İsa Məsihə bənzəyən uşağın qaçırılması - Dünya ədəbiyyatından hekayə

19:00 / 01.03.2020
Baxılıb: 2912

Goyce.az italyan yazıçı, Nobel mükafatı laureatı Luici Pirandellonun “Dəyişdirilən uşaq” hekayəsini təqdim edir.

Bütün gecəni səhərə qədər qışqırtı, çığırtı səsləri kəsmədi. Ancaq bu çığırtının insandan, yoxsa heyvandan gəldiyini kəsdirə bilmədim. Ertəsi günü qonşu qadınlardan qışqıranın qonşuluqdakı Sara Longo adlı qadın olduğunu öyrəndim.

Qadınların dediyinə görə, Sara Longo gecə yuxuya gedəndən sonra onun üçaylıq oğlunu oğurlayıb yerinə başqa uşaq qoymuşdular. Mən heyrətimi gizlədə bilməyib soruşdum:

- Oğurlayıblar? Kim oğurlayıb?

- Qadınlar.

- Hansı qadınlar?

Onlar bu qadınların gecələr hamı yatandan sonra gəzib-dolaşan, havada uçan ifritələr, cinlər olduğunu dedilər.

Təəccüb və hiddətlə soruşdum:

- Bu necə ola bilər? Uşağın anası da bütün bunlara inanır?

Qadınlar hələ də elə bir təəssürat və qorxu içərisindəydilər ki, mənim təəccüblənməyim hətta onların xətrinə dəydi.

Onlar Saranın qışqırtılarını eşidən zaman yarıçılpaq halda onun evinə qaçdıqlarını və orada yatağın ayaq tərəfində, döşəmənin üzərində ifritələr tərəfindən dəyişdirilmiş uşağı gözləri ilə gördüklərini üstümə atılacaq formada mənə nəql etdilər.

Axı Saranın öz uşağı süd kimi ağappaq, bir az da qızılı rəngə çalırmış. O, sanki İsa Məsihin uşaqlığına bənzəyirdi. Ancaq uşağın əvəzinə qoyulan uşaq qaraciyər kimi qapqara, meymundan da betər eybəcər idi.

Üstəlik bunu da unutmaq olmaz ki, Longonun uşağı hələ beşikdə yatırdı. Beşikdəki uşaq anasının diqqətsizliyi ucbatından yerə düşsə də o qədər uzağa gedib və ayaqları beşiyin əksi istiqamətində fırlana bilərdimi?!

Belə olan halda ifritə qadınların gecəykən Longonun evinə girərək, ona pislik etmək üçün gözəl uşağını oğurlayıb, yerinə çirkin bir uşaq qoyduqları açıq-aydın ortada idi.

Sən demə, bu ifritə qadınlar yazıq analara saysız-hesabsız pisliklər ediblər! Uşaqları beşiklərindən götürüb başqa otaqdakı stulun üstünə ayaqları çarpazlaşmış və gözləri çəpləşmiş halda qoyub gedirlər.

Söhbət edən qadınlardan biri qucağında tutduğu kiçik bir qız uşağının başına diqqətlə nəzər salaraq mənə baxdı:

- Bura baxın, bura baxın, bura baxın! - dedi və uşağın boynunun arxasında bir-birinə qarışmış bir çəngə saçı göstərdi.

- Bu saç çəngəsinin nə olduğunu zənn edirsiniz? Əlbəttə ki, bu da həmin ifritələrin hördükləri hörükdür. Onlar gecələr anaların yazıq qızlarının saçları ilə oynayıb, əylənirlər. Belə olanda saçı kəsmək, onları qaydaya salmaq olmaz. Əks halda uşaqlar ölərlər.

Bu cür əllə tutulan, gözlə görülən dəlillər qarşısında bu qadınları batil inanclarının yersizliyinə inandırmağın faydasız olduğunu görüb həmin inancların qurbanı olmaq təhlükəsi ilə üz-üzə qalan o zavallı uşağın sonunu düşündüm.

Aydın məsələ idi ki, gecə yerə yıxılan körpə ya hansısa xəstəlik keçirmiş, ya da iflic olmuşdu.

Qadınlardan indi uşağın anasının nə etmək istədiyini xəbər aldım. Onlar qadının ev-eşiyini və hər şeyini atıb dəli kimi harda gəldi gedib uşağını axtarmaq istəyini dedilər.

- Bəs uşaq?

- Qadın onu görmək, haqqında danışmaq belə istəmir.

Qonşu qadınlardan biri uşaq acından ölməsin deyə ona məmə ucu formasında düzəldilmiş bir parçada islanmış çörək və şəkər əmizdirmişdi. Qadınlar qorxu və diksinmələrinə üstün gələrək, sırf Allaha acıq getməsin deyə növbə ilə uşağa baxacaqlarına söz verdilər. Çünki ilk günlərdə anadan belə bir şeyi gözləmək doğru olmazdı.

Bu qəribə hadisəni polisə xəbər verməyin doğru olub, olmayacağını öz-özümə düşünərkən uşağı oğurlanan qadının ifritə qadınlarla gizli əlaqələri olan Vanna Scoma adlı bir qadının yanına məsləhətə getdiyini eşitdim.

İfritə qadınlar küləkli gecələrdə yaxınlıqdakı evlərin damlarına çıxıb Vanna Scomanı çağırdıqları və onu özləri ilə apardıqları rəvayət olunurdu. O qədər də uzaq olmayan bir yerdə Scoma daş kimi hərəkətsiz oturar, onun ruhu isə cadugərlərlə birlikdə Allah bilir haralara gedərdi. Yaxınlıqdakılar uzun və iniltili səslərlə ifritələrin onun evinin damına çıxıb - Vanna xala, Vanna xala deyə çağırdıqlarını da təsdiqləyirdilər.

Beləliklə Sara Long da məsləhət almaq üçün bu qadının yanına getmişdi. Bu qadın əvvəlcə heç nə demək istəməsə də, sonradan qadının bitməyən yalvarışlarına dözməyib üstüörtülü şəkildə oğurlanan uşağı gördüyünü işarə etmişdi.

Sara həyəcanla ondan soruşub:

- Görmüsən? Harda?

Vanna xala uşağı görsə də harda olduğunu deməyə ixtiyarı olmadığını deyir. Ancaq o, qadını əmin edir ki, narahat olmasın. Çünki uşaq olduğu yerdə çox yaxşıdır. Heç nədən korluq çəkmir. Ancaq bircə şərt var ki, gərək Sara dəyişdirilən uşağa çox yaxşı baxsın. O, burdakı uşağa nə qədər yaxşı baxsa, o biri tərəfdə də onun uşağına elə baxacaqlar.

Cadugər qarının bu cür ağıllı tövsiyəsinə qarşı təqdir olunacaq heyranlıq duydum. Bu qadın Sara Longonun uzaqda olan uşağının xətri üçün yanındakı uşağa qarşı hiss etdiyi soyuqluğunu, onu əmizdirərkən iyrənməsini yenməyə məcbur etməklə Longonun batil etiqadını cəzalandıraraq zalım davransa da, nə zamansa onun oğluna qovuşacağı ümidini də tamamilə üzməyərək mərhəmət də göstərmişdi.

Daha sonra zalım olduğu qədər də mərhəmətli və ağıllı cadugər ədalət naminə yox, Sara Longonun hər gün onun yanına gəlməsinin ona xeyir gətirdiyini anlayaraq yazıq anadan itən uşağını istər gördüyü, istərsə də görmədiyi zamanlar (daha çox görməyəndə) nələrsə qopardırdı. Bu vəziyyət Saranın gəmidə işləyən ərinin dəniz səfərindən qayıtdığı günə qədər davam etdi.

Bu adam bir gün burda, sabah isə başqa bir yerdə səfərlərdə olurdu. Bu səfərlər o qədər çoxalmışdı ki, o, arvadı və uşağı ilə maraqlanmırdı. Ancaq evinə qayıdanda arvadının arıqlayıb az qala dəli vəziyyətində olduğunu, uşağının isə bir dəri, bir sümük qalaraq tanınmaz hala düşdüyün gördü. Arvadı ona uşağının da, özünün də ağır xəstəlik keçirdiyini söylədikdən sonra susub heç bir söz demədi. Ancaq əsl fəlakət sonrakı günlərdə baş verdi. Saranın yaşadıqları azmış kimi bu dəfə həqiqətən də xəstələndi. O, ikinci dəfə uşağa qalmışdı.

Sara hamiləliyinin ilk aylarını çox pis keçirirdi. Artıq hər gün Vanna xalanın evinə gedə bilmir və itirdiyi övladına o tərəfdə yaxşı baxsınlar deyə evindəki zavallıya əlindən gəldikcə yaxşı baxmağa çalışırdı. Döşündəki südü çəkdiyi əzablı günlərdən sonra su kimi durulmuş və dadsızlaşmışdı. Hamiləlikdən sonra isə südü tamamilə qurudu. Dəyişdirilən zavallı uşaq böyüdükcə qadın öz övladının da o biri tərəfdə böyüdüyünü düşünərək bu dəyişdirilmə məsələsində özünün ziyana uğradığını hesab edir və bunu qəti şəkildə doğru hesab etmirdi. Çünki yanındakı uşağın bürüşmüş boynunun üstündəki kiçik başı gah bir çiyni, gah da o biri çiyni üzərinə əyilirdi. Ola bilsin ki, onun ayaqları da şikəst idi.

Günlərin bir günü yenidən səfərə yollanan ər Tunisdən ona bir məktub yolladı. Əri ona yazırdı ki, ifritə qadınlarla bağlı əhvalatı ondan başqa hər kəs eşidib. O, arvadının uşağının ölməsindən və onun gedib yetimxanadan başqa uşaq götürməsindən şübhələnirdi. Əgər belədirsə o, evində kiminsə bicinə baxmaq istəmədiyini və arvadının həmin uşağı dərhal geri qaytarmasını tələb edirdi.

Lakin, Sara əri qayıdanda ona o qədər yalvardı ki, əri uşağın evində qalmasına razılıq verdi. Sara sırf o biri tərəfdəki uşağına zərər gəlməsin deyə bu əcaib varlığa özü də güclə dözürdü.

İkinci uşaq dünyaya gələndən sonra vəziyyət daha da pisləşdi. Çünki Sara qadın təbiəti etibarilə ikinci uşağı olandan sonra əvvəlki uşağını daha az düşünməyə başladı. Elə buna görə də özünün olmayan biri zənn etdiyi cındırla daha az məşğul oldu. Ona qarşı pis münasibət göstərmirdi. Hər səhər uşağı geyindirib küçə qapısındakı yelləncəkli stula oturdur, önünə isə bir tikə çörək və bir alma qoyurdu.

Zavallı, məsum körpənin sinəsinə doğru əyilmiş başı, şikəst ayaqları toza bulaşmış, saçları kirdən pırtlaşmış halda saatlarla stulda oturulu qalırdı. Küçədəki yaramaz uşaqlar onunla əylənmək üçün üzünə qum atırdılar. O, isə qolunu üzünə tutub özünü qorumağa çalışsa da səsini belə çıxarmırdı. Onun ağrılı gözlərinin üzərini örtən göz qapaqlarını qaldırıb, yendirməsi belə böyük bir iş idi. Milçəklər üz-gözünə daraşıb onu dişləyirdilər.

Qonşuluqdakı qadınlar onu “qadınların uşağı” deyə çağırırdılar. Bəzən bir uşaq ona yaxınlaşıb nəsə soruşanda o, uşağın üzünə baxıb heç nə demir, xəstə uşaqlara xas həzin təbəssümlə cavab verirdi. Çox güman ki, heç nə anlamırdı. O, gülümsəyərkən gözlərinin və ağzının kənarlarında qırışlar görsənirdi.

Sara Longo isə qucağındakı yenicə doğulmuş, əvvəlki uşaq kimi ağappaq, toppuş körpəsi ilə qapının qarşısına çıxıb nə etdiyini və nə üçün yaşadığını anlamayan xəstə, zavallı uşağa mərhəmətlə baxaraq içini çəkib deyirdi:

- Necə də kədərlidir!

Sara hərdən ilk övladını düşünərkən gözlərindən bir neçə damla yaş axırdı. Onun başı təzəcə dünyaya gətirdiyi uşağına qarışdığından Vanna xalanın yanına getmirdi. İndi Vanna xala ondan nələrsə qopara bilmək ümidi ilə o biri tərəfdəki oğlundan ona xəbərlər gətirirdi. Xəbərlər isə yaxşı idi. Oğlu gözəl, sağlam və firavan şəkildə böyüyürdü.(kulis.az)

Tərcümə: Samirə Əşrəf


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər