Aşıq yaradıcılığı

15:00 / 05.12.2018
Baxılıb: 6448

XVI əsrdə klassik aşıq şeirinin əsas şəkilləri böyük təkamül yolu keçərək geniş intişar tapmışdır.

Bu yüzillikdə yaşayan aşıq Qurbaninin gəraylı, qoşma və təcnisləri forma və məzmun etibarilə yüksək bədii səviyyəyə çatmışdır. XV-XVI əsrlərdə uzun təkamül prosesi nəticəsində oğuznamələrə xas olan reçitativ şeir tərzi aşıq sənətində heca vəzni ilə əvəz olundu.

Lakin sillabik şeirin növü olan heca (" barmaq hesabı ") vəzninin ən qədim nümunələrinə xalq bayatılarında, orxon-yenisey abidələrində (VI-VIII əsrlər), Mahmud Qaşqarinin " Divani-Lüğəti-türk " (XI əsr), Yusif Balasaqunlunun " Qutatqu biliq " (XI əsr), " Dastani-Əhməd Hərami " (XIII əsr), Molla Qasımın (XVI əsr) gəraylı və qoşmalarında rast gəlmək mümkündür. İlk əvvəl bayatı, gəraylı və qoşma şeir formaları ilə təmsil olunan heca vəzni zaman keçdikcə istedadlı aşıqların səyi nəticəsində məzmun və forma etibarilə rəngarəng şeir şəkilləri ilə zənginləşir, aşıq şeirinin bütün şəkilləri təmsil olnan aşıq Alı, Şəmkirli aşıq Hüseyn, aşıq Ələsgər, Molla Cümə və digər ustad aşıqların kamil əsərləri (XIX əsr) yaranır.

Bu dövrdə aşıq yaradıcılığı yazılı ədəbiyyata da təsir göstərərək, Vaqif ədəbi məktəbinin təşəkkülündə önəmli rol oynayır. Sadə ölçülərdən mürəkkəblərə doğru çoxəsrlik təkamül yolu keçmiş aşıq yaradıcılığı özündə xalq şeirinin qanunauyğunluqları ilə klassik ədəbiyyatın ənənələrini üzvi şəkildə birləşdirmişdir. Aşıq şeir nümunələri quruluş və ölçülərinə görə sadə, mürəkkəb və düzəltmə şəkillərə bölünürlər. Sadə şəkillərə bayatı, gəraylı, qoşma, divani, müxəmməs və s. şeir formaları aiddir.

Mürəkkəb şeir şəkilləri (qoşma-bayatı, ayaqlı təcnis, qoşma-müstəzad) iki və ya üç sadə şəklin çarpazlaşmasından yaranmışdır. Aşıq şeirinin düzəltmə şəkilləri (əlif-lam, əvvəl-axır, dodaqdəyməz, dildönməz, nəfəsdərmə və s.) isə əsasən fonetik, leksik vasitələrin tətbiqi nəticəsində meydana gəlmişdir. Sadə şeir şəkillərinin bəziləri həm də aşıq şeirinin ilkin nümunələridir. Ehtimal olunur ki, sadə şeir formalarının bəziləri (gəraylı, qoşma) ilk əvvəl bir bəndli, sonra inkişaf yolu keçərək üç və daha artıq bənddən ibarət olmuşdur. Müəllifin adını özündə əks etdirən aşıq şeirinin sonuncu bəndi möhürbənd adlanır.

Cinaslı qafiyələr üzərində qurulmuş təcnisin ən gözəl nümunələri Azərbaycan ədəbiyyatının incilər sırasına daxildir. Azərbaycan dilinin zəngin bədii-linqvistik imkanlarını özündə əks etdirmiş təcnis şeir formasının dodaqdəyməz təcnis, ayaqlı təcnis, cığalı təcnis, əvvəl-axır təcnis və s. leksik və fonetik növləri yaranmışdır. " Əsil təcnisləri-bədii siqləti, məna və mündəricəsi, estetik emosional təsiri, fəlsəfi yükü, məntiqi axarı qabarıq nəzərə çarpan sənət incilərini ancaq fitri istedada malik olan kamil sənətkarlar yarada bilər.Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər kimi söz sərrafları ".

Sadə şeir formalarına aid olan divani və müxəmməs aşıq şeirinə klassik poeziyadan keçmişdir. Aşıq sənəti tarixindən məlum olduğu kimi, divani şeir formasının təşəkkülündə aşıqlar tərəfindən tez-tez oxunan Xətai qəzəllərinin son dərəcə önəmli rolu olmuşdur. Tarixi qaynaqlara əsasən qeyd etmək olar ki, XVI əsrdən etibarən əksər aşıq məclisləri məhz " Baş divani " havası ilə başlamışdır. Sinkretik səciyyəli aşıq sənətində şeir formaları üzvi şəkildə sazın quruluşu, ənənəvi havaların sintaksisi ilə bağlıdır. Belə ki, ifa zamanı on beş hecalı divaninin hər misrası iki hissəyə bölünərək birinci misra səkkiz, ikinci misra isə yeddi hecalı olur. Yeri gəlmişkən qeyd edək ki, müxəmməs şeir forması da sazın müşayiəti ilə ifa olunarkən onun da hər misrası iki yerə bölünərək bir beyt əmələ gətirir.

Bu zaman onun " Müxəmməs " havasının metr-ritmik xüsusiyyətlərinə uyğun olaraq birinci misrası yeddi, ikinci misrası isə səkkiz hecalı olur. Aşıq yaradıcılığında sözlə musiqinin üzvi şəkildə vəhdətinin parlaq nümunəsi həm də müəyyən şeir şəkillərini öz adlarında əks etdirmiş ənənəvi havalar ola bilər: " Bayatı ", " Gəraylı ", " Divani ", " Dübeyt ", " Təcnis ", " Müxəmməs " və s.

Aşıq yaradıcılığının uzunmüddətli tarixi təkamülü nəticəsində hər bir əsas şeir şəklinin quruluşuna uyğun olaraq müəyyən havalar toplusu biçimlənmişdir. Məsələn, aşağıdakı aşıq havalarının poetik əsasını gəraylı şeir forması təşkil etmişdir: " Gəraylı ", " Sallama gəraylı ", " Şahsevəni ", " Baş sarıtel ", " Orta sarıtel ", " Baş dübeyt ", " Koroğlu müxəmməsi ", " Paşa köçdü ", " Laçını ", " Gödəkdonu ", " Heydəri ", " Ayaq Cəlili ", " Cəngi Koroğlu " və s. Səciyyəvidir ki, bəzi ustad aşıqlar müəyyən şeir forması ilə oxunan aşıq havalarının başlıqlarına da həmin poetik formanın adını əlavə edirdilər. Məsələn, məşhur ustad aşıq Əsəd Rzayevin (1875-1950) repertuarında gəraylı şeir forması ilə oxunan ənənəvi aşıq havalarının adları aşağıdakı kimi təmsil olunmuşdur: " Şahsevəni gəraylısı ", " Dübeyt gəraylısı " və s.

Yeri gəlmişkən qeyd edək ki, aşıq havalarının adlarında onların yaranma məkanı, musiqi dilinin özəllikləri, poetik əsasları, yaradıcıları və s. haqqında dəyərli məlumatlar hifz olunmuşdur. Məsələn, " Əfşarı ", " Gəraylı ", " Bayatı " kimi havalarda etnik qrupların adları, " Hüseyni ", " Bəhməni ", " Cəlili " havalarında—yaradıcı aşıqların isimləri, " Koroğlu ", " Kərəmi " havalarında - dastan qəhrəmanlarının, " Dərbəndi ", " Naxçıvani ", " Dərələyəz gəraylısı ", " Göyçə gülü " havalarının adlarında isə toponimlər öz əksini tapmışdır. Qeyd edək ki, aşıq havalarının adlarında bu sənətin ümdə cəhətlərindən biri, yəni variantlıq prinsipi parlaq şəkildə təzahür etmişdir. Yalnız " Dübeyt " havasının çoxsaylı ərazi, fərdi variantlarının adları (" Borçalı dübeyti ", " Zülfüqar dübeyti ", " Şahsevən dübeyti ", " Mirzə dübeyti ", " Azaflı dübeyti " və s.) dediklərimizə parlaq nümunə ola bilər.


Etiket:
Xəbərlər

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024
Bütün xəbərlər