QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)

20:19 / 15.05.2023
Baxılıb: 942

Göyçə gölünün cənub-şərqində, Basarkeçər kəndindən (indiki Vardenis şəhəri) 3 kilometr qərbdə, Vardenis-Yerevan şosesinin üstündə, dəniz səviyyəsindən 1940 metr yüksəklikdə yerləşən bu kəndin ərazisindəki məbədin qalıqlarının VIII-IX, qədim məzarlıqdakı daş kitabələ­rin isə Xl-Xll əsrlərə aid olduğunu erməni tarixçilərinin özləri də rəs­mən etiraf ediblər. Rəsmi mənbələrdə isə bu kəndin adına ilk dəfə ye­ni yaradılmış erməni vilayətiinin idarəçiliyinə verilmiş Göyçə mahalı­nın o zaman yaşayış üçün yararlı sayılan 59 türk kəndinin İ.Şopen tərə­findən tərtib olunmuş siyahısında rast gəlinir.

Tarixi sənədlərə görə 1831-ci ildə Qanlı Allahverdi kəndinin (Qamışlıdan köçüb bu kəndə pə­nah gətirənlərlə birlikdə) əhalisinin sayı 314 nəfər olub. Kənddə yaşa­yan türklərin sayı 1897-ci ildə 397, 1908-ci ildə 445, 1914-cii ildə 465, 1916-cı ildə 483 nəfər həddinə qədər artıb. Qondarma Ararat Respubli­kasının mövcudluğu illərində Göyçənin digər kəndlərinə nisbətən Qan­lı Allahverdi kəndi daha çox ziyan çəkib; 1918-ci ilin noyabrında kənd qismən, 1919-cu ilin aprelində isə bütünlüklə yandırılıb və talan edilib. 1922-ci ildə qaçqınların cəmi 30 faizə qədəri, 165 nəfər qayıdaraq kən­di yenidən bərpa etmişlər. Amma bu vaxtdan etibarən ermənilər rəsmi sənədlərdə kəndin adını Qanlı Allahverdi kimi yox, Qanlı kimi göstər­mişlər. 1931-ci ildə kənd sakinlərinin sayı 287, 1945-ci ildə 363 nəfər idi. 1946-cı il avqustun 12-də Qanlı Allahverdi toponimi dəyişdirilərək, kənd Qamışlı adlandırılmışdır. 1948-1953-cü illər aralığında dövlət sə­viyyəsində həyata keçirilən deportasiya zamanı Qanlı Allahverdi kəndi də qara siyahıya düşmüş, kənd bütövlükdə Kür-Araz ovalığına köçürülmüşdür.

Əhalinin bir qismi aran zonasına uyğunlaşa bilməyərək, bir qismi isə malyariya nəticəsində tələf olmuşdur. 1956-cı ildən sonra sağ qalanların az bir hissəsi yenidən kəndə dönərək onu bərpa etməyə çalışmışlar. 1979-cu il siyahıyaalınmasının nəticələrinə görə kənd əhali­sinin sayı 673 nəfər olmuşdur. 1988-ci il noyabrın 24-dən dekabrın 7-nə qədər erməni quldurları tərəfindən mühasirəyə alınmış Qanlı Allahver­di kəndi iki şəhid vermiş-62 yaşlı Əhmədov Firudin Həsən oğlu aldığı fiziki xəsarətlər nəticəsində, 61 yaşlı İbrahimov Mirzağa İbad oğlu isə təqiblər zamanı borana düşərək dünyalarını dəyişmişlər. Kənd isə tam mənada dağıdılmış və qarət edilmiş, əhali Azərbaycanın müxtəlif böl­gələrinə səpələnmək məcburiyyətində qalmışdır. Ermənistan SSR Ali Sovetinin 9 aprel 1991-ci il tarixli qərarı ilə Qanlı adlı türk yurdu qon­şu Kərkibaş kəndi ilə bir inzibati vahiddə birləşdirilmiş və birləşmiş kənd “Vanevan” adlandırılmışdır.

Tədqiqatçı-jurnalist: Salman VİLAYƏTOĞLU.

Təqdim etdi: İlqar İSMAYIL


Etiket:
Xəbərlər

ŞAİR SALMAN QARALAR

22.09.2023

Qərbi Azərbaycan İcmasından

21.09.2023

BASARKEÇƏRDƏN NEVADAYA QƏDƏR

14.09.2023

RƏŞADƏTLİ RƏŞADƏT

13.09.2023

HƏSRƏTİN POETİK QEYDLƏRİ

13.09.2023

ƏLLİ YAŞIN İŞIĞINDA

09.08.2023

ZOD 

06.08.2023

DAİM AXTARIŞDA OLAN NƏCİB, YARADICI İNSAN    

27.07.2023

SONA İSMAYILOVA : FILOLOGIYA ELMLƏRI DOKTORU NƏZAKƏT MƏMMƏDLININ 23 ILLIK ƏZIYYƏTI BƏHRƏ VERDI

04.07.2023

NƏRİMANLI  (HÜSEYNQULUAĞALI)

20.06.2023

QƏRİB MƏZAR

13.06.2023

SARIYAQUB

06.06.2023

TOXLUCA

01.06.2023

Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.

28.05.2023

GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ

25.05.2023

Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu

24.05.2023

Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

22.05.2023

QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)

15.05.2023

Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.

15.05.2023

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
 SUFİ ŞEYXİ
 MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

13.05.2023

KƏSƏMƏN
(Solaq)  

08.05.2023

Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında

08.05.2023

Naxçıvandan qurtuluşa gedən yol

06.05.2023

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.

28.04.2023

GÖYÇƏ MAHALI CİL KƏNDİ (Ərkacilli-Ərqavil)

24.04.2023

Aşıq Ələsgər yaradıcılığında divan ədəbiyyatına xas poetik fiqurlar

11.04.2023

31 Mart - unutmayacağımız tarix

31.03.2023

Basarkeçər rayonu Dərə kəndi.

30.03.2023

Göyçə Mahalı Daşkənd kəndi

13.03.2023

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib

12.03.2023

İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR

10.03.2023

GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM

05.03.2023

Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"

04.03.2023

Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm

04.03.2023

Aşıq Ələsgər yaradıcılığında irfan məqamları

02.03.2023

Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.

01.03.2023

Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ

20.02.2023

Göyçə mahalı, Qaraiman kəndi

19.02.2023

Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi

19.02.2023

Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.

 

12.02.2023

Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR

06.02.2023

Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında

04.02.2023

 İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır. 

19.01.2023

Klassik şeirimizin xalq ruhunun Heyranı...

13.01.2023

Qərbi Azərbaycan İcması müraciət yayıb

12.01.2023

"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov

27.12.2022

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub

24.12.2022

Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik  

24.12.2022

Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik

24.12.2022

Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır

24.12.2022
Bütün xəbərlər