Qədim Oğuz yurdu Ulu Göyçə öz əsrarəngiz gözəlliyi ilə bərabər, yaşı bilinməyən tarixində yetişdirdiyi görkəmli şəxsiyyətləri ilə iz qoymuş füsunkar bir diyardır. Vaxtilə Şeyx Xətainin qədəm basdığı Göyçə mahalının Cığal Həsən, Topal Oruc, Məşədi Hümmət, Dəli İsmayıl, Qaçaq Pirverdi, Məşədi Qasım, Hacı Rəhim kimi aslan igidləri, Səməd Ağa Kəsəmənli kimi mərdliyi və xeyirxahlığı dillər əzbəri olan səxavət əhli, Qaraimanlı Məşədi İsə kimi dövrünün hakim dairələrində millətini təmsil edərək müdafiəsinə qalxan şəxsiyyəti, Qlava Balı, Qlava Musa, Mirzə Bəylər, Hacı Əliş Ağa kimi ziyalıları, Hacı Əlimərdan, Hacı Nağı kimi loğmanları, Mir Yaqub Ağa, Mir Ələkbər Ağa, Seyid Mahmud Ağa və Seyid Bayram Ağa kimi sınanmış ocaq sahibləri, əzəmətli el ağsaqqalları vardı. Dəfələrlə kafir düşmənlərimizin basqınlarına məruz qalmış Ulu diyara olan həsrət, nisgil vətən, yurd sevgisi heç vaxt bitmədi və bitməyib. O yurdun sazının sədası, sözünün dühası Göyçəmizi canımıza, qanımıza elə hopdurub ki, onu unutmağa haqqımız çatmır. Öz canı, qanıyla o doğma yurda bağlı vətən övladları Göyçə təbiətini, onun şirin ləhcəsini, Azərbaycan ədəbi dilinin zənginliyini, Göyçə yaşamını özünəməxsusluqla qoruyub saxlamağa, yaşatmağa çalışır.
Ulu Göyçə saz-söz diyarı, şeir-sənət beşiyidir. Bu diyarın Miskin Abdal, Ozan Heydər, Ağ Aşıq Allahverdi, Şeyx Alı, Dədə Ələsgər, Şair Məmmədhüseyn, Usta Abdulla, Həsən Xəyallı, Növrəs İman, Xəstə Bayraməli, Şair Bəhmən Göyçəli və s. kimi söz nəhənglərindən sonra düşünürdüm ki, yurdumuz dağıldı, ellərimiz pərən-pərən oldu, görəsən Göyçə ədəbi mühitini yaşadan olacaqmı? Və bu fikirlərlə axtarış edərkən Göyçədən doğan günəşin ziyasının sönmədiyini, əksinə Sərraf Şiruyə, Eldar İsmayıl, İsmixan Məmmədov, Alqayıt Xəlilov, Zəki İslam, Məcnun Göyçəli, Aqil İman və s. kimi güclü qələm sahibləriylə cilalandığını, gücləndiyini gördüm! Bu adlar çəkiləndə öyünməmək olmur.
Deyirlər ataların yolu oğulların yoludur. Bu gün hikmətli söz sahiblərinin “qələm” adlı silahı ləyaqətli övladların əlindədir. Yarpaqlar budaqların, budaqlar gövdələrin, köklərin, qayalar dağların, zirvələrin, oğullar babaların, ataların davamıdır. Ulu soyun əsl davamı, layiqli atanın layiqli oğlu olmaq başucalığı, alınaçıqlığıdır. Bu yol ləyaqətlə davam edəndə mühit saflaşır, durulur. Həsən Xəyallı – baba, Sərraf Şiruyə – ata, Aqşin Hacızadə – oğul.
Ulu Göyçənin söz-sənət beşiyinin daşıyıcılarından, Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri Sərraf Şiruyə ocağının gur ziyalarından olan 8 kitab müəllifi Aqşin Hacızadə soyuna layiqli xüsusi istedad və qabiliyyətlə, ona etibar edilən əmanəti xüsusi iradə və məsuliyyətlə dərk və idarə etməyə qadirdir. Aqşin Hacızadə istedadlı, vətənpərvər, mübariz, soydan gələn milli ruhlu, xalqa bağlı güclü şairdir:
Əbədi ocağım, odum, közümdü,
Hissimdi, duyğumdu, görən gözümdü.
Dilimdə həm ilkin, həm son sözümdü,
Vətənlə döyünür ürəyim, qanım.
Mənim pir sandığım Azərbaycanım!
Aqşin Hacızadə Vətənimizin bütövlüyü və suverenliyi uğrunda, itirilmiş torpaqlarımızın geri qaytarılması yolunda qələmiylə bərabər, əlində avtomatla mənfur düşmənlə üz-üzə vuruşan şairlərimizdəndir:
...Sənin beşiyində uyumuşam mən,
Sənin harayına oyanmışam mən.
Sənin keşiyində dayanmışam mən,
Bu gün də, sabah da sənsən gümanım.
Mənim pir sandığım Azərbaycanım!
Şairin ana yurdu Ulu Göyçəyə sevgisi sonsuzdur. Təsadüfi deyil ki, onun “Biz yenə də dönəcəyik Göyçəyə” kitabında yalnız Göyçəyə və onun müdrik, istedadlı, əməksevər, mərd insanlarına, kədərə, nisgilə, həsrətə yüklənən yurddaşlarımıza həsr olunmuş poema və şeirləri toplanmışdır:
Vətən sarı dikilibdi göz dağa,
Yana-yana yazıq canım, döz dağa.
Dəyişmərəm yüz yamaca, yüz dağa,
Bir çiçəkli dərəsini Göyçənin.
Ötüb keçib həsrət illər yaşımdan,
Bir an belə çıxmayıbdı huşumdan.
Qərib ellər ürəyimin başından,
Pozanmayıb həvəsini Göyçənin.
Buna görə Aqşin Hacızadə poeziyasında Vətənə, yurda qayıdış çağırışı, ümid şöləsi heç vaxt səngiməmiş, sönməmişdir.
Zülmət itir, yavaş-yavaş doğur dan,
Hazır olun, göyçəlilər, bu andan.
Kəlbəcərdən mesaj verdi komandan,
Olub bizim qədim məkan, yurd deyə,
Biz yenə də dönəcəyik Göyçəyə!
...Belə dedi o qadasın aldığım,
“Qoymarıq biz, qalsın yada, özgəyə,
Biz yenə də dönəcəyik Göyçəyə!”
Alışacaq, sanma keçər odumuz,
Yaddaşdadı Basarkeçər adımız.
Lazım gəlsə basar, keçər ordumuz,
Məhəl qoymaz qarşısında heç nəyə,
Biz yenə də dönəcəyik Göyçəyə!
Tarixi torpaqlarımızı dalbadal işğal edilməsi hər kəs kimi şairdə də ruh düşkünlüyü, bir ümidsizlik yaradaraq, yaradıcılığında da əks olunurdu. Sairin “Yol çəkilməyib”, “Çətin bir də biz qayıdaq Göyçəyə”, “O köç geri qayıtmadı” və s. bu kimi şeirləri ümidsizlik harayı idi:
Əliylə göstərib bir dostum mənə,
Bu dağın o üzü vətəndir deyir.
Əlimiz çatmaya bilər, çağırsaq ,
Ünümüz Göyçəyə yetəndir, deyir.
Qarabağdakı tarixi qələbəmiz, şanlı zəfərimiz qəlblərdə sönmüş ümid çıraqlarını yandırdı, bütün itirilmiş əzəli yurd yerlərimizin qaytarılma inamını artırdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük ruh yüksəkliyi ilə dediyi – “İndi növbə Qərbi Azərbaycanındır” sözləri bu inamı, ruhu daha da gücləndirdi. Və bu inam, ruh şairin yaradıcılığında da dönüş yaratdı, yurd həsrəti çəkən insanları qayıdışa səslədi:
Əs ey külək, elə əs ki,fırtınan,
Qaytarıb aparsın bizi Göyçəyə.
Otuz bir il öncə necə əsmisən,
İndi əs tərsinə, üzü Göyçəyə.
və ya:
Zülmət itir, yavaş-yavaş, doğur dan,
Hazır olun göyçəlilər bu andan.
Kəlbəcərdən mesaj verdi komandan,
Olub bizim qədim məkan, yurd deyə,
Biz yenə də dönəcəyik Göyçəyə!
Adı Göyçə ilə daim qoşa çəkilən, onun rəmzi mənası hesab edilən Aşıq Ələsgər şəxsiyyətinə və yaradıcılığına Həsən Xəyallı nəslinin poeziya ilə bağlı bütün yaradıcı insanlarının, o cümlədən ona çoxsaylı şeirlər həsr etmiş Aqşin Hacızadənin sevgisi tükənməzdir, müqəddəsdir, ilahidir:
Sönməyən ocaqdı, Tanrı közüdü,
Sazda da, sözdə də “Tanrı” özüdü.
Onun dedikləri Tanrı sözüdü,
Çatdırıb vəhytəki mələk, Tanrıdan.
...Ələsgər yaranar min ildə, o da,
Olarsa xəlbirlə ələk Tanrıdan.
...Nə səndən, nə məndən Ələsgər olmaz,
Ələsgər xəlq olub bil tək, Tanrıdan.
Dədənin 200-illik yubileyinə həsr etdiyi şerində də şair Aqşin Hacızadə həm Aşıq Ələsgəri layiq olduğu poetik zirvəyə qaldırmaq və o dahi, fenomen şəxsiyyətə
O, Quran əhlidi, o, haqqa təndi,
Yer-göydən söz açır hər adi bəndi.
Onun şeirləri bədahətəndi,
Bəxş olub anidən demək Tanrıdan.
həm də onun müqədəs adını, sirli, sehrli, möcüzəli yaradıcılığını yaşadanlara
Sirr-qüdrətin yerdə deyil, göydədi,
Dağılmazdı söz dünyanın məbədi.
Sənintək həyatda qalsın əbədi,
Səni yaşadanlar, Ələsgər dədə.
poetik münasibətini bildirmək iqtidarındadır.
Əsrlərdən süzülüb gələn, zənginləşən ana dilimiz haqqında bir çox şairlərimiz öz münasibətini brildirmişlər. Aqşin Hacızadənin doğma dili haqqında söylədiyi poetik misralar səmimi və obrazlıdır:
Bu dil mənim dünyada Türklüyümü bildirir,
Cürətimi, əzmimi, sərtliyimi bildirir,
Neçə ağır döyüşdə mərdliyimi bildirir,
İstəmirəm ötüşsün sənsiz ayım, bir ilim,
Ay mənim doğma dilim, ay mənim ana dilim.
Aqşin Hacızadənin təcnislərində də fikir, məna və məzmun ilə forma harmonik olaraq dilimizin ifadə imkanlarının zənginliyini, poetik gözəlliyini nümayiş eldirir. Bu xüsusiyyətləri onun “Göyçəyə” təcnisində aydın görmək olar:
Yazda behişt olan Göyçənin dağı,
Payızda olardı göy çənin dağı.
Çəkilməz dağ oldu Göyçənin dağı,
Nə görmür, nə çatmır göz, əl Göyçəyə.
Düşsə belə min qovğaya, min qala,
Çıxmaz yaddan, Göyçə girov min qala.
Min yurd ola, min el ola, min qala,
Gözəllikdə çatmaz gözəl Göyçəyə.
Bəşər övladı kimi şair Aqşin Hacızadənin həyat devizi, yaşam kredosu hikmətlidir, müdrikdir:
Ömür paydı, həyat isə imtahan,
Dünya səni keçirəcək sınaqdan.
Aşmaq üçün neçə eniş-yoxuşdan,
Çalış ki, ürəkdə dəyanət olsun.
Nə fərqi, ya əlli, ya da yüz yaşa,
Dost ilə, ey Aqşin, düz ol, düz yaşa.
Gec ya tez, ömrünü vuracan başa,
Qoyma sən arada xəyanət olsun.
Aqşin Hacızadə yaradıcılığının ən qaynar, çağlayan dövrüdür. Yaxın günlərdə onun iki yeni kitabı çapdan çıxmışdır. Bu münasibətilə şair dostumuz Aqşin Hacızadəni təbrik edir, zövqləri oxşayan, vətənpərvər, lirik, hikmətli poeziyasına görə təşəkkürümüzü bildirir, ona yeni yaradıcılıq uğurları diləyirik!
Aqşin Hacızadə lirik şairdir. Onun lirikası haqqında ayrıca sanballı bir məqalə də yazmaq olar. Sizlərin nəzərinə onun gözəl, səmimi bir şeirini və qəzəlini tam şəkildə çatdırmaq istəyirik.
BİZDƏ QONAQ BİR QIZ VARDI
Bizdə qonaq bir qız vardı,
Sanki bizdə ulduz vardı.
Nur saçardı evimizə,
Hər gələndə o qız bizə.
Mənlə ürkək danışardı,
Küsüb, hərdən barışardı.
Doymaz idim söhbətindən,
Söhbətinin ləzzətindən.
Bizdə qonaq bir qız vardı,
Qız deyirəm, “qar qız” vardı.
Gözəllikdə yoxdu tayı,
Tay bilməzdim Günü, Ayı
Hər baxanda gözlərinə,
Nur gələrdi gözlərimə.
Söz-söhbəti naz-qəmzəydi,
Mənim üçün bir dənəydi.
Bizdə qonaq bir qız vardı,
Məni, yalnız o duyardı.
Anlamışdı diləyimi,
Sevgi dolu ürəyimi.
Elə doğma, mehribandı,
Canım alan bir canandı.
İstəyirdim mənim olsun,
Anam üçün gəlin olsun.
Bizdə qonaq bir qız vardı,
Çox sözümü tez yozardı
Demirəm ki o ,dinc idi
Bir azca da nadinc idi.
Axtarardı dəftərimi,
Şeirə oxşar sözlərimi,
Oxuduca gülərdi o,
İstəyimi bilərdi o.
Bizdə qonaq bir qız vardı,
Qəsdən, eşqdən söz salardı.
Baxıb mənə bilə-bilə,
Söz atardı gülə-gülə.
Deyərdi ki, divanəsən,
Yaziq oğlan, nə gündəsən?
Bənzədərdi gah Sənana,
Gah da məni o, Məcnuna.
Bizdə qonaq bir qız vardı,
Baxışnda min naz vardı.
Onsuz deyib gülməz idim,
Hicran nədi? - bilməz idim.
Ayrı düşsəm bir an ondan,
Çıxmaz idim qəm donundan.
Sanırdım ki, bəxtiyaram,
İnanmazdım ayrılaram.
Bizdə qonaq bir qız vardı,
Hərdən nəğmə oxuyardı.
Seçib sevən mərd olar,
Sevməyən namərd olar.
Sevəsən, ayrılasan,
Bax bu yaman dərd olar.
Duymaz idim mən nəğməni,
Sınayırmış demə məni.
Ayrıllığı bilirmiş o,
Fəqət mənə demirmiş o.
Çoxdan qoyub məni yalqız,
Daha gəlmir bizə o qız.
Daha gəlmir bizə o qız.
QƏZƏL
Yenə təhrik eləyir qəlb məni meyxanə üçün,
Bir gözəl dəsti ilə, mey dolu peymanə üçün.
Sorma ey dost, nə həvəsdir mənə meyxanə belə?
Çünki, mey məlhəm olar aşiqi divanə üçün.
Məni məndən eliyən ol gözəlin eşqi ilə,
Od tutub yanmadayam, şəm necə pərvanə üçün.
Gecə ta sübhə qədər dərd çəkirəm hicri ilə,
Məni doğmuşmu anam, qəm iıə qəmxanə üçün?
Nə qədər can deyirəm, “can”ıma o “can” deməyir,
Könlümü qan elədim, eşqimə biganə üçün.
Yarım əğyarı sevir, Aqşinəm, əğyarı gəzir,
Mənsə qurban demişəm, canımı ...* üçün.
* - görünür bu yerdə şair yarın əsl adını çəkməkdən çəkinib, vaz keçib.
Hörmətlə: Ələddin Allahverdiyev və Fəridə Qədimova
Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024