Qarşıdakı iki on günlük çox təhlükəli dövrdür!” 

17:01 / 02.04.2020
Baxılıb: 3846

Hacı Abbas Bağırov: "Bu müddət ərzində koronavirusdan kim qoruna bilsə, sağlamlığını təmin etmiş olacaq”
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 xəstəliyinə səbəb olan yeni koronovirusun yayılmasını pandemiya elan edib. Təşkilatın son məlumatına görə, artıq dünyada 860 min yoluxma və 42 min 344 ölüm faktı qeydə alınıb. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 1-ə olan məlumatına görə, ölkəmizdə koronavirus infeksiyasına 61 yeni yoluxma faktı qeydə alınıb və həmin şəxslər dərhal xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Ümumilikdə indiyə qədər Azərbaycanda koronavirus infeksiyasına 359 şəxs yoluxub. Onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər həyatını itirib! Virusa yoluxan 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 7-nin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev bu xəstəliyə qarşı ölkəmizdə ciddi mübarizə aparıldığını bəyan edib. Eyni zamanda vurğulayıb ki, martın 31-dən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə hər bir vətəndaş ciddi əməl etməlidir. O, qeyd edib ki, insanlar özlərini məsuliyyətli apararlarsa, özünütəcrid qaydalarına əməl edərlərsə, Azərbaycanda bu xəstəliyin geniş yayılmasının qarşısı alına bilər. Mövzu ilə bağlı "Kaspi”nin suallarını "Qələbə” Tibb Mərkəzi MMC -nin direktoru, tibb üzrə fəlsəfə doktoru Hacı Abbas Bağırov cavablandırır. 

Abbas həkim, ötən gün Prezident İlham Əliyevin iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən səsləndirdiyi fikirlərdən, eyni zamanda Operativ Qərargahın hər gün açıqladığı məlumatdan belə aydın olur ki, koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər! Həkim, provizor olaraq bu barədə Siz nə düşünürsünüz?

Bəşər tarixinin bütün dönəmlərində insanlar, ən çox əhəmiyyət vermədikləri məsələlərin fəsadlarından daha çox zərər görüblər. Bu baxımdan bu gün də məlum virus infeksiyasına qarşı həssas yanaşmayanların məsuliyyətsizliklərinin bəlasını həssas yanaşanlar da çəkməli olacaq. Təbabətdə indiyədək mövcud olan bütün xəstəliklərin meydana gəlməsində sosial-iqtisadi, irsi faktorların rol oynaması təsdiqini tapmışdır.  COVİD 19 infeksiyası nadir xəstəlik növlərindəndir ki, yoluxmada bu amillər heç bir rol oynamır. Heç bir kəsin bu infeksiyaya yoluxmayacağına dair zəmanət yoxdur! COVİD 19 virusu çox sürətlə yayılır ki, təhlükəlilik dərəcəsini məhz bu amil müəyyənləşdirir. Bir virus kapsidi içərisində fərqli zülali strukturlara malik üç RNT zənciri saxlayır. Bu struktur vaksin hazırlanması prosesinə xeyli çətinlik törədir. Bir müddət öncə dəfələrlə xəbərdarlıqlar etməyimizə baxmayaraq, əhalimizin bir qisminin keçən müddət ərzində  məsuliyyətsiz davranışı və biganəliyi sayəsində Azərbaycanda infeksiyanın yayılması daha geniş vüsət almışdır!  Ona görə də bir daha qeyd edirik ki, "Evdə qal!” çağırışının mahiyyəti təkcə xəstələnməməyə çağırış deyil,  eyni zamanda tibb personalının vaxtında və operativ tədbir görməsi üçün münbitlik statusunun yaradılmasıdır. Əgər bu pandemiyanın yayılma tempi total xarakter alarsa, birmənalı olaraq tibb işçiləri müalicə- profilaktika tədbirlərinin görülməsində aciz qalacaq! Diqqətinizə çatdırım ki, kütləvi yoluxmaların ağırlaşmalarının qarşısında hətta özlərini dünyanın super gücləri hesab edib, tanıdan böyük ölkələr belə COVİD 19-la mübarizədə  ən zəif durumdadırlar. Məhz bu kimi səbəbləri nəzərə alaraq evdə qalmağın bir üstünlüyü də kütləvi yoluxmanın törədəcəyi dəhşətli situasiyaların amplitudasını azaltmaqdır.

Operativ Qərargahın hər gün yaydığı məlumatlarda yoluxma sayının artmasına dair rəqəmlərin olduğunu nəzərə alsaq, hazırda ölkənin, o cümlədən vətəndaşların real təhkükə mərhələsinə qədəm qoyduğunu deyə bilərikmi?

Hər bir infeksiyanın, o cümlədən virus infeksiyasının orqanizmə yoluxma (fiksasiya olunma) dövründən, onun törətdiyi patologiyanın ilkin əlamətlərinin ortaya çıxdığı dövrə qədər olan müddət vardır ki, bu müddət inkubasiya dövrü adlanır.  İnkubasiya dövrü müxtəlif infeksiyaların törədicilərinin morfoloji quruluşundan, zülal strukturlarından, yapışdığı orqanizmin immun statusundan asılı olaraq,  fərqli dövrlər ərzində müəyyən olunur. COVİD 19-un inkubasiya dövrü iki, üç həftəlik bir zaman içərisində tamamlanır. Ölkəmizin sərhədlərini keçdiyi dövrdən başlayaraq, aktiv yayılma dövrünə qədər olan vaxt mart ayının sonuncu on günlüyünü əhatə edirdi. Ondan sonrakı dövr isə aktiv yayılma dövrünün totallaşması mərhələsidir. Yəni qarşıdakı iki on günlük çox təhlükəli dövrdür! Kim qarşıdakı bü dövrdə yoluxmadan qoruna bilsə, sağlamlığını təmin etmiş olacaq! Təəssüf ki, keçən on günlükdə tamamilə ehtiyatlı olmaq zərurətini əhalimiz unutdu. Bu kimi bir çox səbəbləri incələyərək hesab edirəm ki, izolyasiya olunmuş xəstələrin müalicəsinin aparılmasında, tibb personalının müalicə- reanimasiya tədbirləri görməsində, ekstremal vəziyyətlərdə kadr potensialının sayca yetərli olmasının nəzərə alınmasında yeganə amil sürətli yoluxma riskinin qarşısına sədd çəkməkdir!

Dünya ölkələrinin bir çoxunda koronovirusa yoluxma və ölümlərin sayı artır! Azərbaycanda isə hələlik bu xəstəlikdən cəmi 5 nəfər ölüb, virusa yoluxma və ölüm sayının bundan sonra çoxalacağı ehtimalı varmı?

COVİD 19-un 10 yaşadək olan uşaqları yoluxdurma və letallıq göstəriciləri yüksək deyil, həmçinin 20 yaşadak olan yeniyetmələrdə təhlükə qalır, fəqət dözümlülük də qeyd edilməkdədir.Erkən yaşlarda oğlan uşaqlarının yoluxması, onların reproduktiv(nəsiltörətmə) sistemlərində problemlər yaratması ehtimalı böyükdür! İyirmi yaşdan altmış altı yaşadək dövrlərdə yanaşı gedən xəstəlikləri izlənən  pasiyentlərdə ciddi təhlükə törədə bilir. Altmış altı yaşdan yuxarı olan şəxslər risk qrupunun real sırasındadırlar. Göründüyü kimi, müxtəlif yaş dövrlərində ayrı-ayrı göstəricilərlə xarakterizə olunan əlamətlər müşahidə edilir və yaşa görə letallıq əmsalı da dəyişir. Əsasən ürək qan-damar, ürək-ağ ciyər, endokrin sistemin və digər sistem xəstəlikləri olan şəxslərdə sağalma prosesi qənaətbəxş statistik göstəricilərlə uzlaşmır. Əgər yoluxma diapozonu böyüyərsə, təbii ki, ölüm faizi də artacaq!

Martın 31-dən etibarən Azərbaycanda yeni məhdudlaşdırıcı qaydaların tətbiqinə başlanılıb. Məqsəd koronavirusla mübarizədə daha səmərəli addımların atılması, virusa yoluxma hallarının dinamikasının azaldılmasıdır. Buna baxmayaraq, bəzi vətəndaşlar yenə məsuliyyətsizlik edir, qaydalara əməl etməməyə çalışırlar. Fərqində deyillər ki, hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm riski deməkdir! Bu barədə nə deyə bilərsiniz?

Bu infeksiya əsasən hava -damcı yolu və təmas yolu ilə yayılır. Hava- damcı yolu o deməkdir ki, atmosferdən  asılı vəziyyətdə qalaraq aktiv həyat tərzi keçirən virus koloniyasına istənilən yerdə yoluxmaq mümkündür. Habelə hansı səthə yapışarsa, oraya fiksasiya olunaraq davamlı  risklər yaradır. Deməli, məntiq qanunları ilə fikirləşsək, təmasda olduğumuz səthlərin, kontakt yaratdığımız fərdlərin sayı artdıqca, yoluxma təhlükəsi də çoxalmış olur! Odur ki, qarşılaşdığımız, təmasda olduğumuz fiziki və bioloji obyektlərin sayı artdıqca, yoluxma riskimizin də adekvat şəkildə artmasına zəmin yaranır! Bütün vətəndaşlarımızın bu həssas məqamda və məsələdə diqqətli olmasının vicdan borcu, ilahi istəklə uzlaşan bir iman borcu olmasını unutmamalıyıq. İstənilməyən məsuliyyətsiz davranış, təhlükəyə məhəl qoymamaq, hər bir qayda pozuntusu, xəstələnərək  öz həyatını, ətrafda olanların həyatını risk altına atmaq deməkdir. Hər hansı ailənin bir üzvü evdən kənarda, insan sıxlığı olan yerlərdə gəzib-dolaşarkən  yüksək yoluxma riskinə məruz qalır, yaxud yoluxmuş olur. Özünə yoluxdurduğu virus infeksiyasını yaşadığı ailənin içərisinə daşımaqla digər ailə üzvlərinin də yoluxmasına səbəb olur ! Bu halda təbii ki, hər beş nəfərdən birində letallıq qeyd alınmasına zəmin yaranır!

Koronavirusdan qorunmaq üçün vətəndaşların gigiyenik qaydalara riayət etməsi vacibdir. Bu zaman onlar nələrə xüsusi diqqət yetirməlidirlər?

Əgər bir şəxs yaşadığı  evdən bu və ya digər zərurət üzündən çıxıbsa, qısa zaman ərzində qayıtmaqla, hər kəslə yaxınlıq məsafəsini qorumaq şərtilə çıxmalı, əlcək və maska geyinməli,  geri dönərkən üst paltarlarını, əlcək, maskasını içəridə yox, bayırda soyunmalıdır! Evin içərisinə ayaqqabılarla girmək yasaqlanmalıdır! Əlcəklər evdən bayırda tərs üzünə baş barmaqla çıxarılmalıdır, antiseptik gellərdən, etil spirtindən istifadə olunmaqla dezinfeksiya prosedurları tez-tez təktarlanmalıdır! Əldə və yaxud görünən dəri səthinin istənilən yerində zədələmiş bir nahiyə varsa, kontakta "YOX!” deyilməlidir. Əlləri yumadan gözə, ağıza toxundurmaq olmaz,  birdəfəlik maskalar 4-5 saatdan gec olmayaraq tez- tez dəyişdirilməlidir! Maska yalnız ağız boşluğunu deyil,  həmçinin burun keçəcəyini də kip qapamalıdır! Dövriyyədə olan pul vasitələrinin yoluxdurucu amil olması diqqətdə ciddi saxlanılmalıdır! Qızdırma, üşütmə, öskürmə, asqırma kimi hər hansı əlamətlər ortaya çıxarsa etinasızlıq etmədən testdən keçilməlidir, yaxud PZR metodu ilə müayinə aparılmalıdır. İmmun sisteminin qeyri-spesifik stimulyatorlarından, vitaminlərdən, mineral maddələrdən, təbii meyvələrdən, antioksidantlardan  istifadə olunmaldır. Pəhriz saxlayanlar pəhrizini dayandırsın. Psixoloji poztivliyi qorumaq mühüm şərtdir. Davamlı stressin immuniteti kəskin zəiflədən qorxulu faktor olması xüsusilə nəzərə alınmalıdır. Yaşlıların tam təcrid olunmasının mühümlüyü  diqqətdə saxlanmalıdır. Bir neçə fərdi digər faktorlar da mövcuddur ki, əgər onlar da nəzərə alınsa, letallıq göstəricilərinin artmasına əhəmiyyətli dərəcədə əngəl törədə biləcəyik. 

Bütün bunlara etinasız yanaşanlara sözünüz nədir?

Etnasızlıq və biganəlik ağılagəlməz fəsadlara yol aça bilər, bunu heç kim unutmasın! Müşahidələrdən görünür ki, bilik səviyyəsi yüksək olmayan və əsasən aztəminatlı maddi duruma malik  insanlar  asudə gəzib- dolaşmağa daha çox meyl göstərirlər. Milli mentalitetimizin bəzi formulları gərək Azərbaycanda pandemiyanın  artmasına vəsilə olmasın. Bəzən görürük ki, adi vaxtlarda avtomobil yollarında qaydaları  pozaraq, bir sıra növbə gözlənilməli yerlərdə səbirsiz davranıb özlərini xüsusi statusda hiss edən, ictimai davranış qaydalarının ölçüsünə məhəl qoymayan imkanlı vətəndaşlar karantin rejiminə daha məqbul qaydada riayət edirlər. Həyatlarını böyük təhlükəyə ataraq gərgin şəkildə çalışan tibb işçilərinin fədakarlığını, daxili işlər orqanı əməkdaşlarının yorulmadan xidmət aparmasını, aidiyyəti qurumların və şəxslərin məntiqi dəvətini, dövlətin qanunlarına  riayət olunmasının mütləqiyyətini nəzərə alaraq, vətəndaşlarımızı bu virusdan qorunma-mühafizə işində  köməklik göstərməkdə məsuliyyətli və fəal olmağa dəvət edirəm.


Rufik İSMAYILOV


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər