Orxan Mahmudov - İxtisası psixologiyadır. Hazırda karyera psixoloqu olaraq fəaliyyət göstərir və bu istiqamətdə 800-dən çox fərdi konsultasiyalar həyata keçirmişdir. İki ildən çox təlim təcrübəsi (300-dən çox praktiki təlim təcrübəsi) vardır. Təlim auditoriyası on min nəfərdən çoxdur. Ölkəmizdə insan mühəndisliyinin inkişafına çalışır. Bu istiqamətdə xüsusi individual dərslərlə iyrimidən çox gəncin yetişməsinə dəstək olmuşdur. On beşdən çox layihə həyata keçirmişdir. NLP masterdir. Yüzdən çox psixologiya və ümumi insan inkişafına aid kurs və təlimlər almışdır. Eyni zamanda gənc sahibkar olaraq fəaliyyət göstərir. Hazırda At-Geotech şirkətində Təlim və İnkişaf mütəxəssisi olaraq fəaliyyətini davam etdirir.
Orxan, karyera qurmaq üçün mənim atacağım ilk addım necə olmalıdır?
- İki istiqamət var: Biri var karyera, bir də var biznes. Hər ikisinin içində iş var. Bunun üçün mütləq təcrübə olmalıdır və öyrənməlisiz. Əslində, biz buna həyatla iş həyatının balansılaşdırması deyirik. Adətən bizə uşaqlıqdan belə bir şey öyrədirlər. Bir tip ailələr uşaqlarını belə görür. Ali təhsil alacaq, karyera quracaq. Bir başqa tipdə ailələr var ki, oğlan böyüsün, mütləq ailə qursun, qızsa, böyüyüb mütləq ərə getməlidir. Amma balanslaşdırmağı bacaran adam həm karyerasını, həm də ailə həyatını qurur, həm də dostlarına zaman ayıra bilir. Əslində, İnsan mühəndisliyinin işi balanslaşdırmanı təmin etməkdir. Bunu balanslaşdıran demək olar yoxdur. Mən hal-hazırda insan mühəndisliyini inkişaf elətdirirəm. Özümü karyera psixoloqu kimi təqdim edirəm. Çünki İnsan mühəndisliyi tam anlaşılmır.
Özünüzü niyə məcbur edirsiz?
- Çünki karyera psixoloqu deyəndə anlaşılır. Amma insan mühəndisliyi deyəndə anlaşılmır. Karyera psixoloqu sırf karyerayla bağlıdır. İnsan mühəndisliyi isə ümumidir. Bizim cəmiyyətdə məhz insan mühəndisliyinə ehtiyac var ki, inkişaf eləsin. Mən mütəxəssis deyiləm. Çünki mənim yaşım azdır, böyük təcrübəyə ehtiyac var. Amma bu sahədə mütəxəssislər çox olmalıdır ki, həmin o dediyim balanslaşdırma düzgün getsin. Çünki uğur bir harmoniyadır.
Çox forumlar, təlimlər keçirilir. Bunlar nə üçün lazımdır? Gənclərə hansı tərəfdən xeyri var?
-Bunlar gənclər üçün çox yaxşıdır. Amma ümumi olaraq yaxşıdır. Məsələn, biz Avropa, Dünya təcrübəsinə baxsaq, yəni karyera tərəfinin bizə axın olaraq gəlməsini, onlarda invidual inkişaf üzərində qurulubdur. Mən bunu iki istiqamətdə götürərdim. Şərq və Qərb cəmiyyəti. Qərb cəmiyyətində inkişaf fərdi model üzərində qurulub. Şərqdə isə ailə modeli üzərində qurulur.
Misal üçün.
- Misal üçün, hansısa bir gənc uğur qazanır, deyirlər, filankəsin oğlu, qızı uğur qazandı. Qərbdə isə uğurunu məhz sənin adınla bağlayırlar. Mənim əsas məqsədim nədir? Mənim individual məqsədim nədir? Lider yetişdirmək. Arxasınca yüzlərcə, minlərcə insanı aparan lider yox, öz istəklərinə, arzusuna, qərarına sahib olan lider yetişdirməyə çalışıram. İndividual dərslərimdə, təlimlərdə gənclərə bunu aşılayıram. Bu o demək deyil bu adam hər şeyi düz edir. Qoy səhv də eləsin. Amma səhvinə də, düzünə də sahib çıxmağı bacarsın. Bir uğur qazananda deyirlər ki, filankəsin oğludur, o mənim dostumdur. Amma uğursuzluğumuz olanda "salam-əleyküm" də eləmək istəmirlər. Biz belə yanaşırıq. Amma həqiqi olan fərd uğurunu da, uğuruzluğunu da sahiblənməyi bacaran insandır. Son trendlərə bu məsələyə bariz nümunədir
Enerjilərini nəyə uyub boş yerə sərf edirlər?
- Kütləyə uyurlar. Amma lider olan kəs öz enerjisini kütləyə yox, ancaq özünə sərf edər. Bizə bütün bunlara baş çıxara biləcək, normal dəyərlərə sahib olacaq bir fərd lazımdır. O fərd yetişdirilməlidir. Bu fərdin şərq ailəsinin içində yetişməsi bir az çətin məsələdir. Bizdə oğlanlar bir az sərbəstdir. Qız uşaqları bir az məcbur qalır. Şəhərə, şəhərətrafına baxsaq, burda vəziyyət düzəlib. Amma ucqarlarda vəziyyət bir az bərbaddır. İnşallah, zamanla ucqar kəndlərdə də vəziyyət düzələr. Forumların, tədbirlərin keçirilməsi normaldır. Deməli, tələbat var. Ümumiyyətlə, təlim düşüncənin inkişafına xidmət edir. Tutaq ki, mənim liderlik haqda məlumata ehtiyacım var və gəlirəm təlimə. Təlimdə müxtəlif insanlar olur, onların müxtəlif fikirləri olur. Və təlimçinin fikirləri məndə müəyyən bir düşüncə formalaşdırır. İstər karyera inkişafı, istərsə də ümumi inkişafda fərd üçün individual inkişaf etməsi daha effektivli olmalıdır. Çünki daxili xüsusiyyətləriniz, keçmişiniz, istedadınız, müsbətləriniz, mənfiləriniz, hamısı spesifikdir. Otuz nəfərlik auditoriyada iki saat ərzində mümkün deyil hamısını inkişaf elətdirək. Sadəcə, hansısa mövzuda bilgili ola bilər.
Hər təlimçinin sözə başlamamışdan əvvəl dinləyicilərlə şərtləri olur. Sizin şərtləriniz nədir?
- Mən təlimlərimdə həmişə ilk şərtimi deyirəm. “Məcbur insanlar gəlməsin, istəyən insanlar gəlsin”. Dediklərim yüz nəfərdən beşinin inkişafına müsbət təsir göstərirsə, bu, mənim uğurum və qazancımdır. Yüz nəfərin yetişdirilməsinə təsir etməkdənsə, bir nəfər yetişdirərəm, yüz nəfərə təsir edər. Mənim fəlsəfəm, məqsədim bundan ibarətdir. Çünki bu daha çox effekt verir.
Görünür tələbat da çoxdur.
- Belə deyək, ortada min aktiv gənc var. Siz onları formalaşdırıb ön sıralara göndərəcəksiniz. Ortada bir sual yaranır. Bəs qalanları?
Həqiqi inkişafa meyilli olan gənc necə olur?
- Həqiqətən inkişaf eləmək istəyən gənc özünü hər yerdə göstərməyi bacarmalıdır. Sosial şəbəkədən tutmuş istənilən yerdə özünü yaxşı mənada aktiv aparmalıdır. Məqsədi sertifikat almaq olmamalıdır. Mənim təlimimə gələnlərin sayı on mini keçib. Biz bu qədər gənclərə yararlı olsaq, partlayş eləyərik. Səhv olan odur ki, çoxları düşünür ki, təlimlə inkişaf olur. Təlimlə inkişaf olmur. Mən özüm hal-hazırda böyük şirkətlərin birində Təlim İnkişaf meneceri olaraq çalışıram. Əsl işim, əməkdaşların inkişafı və onların karyera inkişaflarına stimul olacaq perspektivlərini müəyyən etmək. Ehtiyac olan mövzularda təlimlər keçirik
Fərdi inkişaf sahəsində nələrə ehtiyac var?
- İlk növbədə birliyə, daha sonra bu sahə də mütəxəssislərin sayının artamasına. Bizim əsas işimiz həqiqətən inkişaf elətdirməkdən ibarət olmalıdır. Tutaq ki, mənim təlimimə potensiallı bir gənc gəlib və aktivdir. Mənim bir sözümdən təsirlənir, gedib həyatını dəyişməyə qərar verir. Mən deyə bilmərəm ki, o adamı mən dəyişmişəm. Onsuzda adam inkişafa meyillidir, sadəcə, istiqamət vermək lazımdır. Bizim inkişafımız, uğurumuzun miqyası onunla ölçüləcək ki, biz küçədə qalmış bir gənci yetişdirəcəyik. Sözün əsl mənasında inkişafa meyilli olmayan gənci yetişdirəcəyik. Hal-hazırda aktiv olan gənclər var ki, onlar təlimi məndən sonra tanıyıblar. Yenə də deyə bilmərəm onları mən yetişdirmişəm. Bu sahəylə məşğul olan insanlar çox azdır. Səmimi olmaq lazımdırsa, ciddi işlər getmir. Daha doğrusu, sistemli iş getmir. Biz, yəni bütün təlimçilər gücü bir araya qoymalıyıq, bir etalon formalaşmalıdır. Ya da ki, fərd olaraq bizim uğurumuzun miqyası yetişdirdiyimiz gənclərlə olacaq. O gənclərlə olacaq ki, hazır bişmiş gənc yox, təcrübəsiz biri olsun. O bizim qapımızı döyməsin, biz onun qapısını döyək ki, səni həqiqətən inkişaf elətdirmək istəyirik. Yoxsa təcrübəli gənci istiqamətləndirməyə nə var ki? Sən olmasan da bu adam gec-tez uğura doğru addımlarını atacaq.
Orxan, düşünmürsünüz ki, həmkarlarınız sizinlə razılaşmaya bilər? Etirafınız səmimi oldu.
- Mən kimisə qıcıqlandırmaq üçün demədim. Həqiqət nədirsə, odur. Mənim üçün reallıq lazımdır. O ki qaldı karyera inkişafına. Gənclərin karyera inkişafı bizdən asılı olmamalıdır. Burda iki qrup gənc var. Bir qrup gənc öz “daxili mentorlarını inkişaf elətdirməyi bacarırlar. Digər qrup gənclərin isə hər hansı bələdçiyə ehtiyacı var”.
Bizdə gənclərin çoxu liderliyə meyillidir. Söhbət əsasında məlum olur ki, ancaq idarə eləmək istəyirlər. Axı, lider olmaq üçün öncə işçi olmaq lazımdır. Hansısa müəsisəni idarə eləmək asan məsələ deyil. Bu barədə gəncləri necə istiqamətləndirirsiniz?
- Müəyyən formalaşmış trendlər var ki, insanların beyninə hopub. Amma yanlışdır. Bunun əsasında psixoloji mexanizimlər dayanır. Yaxşı danışmaqla iş bitən deyil, hər şeydən əvvəl sənin toplumla normal ünsüyyətin olmalıdır. Əslində, karyeraya natiqlik ciddi təsir göstərən amillərdən biridir. Amma elə insanlar var ki, adam mükəmməl işlər görür, ancaq danışa bilmir. Və o adam hər hansısa uğurlu ideyalar verə bilər. Hamını biznesə məcbur edə bilmərik.
Onda insanların çoxu niyə xoşbəxt olmağı bacarmır? Problemin kökü nədədir?
- Sualın bir sadə cavabı var. Əsas problem - biz kopyalayırıq. Düşünmədən kopyalayırıq. Misal üçün, kimsə biznes qurubdur. Mən düşünmürəm ki, o adam biznesi necə qurub, biznesi qurmaq üçün nə qədər pulu olub. Bəlkə heç pulu olmayıb, sıfırdan başlayıb? Mən də düşünmədən o adam kimi biznes qurmaq istəyirəm və beləliklə düşünmədən kopyalamış oluram.
Orxan bəy, uğurlu insanların motivasiya üçün yazdığı bir sıra kitablar var. Və o kitabların çoxunda oxşar cümlə var. “Biz hər şeyi sıfırdan başladıq”. O kitabları oxuyan istənilən gənc istər-istəməz düşünür ki, mənim o insandan nəyim əksikdir. Mən də öz biznesimi sıfırdan başlayıb qura bilərəm. Nəticə, uğurusuz və məyusluq olur.
- Dediyiniz o kitabların çoxusu qərb cəmiyyətinə uyğundur. Bəyaq qərblə şərqi müqayisə elədim. Qərblə şərq arasında hələki fərqlər var. Qərbdə biri cəhd edib on min qazanırsa, biz min qazanacağıq. Şərt və şəraitlər dəyişkəndir. Məsələn, qərbdə atasız uşağın sosial cəhətdən problemi həll oluna bilər, dövlət də sığortalayacaq. Amma mənəvi tərəfdən həmişə atasına ehtiyacı olacaq. Şərqdə isə, götürək öz cəmiyyətimizi, vəziyyət tamam başqadır. Şəxsən mən valideyni yanında olmayan bir gənci, valideyni olan bir gəncdən daha çox üstün tuturam. Bilirsiz niyə? Çünki o adam daha çox düşünür. Əgər qohum-əqraba dayaq durmursa, onlar çətin şəraitdə nələrəsə nail olurlar. Strateji düşüncədir, sistemli düşüncədir, belə gənclərdə daha çox hiss olunur.
Liderliyin özü nədir?
- Liderlik əslində özünü idarə etməkdir. Şərt o demək deyil ki, gedib kimisə və ya kimlərisə idarə edib, lider olduğunu sübut edəsən. Təəssüflər olsun, bizdə bunu çoxları bu cür başa düşür. Mən Azərbaycanı heç vaxt Avropayla müqayisə eləmirəm. Bizim Avropaya çatmağımıza hələ var. Amma gənclərimiz davamlı özlərinə yatırım edərək özlərini inkişaf etdirsələr, çox yaxşı irəliləyişlər ola bilər. Bizdə bəhanələr də çoxdur. Bir gənc kitab almaq istəyir, yetərincə pulu yoxdur. Evdə oxuduğu hansısa kitabı satıb, istədiyi digər kitabı ala bilər. Yəni, bəhanələrdən çox, variantlar həmişə var.
Üç-dörd dil öyrənən savadlı gənclərimiz var ki, dediyiniz variantlardan istifadə edib, uğur qazanmaq üçün uğursuzluqlar yaşayıblar, amma karyera qura bilmirlər. Sizcə, səbəb nədir?
- Ona görə karyera qura bilmir ki, sistemli yanaşmır. Deyirsiz üç-dörd dil bilir. Bu da mübahisəli məsələdir. İki gənci gəlin müqayisə edək. Biri ingilis dilini bilir, danışır. Digəri isə ingilis dilində ancaq çox söz öyrənib, danışa bilmir. Amma dili mükəmməl bilən adam bir dəfə kitab üzü açıb oxumur. Ancaq digəri oxumağa çalışır. İkinci gənc birinci gəncdən bilik əldə etmək və entuiazm baxımından üstündür.
Bəzi şirkətlər işçi götürəndə ingilis və rus dilini tələb edir. Baxırsan ki, işdə o dillərin heç birindən istifadə olunmur. Onda bu şərtlər nəyə lazımdır?
- Düzdür, elə şirkətlər var. İşçilər öz aralarında rus dilində danışırlar. Şirkət o şərtləri adamın öz inkişafı üçün istəyir. Xarici dilləri bilən adam şirkətdə üstünlüyə sahib olacaq. Şəxs özünü inkişaf elətdirirsə, bu işdə də özünü göstərəcək. İkincisi, adam özünə sual verməlidir. Mən dörd il təhsil aldığım müddətdə nə etdim? Hamımız yaxşı bilirik, təhsilimiz o qədər də effektli deyil. Hamısı mənasız dərs sistemidir, konkret heç nə öyrədilmir, çoxunda təcrübə yoxdur. Əsas təcrübə və nəticə olmalıdır. Adam üç il işləyirsə, eyni işi hər gün görüb fərqli heç nə eləmirsə, biz deyə bilmərik, onun təcrübəsi var. Fərqli-fərqli işlər təklif eləyən gənclər də özlərinə əziyyət verən insanlardır. Komfortluqla nəysə əldə eləmək mümkün deyil. Dünyada elə bir mexanizm yoxdur ki, sizi bir yerdən götürüb başqa yerə qoysun. Bütün sualların cavabı insanın özündədir. Davamlı və sistemli inkişaf lazımdı.
Bəs, Orxan üçün uğurun açarı nədir?
- Mənim üçün uğurun açarı odur ki, başqalarının etmədiyini etdiyindən artıq eləməlisən. Əgər başqalarının etdiyini edib, fərqli nəysə yaradacaqsansa, ona da sahib çıxmağı bacaracaqsan. Və ölkəndə uğur qazanmaq üçün isə bəzi dəyərlər var, hörmət eləməyi bacarmalısan. Demirəm mənasız adətləri mütləq eləməlisən, yox, dəyərləri dəyərləndirməli bacarmalısan. Bizi biz eləyən bizim dəyərlərimizdir. Dəyərlərdən sonra məqsədlərimiz, sonra missiyamız gəlir.
Aydın məsələdir, dəyərlərlə adət-ənənələri çoxu səhv salır. Siz dəyərlər deyəndə, nəyi nəzərdə tutursuz?
- Dəyərlər həyati strukturumuzdur. Dəyərlərimiz bizi biz edəndir. Bu mənim öz şəxsi fikirlərimdir. Mənim həyati dəyərlərim öyrənmək, inkişaf etmək və hər bir Azərbaycan insanına faydalı olmaqdır. Dəyər hər kəsin Spesifik özünə aid bir şeydir. Kimdə ailə ola bilər, kimdə karyera, kimdə sevgi.
Orxan, fikir vermişəm, bizdə gənclərin çoxu avtoritetlərin həyatına həsəd aparırlar. Elə bilirlər, o həyat daha yaxşıdır. Olubmu, o cür davranan gəncin düşüncələrini kökündən dəyişəsiz, inkişafa meyilli edəsiz?
- Olub. Bir şey də var ki, biz insanları yenə də olduğu kimi qəbul eləməliyik. Bizim səhvimiz insanları bir-birindən müqayisə eləməkdir. İnsanları fərqlilikləriylə qəbul edə bilmirik. Bir insan ola bilər ki, lotu kimi danışsın, bu o demək deyil o cür həyat tərzi yaşayır. Addımlarını ona görə atırsa, heç kim qarışa bilməz. Təbii ki, hər işdə həddini və yerini bilən insan uğurlu olacaq.
Söhbətləşdi:Şəfaqət Cavanşir
Goyce.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024