"Dədə Ələsgər ocağı" İctimai Birliyinin təqdimat mərasimi iştirakçılarına!
Hörmətli dostlar, əziz ələsgərsevərlər! Bu gün hər birimiz üçün olduqca əlamətdar, sevincli, bayram günüdür. Azərbaycan-Türk ədəbi irs xəzinəsində haqlı olaraq aşıq poeziyasının zirvəsi, peyğəmbəri hesab edilən, cahanşümul poetik-dini-fəlsəfi düha olan 200-illik yubileyini qeyd etdiyimiz Aşıq Ələsgər ocağının adını daşıyan birliyin yaradılması, rəsmi təsdiqi, onun ictimaiyyətə təqdim olunması, həyata qədəm qoyması münasibətilə hər birimizi, bütün ələsgərsevərləri, milli ədəbiyyatımızı, ilk növbədə o müqəddəs ocağın nümayəndələrini, birliyin yaradılmasında əməyi olan hər kəsi təbrik edirəm!
Ona uğurlu gələcək, maraqlı, davamlı həyat, faydalı fəaliyyətiylə onun hörmətini və məhəbbətini qazanacaq mütərəqqi, vətənpərvər, Ələsgər şəxsiyyətinə vurğun, şerini sevən dostlar, tərəfdaşlar arzulayıram! Birliyin gələcək fəaliyyətinə uğurlar diləməklə yanaşı, bir neçə təklif və tövsiyyələrimi də nəzərinizə çatdırmaq istərdim.
İlk növbədə əminliyimi bildirmək istərdim ki, bu qurum öz gündəlik əməli fəaliyyətində Aşıq Ələsgər irsinin, onun adını ölkəmizdə əbədiləşdirən maddi və mənəvi simvol və rəmzlərin qorunub saxlanılmasında, ona məxsus olan şeir və dastanların toplanmasında, Dədənin və ümumən aşıq sənətinin təbliği, gənc nəslin milli ruhda tərbiyə olunmasında, bu gün mövcud olan, gələcəkdə yeni yaradıla biləcək müvafiq qurumlarla sıx əlaqə, qarşılıqlı xeyirxah, xoş münasibət şəraitində beynəlxalq səviyyədə önəmli nümunə göstərəcəkdir! Əminəm, "Dədə Ələsgər ocağı" ictimai birliyi xüsusilə çoxəsrlik tarixi olan, adı Misgin Abdal, Ozan Heydər, Ağ Aşıq Allahverdi, Şair Məmmədhüseyn, Aşıq Alı, Növrəs İman və onlarla digər ustad sənətkarlarla bağlı olan qədim oğuz yurdu, Aşıq Ələsgərin doğulub ömür sürdüyü Ulu Göyçənin söz-saz sənəti irsinin, adət və ənənələrinin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində, onlarda milli-mədəni ruhun formalaşmasında da mühüm, əhəmiyyətli rol oynayacaqdır! Bu gün isə, Birlik ölkə Prezidentinin Yubileylə bağlı müvafiq sərəncamından irəli gələn planların həyata keçirilməsində fəal iştirak etməlidir. Bir daha bütün ələsgərsevərləri, "Dədə Ələsgər ocağı" İctimai Birliyinin idarə heyətini, işçi kollektlvini təbrik edir, onlara uğurlar, faydalı əməli fəaliyyət diləyirəm!
Hörmətlə,
Ələddin Allahverdiyev,
Professor, Moskva.
Klassik şeirimizin xalq ruhunun Heyranı...
Qərbi Azərbaycan İcması müraciət yayıb
12.01.2023"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov
27.12.2022Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub
24.12.2022Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik
24.12.2022Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik
24.12.2022Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır
24.12.2022Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı Sərəncam imzaladı
16.11.2022Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu
11.10.2022Kəsəmən məktəbinin məzunlarının 50 illiyi
30.06.2022Ələddin Allahverdiyev – 75
28.05.2022Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir
04.03.2022BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...
19.02.2022Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi
29.01.2022Müəllimlərim haqda xatirələrim - Musa Kərimov
17.01.2022Səksəninci döngə
27.12.2021İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR
24.12.2021Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi
05.12.2021İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”
24.11.2021AŞIQ ABBASƏLİ NƏZƏROV
22.11.2021Altmış ilin sözə dönən anları
27.09.2021Şəhid qardaşıma məktub – Günay Vəlizadə yazır
Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Gülay Toldur.
08.09.2021UĞUR ƏNGƏL TANIMIR
07.09.2021Göyçə mahalının Basarkeçər rayonu İkinci dünya müharibəsində
02.09.2021Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Üzeyir Güleçdir.
02.09.2021Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Turğay Değrimencidir.
30.08.2021Sən özün bir kitabsan - Aygün Xəlilqızı yazır
07.08.2021Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirilib
06.08.2021"Dədə Ələsgər ocağı" İctimai Birliyinə professor Ələddin Allahverdiyevin təbrik məktubu.
17.07.2021Azərbaycan təbiəti və Aşıq Ələsgər
08.07.2021Aşıq Ələsgərin gürcü dilində şeirlər kitabı nəşr olunub.
30.06.2021Bağırovun NKVD "padvalında" döydüyü qatı bolşevikin dəhşətli aqibəti
08.06.2021Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edilib
07.06.2021QƏRBİN QURUMUŞ GÜLLƏRİ, ŞƏRQİN DÖYÜNƏN QƏLBİ...
26.05.2021Ermənilərin QARAGÖL sevdası: "Xəritə üzərində o ərazilər Azərbaycanındır" - İki müəllimin SSRİ-nin fərmanına ÜSYANI
25.05.2021Dəmir yumruğun memarı Heydər Əliyevdir
10.05.2021Daşkənd kəndinin İkinci Dünya Müharibəsi Veteranları
09.05.2021Nazilə Gültacın şeirləri - İlahi, göylərə bir yuxu göndər.
19.04.2021"Adım Ələsgərdir, Göyçə mahalım!" adlı online bədii konfrans keçirilmişdir.
19.04.2021Azərbaycan Silahlı Qüvvələrinin zabiti Orxan Məmmədovu Səlcuq Bayraktar mükafatlandırdı.
06.04.2021GÖYÇƏYƏ AÇILAN PƏNCƏRƏLƏR...
30.03.2021AŞIQ ƏLƏSGƏRİN “YÜKÜM” RƏDİFLİ DİVANİSİNİN AÇIQLAMASI
29.03.2021Milli-mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş dahi sənətkar
21.03.2021Aşıq Ələsgərin vəfatı
07.03.2021Xocalı soyqırımı haqqında məlumat
26.02.2021Onu anasının dolmuş gözlərində gördüm
25.02.2021Aşıq Ələsgərin kötücəsi "OSCAR"-a layiq görüldü.
23.02.2021“Mən Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istəyirəm”!-Zahid Oruc
23.02.2021Başın sağ olsun, Vətən!
20.02.2021