Şəhid olmasından 40 gün keçir dastan Xudayarın...
Təsadüflər təkcə romanlarda, kinolarda olmur. Həyat təsadüflərlə doludur. Xudayarın həyatı kimi... Onun dünyaya gəlməsi bəlkə bu zərurətdən idi...
Bərdədə doğulub. Dünyaya gəlişi ilə həyat ona ilk “sürprizini” atasını əlindən almaqla edib. 32 yaşında qarmon ifaçısı olan atası Müslüm Yusifzadə ürək qüsurundan dünyadan köç edib. Ailədə üç qardaş, bir bacı anaları ilə qalıblar nənə, baba himayəsində.
Qarşıda hələ neçə-neçə sürprizlər olduğunu bilmirdi Xudayar. Yaman dəcəl və ərköyün idi. Babasıyla nənəsi o dörd uşağın yolunda, ayaqları altında canları ilə döşənərdilər ki, gözlərində yaş görünməsin, yoxsa nakam atalarının ruhunu incitmiş olarlar. Uşaqlar da qayğısız böyüyürdülər, ailə onların var içində böyüməsinə çalışdığından yox nədir bilmirdilər.
Xudayar Bərdə 1 saylı Musiqi Məktəbinin xanəndəlik sinfində oxuyurdu, evdə də işi-gücü oxumaq olardı. Daha bir təsadüf onun orta məktəbin birinci sinfinə gedəndə hərbiçi olmaq arzusu ilə nənəsinə aldırdığı hərbi formanı geyinməsi olub.
Əsgəri xidmətdən qayıdanda isə görüb ki, yaşadıqları ev elektrik naqillərinin qısa qapanmasından yanıb kül olub. Ailənin belə ağır vəziyyətində Xudayar işləmək üçün Bakıya gəlib. Marketlərdən birində mühafizəçi işləyirmiş. Bir gün marketin sahibi ona darvazanı açmadığı üçün Xudayarı azarlayıb. Xudayar cavab verib ki, əvvəla görmədim gəldiyinizi, ikinci də mən qapı açan işləmirəm, mühafizəçiyəm. Bu dialoqa təsadüfən qulaq müsafiri olan market müştərisi Xudayarın çiyninə ehmalca vurub qulağına bayırda səni gözləyirəm deyib. Təbii ki, müdirlə olan mübahisədən sonra işini itirdiyinə əminliklə Xudayar marketdən çıxıb həmin adama yaxınlaşır. Bayırda gözləyən Orxan adlı adam ona sabah sənədlərini də götür gəl Sərhəd Qoşunlarına deyir.
Xudayar qəbul olub, oxuyur, amma ailəsini kirayələrdən qurtarmaq üçün tez bir zamanda işləmək istəyirdi. Tezliklə Astarada Sərhəd Qoşunlarında gizir kimi fəaliyyətə başlayıb.
Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılır.
Anası Radə Yusifzadənin dediyinə görə ailəsi onun döyüşlərdə olduğunu bilməyib: Bizə demirdi, zəng edəndə gülə-gülə zarafata salıb deyirdi, bizi döyüşə aparmırlar, təlim keçirlər. Bir dəfə telefonda güllə səslərini eşitdim, anladım anlamağa, amma dedi ki, Zəngilanı almışıq deyə, əsgərlər atəşfəşanlıq edirlər. Dedim bala, Allah səni də, yoldaşlarını da qorusun. Təkcə, balaca dayısına demişdi ki, döyüşə gedirəm. Dayısı dedi onu saxlamaq olmazdı ”.
Gəlirəm yenə təsadüfün üstünə, niyəsini indi siz də biləcəksiniz. Şəhidliyindən iki gün əvvəl sosial şəbəkələrdə onun ifasında yayılan mahnının sözlərinə fikir verin:
Dumanlı dağların başında durdum,
Dumandan özümə bir
xeymə qurdum,
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar içində duman görünür.
Xudayarın Murovdağdan başlayan döyüş yolu Zəngilandan, Qubadlıdan, Cəbrayıldan, Füzulidən keçir. Həmin dumanlı dağ onun yurdudur. O dağlarda başının üstündə həqiqətən dumandan xeymə qurmuşdu döyüş yoldaşları ilə.
Nənəsi Tovuz Məmmədova danışır ki, döyüş yoldaşları Xudayarın şəhid xəbərini gətirən dostları dedilər ki, düşmən mühasirəsində qalmış yoldaşlarından birinə deyib, qorxma, gəlib səni xilas edəcəm. Ölsəm də şəhid olmağa gəlirəm. Dostunu mühasirədən çıxarıb sağ salamat qayıtmışdı. Biz dostları danışana qədər bilmirdik ki, Xudayar Füzuli, Hadrut, Zəngilan, Kəlbəcər, Qubadlı uğrunda qaynar döyüşlərdə iştirak edib. Oktyabrın 23-də ağır yaralanıb, şəhid olub. Mən balamla fəxr etmişəm həmişə. Yenə fəxr edirəm”.
Balası ilə fəxr edən ana nənəsi ağdamlıdır. Xudayarın ana tərəfi ağdamlıdır. Ona görə də babasına zəng edib gəlib səni yurduna - Ağdama aparacam deyib.
Xülyalar içində sanki bihuşdum,
Vətən arzusu ilə nəğmələr qoşdum,
Tufanlar gözümdə dastan görünür.
Könüllər cəlb edən
bu xoş mənzərə,
Şövqümü
artırdı şerə qəzələ,
Çatdıqca
vətənim, elim nəzərə,
Təbiət də mənə heyran görünür.
Xudayar Zəngilanın Ağbənd qəsəbəsi uğrunda döyüşlərdə şəhidliyə yüksəlib. Ondan sonra silahdaşları həmin yerə bayrağı Xudayarın şərəfinə sancıblar – rahat yat deyiblər, uğrunda şəhid olduğun məntəqəni azad etdik...
Deyirlər bülbülə çəmən yaxşıdır,
İnsan üçün laləzar
vətən yaxşıdır,
Vahid sorma
vətən nədən yaxşıdır,
Adı gəlcək könlüm xəndan
görünür.
Beləcə dastana döndü 22 yaşlı Xudayar Yusifzadə. Hərbiçi də oldu, döyüşçü də, şəhid də... Dünyadan köçməzdən əvvəl xanəndə kimi tanınmaq istəyi də ürəyində qalmadı. Tək bircə “Vətən yaxşıdır” mahnısını ifa etməklə bütün xanəndəliyin fövqünə qalxdı. Xəyalımıza, qəlbimizə, gözlərimizə köçdü batıq yanaqları, parlaq gözləri, gözəl ifası və qəhrəmanlığı ilə. Bütün şəhiddaşları ilə birgə nur içində yatsın... İfasının sonunda dediyi söz qulaqlarımda səslənir – elə bil, həyatının da o kəlmə ilə nöqtəsini qoyurmuş. Həmin son kəlməsi ilə bitirirəm onun haqqında ağı-yazını - bu da belə... Vətən uğrunda canlarından keçənlərin ruhu qarşısında təzimlə...
Ramilə Qurbanlı
Goyce.az
Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025