"Türkü öldürmək olar, onu məğlub etmək olmaz" — Napoleon
Göyçə mahalının ayrı-ayrı kəndlərindən olan igid el qəhrəmanları 1905-1907 və 1918-1919-cu illərdə erməni işğalçılarına qarşı mərdliklə döyüşmüşlər.
Ardanışdan Məşədi Hümbət, Ağbulaqdan Dəli İsmayıl, Qaraimandan Məşədi İsə, Ağkilsədən Bəşir, Toğlucadan Cığal Həsən, Şişqayadan Kor Tanrıverdi, Zoddan Səməd ağa və neçə-neçə belə ərənlər...
Daşkənd kəndindən də həmin illərdə igidlik göstərənlər az olmamışdır:
Hacı Rəhim, Məşədi Qasım, Qaçaq İdris, Mədət Qocamanoğlu, Kərbəlayı Zeynal, Əliş Süleymanov, Vəli, Koroğlu Məhəmməd, Ziyad Babayev, Nağı bəy, Tağı oğlu Məhərrəm, Hacı Dünyamalı oğlu Abbasəli və başqaları.
Tarixi mənbələrə, sənədlərə və real söyləmələrə əsaslanan bu araşdırmamız dövrünün cəsur igidlərindən olan Rəsulov Məşədi Qasım Hacı Kərim oğlu haqqındadır. Məşədi Qasım 1863-cü ildə Göyçə mahalının Daşkənd kəndində Rəsullular nəslində anadan olub. O, Göyçə mahalında çох hörmətli, adlı-sanlı şəхsiyyətlərdən biri, eyni zamanda erməni daşnaklarının hücumlarına qarşı хalqı səfərbər edən başbilən kişilərdən оlmuşdur. Məşədi Qasım Ceyran xanımla ailə həyatı qurmuş, onların Hüsən, Zeynəb, Məleykə, Sayad, Narın, Dağbəyi və Fəzi adında 4 oğlu, 3 qızı olmuşdur. Məşədi Qasım Zodlu Səməd ağa, Şişqayalı Kor Tanrıverdi, Məşədi Allahverdi, Çaxırlı Böyük ağa, Qaraimanlı Məşədi İsə, Qanlılı Hacı Nağı və dahi aşığımız Ağkilsəli Aşıq Ələsgər ilə yaxın dоstluq etmişdir. Aşıq Ələsgərlə dostluğu barədə aşığın nəvəsi İslam Ələsgər “Haqq aşığı Ələsgər” kitabında da məlumat vermişdir.
Sonralar Məşədi Qasımın oğlu Sayad (1905-1955) Alməmmədlər nəslindən evlənmişdir. Məşədi Qasımın digər oğlu, el şairi Qəmgin Fəzi (1914-2000) Aşıq Ələsgər оcağı ilə, xüsusən də Aşıq Nəcəf, Aşıq Talıb, Aşıq Musa və Bilal Məmmədovla ömrünün sonunacan dоstluq etmiş, səmimi münasibətdə olmuşdur.
Belə söyləyirlər ki, sovetləşmədən qabaq Məşədi Qasım adam vurubmuş. O dövrün qanunlarına görə bir il həbs cəzası çəkməliymiş. Qaydalara uyğun istənilən adam başqasının əvəzinə cəza çəkə bilərmiş (Bəlkə də Kərbəlayı Əmrah cinayəti öz üzərinə götürüb – A.Y.). Kərbəlayı Əmrah özündən kiçik qardaşı Məşədi Qasımın əvəzinə bir il “katorqa” çəkib. Deyib ki, sən igidsən, qoçaqsan, arxa-dayaqsan, mən sənin əvəzinə tutularam, amma səni qoymaram tutalar.
Türkün qanına susayan ermənilər Göyçə mahalında daha da azğınlaşmışdılar. “1919-cu il yanvarın 24-də Göyçənin Çamırlı kəndinə basqın edən daşnak terrorçuları dörd kişinin başını, altı qadının döşlərini kəsərək on nəfər dinc sakini vəhşicəsinə qətlə yetirmişlər”. Məşədi Qasım bu hadisəni eşidir və düşünür ki, onlar kəndləri yandıra-yandıra, əhalini vəhşicəsinə öldürə-öldürə bir gün də gəlib Daşkəndə çıxacaqlar. Ona görə də özünün təşəbbüsü və başçılığı ilə kənddən Qaçaq İdrislə, Hacı Rəhimlə, Qocamanoğlu Mədətlə, Kərbəlayı Zeynalla, Əliş Süleymanovla və Ziyad Babayevlə birlikdə Göyçə gölünün cənubundakı Çamırlı və ətraf kəndlərin köməyinə getmişdir. Hətta Çamırlı kəndində gedən döyüşdə Süleymanov Əliş Sevdalı Hüseyn oğlu şəhid olur.
Babası Kərbəlayı Zeynaldan eşidib-öyrəndiyi bu hadisələri tarixçi-müəllim Xasay Zeynalov şəxsən bu sətirlərin müəllifinə danışmışdır. Əziz Ələkbərli də bu barədə doğru olaraq yazır:
“1918-1919-cu illərdə bu ərazidə (Göyçə mahalı nəzərdə tutulur – A.Y.) erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edən igid oğullardan biri də Daşkənd kəndindən Məşədi Qasım Hacı Kərim oğlu olmuşdur.”
Tam olmasa da, araşdırma və tədqiqatlarımız zamanı bəzi mənbələrdə bir neçə məlumatlara rast gəldik. Əli Qurban Dastançı “Məşədisə dastanı” kitabında Zərzibilli Əmrah kişinin söylədiklərinə əsasən yazır: “1906-cı ildə Bayaziddə Qlava Məşədi İsəyə həmən illərdə qarışıxlıq salanlara qarşı yaxşı mübarizə apardığına görə “Qızıl medal” veriləndə gülüb, deyib ki, hünəri Daşkəndli Məşədi Qasım göstərib, medalı, özü də qızıl medalı Qaraimanlı Qlava Məşədi İsə alır... Yəni ki, hünər səninkidi, ad mənimkidi...”. Həmin yazıda müəllif bir daha qeyd edir ki, “Məşədi İsənin Məşədi Qasım haqqında dediyini bir neçə il əvvəl Bərdənin Yeni Daşkənd kəndində müdrik ağsaqqal olan Abbasəli kişidən ətraflı eşitmişdim”.
Görkəmli alimimiz, akademik Ziya Bünyadоvun baş redaktoru olduğu “Azərbaycan SSR EA Xəbərləri” jurnalında ermənilərin Azərbaycan xalqına qarşı 1918-1919-cu illərdəki etdiyi zorakılıqlardan bəhs edən “Ermənilər və Ermənistan Respublikası qoşunlarının Qarabağın və Gəncə quberniyası, İrəvan quberniyası ilə həmsərhəd qəzaların müsəlman əhalisinə qarşı törətdikləri zorakılıqlar barədə Daxili İşlər Naziliyi dəftərxanasının işlərindən çıxarış (80 saylı işdən – 1918-ci il, IV şöbə)” ümumi başlıqlı 53 bənddən ibarət raport, ərizə, teleqram və xahişnamələrdən 19, 51, 52-ci hissələrdən oxuyuruq:
İrəvan Quberniyası Yenibəyazit qəzası Daşkənd kənd sakinləri Məşədi Qasım Hacı Kərim oğlu və Böyük Əli Hacı Mirzə Ələkbər oğlunun Daxili İşlər Nazirinin adına 23 yanvar 1919-cu il tarixli xahişnaməsi.Erməni hökuməti qoşunlarla məmur qismində müsəlman kəndlərinin sakinlərini tamamilə talan etdi: – 1)Zağalı, 2)Daşkənd, 3)Zod, 4)Hüseynquluağalı, 5)Sarıyaqub, 6)Böyük Qaraqoyunlu, 7)Kiçik Qaraqoyunlu, 8)Aşağı Narçamor, 9)Yeni Keti, 10)Qayabaşı, 11)Qoşabulaq, 12)As-Kdisa, 13)Zərzibil, 14)İnəkdağı, 15)Sultanəliqışlağı, 16)Oğruca, 17)Böyük Məzrə, 18)Bala Məzrə, 19)Kəsəmən, 20)Şişqaya, 21)Sətənəxaç, 22)Qızıl-Payka. Qoşunlar hər kənddə 5-6 gün qalırlar.
Talan etdikdən sonra çıxıb başqa kəndə gedirlər.Aşağıdakı kəndləri tamamilə yandırmışlar:
1)Örkülü, 2)Alçalı, 3)Kəminli, 4)Yarpızlı, 5)Qanlı, 6)Kərkibaş, 7)Çaxırlı, 8)Kefli-Kürdü və 9)Böyük Məzrə.
Gəncə Qubernatorunun 11 mart 1919-cu il tarixli 352 saylı teleqramı: Yenibəyazit qəzasının Daşkənd, Şorca, Nevksiti, Sarıyaqub, Qaraqoyunlu, Oğruca, Qayabaşı və Qoşabulaq kəndlərinin nümayəndələri Məşədi Qasım, Abbasəli (Hacı Dünyamalı oğlu – A.Y.), Məhərrəm Tağı oğlu bildirirlər ki, erməni qoşunları onları mütamadi olaraq talan edir, bütün taxılı, yemi, mal-qaranı, silahı götürmüşlər; özləri ilə çoxlu insanlar aparmışlar, onların taleyi məlum deyil.
İrəvan Quberniyası Yenibəyazit qəzası Göyçə mahalının 26 kənd sakininin həmin il 2 mart tarixli ərizəsi Gəncə Qubernatoru tərəfindən 6 mart 1919-cu ildə 3162 sayla təqdim edilmişdir. 1919-cu il fevralın 28-də romistr Silikov, kornet Xaçaturov və adyutantın dəstəsi müsəlman kəndlərinə gəldi və hər kənddən 750 pud taxıl və 100 pud quru ot tələb etdi; həmin şeylər bu miqdarda olmadığından xalq mükəlləfiyyətdən azad edilməyi xahiş etdi; bu zaman Silikov qamçı ilə vurmağa və söyməyə başladı və hətta Zod kəndinin sakini Məci Süleyman oğlunu öldürdü, qalan zabitlər isə daha dörd müsəlmanı yaraladılar. Təlaşlanmış xalq hücum edib dörd zabiti və on beş əsgəri öldürdü, bu Zod kəndində olmuşdu. Martın 2-də ermənilər Qoşabulaq, Daşkənd və Böyük Məzrə kəndlərini ələ keçirməyə çalışdılar, lakin hələlik dəf edildilər.
”Sənədlərdən də görünür ki, Məşədi Qasım, Böyük Əli Hacı Mirzə Ələkbər oğlu, Hacı Dünyamalı oğlu Abbasəli, Tağı oğlu Məhərrəm və digərləri böyük fədakarlıq göstərmiş, ermənilərə qarşı döyüşməklə yanaşı, Azərbaycan hökumətini də bu zorakılıqlardan hali etmişlər. 1919-cu il aprelin 20-də artıq Göyçə mahalının Kəlbəcərlə qonşu olan kəndləri, eləcə də Daşkənd kəndi işğal edilmişdir. Məşədi Qasım Göyçə mahalındakı döyüşlərdən sоnra ailəsi ilə birlikdə Qarabağa gəlmiş, Laçınlı Sultan bəyin silahdaşı оlmuş və erməni millətçilərinə qarşı qəhrəmanlıqla vuruşmuşdur. Laçınlı Sultan bəylə Məşədi Qasımın tanışlığı Göyçənin ağır günlərində Sultan bəy Göyçəyə – Basarkeçərə, Zoda köməyə gələrkən olmuşdur.
Məşədi Qasımda ermənilərə qarşı qisasçılıq istəyi və Sultan bəyin də ermənilərə qarşı apardığı mübarizə Məşədi Qasımın Qarabağa gəlməsinə səbəb olmuşdur. O, sərrast atıcı kimi 1919-cu ildə Qarabağda baş verən hadisələrdə xüsusən fəallıq göstərmişdir. Bir il Sultan bəy və qardaşı Xosrov bəyin məsləhəti ilə kəndin vergisi də ona verilməklə Xocalı ətrafında bir kənddə (deyilənlərə görə Ağdamın Qasımlı kəndi) yaşamışdır. 1921-ci ildə Məşədi Qasım оrada qızdırmadan vəfat etmişdir və dostu Məmmədquluya etdiyi vəsiyyətinə əməl olunaraq Şuşa şəhərində dəfn оlunmuşdur. Məşədi Qasımın vəfatından sonra qardaşı Kərbəlayı Əmrah Qarabağa gələrək onun uşaqlarını dоğma ata-baba yurdları Göyçəyə aparmışdır.
Məşədi Qasımın həyat-fəaliyyəti haqqında dövri mətbuatda və kitablarda çox yazılmışdır. Onun haqqında hesab edirik ki, ən müfəssəl, doğru məlumatları nəvəsi Xasay Zeynalov “Göyçə mahalında 1917-1920-ci illərin hadisələri” məqaləsində yazmışdır.
Daha iri həcmli məqalə isə Eldar Həsənlinin “Göyçəli sərkərdə Məşədi Qasımın Əsgəran döyüşü” adlı məqaləsidir. Lakin müəllif məqalədəki məlumatlarda bəzi təhriflərə yol vermişdir. Məşədi Qasımın XX əsrin əvvələrində ermənilərə qarşı apardığı mübarizəni həmin əsrin sonlarında onlarla nəvə-nəticələri də davam etdirdilər. Onlardan nəvəsi Yasif, nəticələri Abbas və Nəbi Qarabağ döyüşlərində şəhidlik zirvəsinə ucaldılar.
Hazırladı: Araz Yaquboğlu
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024