60 YAŞIN MÜBARƏK!

01:00 / 15.01.2024
Baxılıb: 4552

​Bismillahir-Rəhmanir-Rəhim!

İbtida dilimdə olub “Bismillah”
Sığınmışam ol Xudaya, gəlmişəm.
Mənim əzbərimdi “La fəta illa”
Əxz eləyib yüz min ayə, gəlmişəm
(Novrəs İman)

60 il ciddi bir rəqəmdi. İnsanın müdriklik yaşı və bir qədər də kövrək dövrdü. Mənim nəzərimdə yubileylərin bəlkə də ən yaxşısıdır. Bütün doğum günlərində insanın kövrəldiyini, arxaya boylandığını hiss etmişəm. Qəlbində hesabat verdiyini duymuşam.
Çox yaxşı dostlardan biri – Rəşid Süleymanovun 2024-cü il yanvar ayının 16-da 60 yaşı tamam olur... Şablon olsa da doğru ifadədir: “İllər nə tez keçdi”.
1964-cü ildə Göyçə mahalında dünyaya göz açdı. Miladi təqvimlə əjdaha ilinin oğlaq bürcüdü. Bu 60 ilin nə bir ayı, nə bir günü boş keçmədi. Oğlaqlar təbiətən ciddi, bir qədər sərt, ən çox isə olduqca işgüzar insanlardır. Ətrafda olanlar onlardan daim iş qurmaq, təşkilatçılıq, idarəetmə, faydalı olmağı gözləyir. Onlar isə öz növbəsində bu “etimadı” o qədər yüksək səviyyədə yerinə yetirir ki, zamanın necə keçib getdiyinin fərqində olmazlar. Başqalarını xoşbəxt edəndə özləri də xoşbəxt olurlar. Əjdaha ili ona bir qədər də güc əlavə edir. Beləliklə, onlar liderə çevrilirlər.
Rəşid Süleymanov ixtisasca iqtisadçıdır. Tam xarakterinə uyğun ixtisas seçib. Öz bisnesini qurmuş uğurlu iş adamıdır. İqtisadiyyatı yaxşı bilməsi, gözəl təhsil alması, əla təşkilatçılıq bacarığı uğurunun bünövrəsidir.
Nə qədər iş adamı olsa da incə ruhu da var. Rəhbərlik etdiyi Şahənşah Şadlıq Sarayında mütəmadi xeyriyyə tədbirlərinin təşkili bunun bariz nümunəsidir. Bu tədbirlər yalnız xeyriyyəçilik və maliyə dəstəyi məqsədi daşımır. Rəşid müəllim çox nadir şəxslərdəndir ki, incəsənəti anlayır, sənəti sevir və özü də yazır və oxuyur. Yorğun iş həyatını elm və sənətdən aldığı həzzlə aradan qaldırır.
Əliağa Vahid yazır:

Musiqiylə məni dəfn eyləsələr Vahid əgər,
Qəbrimin torpağı min rövzeyi-rizvana dəyər.

Milyonçu Hacı Zeynalabdin Tağıyev və müasir dövrdə Şüvəlanlı xeyriyyəçi Hacı İntiqam Atayev də şairlər məclisini maliyyələşdirir, istedadlı, parlaq zəkalarla cəmiyyətin işıqlanmasına yardım edərdi. Həmçinin Rəşid Süleymanov da sənətə dəyər verməklə yanaşı onu qəlbən hiss edir və sevir. Mənəvi qidanın insan yaşayışı üçün böyük əhəmiyyətini unutmur.
Rəşid müəllim olduqca çalışqan bir insandır. Bu çalışmağın içində mütləq mənəvi dəyərlər üstünlük təşkil edir. Vətən və el təəssübkeşliyi, maddi və mənəvi borclar onun üçün prioritet təşkil edir.
Göyçənin və Azərbaycanın aşıq sənətinin fəxri, haqq aşiqi Dədə Ələsgərin 200 illik yubileyi ölkə səviyyəsində qeyd olunarkən ona həsr etdiyim “Əhli-beyt (ə) aşiqi Dədə Ələsgər” kitabımı maliyyələşdirdi və təqdimatını təşkil etdi. Özü də şəxsən həmin tədbirdə iştirak etməklə aşığın qoşmalarını həvəs və sevgi ilə ifa etməsiylə hər kəsin rəğbət və məhəbbətini qazandı.
Mənim Şahənşah Sarayında bir neçə tədbirim keçirilib. Hamısında da rəhbərliyin şəxsi dəstəyini görmüşəm. Bu yaxınlarda son tədqiqat əsərim olan Növrəs İmanın həyat və yaradıcılığından bəhs edən “Nakam aşiq” (Məqalələr toplusu) kitabımın himayədarlığını da Rəşid müəllim öz üzərinə götürmüş və olduqca səviyyəli bir formada həyata keçirmişdir. Mənsub olduğu elə-obaya bağlılıq, təəssübkeşlik Rəşid müəllimin həyat kredosudur. Bu səbəbdən Göyçə ədəbi məktəbini, aşıq sənətini, elm və sənət adamlarını dəstəkləməkdən yorulmur. Göyçə itirilsə də ənənələrini qoruyur ki, bir gün Göyçəyə qayıtmaq ümidi var. Bu arzu onu daim tətikləyir. Xüsusilə, 44 günlük müharibədə uğurlarımız və Azərbaycanın itirilmiş ərazilərinin bərpası uğrunda davam edən mübarizə və qələbəyə zəmin onu daha da ruhlandırır. Qələminə hörmət etdiyim, gənc şair Tahir Fikri bir şeirində ağıl-kamal sahiblərinin səbr və inadla hədəfə odaklanmış mübarizəsini belə nəzmə çəkib:

Xəlq edib Xaliq səni hikmət dolu niyyət ilə,
Etmə tərk haqqın yolun, şeytandakı tüğyana bax.

Sən bu yolda sabit ol, aldanma eyşü işrətə,
Dönmə həqdən, qıl nəzər, hey dövr edən dövrana bax.

Gör bu fani mülkə bir kimlər gəlib, kimlər gedib,
Fikri, gəl et bir təfəkkür, rəhm edən Sübhanə bax.

Rəşid müəllim o insanlardandır ki, lap əvvəldən bəşəri hisslərin dəyərini anladı. Həyat insanın qarşısına çox əlvan, növbənöv sınaqlar çıxarıb onu əyləndirir. Xoş o kəsin halına ki, bunun sınaq olduğunu anlaya. Rəşid Süleymanov kimi:

Məhəbbət aləmi bir imtahandır aşiq üçün,
Bu eşq çox çəkəcək sorğuya, sualə səni.

O qan çanağı şərab ilə olma məstü xumar,
Xumari-eşq görüm, ey gözü piyalə, səni.

Gəl, Ənvər, eşq təriqində qalma cahiltək,
Kamalə meyl elə ki, çatdırar vüsalə səni. (Ənvər Nəzərli)

Bu zəhmətkeş, uzaqgörən, elm, sənət hamisi olan insanın 60 yaşına alnıaçıq, şərəfli adla çatmasını alqışlayıram.
Şair Osman Sarıvəlli yaşla bağlı gözəl deyib:

Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kəs yüz il yaşamasa,
Günah onun özündədir.

Bu hesabla Rəşid müəllimlə hələ uzun bir yolumuz var. Bizə yalnız ona can sağlığı arzulamaq qalır.

Mənə elə ömür arzulayın ki,
Ölüncə ümmantək çağlaya bilim.
Qapı-pəncərəni öz evimdəki,
Özüm aça bilim, bağlaya bilim.

Yaş faktdır. Amma yaş artmaqla, ağıl artmaz. Əgər o ağılın keşiyində duran yoxsa illər insanı sadəcə qocalığa götürər. Ağılla yaşlanma insanı sərvətə və əbədiyyətə götürər.
Rəşid müəllim, Allah sənə indikindən də barlı-bərəkətli ömür və dünyanın ən qiymətli neməti olan cansağlığı nəsib etsin. Elmdən və sənətdən aldığın mənəvi zövq də ömrünə daha fərqli bir dəyər qatsın.
Amin!

Hacı Həsən Hüseyni
Qazi, Qarabağ müharibəsi əlili


Etiket:
Xəbərlər

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024
Bütün xəbərlər