İdarə Heyəti, Müşahidə Şurası bir yerə toplaşacaq, müzakirələr aparılacaq, digər insanların da təklifini aldıqdan sonra sənəd hazırlanacaq. Bu, prezidentin tapşırığına əsaslanan sənəd olacağı üçün diqqətlə hazırlanmalıdır. Dövlət başçısı öz ad günündə vaxt tapıb Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşdü. O bildirdi ki, mən ad günümü həmişə öz ailəmlə - qaçqın və məcburi köçkünlərlə keçirmişəm. Bu gün yenə öz ailəmin içərisindəyəm. Bu, çox ciddi məsələdir. Ona görə də prezidentin bu addımına müvafiq ciddi addımlar atmağa hazırıq və hazır olacağıq”.

M.Mərdənov Qərbi Azərbaycandan deportasiya məsələsinə də da toxunub:

“Bu məsələ barədə ayrı-ayrı məqalələrdə, kitablarda yazılıb. Statistik rəqəmlər də bəllidir. Onları dəqiqləşdirməliyik. Çünki biz dünya ictimaiyyətinin qarşısında çıxış edəndə deyəcəklər ki, hansı sənədlərə əsaslanırsız. Ona görə biz həmin tarixin şahidi olmuş insanları eşitməliyik, yazılmış kitablardan gətirilən faktları dəqiqləşdirməliyik. Qərbi azərbaycanlıların deportasiyası rəsmi olaraq 4 dəfə həyata keçirilib. Orada doğulmuş, yaşamış biri kimi deyirəm ki, ermənilər bu siyasəti həmişə həyata keçirib. Mən Bakıya gəldim, universiteti bitirdim. Bildim ki, geriyə qayıtsam, orada mənə iş olmayacaq. Sonra qardaşım və bacım da gəldi. Atamla anam orada tək qaldığı üçün gəlməyə məcbur oldular. Uzun illər proses belə davam etdi və sonda orada yaşayan 250-300 mindən çox adam dövlət səviyyəsində deportasiya olundu. Bizim kəndin kolxoz sədri olmuş Səmayə xanım o dönəmdən danışır. Deyir ki, bizə dedilər ki, gecə ikən çıxıb gedin, ya da sabah silahlılar gələcək. Rəsmi vəzifəli insan bunu deyir. Bəlkə də o vaxta qədər olan deportasiyalar bu cür xarakter daşımayıb. 1988-ci ilin noyabr-dekabr ayında baş verən deportasiya isə birbaşa Ermənistan və onun arxasında duran qüvvələrin dəstəyi ilə həyata keçirilib. İnsanlar oradan məcburən köçürülüb, evlərindən heç bir şey götürmədən çıxıblar”.

M. Mərdanov qeyd edib ki, Prezident Qərbi Azərbaycanla bağlı mövcud kitabların müxtəlif xarici dillərə çevrilib çap olunması və dünyada yayılması ilə bağlı tapşırıq verib: "Bizim fəaliyyət planında bu məsələ də nəzərə alınacaq. Bu, bizim vəzifəmizdir. Çünki özümüz bilməklə iş bitmir. Gərək dostumuz da, düşmənimiz də bu həqiqətləri bilsinlər”.


Aynur


Etiket:
Xəbərlər

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025
Bütün xəbərlər