Keçirdiyi toyların arealı çox böyük idi. Gah səsi Göyçədən, gah Kəlbəcərdən, gah Gəncəbasardan, gah da Bərdədən-Qarabağdan gələrdi.
Əslən Qazağın Dəmirçilər kəndindən olan “Nəsibli” nəslindən üç qardaş (Nəsibin nəvələri) – Nəsib, İsgəndər və Mustafa Göyçə mahalının Daşkənd kəndində yaşayıblar. Nəsibin Əfruz adlı bir qızı, Mustafanın Abdulhüseyn (Molla Abdulhüseyn), Reyhan və Sehran adlı üç övladı; İsgəndərin isə Qəmbərəli, Fatma və Əmrəli adlı üç övladı olub.
Bu yazıda söhbət açacağımız aşığımız Nuriddin adı çəkilən Əmrəli kişinin nəvəsidir. Əmrəli kişi Molla Şabanın qızı Kəklik ilə evlənmiş, iki oğlu, iki qızı – Abid, Zabid, Xanımzər və Məhtəvan dünyaya gəlmişdir. Bütün göyçəlilər, eləcə də daşkəndlilər kimi sazın-sözün vurğunu olan Əmrəli kişi oğlu Abidi mahir saz ifaçısı, telli sazının sədaları hələ də uzaq keçmişimizdən bu günə qədər qulaqlardan getməyən Hidayət kişinin yanına şəyirdliyə verir. Abid sazın sirli-sehirli aləminə baş vurduğu vaxtlarda könlündə ustadının qızı Röyzə xanıma aşiq olur. Şəyird saza, sözə bələd olduqdan sonra bir gün çoxdandı qəlbən sevdiyi Hidayət kişinin qızını götürüb qaçır. Bu yerdə müharibədən əvvəl olmuş, ağsaqqallardan eşitdiyim, bu hadisəyə oxşar bir başqa əhvalatı burada qeyd etmək yerinə düşər: – Daşkəndli Aşıq Ziyad Məmmədov Aşıq Ələsgərin məşhur şəyirdlərindən olan Aşıq Əsədin yanında aşıq sənətini öyrənirmiş. Aşıqlığı demək olar ki, tam mənimsəyəndən sonra ustadı Aşıq Əsədin qızı Sürayəni götürüb Daşkəndə qaçıraraq onunla evlənir. Onu da deyim ki, Aşıq Ziyad İkinci dünya müharibəsində həlak olmuşdur. Zəhra və Turac adlı iki qızı olan Aşıq Ziyadın nəvə-nəticələri hal-hazırda Tovuz rayonunda yaşayırlar.
Abid ilə Röyzə xanımın evliliyindən beş oğlan, dörd qız övladı dünyaya gəlir. Bu uşaqlardan biri – Əsədulla 7 yaşında vəfat edib. O da atasından və babasından saz çalmağı öyrənmişdir. Xatırlayanların söyləmələrinə görə, uşaq olmasına baxmayaraq sazda özünəməxsus güllər vururmuş. Haqqında məlumat vermək istədiyim Aşıq Nuriddin də bu doqquz uşaqdan biridir.
İsgəndərov Nuriddin Abid oğlu 20 noyabr 1956-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. Orta təhsilini Daşkənd kənd məktəbində almışdır. Tibbə böyük marağı olduğundan sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna verir. Lakin sonuncu imtahandan məqbul qiymət ala bilmir. Tibbi təhsilə olan həvəsini sonralar oğlu Afiyəddin davam etdirəcəkdi... Nuriddin İsgəndərov 1975-1977-ci illərdə Çexoslovakiyada hərbi xidmətdə olduqdan sonra, təhsilini Moskva Kooperasiya İnstitutunun Bakı filialında davam etdirmişdir.
Hələ erkən yaşlarından aşıqlıq sənətinə meyl göstərmiş, ustad aşıqların məclislərində olmuş və bu sənətin sirlərinə dərindən yiyələnməyə çalışmışdır. Buna səbəb kimi ana babası Hidayət kişinin və atası Abid Əmrəli oğlunun da təsiri az olmamışdır. Nuriddin həm də vallarda, audio kasetlərdə, eləcə də radioda aşıq havalarına qulaq asmış, özü üçün sənəti mənimsəmişdir. Özünün də dəfələrlə dediyi kimi, o, daha çox Aşıq Kamandar Əfəndiyevin və Aşıq Əmrah Gülməmmədovun ifalarına qulaq asırmış. Beləcə aşıq sənətini lazımınca mənimsəyən Nuriddin artıq Daşkəndlə bərabər Göyçənin başqa kəndlərinə də toylara dəvət almağa başlayır. Onu qonşu kəndlərdəki toylara daha çox həmkəndliləri Əli və Məsim Xəlilov qardaşları aparar, göyçəlilərə belə bir püxtə, cavan aşığın da olmasını söyləyər, onu tanıdardılar.
1977-cu ilin bir payız günü Aşıq Hacı Bayramov həmkəndlisi Abid kişidən oğlu Nuriddinin onunla aşıqlıq etməsinə icazə istəyir. Beləliklə, Aşıq Hacı ilə Aşıq Nuriddin cütlüyü aşıqlığa başlayır. Cütlük həm Göyçə mahalının, həm də Azərbaycanın digər bölgələrinin el məclislərində iştirak edir və tez bir zamanda elin-obanın rəğbətini qazanırlar.
1981-ci ildə Aşıq Hacı Bayramovla Aşıq Nuriddin birlikdə televiziyada “Aşıq Alının Türkiyə səfəri” dastanını söyləmiş və dastanın lеnt yazısı televiziyanın “Qızıl fond”una daxil edilmişdir. Bundan sonra Aşıq Hacı ilə Aşıq Nuriddinin ifasında “Əmrah” dastanı da tamaşaçıların, dinləyicilərin yaddaşında xoş bir iz buraxmışdır. Bu gün də Youtube kanalında 100 minlərlə baxış sayı olan hər iki dastan populyarlığını saxlamaqdadır.
Aşıq Nuriddin el şairlərindən Sərraf Şiruyə, Əli Qurban Dastançı, Alqayıt, İsmixan, Aqil İman ilə; aşıqlardan Hacı, Fətulla, Murad Niyazlı, İdris, İslam, İsrayıl, İsgəndər Ağbabalı ilə, balabançılardan Əli, Salman, Əmir ilə, zurnaçılardan Dünyamalı, Zamaxan, Əjdər, Xasay və b. ilə toylarda, el şənliklərində, dövlət tədbirlərində çıxışlar etməklə daha da məhşurlaşdı.
Məhz belə də olmalı idi. Axı, Aşıq Ələsgərin sevimli şəyirdi Aşıq Nəcəfin kəndində doğulub aşıq olmamaq, XIX-XX əsrin tanınmış şairləri Məmmədhüseynin, Həsən Xəyallının içdikləri bulaqlardan su içib şair kimi yetişməmək mümkün deyildi. Məhz Nuriddin bu mühitin yetirməsi kimi ulu aşıq sənətinin layiqli davamçısı olmalı idi. Dediklərimizə Aşıq Hacı Bayramovun da ona ustadlığını və sənət yoldaşlığını əlavə etsək, Nuriddinin şərəfli bir sənət-ustad yolu keçməsi, onun əvəzsiz sənətkar olması bir daha öz təstiqini tapır.
Keçirdiyi toyların arealı çox böyük idi. Gah səsi Göyçədən, gah Kəlbəcərdən, gah Gəncəbasardan, gah da Bərdədən-Qarabağdan gələrdi. Onun keçirdiyi ən izdihamlı toylar Kəlbəcərin “Sarı yer” yaylağında və Bərdədə olardı. Elat camaatı həmişə toylarını “Sarı yer” yaylağında edərdi. Yay aylarında Aşıq Nuriddin, Aşıq Hacı və balabançı Əli həftələrlə kəndə qayıtmaz, elə “Sarı yer” yaylağında toyu-toya calayardılar. Bir dəfə doğulduğum Bərdə rayonunun Yeni Daşkənd kəndində şahidi olduğum bir toyda baş verən nüansı deməsəm olmaz: Aşıq Nuriddin qohumu Əyyub kişinin qızının toyunu idarə edirdi. Kənd camaatının xahişi ilə o, sazı kənara qoymaqla “Qarabağ şikəstəsi”ni oxudu. O qədər gözəl boğazlar, xırdalıqlar etdi ki, sanki bu sənətkar elə həm də xanəndə imiş. Onun ifasında “Kəsmə şikəstə”nin də öz yeri vardı. Onu da deyim ki, şikəstə janrı əvvəl aşıq musiqisi yaradıcılığında əmələ gəlmişdir. Aşıq Nuriddinin həmkəndlisi, nakam taleli Aşıq Nəcəf də muğamları aşıq havaları qədər gözəl ifa edirmiş.
Aşıq Nuriddinin ifa etdiyi 60-dan çox saz havasının – “Dilqəmi”, “Qaytarma”, “Cəlili”, “Göyçə qaragözü”, “Yanıq Kərəmi”, “Kərəm gözəlləməsi”, “Göyçə gülü”, “İrəvançuxuru”, “Dübeyti”, “Nəcəfi”, “Məmmədhüseyni”, “Ağır şərili”, “Şahsevəni”, “Qəhrəmanı”, “Duraxanı”, “Sarıtorpaq” və başqaları onun repertuarında ən gözəl ifalar kimi yaddaşlarda qalıb. Bu ifalar həm də aşıq musiqisi xəzinəmizə əvəzsiz töhvələrdir. Onun özündən ən çox hansı havaları sevdiyini soruşduqda belə cavab verərdi: “Aşıq havalarının hamsı gözəldi. Bir-birindən ayırmaq doğru deyil. Lakin “Ağır şərili”, “Nəcəfi”, “Dilqəmi”, “Göyçə qaragözü”, “Göyçə gülü” daha çox sevilən havalardandır.”
Aşıq Nuriddin saz-söz sənətinin, soy kökümüzə söykənən milli dəyərlərin qorunub yaşadılmasında da danılmaz rola malik olmuşdur. Onun cavanlar arasında apardığı maarifçi təbliğatı gənclərin bu sənətə olan marağını daha da artırmış, bu sənəti ucuzlaşdıranlara qarşı mübarizədə öz misilsiz töhfələrini vermişdir.
1990-cı illərdən aşıq sənəti tənəzzül dövrünü yaşayanda Aşıq Nuriddin bu hallara dözmür, daxilən sarsılırdı. Bunu həmin illərdə özü də dəfələrlə söyləyər, aşıq sənətinin tarixi və milli mədəniyyətimiz olduğunu vurğulayardı. Ustad dərsi almayan, 2-3 hava çalmağı bacarmaqla özlərini “aşıq” elan edənlər, harda gəldi (xüsusən çayxanalarda) aşıqlıq edənlər onun mənəviyyatını büsbütün alt-üst edirdi. Bu hallar daha da geniş vüsət aldıqca o, bu sənəti davam etdirməyin mənasızlığını anladı. Demək olar ki, Aşıq Nuriddin 1998-1999-cu illərdən aşıqlığa son verdi.
2 dekabr 2018-ci ildə İctimai Televiziyanın “Ozan məclisi” verilişi aşığın həyat və fəaliyyətinə həsr olunmuşdur. Verilişin aparıcısı, aşıq sənətinin bilicisi, jurnalist Qorxmaz Tofiqoğlu, bu sətirlərin müəllifi Araz Yaquboğlu, Aşıq Firudin, və Aşıq Mehdi ustadla bağlı xatirələrini televiziya tamaşaçıları ilə bölüşmüşdür. Aşıq Nuriddin ifaçı aşıq olmaqla yanaşı, həm də yaradıcı aşıq idi. Onun yaradıcılığı haqda daha geniş 2008-ci ildə çap olunan “Daşkənd aşıqları və şairləri” kitabında məlumat verilmişdir. Belə ki, kitabda onun tərcümeyi-halı, şəkili və beş şeiri – “Küsər”, “Gül yarım”, “Eyləmə”, “Düşərsən”, “Var” çap edilmişdir.
Aşıq Nuriddin 25 may 1980-ci ildə həmkəndlisi Sənubər Aslan qızı ilə ailə qurmuşdur. Afiyəddin və Nərminə adlı iki övladı, dörd nəvəsi var. Evləndikdən bir neçə ay sonra, – 1981-ci ildən Şəmkir şəhərində yaşamışdır. O, bir neçə il davam edən müalicələrdən sonra, 22 dekabr 2017-ci ildə 61 yaşında Şəmkir şəhərində vəfat etmiş, şəhər qəbiristanlığında dəfn olunmuşdur.
Aşıq Nuriddinin özü cismən ölsə də, sözü heç vaxt ölməyəcək, sazı heç zaman susmayacaq. Çünki, ustadın qardaşları Aşıq Firudin, Viləddin, qardaşı oğlu Şöhrəddin onun sənətinin davamçılarıdır. Bu soylu sənətin soylu davamçıları ocaqda hər zaman olub və olacaq. Biz buna inanırıq.
Araz Yaquboğlu
tədqiqatçı
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024