Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalı işıq üzü görüb."Multikulturalizm" jurnalının 2018-ci ili üçün nəşr olunan 4-cü sayında göyçəli yazarların şeirləri, nəsr əsərləri işıq üzü görmüşdür.
Goyce.az Qılman İmanın "Multikulturalizm" jurnalında əsərləri nəşr olunan yazarlar haqqında yazdığı "ön söz"ü təqdim edir.
Sözləri özlərindən öndə olduğundan seçilmiş adamları həmişə sözündən tanımışıq.
Çünki onların sözü tək KİŞİ SÖZÜ yox, həm də ŞAİR SÖZÜ olub. Tanrısal ovqatda sözə poetik libas geyindirib, sözü şeirləşdiriblər. Sonra bu şeirlər tanrıdan gəlmiş vəhy kimi el-el, oba-oba poeziya vurğunlarının dilində ağ göyərçin qanadlı müjdə xəbərinə çevrilib. O müjdə xəbərlərinin çox yayıldığı sazlı-sözlü bir məkanımız varıydı – Göyçə mahalı! ”Varıydı” ona görə deyirəm ki, 30 ildi bizdən ayrıdı o torpaq. Burada oğuz türkləri Göyçə gölünün qırçınlı ləpələrinin həzin pıçıltılarının ritmi üstündə üzü Tanrıya türkülər oxuyar, ozanların yeddi telli sazının avazında qoşmalar qoşar, nəğmələr bəstələyərdilər.
Bu nəğmələrin, qoşquların avazında sehrlənənlər elin şad günlərində ozan kimi öz xeyir-duasını verər, sazıyla çalıb-çağırar, ya da şair olub görüb-götürdüklərini, eşidib-bildiklərini misra sığalına gətirər, el adamına, söz adamına çevrilərdilər.
Bu tanrısal mühitdə Şah İsmayıl Xətainin vəziri böyük sufi şair Miskin Abdal doğulacaqdı. Miskin Abdalın bərəkətli poeziyası dildən-dilə, eldən-elə yayılaraq öz müridlərini başına toplayacaq, sinəsi sözlə dolu hələ neçə türk oğluna ilham verəcək, mürşidlik edəcəkdi. Miskin Abdalın sözlə saldığı körpünün üstündən sazıyla birgə Ağ Aşıq keçəcəkdir. O Ağ Aşıq ki, dualı ağzı ilə 40 gün, 40 gecə dastan danışarmış. Beləcə, Göyçənin sazlı-sözlü ədəbi mühiti formalaşacaq, ozan aşıq şeirinə Aşıq Alı kimi, Aşıq Ələsgər kimi qüdrətli saz-söz ustadları, 6 dil bilən cahanşümul ziyalı Mirzə Bəyləri, məhşur “ Molla Nəsrəddin”çi Hacı Əliş ağanı bəxş edəcəkdi. Sonralar nəsildən-nəsilə ötürülərək bu məktəbin sələfləri yetişəcəkdi.
Belə bir mühitdə ilham payı ilə birgə doğulanların dili qafiyəli, sözü də özünəməxsus olardı. Bu adamlara özlərindən xəbərsiz el “şair” adı verərdi. Bu şair adının papağı altında xalq sevgisi, el məhəbbəti pərvazlanar, onlara xüsusi hörmət qoyulardı.
Burada əsərləri nəşr olunan, ötən əsrin 60-70-ci illərində yaradıcılığa başlamış İsmixan Didərgin, Zəki İslam, Alqayıt Xəlilov, Sərraf Şiruyə, Eldar İsmayıl, Məcnun Göyçəli, Aqil İman, Sərdar Kərimli ədəbi mühitdən öncə elin-obanın şair kimi dəyərləndirdiyi qüdrətli söz sənətkarları, elin daxili istəklərini öz yaradıcılıqlarında ehtiva edə bilən tanınmış el şairləridir.
Bu qələm adamları Sovet əxlaqı ilə tərbiyələnsələr də, sovetizmin gətirdiyi bəlaları erkən anladıqlarından bunu öz yaradıcılıqlarında açıq-aşkar yazar, xalqı ayıq olmağa səsləyərdilər. Bəzən onları mərkəzi mətbuatda ayələt yazarıdı deyib burunlayar, çapına qadağa qoyardılar. Ancaq yasaq olunduqca əsərlərinin çapına qadağa qoyulduqca, onların şöhrəti artar, şeirləri el yaddaşına yazılardı.
Orasını da deyim ki, bu şairlərin yaradıcılığının əsas leytmotvini xalq müdrikliyindən gələn didaqtik ricətlərlə hörülmüş ustadnamələr, lirik-pisxoloji qoşmalar, gəraylılar, dilimizdəki sözlərin cinas imkanlarını mükəmməl göstərən təcnislər təşkil edərdi.
80-90 cı illərdə ustadların izi ilə fərqli bir manerada yaradacılığa başlayan Rəşid Göyçənin, Səyyarə Məmmədlinin, Füzuli Sabiroğlunun, Əli Məhərrəmovun poeziyasındakı modernist gedişlər, Rüstəm Dastanoğlunun, Şəfa Vəlinin hekayələrindəki axıcı təhkiyə, sturuktur zənginliyi Göyçə ədəbi məktəbinin nümayəndələrinin daim inkişafda olduğunu bir daha təsdiqləyir.
Qılman İman
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025