Goyce.az Göyçə aşıq məktəbinin görkəmli nümayəndəsi, unudulmaz Aşıq Hacı Göyçəlinin 26 fevral-1993-cü ildə "Ədəbiyyat" qəzetində yazıçı Rüstəm Dastanoğluna veridiyi nadir müsahibəsini təqdim edir.
Aşıq Hacı Bayramov Göyçə mahalının Daşkənd kəndində anadan olub. Uşaqlığı otuzuncu illərə düşüb. Üçüncü sinifdə oxuyanda anası rəhmətə gedib və ondan sonra atası Abbas kişi onu daşkəndli Aşıq Abbasəlinin(Nazarov) yanına şəyird qoyub.
Aşıq Hacının atası Abbas kişi el arasında Qərib Abbas kimi tanınıb. Su dəyirmanı işlədib. Çoxlu nağıllar bilirmiş, bildiyi nağılları da o qədər şirin, yerli-yataqlı danışırmış ki, elə bil hamısını öz gözləri ilə görübmüş.
İndi Aşıq Hacının da danışığı elə şirindi, yumorludu, yerli-yataqlıdı. Qərib Abbas nağılı danışanda avazla oxuyurmuşsa da, amma saz çalmırmış.
Aşıq Hacı sonra Bala Mərzəli Aşıq Hüseyndən, daha sonra Aşıq Ələsgərin şəyirdi Aşıq Əsədin yanında şəyirdlik eləyib. Aşıq Hacı deyir ki, zəngulələrimdə, haradasa, Aşıq Əsədə yaxınlıq var. Aşıq Əsədin "İrəvan çuxuru"su indiyə qədər məşhurdur.
Axırıncı ustadı qanlılı Aşıq Mehdi olub. Aşıq Mehdi, məşhur Aşıq Alının şəyirdi Aşıq Qulunun şəyirdiymiş. Aşıq Hacı danışır ki, üç-dörd il Aşıq Mehdinin yanında şəyirdlik etdim. Dastanları danışmaqda rəhmətliklərdən çox şey öyrəndim.
Aşıq Hacıyla söhbət edirik.
Hacı əmi, sizin oxumağınız ustadlarınızdan hansına oxşayır?
- Heç hansına. Ustad şəyirdə gərək onun kimi oxumağı yox, özünü, öz səsini, öz danışığını tapmağı öyrətsin. Oxumaq nə deməkdir?( Bir xeyli iç dünyasına çəkiləndən sonra, öz verdiyi suala cavab verir). Hər adamın içində bir göynərti olur, gərək o səsi tapasan ki, o səslə oxuyanda həmin göynərti canından çıxa. Başqasının səsi ilə oxusan, başqasını yamsılasan, heç vaxt canından o yanğı çıxmaz, ancaq öz səsin çıxardır o yanğını.
Bax, Hacı əmi, məsələn, məndən aşıq olarmı?
Bilmirəm, səni sınağa çəkməmişəm. Aşıq olmaq üçün çox keyfiyyətlər lazımdır, lap çox. Birincisi, gərək adamda aşıqlığa həvəs, vurğunluq ola. İçində işıq ola. Sonra rəhmətlik qağam deyirdi ki, üç cür səs var; səs var qarından gəlir, səs var sinədən gəlir, səs də var, beyindən gəlir. Qarından gələn səs heç, gec-tez batır, sinədən gələn səsdə yanğınlıq, şirinlik, həzinlik olur. Ən yaxşı səs beyindən gələn səsdi. O səs heç vaxt batmır. Aşığa qulaq asan kimi mən bilirəm ki, onun səsi haradan gəlir.
Hacı əmi, onu necə təyin eləyirsiniz?
- Vallah, nətəri təyin eləməyi sözlə ifadə eləyə bilmərəm, amma aşıq oxuyanda bu mənə agah olur.
Tanıdığımız aşıqlardan deyin görək, hansının səsi dediyiniz hansı qrupa daxildir?
- Kiminsə xətrinə dəymək istəmirəm. Amma elə ki, istəyirsən bir-iki ad çəkim. Məsələn, Aşıq Ədalətin səsi sinədən gəlir. Aşıq Museyib "Qaragöz" ha oxuyur, eşidibsənmi? Bax, o səs beyindən gəlir.
Hacı əmi, bəs, sizin səsiniz hansındandır?
- Mənim səsim də beyindən gəlir. Özü də, vallah, bunu mən özümü tərifləyib eləmək üçün demirəm. O səs-zad mənlik deyil. Nətəri olubsa, o da mənim baxtıma düşüb. Çox vaxt, məsələn, sən oxuyursan, oxuduğunu dərk eləmirsən, sonra üstündən neçə illər keçəndən sonra, oxuduğunu yaşaya-yaşaya çox şeylər sənə agah olur.
...Aşıq Hacının 80-ci illərdə birinci dəfə Filarmoniyada, Respublika Sarayında çıxışları oldu. Və onun oxumağının, danışmağının, şirinliyi aşıq bilicilərinin diqqətindən yayınmadı. Radioya, televiziyaya, xarici dövlətlərə dəvət olundu. Televiziyada "Aşıq Alı" dastanını söylədi. Məmməd Aslanın dediyi kimi, televiziyada çox dastanlar danışılmışdı, amma bunların heç biri dastan kimi alınmamışdı. Təkcə Aşıq Hacının danışdığı "Aşıq Alı" dastanından başqa. "Aşıq Alı" dastanı televiziyanın qızıl fonduna düşdü.
Aşıq Hacı bu yaxınlarda - 1992-ci ilin noyabrında Türkiyədə keçirilən Konya aşıqlar bayramına dəvət olunmuşdu. Bütün Türk dünyasının ən məşhur aşıqlarının iştirak etdiyi bayramda Aşıq Hacı Süleyman Dəmirəlin imzası ilə Atatürk adına qızıl medala layiq görüldü. 1991-ci ilin may-iyun aylarında Almaniya-Azərbaycan dostluq cəmiyyətinin dəvəti ilə gedib. Berlin, Frankfurt-Mayi, Köln, Düsseldorf və başqa şəhərlərdə konsertlər verib. Vaxtını uzadıb 10 gün də artıq saxlayıblar onu Almaniyada. Söhbəti davam etdiririk.
Hacı əmi, valınız varmı?
- Elə bayaq onu demək istəyirdim. Almaniyada, Türkiyədə tez-tez mənə yaxınlaşırdılar ki, çox rica edirik, mümkünsə, valınızdan, kasetinizdən birini bizə bağışlayasınız. Deyirdim ki, valım, kasetim yoxdu. İnciyirdilər, başa düşə bilmirdilər ki, doğrudan da indiyə qədər mənim valım, kasetim buraxılmayıb
Bunu elə-belə söz düşdü deyirəm, kimnənsə nə isə ummaq üçün yox.
Sizin "Gilənar", "Ağır Şərili" havalarınız daha məşhurdu.
- Yəqin mənim içimdəki yanğılar, dərdlər daha çox o havalar üstündə köklənib.
Xoşlamadığınız, oxumaq istəmədiyiniz havalar varmı?
Bəlkə də var, amma incimə, deməyəcəm.
Qaça-qaçdan sonra niyə Çardaxlını(Çənlibel) seçdiniz? Bakı daha yaxşı deyildimi?
- Bakıda mən nə evi özümünkü kimi hiss eləyə bilirəm, nə ayağımın altındakı asfaltdan torpağı hiss eləyə bilirəm, nə də özüm özümü. Nə bilim, bəlkə başqa səbəblər də var...
Neçə şəyirdiniz olub?
- Şəyidlərim çox olub, amma onlardan Aşıq İslam və Aşıq Nuridindən daha çox razı qalmışam.
Hacı əmi, bax, televiziyada, ya kasetdə öz oxumağınıza qulaq asanda özünüzdən xoşunuz gəlirmi?
- Yaman yerdə yaxaladın məni. Hələ heç kimə deməmişəm, deyəsən, sənə bir sirri açasıyam... Bilirsən, ən çox ürəyimcə oxuduğum nə vaxt olur? Yuxuda. Tez-tez yuxuda oxuyuram, bəzən elə olur ki, ağlaya-ağlaya oxuyuram, sabahısı günü ayılıb yuxuda oxuduğum havanı başlayıram oxumağa. Oxuyuram...Oxuyuram, amma görürəm ki, yox. Yuxudakı kimi alınmır ki, alınmır... Yəqin yuxudakı kimi oxusam, bir də yuxuda oxumaram. Heyf ki, yuxuda oxuduqlarımı özümdən başqa heç kim eşitmir.
Aşıq Hacı bunu deyib çəkilir öz iç dünyasına və mən onu öz dünyasından bir daha ayırmaq istəmirəm.
Rüstəm Dastanoğlu
"Ədəbiyyat" qəzeti
26-fevral 1993-cü il
Goyce.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024