Salxım söyüdlü bulaq
- Mənə də bir daraq alarsan, ancaq qablı olsun
- Axı qablı daraq 35 qəpikdir, sən isə 20 qəpik verirsən
- İndi yoxumdur , sən üstünə 15 qəpik qoy al mən sonra sənə verərəm
- Yaxşı....
Bu dialoq sinif yoldaşımla mənim aramda 1982 ildə keçən dialoq idi. Məsələ onda idi ki, bizim kimi yeniyetmələrin yolu şəhər dediyimiz Leninakana, yəni indiki Gümrüyə bir neçə ayda yalnız bir dəfə düşə bilərdi. Çünki kəndimizdən (Amasiya rayonunun Göllü kəndi) şəhərə 53 km. idi və gediş –gəliş o qədər də asan deyildi. Ona görə də kimin yolu düşsə dostların ehtiyacını qarşılamaq üçün belə vasitələrdən istifadə edirdik. Gümrü şəhərinin avtovağzalı yarımdairəvi ancaq geniş bir meydançada yerləşirdi. Meydanın bir küncündə “Nərdivanlı dükan” ( əslində bu dükan Gümrüdə yerləşən hazırki 102-ci baza dediyimiz bazanın əsgər və zabit heyəti üçün nəzərdə tutulmuş və hər şeyin daha ucuz satıldığı hərbi ticarət mərkəzi idi ) dediyimiz bir dükan var idi. Bu dükanda kənd uşağının ehtiyaclarını qarşılayacaq hər şeyi tapmaq olurdu. Məsələn daraq, ayaqqabıları təmizləmək üçün fırça və krem, cib güzgüsü, saçların formasını qorumaq üçün xüsusi kosmetik yağ, odekalon və s. Ona görə də avtobusdan enər-enməz dərhal bu mağazaya baş çəkir, lazımı sifarişləri bəribaşdan alırdıq ki, sonradan pul xərclənib qurtarar və almalı oluğumuz əşyaları ala bilmərik. Meydançanın düz ortasında isə, iki böyük “salxım söyüd” adlandırdığımız söyüd ağacı, hər ağacın altında da daima su axan iki novlu bulaq vardı. Bir qədər aralıda elə yarımdairəvi formada düzəldilmiş stenddə o zamanki sovet rəhbərliyinin və siyasi büro üzvlərinin plakat-portretləri yerləşdirilmişdi.
Avtobus vağzala çatan kimi, valideynlərimdən ayrılıb ilk növbədə dostların mənə əmanət etdikləri pulu bir daha sayaraq “nərdivanlı dükana” daxil oldum. Onların sifarişlərini alıb sonra şəhərdə valideynlərimi tapacaqdım...
Azərbaycanlıların Gümrü marşurutu
Gümrü çox da böyük şəhər olmadığı üçün bu iş o qədər də çətin deyildi- univermaq , sonra parça mağazaları, sonra İrəvanda yerləşən məhşur “Nairi” zavodunun qızıl dükanları və nəhayət kolxoz bazarından alış-veriş edib yenidən avtovağzala dönmək. Mənim üçünsə ən maraqlı və dəyişik marşurut imkan tapan kimi “Köhnə Univermaq” deyilən və artıq o qədər də məhşur olmayan univermağın yanındakı elə köhnə bir idman zalında 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiadasında ağırlıqqaldırma üzrə çempion olmuş, əslən Gümrülü Yuri Vardanyanın məşqlərinə baxmaq idi. Çünki mən də kəndimizdəki “Xırman”ı (sovet hökuməti qurulanda zəngin olduğu üçün "kulak" (sinfi düşmən) elan edilərək Qazaxıstana sürgün edilmiş babamdan bizə miras qalmışdı) həmyaşıdlarımla ağırlıqqaldırma, güləş, atletika və.s idman növləri üzrə məşq etdiyimiz bir növ idman zalına çevirmişdim. Yuri Vardanyanın məşqlərinə isə ağırlıqqaldırma texnikalarını öyrənmək üçün çox həvəslə baxır, hər dəfə şəhərə gedəndə mütləq onun məşq etdiyi könhə idman zalına baş çəkirdim. Elə bu dəfə də eyni marşurut üzrə hərəkət edəcək, sonda isə Gümrü kolxoz bazarının arxa tərəfində bir porsiyonu 3 manata satılan dadlı lülə kabab yeyib kəndimizə dönəcəkdim.
Sən saydığını say ...
Dostlarımın sifarişlərini alıb “Nərdivanlı” dükanı tərk etmişdim ki, yaxınlıqdakı məktəbdən çıxıb evlərinə doğru gedən həmyaşıdlarımın siyasi büro üzvlərinin portretlərinin önündə dayandıqlarını gördüm .O zaman Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Büro üzvlərinin portretləri bütün müttəfiq respublikalarda ən görkəmli yerdə əlifba sırası ilə düzülrdü. Mərkəzi Komitənin Baş katibinin portreti nisbətən böyük ölçüdə, ayrıca digər büro üzvlərinin portretləri isə eyni standart ölçüdə əlifba sırası ilə düzülürdü. Heydər Əliyev Siyasi Büroya üzv seçildikdən sonra əlifba sırası ilə Andropovdan sonra Aliyev soyadı gəldiyi üçün onun şəkli ikinci sıraya qoyulurdu. Ermənilər isə buna dözə bilmirdilər .Rəsmi şəxslər bunu qəbul etməyə məcbur olsalar da hüquqi məsuliyyət yaşına çatmamış yeniyetmə və uşaqlar Heydər Əliyevin porteretinə qarşı müxtəlif təxribatlar edirdilər .Növbəti belə hadisəyə isə görünür mən şahidlik etməli olacaqdım .Məktəbdən çıxan erməni uşaqlarından biri əlindəki qələm ilə Heydər Əliyevin portretinə yaxınlaşaraq onu üzərini yazmağa başladı .Əslində bunu nə üçün etdikırini dərindən anlamasam da , atamın evdəki söhbətlərindən bilirdim ki , ermənilər Heydər Əliyevin siyasi büro üzvü seçilməsindən çox möhkəm narahat olublar.
Heydər Əliyevin siyasi büroya üzv seçilməsi. Ermənilərin milli matəmi.
Atam kənd sovetinin sədri vəzifəsində çalışırdı və rayon sovetinin deputatı idi. Bir gün rayon sovetinin iclasından qayıtdıqdan sonra danışırdı ki, ermənilər yaman yasa batıblar. Heydər Əliyevin siyasi büroya seçilməsini matəm kimi qəbul edirlər. Amma nə bir oldu! Heç özlərinə gələ bilmirlər. Əslində bu sözlər və ermənilərin yasa batmağı Heydər Əliyevin böyüklüyünün göstəricisi idi. Eyni zamanda atamın bu sözləri bizi Heydər Əliyev təssübkeşi edirdi. Ona görə də indi ermənilər onun portretini cızarkən mən əsla sakit dura bilməzdim. Ani qərarla portreti qaralayan həmyaşıdımın yaxasından nə vaxt necə yapışdığımdan özümün də xəbərim olmadı. Erməni ilə bir birimizi söyürdük - şun dığa ( it oğlu) – şun dığa dues ( it oğli sənsən ). Ən az təhqiramiz söyüncümüz bu idi. Birdən ləhcəmdən mənim türk olduğumu anladılar və kollektiv şəkildə “geğdot turk” (natəmiz türk) deyib üstümə düşdülər. Vəziyyətin qeyri-bərabər olduğunu görüb əllərindən çıxb uzaqlaşmaq istədim. Ermənilər isə məni təqib edirdilər.
Gümrü bazarında lavaş şöbəsi
Bazarın sahəsi olduqca geniş idi. Ancaq şəhər tərəfdən gircəkdə qara Güllübulaq daşından tikilmiş iki mərtəbəli qədim inzibati bina da var idi. Birinci mərtəbə bazara qarışıq ikinci mərtəbə isə yalnız çörək məhsullarının satıldığı xüsusi yer idi. Burada lavaş, somun, makintaj çörəyi, təndir əppəyi, fətir, yəni ağlınıza gələn hər növ çörək satılırdı. Avtovağzaldan bazara təqribən 500 metr məsafə olardı. İdmançı kimliyim ermənilərin məni yaxalamalarına imkan vermirdi ancaq qurtulmaq üçün həm də ağıla ehtiyac vardı. Düşündüm ki, mən bazara girsəm necə olsa məni tapacaqlar çünki azərbaycanlılar adətən ikinci mərtəbəyə çörək üçün qalxmırdılar. Hamı öz çörəyini evdə bişirirdi. Ona görə də ermənilər məni birinci mərtəbədə axtaracaqdılar. Bunu nəzərə alaraq mən bazara dönər dönməz ikinci mərtəbəya qalxdım. Bir neçə saniyə sonra isə 7-8 nəfər erməni hay-küylə bazara daxil olub məni axtarmağa başladılar. Mən isə ikinci mərtəbəin asma divarından onları izləyirdim. Yarım saatlıq vurnuxmadan sonra çıxıb getdilər. Mən isə sakitcə aşağı enib lüləkabab yemək üçün bazarın arxa tərəfinə keçdim.
Mənim kəndim- mənim qalam ...
Nəhayət bu təhlükəli sərgüzəştim arxada qalmışdı.Kəndimizə dönən avtobusda Gümrünü tərk edənə qədər hələ həyəcan keçirsəm də şəhərin çıxacağından qədim Qara Qala həbsxanasının divarları görünəndə artıq təhlükənin tamamən arxada qaldığını başa düşdüm. İndi əsas məsələ dostların etimadını necə doğrultmağım və baş vermiş hadisəni onlara necə danışacağım idi. Ancaq hamısına and verəcəkdim ki, söhbət aramızda qalsın. Çünki valideynlərim bu “qəhrəmanlığımdan” xəbər tutsalar məni bir də şəhərə, yəni Gümrüyə aparmayacaqlar. Əvvəlcə qovğada dostların sifarişlərindən heç bir şeyi itirib-itirmədiyimi yoxladım. Hər şey qaydasında idi. Keyfim kökəlmişdi. İndi ermənilərə necə yumuruq ilişdirdiyimi, əllərindən necə çıxdığımı və bazarda onları necə aldatdığımı qürurla həmyaşıdlarıma anladacaqdım.
Kiçik bir hadisənin böyük ibrəti ...
Bütün bunlardan cəmisi 5 il sonra yəni 1987-ci ildə Ulu Öndər Heydər Əliyev Siyasi Bürodan istefaya məcbur edildi. Bununla da Qərbi Azərbaycanın hər yerində azərbaycanlılara qarşı qəddar etnik təmizləmə siyasəti bütün başladı. Mən bir daha atamın sözlərinin və ermənilərin matəminin məğzini tam çılpaqlığı ilə dərk etdim. 1991-ci ildə artıq bizim torpaqlarımız da , onun üzərində olan və minilliklər ərzində yaradılan əcdad mirası da uşaqlıq xatirələrimiz də işğal edildi. Yurdsuz-yuvasız, evsiz-eşiksiz, çölsüz-çəmənsiz, dağsız-düzənsiz qaldıq!
Var olsun Azərbaycanımız ...
İllər sonra xalqımızın böyük oğlu Heydər Əliyevin, əslində isə milli müstəqil dövlətçiliyimizin, xalqımızın dövlətçilik şüurunun daşıyıcısı və varisi, müzəffər Ali Baş Komndanımız İlham Əliyev ermənilərə 44 günlük müharibədə yenidən milli matəm yaşatdı. Elə bir matəm yaşadıb elə bir dərs verdi ki , bunu ermənilər heç vaxt unutmayacaqlar! Şübhəsiz ki, bu zəfəri azərbaycanlılar da əsla heç vaxt unutmayacaqlar! Bu tarixi zəfəri ona yaşadan şanlı sərkərdəni milli yaddaşın ən nadidə guşəsinə əbədi olaraq həkk edəcək.
Bütün yollar Qərbi Azərbaycana aparır ....
Gümrünün faytonları, faytonları
İpəkdir qaytanları, qaytanları
İllər sonra Gümrü bazarının içində bir qoca dolaşaraq həzin səslə Gümrünün faytonları mahnısını zümzümə edirdi. Əlindən tutduğu uşaq ,baba ermənilərin səni təklədiyi yer bura idi ?– deyə soruşdu. Bəli bala can, doğru deyirsən bura idi. Tanrıya min alqış olsun indi biz torpağımıza, torpağımız da bizə qovuşub! Ancaq bizi qovuşduran sərkərdəni və qəhrəman ordumuzu əsla untutmamalıyıq !
Hikmət Babaoğlu, Milli Məclisin üzvü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024