Hər birinizi salamlayıram, hörmətli dostlar!
Zəngin milli ədəbiyyatımızın bütün dövrlərində Nizami, Xaqani, Nəsimi, Füzuli, Sabir və s. kimi uca zirvələri mövcuddur. Dağlar qoynunda həyata göz açmış, böyümüş, misilsiz poetik şedevrlər yaratmış Dədə Ələsgər dünyanın ən yüksək dağ zirvələrinə bənzər, saydığımız zirvələr içərisində öz dühasına layiq, bənzərsiz, əlçatmaz poeziya zirvəsi fəth etmişdir.
Məhz buna görə Yusif Nəğməkarın bu əsərini “Ələsgər zirvəsi” adlandırması diqqəti cəlb edir, təqdirə layiqdir, önəmlidir.
Şair Yusif Nəğməkarın bu gün təqdimatı keçirilən epik-lirik-dramatik “Ələsgər zirvəsi” poeması ilk növbədə onun ozan-aşıq sənətinə sevgisini və bağlılığını, klassik aşıq poeziyasının görkəmli nümayəndələrinin, o cümlədən, şəksiz, tərəddüdsüz bu poeziyanın zirvəsi, peyğəmbəri sayılan Dədə Ələsgərin həyatı və yaradıcılığı ilə dərindən tanış olduğunu, əsər boyu onları öz oxucusuna poetik sözün gücü ilə bacarıq və məharətlə nümayiş etdirir.
Poema məzmun və ideya baxımından Aşıq Ələsgərin “vəhdəti-vücud” fəlsəfəsi və saz-söz sənəti vasitəsilə insanlıq dəyərlərini tərənnüm etməsinə, yalnız bir şair və sənətkar kimi yox, həm də irfani və mistik bir şəxsiyyət kimi dəyərləndirilməsinə yönəlmişdir. Yusif Nəğməkar Dədə Ələsgərin bədii obrazını həm ənənəvi, həm də yenilikçi, novator yanaşmalarla təqdim edərək, onun möcüzəli, Allah, kainat və insan arasındakı mənəvi bağlarını təsvir edən, Allahın kamilliyinə şahidlik edən “batini mənalar” üzərində qurulan yaradıcılığını poetik dildə öz oxucusuna çatdıra bilmişdir.
İlk növbədə qeyd etmək gərəkdir ki, “Ələsgər zirvəsi” poeması mövzusu ilə bağlı olaraq milli folklorumuza, aşıq sənətinə və yaradıcılığına mənsub olan dastan xarakteri daşıyır və təsadüfi deyil ki, əsər “Ustadnamə əvəzi” olan “Ən ön ün”lə başlayır. Şairin poemada tətbiq etdiyi poetik struktur öz oxucusunu maraqda saxlamaqla bərabər, həm də yeni poeziya formatı yaradaraq poeziyamızda yeni bir quruluş, struktur nümunəsi təqdim edir.
Şair Ələsgər bilicilərinin və sevdalılarının fikir və mülahizələrindən aforizm biçimli nümunələr verərək, poemada hansı dühadan, poeziya və şəxsiyyət fenomenindən, şairdən, övliyadan söhbət gedəcəyinin məsuliyyətini özü öz qarşısına qoymaq və bu ağır vəzifəni yerinə yetirmək iqtidarındadır.
Hələ uşaqkən ilk şeirini Aşıq Ələsgərə həsr etmiş, Ulu Göyçəni bucaq-bucaq gəzmiş, təbii gözəlliklərindən zövq almış, dağ döşündən axan bulaqlarından saf su içmiş, Göyçə gölünün mavi sularında xəyala dalmış, yaylaqlarda aşıqların dastanlarına, havacatlarına qulaq asmış şair Yusif Nəğməkar poemada Dədənin doğulduğu, bu gün düşmən tapdağı altında doğma insanlarına həsrətdən əzab çəkən Ulu Göyçə ilə Aşıq Ələsgərin müqəddəs adının vəhdətini verməyə nail olmuşdur.
Dədə Ələsgər yaradıcılığı onun kainatın yaradıcısına olan sonsuz məhəbbəti, təbiətin ilahi mənaları və insanın əxlaqi, mənəvi kamilliyi üzərində qurulması zəminində “Ələsgər zirvəsi” poemasında irfani düşüncə dominant olaraq, əsər boyu qırmızı xətt kimi keçir, Aşıq Ələsgərin “Ələstüdə “bəli!” deyən ruh” kimi təsvirləri poetik fəlsəfəni ön plana çıxarır. Aşıq Ələsgərin “vəhdəti-vücud” fəlsəfəsi poetik bir tərzdə izah edilir.
Şair Yusif Nəğməkar poemasının “Son ün”ünü Aşıq Ələsgərin Bakıda ucaldılmış heykəlinə həsr edərək, onun Qərbə tərəf yönələn bu möhtəşəm abidəsinin bu günkü ictimai-siyasi durumda mədəni həyatımızın əlamətdar hadisəsi olmasını nəzərə alaraq, Dədənin ruhuyla bizləri Qərbi Azərbaycana, onun doğma yurdu Göyçəyə çağırır.
Şair Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabı bir çox nəzər nöqtəsindən – həm poetik, həm elmi, həm də mənəvi baxımdan çağdaş ədəbiyyatımıza, ələsgərşünaslığa töhfə olan, xüsusi əhəmiyyət kəsb edən dəyərli, yeni, sanballı bir poeziya nümunəsidir. Bu əsər Aşıq Ələsgər poeziyasını sevənlər, bu dühanın, poeziya fenomeninin sirlərinə maraq göstərənlər və ədəbiyyat tədqiqatçıları üçün əvəzsiz bir töhfə, ədəbi-bədii mənbədir. Zənnimcə, Aşıq Ələsgərin həyatı və yaradıcılığı haqqında geniş məlumatlar və zəngin təsvirlərlə dolu olan, həm milli, həm də universal səviyyədə poeziyanın gücünü göstərən bu poema Respublikamızda mövcud olan ən yüksək ədəbi mükafata layiq əsərdir.
Yusif müəllimi təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirəm!
Diqqətinizə görə təşəkkür edirəm!
Ələddin Allahverdiyev
Professor, Moskva
Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024