Kəndə hay düşdü ki, Mədət qonşu kənddən Jasmen adlı erməni qızını qaçırıb...
Aylı bir yay gecəsi idi. Hər gecə olduğu kimi, ətrafı yoxlamaq məqsədilə erməni kəndi ilə bizim kəndimiz arasındakı Xatınarxı çayının ətrafında gəzişirdim. Ay işığı hər tərəfi süd kimi işıqlandırır və mən hər qarışını əzbər bildiyim yerləri nə vaxtdır adət etdiyim bir diqqətlə izləyirdim.
Sırayla düzülmüş böyürtkən kollarını keçib pişpişəliyə çatanda qulağıma lap yaxından səslər gəlməyə başladı. Bu, nə yaxınlıqdakı çayın şırıltısı, nə cırcırama səsi, nə çaqqal ulaması, nə it hürməsi idi. Daha çox iniltiyə bənzəyirdi.
Əvvəlcə mənə elə gəldi ki, hansısa yaralı heyvanın iniltisidir. Dəqiqləşdirmək üçün səs salmamağa çalışaraq, barmaqlarımın ucunda ehtiyatla irəliləyib, pişpişəliyə uzandım və bütün diqqətimi toplayıb, səsi dinləməyə başladım.
Ani sükutdan sonra səs yenidən gələndə eşitdiyimin insan səsi olduğunu dəqiqləşdirib, bir az da səfərbər oldum. Ermənilər ola bilərdi. Hər ehtimala qarşı kəmərimə keçirdiyim əldədüzəltmə tapançamı çıxarıb, hazır vəziyyətdə Xatınarxına sarı bir az da irəlilədim. Çaya lap yaxınlaşıb, budaqları suya sallanmış qovaq ağacına söykəndim və səsə daha diqqətlə qulaq kəsildim.
Bu, kiminsə eşidəcəyindən çəkinərək için-için ağlayan kişinin hıçqırtısı idi. Səs bir az yuxarıdan, Xatınarxı çayının böyük olmayan dərəsi boyunca sanki suya qarışıb, axıb gəlirdi.
On dörd gecəlik ayın yerə yolladığı süd rəngli işıq danışanları uzaqdan bir cüt kölgə kimi "ələ verirdi". Yavaş-yavaş bu bir cüt kölgəyə yaxınlaşdıqca kişi hıçqırtısının arada nəysə pıçıldadığını da eşidirdim. Azərbaycanca danışırdılar. Amma tam aydın olmurdu ki, kişi nə deyir. Hıçqırtı ilə pıçıltı bir-birinə qarışmışdı.
"Kişi necə ağlayarmış, ilahi!"- fikirləşirdim.
Bir az da irəliləyib, o bir cüt kölgənin yaxınlığında üzüqoylu uzanıb, onları dinləyirdim:
- Jasmen, Jasmen! Mən haranın daşın salım başıma, Jasmen?! Mən neyləyim, Jasmen?! Bu nə iş idi gəldi bizim başımıza? İndi neyləyək? - kişi balaca uşaq sayağı hıçqıra-hıçqıra pıçıldayırdı.
Jasmen isə qarışıq ləhcəylə ona cavab verməyə çalışırdı:
Bilmiram, məsəb haqqı, bilmirəm! Danış görum, Anar necadır?
- Yaxşıdır, Anar da yaxşıdır, o biriləri də. Təkcə Güllü sənin kürlüyünü edir. Səni istəyir! "Ana" deyib, dünyanı dağıdır, Jasmen! Onu heç kəs ovuda bilmir...
Mən bu səsin sahibini beynimi çox da zorlamadan asanlıqla tanıdım. Kəndçimiz Telli Mədət idi.
Kəndimizdə bir neçə Mədət var idi. Keçəl Mədət, Usta Mədət və Telli Mədət. Təhsilsiz, fağır və sakit adam idi Telli Mədət. Ata-babadan fəhlə olmuşdular. Həm də kəndin xeyir işlərində at belində camaatı toya-düyünə dəvət edirdi. Özünün atı olmazdı, toy sahibinin, ya da toy sahibinin qohum-əqrəbasının atını bir günlük ona verərdilər. Onda Mədət özünü at belində lap dağın başındaymış kimi hiss edərdi.
Bəzən hətta atdan düşəndən iki-üç gün sonra da özünü mühüm adam hesab edərdi.
Mədətin taleyinə acıyırdım...
Hələ əmin-amanlıq idi, aralığa qan düşməmişdi. Bir gün kəndə hay düşdü ki, Telli Mədət qonşu kənddən Jasmen adlı erməni qızını qaçırıb. Erməni qızını qaçırdığına görə Mədəti danlayanlara o, tutuquşu kimi əzbərlədiyi bir sözü deyirdi:
- Sevən gözlər kor olar!
O vaxt yüz faiz əmin idim ki, Mədət bu sözün mahiyyətini əsla bilmir. Beləcə, Mədət sözünün üstündə durub, toy da elədi.
Mədətlə Jasmenin beş uşağı oldu - Güllü, Cəmilə, Ellada, Sabir, Anar.
Sonuncu uşaq olanda artıq dava başlamışdı. Ermənistandan, Xankəndidən, Ağdərədən, Xocavənddən azərbaycanlıları qovurdular. Bakıda, Sumqayıtda, Şamaxıda, Gəncədə, Ağdamda yaşayan ermənilər də belə bir vəziyyətdə birgə yaşamağın mümkün olmadığını anlayıb, gedirdilər. Növbə bizim kəndə də gəlib çatmışdı. Jasmen, məncə, daha çox utandığından çölə-bayıra çıxmırdı. Ona görə utandığından ki, Qarabağ məsələsini ermənilər - onun mənsub olduğu millətin nümayəndələri başlamışdı. Amma Mədətin uşaqları küçəyə çıxır, məktəbə gedib-gəlirdi. Bir-iki yeniyetmə uşaqdan savayı, heç kəs onlara "gözün üstə qaşın var" demirdi.
Nəhayət, belə yaşamağın mümkün olmadığını anlayan Jasmen bir gecə kəndimizi tərk elədi. Mədət gecənin bir vaxtı onu sakitcə aparıb Xatın arxından keçirib, öz kəndinə yola salmışdı. O vaxtdan Jasmen öz doğulduğu kənddə yaşamağa başladı. İmkan tapan kimi gecələr Xatınarxı çayının qırağında Mədətlə görüşüb, dərdləri ilə baş-başa qalırmışlar...
- Madat, qadan alım, burnumun ucu goynayır Güllüdan otru! Nolar, bir dafa gatir onu gorum!
- Gətirərəm, Jasmen, gətirərəm!
- Sabira da de, kandda heç kasla spor-zad elamasın! Pis vaxtdır ha. Oldumu, Madat?!
- Eləmir, çox sakit uşaqdır.
- Madat, Allah bu davanı başlayan ermənilərə lanat eləsin elə!
- Eləsin, Jasmen, eləsin!
- Gul kimi yaşayırdıq. Mexriban qonşularımız var idi. Bizi çox istayırdı onlar. Heç bilmiram, bu dava qurtarandan sonra onların uzuna neca baxacam?! Madat, ermənilər məni çox incidir, təhqir edirlər, alçaldırlar. Dali olmasam yaxşıdı, məsəb haqqı. Kaş bu muharba başlamayadı...
- Hə də, Jasmen. Gül kimi yaşayırdıq, dolanırdıq, xoşbəxt idik. Sənə güldən artıq bir söz deyən olurdu?
- Yox, mashab haqqı, demirdilar!
1993-cü ilin yayında ermənilər kəndimizi işğal edib, yandırdılar. Deyirlər, həmin gündən bir erməni qadın Mədət, Güllü, Cəmilə, Ellada, Sabir, Anar - haraylayıb, kəndimizi dolaşırmış. Kənd köçəndən bir neçə gün sonra havalanan qadın hələ də kəndin xarabalığında balalarını axtarırmış...
Mədət, Güllü, Cəmilə, Ellada və digər iki qardaşları isə işğal altında qalan öz doğma kəndlərindən uzaqda - çadır şəhərciyində yaşayırdılar.
Sonradan Anar könüllü olaraq orduya yazılıb, ermənilərə qarşı döyüşdü.
Telli Mədət çadır şəhərciyində bir il yaşayandan sonra dünyasını dəyişdi.
Xankəndidən olan, vaxtilə azərbaycanlılarla münasibəti olmuş bir erməni illər sonra Rusiyada bizimkilərə bir əhvalat danışıb. Deyib ki, 1993-cü ilin payızında Xankəndidə küçədə üst-başı kirli, nimdaş paltarda dəli bir qadın görüb. Şəhərin mərkəzi küçələrində bir torba torpağı qarşısına qoyub, yanından keçənlərə səslənirmiş:
- Qarabağ torpağıdı. Satmıram, pulsuz verirəm! Alın, yeyin! Niyə yemirsiniz?! Torpaq istəmirdiniz? Alın də! Alın, doyunca yeyin! Amma balalarımı qaytarın mənə!
Sonra da qol götürüb oynayırmış...
Hər gün axşam da torpaq kisəsinin ağzını səliqə ilə bağlayıb, qoltuğuna vurub, ağlaya-ağlaya qaranlığa qarışırmış. Gecənin qaranlığında onun taqətsiz, bir az da havalı səsi küçələri dolaşırmış:
Mədət! Güllü! Cəmilə! Ellada! Sabir! Anar!...
Rey KƏRİMOĞLU
...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024