H.Arif hələ qırğın, talan başlanmamış fəlakəti qabaqcadan hiss edirdi.
Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Əsəd, Aşıq Musa... Bu ustad aşıqların adını andıqca hər bir azərbaycanlı türkünün yaddaşında Göyçə obrazı canlanır. Azərbaycanın ən qədim məskənlərindən biri - torpağı bərəkətli, əkinçilik, bağçılıq, maldarlıq, xalçaçılıq gur olan yer. Çox təəssüf ki, Göyçə indi bizim deyil. Orda Ələsgərin ruhu əzab çəkir. Amma mənəvi Göyçə, saz-söz dünyası ilə tanınan Göyçə həmişə bizim olub. İndi də bizimdir. Göyçə adı çəkiləndə böyük şairimiz Hüseyn Arifin o məşhur şeirini xatırlayırsan: " Göyçəlilər, dağılmayın Göyçədən ".
Bu şeiri Hüseyn Arif səksəninici illərin əvvəllərində yazmışdı. O zaman hələ məkrli qonşularımızın silahları əllərində yox, içlərində idi. Amma istədiklərini edirdilər. Qədim Azərbaycan adları kütləvi şəkildə dəyişdirilir, azərbaycanlılar tutduqları vəzifədən azad edilirdilər. Mənəvi repressiyanı az sonra zor, işgəncə, kütləvi talanlar əvəz etdi, soydaşlarımız yurd-yuvalarından didərgin düşdülər. H.Arif hələ qırğın, talan başlanmamış fəlakəti qabaqcadan hiss edirdi. Və Göyçə deyəndə bir də bu yaxınlarda 65 yaşı tamam olmuş gözəl şairimiz Məcnun Göyçəlini xatırlayıram. Onunla ilk tanışlığım 90-cı illərin əvvəllərində oldu. Məcnun " Ozan " qəzetinin redaktoru idi. Onu həmişə gülərüz görürdüm. Üzü gülən adamlarda xainlik, paxıllıq, həsəd olmur. Amma üzügülər Məcnunu hərdən gözünü uzaqlara dikən görürdüm. Və sonra anladım ki:
Allahım, zəlil eylə,
Vətəndə öldür məni!
Məcnun irili-xırdalı neçə kitabın müəllifidir. Və bütün kitablarında Göyçə onun şeir və poemalarının baş qəhrəmanıdır. O kitablardakı şeirlərdə Məcnunun Vətən harayını eşidirəm. Doğrudur, o, burada, bizim aramızdadır, ancaq anasının təndir yapdığı, özünün kövşənlərdə gəzdiyi, gülünü-çiçəyini iylədiyi torpağı heç unutmur, daha çox sevir və əlbəttə, haqlıdır. Böyük Vətəni - Azərbaycanı sevmək üçün bala Vətəni - kiçik Məzrəni - Göyçəni sevmək lazımdır.
Göyçə həsrətində bitmişəm, Allah!
Zaman nişanlayıb gözümdən məni.
İnləyən kamanam, hönkürən neyəm,
O dağlar tanıyar közümdən məni!
Qaldı çəhlimlərdə ömrümün barı,
Qocalıq tor atır könlümə sarı.
Ayaqla gəzdiyin ümid yolları,
İndi soraqlayır izimdən məni!
Məcnun Göyçəli üçün anasını itirmək də doğulduğu, boya-başa çatdığı Göyçəni itirmək qədər üzüntülüdü. Görün, nə yazır:
Dünya kimi anasızam!
Küləklər laylamı çalır.
Bir vaxt özü qocalanın
İndi məzarı qocalır.
Qaranquş yuvasız qalıb,
Təndir sönüb, ocaq yanmır.
Fələk dərdimi oyadıb,
Anam oyanmır, oyanmır!
Yurd həsrətli quş olmuşam,
Öz yuvama dönəmmirəm!
Beşiyimə dediyini,
Məzarına deyəmmirəm!
Məcnun Göyçəli saz-söz mühitindən çıxıb Bakıya gəlib. Necə deyərlər, bura xalq ədəbiyyatının içindən gəlib. Onun qoşmaları, gəraylıları özününküdür - yəni Məcnun Göyçəli kimsəni təqlid eləmir, qoşmanın və gəraylının özünü yaradır, şəklini kopyalamır. O, bəzi şeirlərində ustadlara müraciət edir. Məsələn, bir şeirində Aşıq Alının qoşmasından bir epiqraf verir:
Aşıq Alı, dərdi canda saxlaram,
Sinəm üstün çalın-çarpaz dağlaram,
Gecə-gündüz nalə çəkib ağlaram,
Hayıf gözlərimə, zay oldu getdi!
Bu şeir klassik aşıq poeziyasının ən zərif, nadir incilərindən biridir. Belə şeirlərin əvəzi yoxdu və onlara nəzirə yazmaq da günahdır. Necə ki, Füzuliyə nəzirələr yazılır, amma Füzuli zirvəsinə ucala bilmirlər. Məcnun nəzirə yazmayıb, sadəcə, Aşıq Alının şeirindəki fikirdən öz fikirlərinə istinad axtarır. Burada göz obrazı həsrət, qəriblik anlayışlarının daha dolğun ifadəsinə xidmət edir.
Hardasan, qürbətdə sıxılan Vətən,
Gözümün nuru da qürbətə döndü.
Qürbət, ayrılıq, həsrət... Bu sözlər Məcnun Göyçəlinin şeir leksikonunda tez-tez işlənən sözlərdir. Onun " Gedəcəm " şeiri həsrət poeziyasının ən dolğun nümunələrindəndir.
Qürbət eldə qəhərimlə açılan,
Könül-könül çiçək qoyub gedəcəm!
Məcnun Göyçəli Vətən dərdini, yurd itkisini eynən poemalarında da dilləndirir. " Zülmətdə döyülən pəncərə " poeması sanki birnəfəsə yazılıb. Poema XX əsrin Azərbaycan faciələrindən söz açır.
Azərbaycan -
Sərvət dəryasında üzən gəmidir!
Biçildikcə kiçilməyən zəmidir.
Poemada tənqidi notlar o faciələri törədənlərə yönəlir. Bizik: içimizdəki biganəlikdi, unutqanlığımızdı. Onlardır: yurdumuza göz dikən xain qonşularımızdı, onlara dəstək verən məlum qüvvələrdir.
Ayrılıqdan Araz boyda
Dərdi axan millət kimi
Neyləmişik?
Zaman-zaman böləni yox
Bölünəni kiritmişik.
Oğullar var, bazar-bazar
Tərəzidə Vətən çəkir.
Qarabağ uğrunda əsgər gedirik ." Mercedes " uğrunda hücum başlanır. " Ocaqyalı " poemasını Məcnun Göyçəli son illərdə qələmə almışdır və da onun Göyçəyə sonsuz məhəbbətinin poetik ifadəsidir. Burada tarixlə təbiət, insanla zaman vəhdətdədir. Bunların birini digərindən ayırmaq, təcrid eləmək mümkün deyil. Poemanın əvvəlində biz Təbiət obrazının məxsusi cizgiləri ilə qarşılaşırıq.
Ocaqyalı, ocağında köz olsun,
Sazın dinsin, məclisində söz olsun,
Uca Tanrı özü sənə göz olsun,
Halal eylə çörəyini, duzunu,
At oynadaq oylaqların uzunu.
Ağbulud, "Qırxbulağ", çobanların ney səsi,
Çəmən boyu arıların nəğməsi,
" Alaqız " inəyin bin-bərəkəti, bu adlar və təsvirlər " Ocaqyalı "nın sehri, insanı valeh edən poetik tabloları kimi diqqəti cəlb edir. Şair sanki əlimizdən tutub bizi real aləmin nağıllaşan dünyasına aparır.
Ocaqyalı, gündüzlərin gecəsi,
Dil açardı nənəmizin cəhrəsi,
Allandıqca qız-gəlinin çöhrəsi,
Aşıq Hüseyn "Baş sarıtel" çalardı,
Lətif səsi könlümüzü alardı.
Poemada xalq adət-ənənələrindən süzülüb gələn sərin bir meh əsməkdədir. Keçmiş, ötən günlər burada nostalji hisslər doğursa da, biz təsvirlərin reallığında sanki yenidən o günləri yaşayırıq. Məsələn, poemanın əvvəlində Məcnun toy səhnəsini təsvir edir. Təsvirlər o qədər təbiidir ki, sanki özün də o toyun bir iştirakçısına çevrilirsən. Ustad Şəhriyarın poemasında olduğu kimi Məcnunun əsərində də elin, yurdun koloritli insanlarının cizgiləri öz əksini tapır.
Bu adamların hər birinin tam portreti yaradılmasa da, onlara xas olan bir mühüm xüsusiyyət bir misrada, ya bir bənddə qabardılır və bu kiçik ştrixlə ayrı-ayrı insanların peşəsi, məşğuliyyəti və insani keyfiyyətləri barədə məlumat əldə edirik. Kimdir bunlar? Aşıq Hüseyn, yetim Əli, toy qazanı asan Sadıqoğlu, zurnaçı kor Əhməd, dastançı Aşıq Qara, Molla Rüstəm, Məşədi Qasım, qonşu Qulam, Dəcəl Həsən, " Porsuq " Əli, Şahvələd, Əsgərxan, Müqil əmi, Zübeydə, Höcət Əli, züyçü Qara, Salman baba, Nəsiboğlu Bəxtiyar, Məmmədrza baba, Sarı Vəli, Haşım kişi, Sitarə, Xanbəyi, Xanoğlangbu adlar poemanın ancaq birinci hissəsində xatırlanır. Təbii ki, bu insanlar şairin yaxından tanıdığı, ünsiyyətdə olduğu adamlardır. Kənd, elat koloritinin canlı şəkildə təqdimində bu adlar silsiləsi mühüm rol oynayır. Məncə, bu poemanın əsas məziyyəti onun xalq ruhunu, xalq mənəviyyatını təsirli, kövrək boyalarla əks etdirməsindədir.
Poemanın sonu nikbin misralarla bitir. Bu o deməkdir ki, xalqın başı üzərindən dumanlar çəkiləcək, " Ocaqyalı "nın göylərindən qartallar qıy vuracaq, ağ buludlar oynayacaq, həsrətə, nisgilə son qoyulacaq.
Ocaqyalı, dumanların sürünə,
Ağrıdağdan ucalığın görünə,
Dağın-daşın toy libası bürünə,
Xoş günlərin yenə verə əl-ələ,
Ocağına iman gələn, gün gələ!
Məcnun Göyçəlinin " Nurlan " nəşriyyatı tərəfindən çap olunan " Göyçənamə " kitabını mən onun yaradıcılığında bir ZİRVƏ hesab edirəm. Həmin kitabda Məcnunun " Göyçə dərdi ", " Göyçə gözəli " poemaları ilə qarşılaşdım. Son illərdə Məcnun Göyçəli " Türk dünyanı qoruyur, tanrı türkü qorusun " silsiləsindən şeirlər yazır və bu şeirlərdə, birbaşa desək, türkçülüyü təbliğ edir. Türkçülüyü poeziyada təbliğ etmək türkün qədimliyini, qəhrəmanlıq tarixini, onun şanlı sərkərdələrini, xaqanlarını, bahadırlarını, böyük sənətkarlarını və insani keyfiyyətlərini vəsf etmək deməkdir. Türkün mənəvi atirbutları da Məcnunun şeirlərində hərarətlə tərənnüm edilir.
Böyük Atatürkdən nişanəsi var,
Şöhrət zirvəsində təntənəsi var.
Türkiyə bəstəli bir şərqisi var,
Onu bayraq, torpaq, millət oxuyur!
Türk olmaq şərəfdi, türk olmaq qürur.
Mən Məcnuna yeni yaradıcılıq uğurları, həmişə öz şair məcnunluğuna sadiq qalmağı arzulayıram! 65 yaşını təbrik edirəm!
Vaqif YUSİFLİ
Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024