"Yatanda Markeslə, “çevriləndə” Kafka ilə çevrilir” - MÜSAHİBƏ 

18:43 / 14.04.2020
Baxılıb: 2872

Müsahibimiz şair, DGTYB-nin sədri İntiqam Yaşardır.

DGTYB-nin sədrisiniz. Belə fikir var ki, Əkbər Qoşalı özü sizin adınızdan təşkilatı idarə edir, qərarları o verir.

Əkbər Qoşalı 20 il öncə Dünya Gənc Türk Yazarlar Birliyini təsis edən aydınlarımızdan biri və bir neçə il bu təşkilatın rəhbəri olub. Hazırda Təşkilatın Məsləhət Şurasının başqanıdır. Təbii ki, onunla artıq illərə dayanan yol yoldaşlığımız, dərin dostluğumuz var. Mən təşkilata rəhbər seçilməmişdən öncə müxtəlif vəzifələri icra etmişəm. 10 il öncə üzv qəbul olunmuşam, sonra İdarə Heyətinə seçilmişəm, daha sonra sədrin birinci müavini seçilmişəm, 2019-cu ilin iyun ayından isə sədr seçilmişəm. Təbii ki, təcrübəli bir insan kimi Əkbər bəylə məsləhətləşmələrimiz, qarşılıqlı fikir mübadiləmiz hər zaman olub və indi də davam edir. Amma, hazırda o təşkilatın idarə edilməsində iştirak etmir, heç bir qərara müdaxilə etmir. Bizim məsləhətə ehtiyacımız olan zaman öz tövsiyyələrini verir və hər zaman bu fikri səsləndirir: "fikirlərimi məsləhət xarakterli qəbul edin, qərarı özünüz verin”.

Bu təşkilat olmasaydı Azərbaycan ədəbiyyatı nəsə itirərdi?

Əslində yaşadığımız aləmdə heç nə "mütləq” anlayışına söykənmir. Yəni, hər hansı bir məsələyə "mütləq” prizmasından yanaşmaq bir az məqsədli mübahisə zəmini yaratmaqdan başqa bir şey deyil. Bu baxımdan da hər hansı qurumun mövcudluğu ətrafında olmasa nə olardı kimi sualların qoyuluşunu da eyni istiqamətə aid edirəm. Əksinə, mən çox istərdim ki, ölkədə ədəbi mühit daha rəngarəng, daha hərəkətli, daha rəqabətli olsun. Ədəbi qurumların sayı bundan da çox olsun. Mən başqa müsahibələrimdə, diskusiyyalarda da bu fikri çox səsləndirmişəm . Heç bir təşkilat yazara istedad vermir. Hər hansı bir quruma üzv olmağı finiş xətti kimi qəbul etmək olmaz. Təşkilatlar yazarlara mühit verə bilir. Bu baxımdan təşkilatların sayının çox olmasını arzu edirəm. Qoy, gənc ədəbi nəsil bir araya gəlsin, müxtəlif fikirlər səslənsin, müxtəlif ideyalar irəli sürülsün. Ədəbi mühitdə ciddi disskusiyalar aparılsın, canlanma yaransın.

Açığı təşkilatda bəzən istedadsız adamların özündən razı, çıxışlarını və. s görürük. Türkçüdür deyə istedadsıza dözmək lazımdır?

Hər kəsin fikir özgürlüyü var. Kiminsə istedadını tərəziyə qoyub, danışa bilərsən deyə bilmərik. Fikri səsləndirən düşünməlidir ki, dediklərim boyuma uyğundur, yoxsa yox. Bütün hallarda ciddi sözün sahibini ciddi, digərini isə müvafiq ölçüdə qəbul edirlər.

Başqalarını qınayırıq. Amma bu yöndə olan fəaliyyətdə türkdilli ölkələrdə, elə Qazaxıstan, Özbəkistan olsun eyni adamlar sanki reklam edilir, təqdim olunur. 

Konkret olaraq, DGTYB-ni nəzərdə tutursansa ədəbi mühitdə tanınan imzaların böyük əksəriyyəti bizim toplularda, təşkilatın saytında, digər ölkələrdəki mətbu orqanlarda dərc olunub və bu davam etməkdədir. Bir məsələ də var ki, yazarlar bəzən Azərbaycan ədəbi mühitində etdikləri çıxışın nəticəsi ilə digər ölkələrin ədəbi mühitində yaranacaq effekti qarışdırırlar. Sözünü, hərəkətini bilməyən adamı başqa ölkədə necə təqdim edə bilərsən? Niyə təqdim etməlisən? Burada xalqlar arasında, qurumlar arasında münasibət müzakirə mövzusudur.
 

Sədrliyə namizəd olmaq hər kəsin haqqıdır

 

Gənc dostların AYB sədrliyinə namizədlik irəli sürüb. Bu məsələ barəsində fikrinizi bilmək istərdim.

Hər kəsin müvafiq olaraq hüququn imkan verdiyi hər yerə namizədliyini irəli sürmək haqqı var. Yetər ki, hər şey düz mütənasib olsun. 

AYB-dən söz düşmüşkən qurultay olacaq. Gözləntilərin nədir?

Qurultayın işinə öncədən uğurlar arzu edirəm. Gözləntilərim çoxdur. Ümumi işin xeyrinə imtina metodunu dəstəkləmirəm. İnkişaf istəyən irəli durar, işin qulpundan yapışar.

Yenilənmiş Gənclər Şurasının üzvüsən. Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyindən bildirildi ki, şura yenidən yeniləcək.

AYB-nin Gənclər şurasına istedadlı şair dostumuz Fərid Hüseyin rəhbərlik edir. Mən tərkib müəyyənləşən gün də Fərid bəylə fikirlərimi bölüşmüşəm. İdeyalarımı söyləmişəm. Istərdim gənclər passiv olmasınlar. İclasdan-iclasa formal toplaşmağın tərəfdarı deyiləm. İdeyalarla, təkliflərlə toplaşmaq lazımdır. İnanıram ki, Gənclər Şurası maraqlı işlərə imza atacaq.

Millətçi təşkilatdasınız. İstisnaları çıxsaq böyük ədəbiyyat adətən millətçilikdə lokallaşır. Dövlətçi olmağa qalsa milli sosializm yolunu da tutmaq olar.

Böyük ədəbiyyatın millətçilikdə lokallaşması fikri ilə razı deyiləm. Bizim yazarların ən birinci problemi özü ola bilməməkdir. Sən özünü böyük görməsən kimsə səni böyük görməz. Kiminsə kölgəsini yamsılamaqla böyük ədəbiyyat adına iddia etmək yel dəyirmanı ilə savaşmaq kimi bir şeydir. Bizim bəzi qələm dostlarımız da var ki, yatanda Markeslə, "çevriləndə” Kafka ilə çevrilir. Amma alayarımçıq imitasiyadan başqa bir şey yoxdur ortada. Bizim kimi xalqların millətçilik ruhu ölsə yox olmağı labüddür. Bizim təşkilatın millətçi təşkilat olduğunu qeyd edirsinizsə, yaradıcılıq azaddır. Dünya Gənc Türk Yazarlar Birliyinin işi beynəlxalq statuslu bir təşkilat olaraq, Türk dünyasında ədəbi-mədəni əlaqələrin genişlənməsinə töhfə verməkdir. Kimsənin üzərində bu mövzuda mütləq yazmalısan deyə bir diqtə yoxdur.


 İnsan bıçaqla cinayət də törədir, çörək də kəsir

Millətinə görə sənin haqqını əlindən almırlarsa, ədəbiyyatda millətinə görə ögeylik görmürsənsə, millətçi olmaq faşizm əlaməti deyil?

Digər millətlərə loyal münasibət bəsləyən heç bir millətçilik faşizm demək deyil. İnsan bıçaqla cinayət də törədir, çörək də kəsir. Kimin nəyi necə istifadə etməsi əsas şərtdir. 

II Gənc Ədiblər Məktəbinin məzunu olmusunuz. Bu buraxılışdan barmaq qatlayacaq şəxslər var? Varsa, hansı yaradıcılıq nümunələrinə görə?

Ədəbiyyat adına görülmüş, görülən və görüləcək bütün işləri alqışlamaq lazımdır. Nə ki, "II ədiblər” məktəbinin, hər birinin üzə çıxardığı, istiqamət verdiyi bir çox istedadlı gənc yazarlar üzə çıxdı. Heç bir yaradıcılıq layihəsi şəxsə istedad vermir. İstiqamət verir, mühit verir. Əsas olan da budur. 

Muğam, yoxsa ozanlıq?

Muğam şərq musiqisidir, ümumidir. Ozanlıq türkündür. Hər ikisini dinləyirəm. Amma, heç bir musiqi "Ruhani” kimi ruhumu oxşamır, "Cəngi Koroğlu” kimi ruh yüksəkliyi, pozitiv əhval-ruhiyyə vermir. 

Sizin bölgədən çıxan yazarları bəzi hallarda "Qazaxşinalıq”da günahlandırırlar. Bu "şinalıq”la hansısa əlaqən yoxdu?

Mənimçün belə bir anlayış yoxdur. Biz Türk dünyasının, Bütöv Azərbaycan davasının sıra nəfərləriyik. 

Niyə Müşfiqdən danışanda qarşılıq kimi Səməd Vurğunun adını hallandırırlar. Hökmən birini pisləmək üçün başqası təriflənməli və ya biri təriflənmək üçün digəri təhqir olunmalıdır?

Bu ədəbiyyat yox, ədəbiyyat ətrafı həvəskarların özünü gündəmdə tutmaq metodudur. Hər hansısa tarixi şəxsiyyətin təhqir edilməsi nə ziyalılığa, nə ədəbiyyata, nə də insanlığa sığır. Hələ o şəxs həyatda da deyilsə, əsla. Bu adamların çoxu nə Müşfiqi, nə də Vurğunu tanıyır.

Səməd Vurğun kimi bütlərə toxunmaq gündəm yarada bilər. Çünki bu kimi şəxslərə regional da olaraq cavab verirlər deyə müdafiəçilər oyuna gəlmiş olur. Belədə tənqid edən məqsədinə çatır.

Gündəmə hansı metodla, hansı mövzu ilə gəlmək əsas şərtdir. Ümumiyyətlə, "gündəm olmaq” heç də həmişə müsbət xarakterizə oluna bilməz. Elə "gündəm olanlar” olur ki, onu heç düşməninə də arzulamazsan.
 

"Evdə yoxam” şeirində ilişib qalmış kimi görüntün var. Hər yerdə səsləndirirsiniz. Bəlkə evdən çıxasınız?

Şeir səsləndirməyi çox da sevmirəm. "Evdə yoxam” şeiri isə 8 il əvvəl yazılmış şeirdir. Həm ölkə mətbuatında, həm də ölkədən kənarda çox çap olunub. Yəqin ona görə gözə çox dəyir. O şeiri özümdən çox başqa qiraətçilər, dostlar səsləndirir. Demək olar ki, mütəmadi olaraq yeni şeirlərim çap olunur mətbu orqanlarda. 

"Qrup”laşmalardan hamımız gileylənirik. Bəlkə bu dəfə şeytanın qıçını sındıraq, o qrupların adını çəkək? Kimləri belə qrupbazlıqda günahlandıra bilərsiniz.

Ciddi bir iş ortaya qoya bilən, ədəbiyyat adına iş görmək üçün bir araya gələn yaradıcı şəxslərə qruplaşma deyilirsə, mən o qruplaşmaları alqışlayıram. Kim hansı qrupda olmaq istəmirsə öz qrupunu yarada bilər və ya fərdi şəkildə fəaliyyət göstərə bilər.(adalet.az)

Söhbətləşdi: Emin Piri

Goyce.az


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər