Hörmətli dostlar! İlk növbədə hər birinizi salamlayır, elmi tədbirin maraqla baş tutacağına ümid bəsləyir, sizlərə, konfransın işinə uğurlar diləyirəm!
Mədəni irsimizin zənginləşməsi və inkişafına Aşıq Ələsgər fenomeninin təsiri və ondan istifadəsi kimi geniş, maraqlı və böyük əhəmiyyət daşıyan mövzunun müzakirəsi müasir tariximizdə baş verən proseslər üçün xüsusi məna kəsb edir. Çünki Dədə Ələsgər möcüzələrlə dolu yaradıcılığının dərinliyinə, rəngarəng çalarına, poetik dəyərinə görə Azərbaycan-Türk ədəbi irs xəzinəsində, İslam və təsəvvüf dünyasında haqlı olaraq aşıq poeziyasının zirvəsi hesab edilən cahanşümul dini-fəlsəfi-poetik düha olaraq, ədəbi irsimizə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmışdır. Təsadüfi deyil ki, Ələsgər poeziyası gözəlliklə (bu qeyri-adi sözün geniş, tam fəlsəfi mənasında), müdrikliklə, bəşər idrakının kamilliyi ilə çalxalanan dərin, sirli-sehrli, müəmmalı, möcüzəli, tilsimli bir ümman olaraq Vətən gözəlliklərini və ona sevgini, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə ehtiva edir.
Aşıq Ələsgər yaradıcılığı Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınmasında xüsusi rol oynamış və Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Aşıq Ələsgər ədəbiyyatımızda yeganə poeziya dühasıdır ki, Azərbaycan klassik və aşıq yaradıcılığının bütün formalarında ən yüksək meyarlara cavab verən şeir nümunələri qoyub getmiş, yeni çoxsaylı formalar yaratmışdır.
Keçən əsrin birinci yarısında yaranıb bu günə qədər inkişaf edən, Dədə Ələsgər fenomeninin, sirrlərlə dolu yaradıcılığının sehrini açmağa, təhlil və tədqiq etməyə yönələn ələsgərşünaslıq, korifey ədəbiyyatşünaslarımız Hümmət Əlizadə, Məmmədhüseyn Təhmasib, Həmid Araslı, Əhliman Axundov, Yaşar Qarayev, İslam Ələsgər, Qara Namazov, Hüseyn İsmayılov və son vaxtlar tədqiqatları, ayrı-ayrı yazılarıyla diqqəti cəlb edən Fəxrəddin Salim, Nağdəli Zamanov, Adilə Nəzərova, Salman Balakişiyev və bir çox başqalarının ciddi tədqiqatlarına baxmayaraq hələ də bu əzəmətli xəzinənin müəmmalarını, sirlərini bütövlüklə aşkar edə bilməmişdir. Bu isə, tədqiqatçılar, ələsgərşünaslar qarşısında yeni üfüqlər açır, yaradcılıq zövqü aşılayan imkanlar yaradır. Uğurlar diləyirəm bu çətin, eyni zamanda çox şərəfli işə baş qoyan, ömür sərf edən hər bir yaradıcı insana!
Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı yubileyin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarının həyata keçirilməsi Respublikanın bütün bölgələrində ümumxalq bayramına çevrildi. Eyni zamanda Dədənin Bakıda qoyulacaq heykəliylə yanaşı, bizləri Aşıq Ələsgər adına ozan evinin, metro stansiyasının, gəminin yaradılmasına, əsərlərinin qorunmasına və akademik nəşrinin təşkilinə sövq edir, bu istiqamətdə ciddi işlər görməyə imkanlar yaradır. Bu sahədə “Qərbi Azərbaycan icması”nın, “Dədə Ələsgər ocağı ictimai birliyi”nin və hər birimizin üzərinə ciddi məsuliyyət düşür.
Aşıq Ələsgər şəxsiyyəti və yaradıcılığı Qurani Kərimin, Vətənin, poeziyanın, təbiətin, bəşər övladının, dilimizin, milli adət-ənənələrimizin gözəlliklərini dərindən anlamaq üçün müasir dövrümüzdə də hər birimizin, xüsusilə gənclərimizin zehni, ruhi, mənəvi, əxlaqi tərbiyəsində mühüm rol oynayan amillər kimi daim diqqət mərkəzində olmalıdır.
Dədə Ələsgərin müqəddəs ruhu, vergili şəxsiyyəti, dərin, müdrik, hikmətli poeziyası və xalqımızın onun bu dəyərlərinə dərin inamı, ölkə Prezidentinin uzaqgörən siyasəti, dəqiqliklə hesablanmış strategiyası zəminində öz itirilmiş dədə-baba yurdlarımızla qovuşmağa dərin inam, ümid və əminlik yaradır!
Əziz dostlar! Konfransda ediləcək çıxışların, onlarda səslənəcək dəyərli təkliflərin və qəbul edəcəyiniz qərarların mədəniyyətimizin inkişafında və zənginləşməsində mühüm rol oynayacağına əminliyimi bildirirəm!
Diqqətinizə görə təşəkkür edirəm!
Hörmətlə,
Ələddin Allahverdiyev,
Professor, Moskva.
Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025