Göyce.az saytı Qurd Cəbrayılın oğlu şair Xoşqədəm Cəbrayıloğlunun müsahibəsini təqdim edir.
Xoş gördük, Xoşqədəm bəy. Görüşməmişdən əvvəl atanız Cəbrayılla bağlı kiçik araşdırma apardım. Atanız haqqında uşaqlıqdan eşitmişəm. "Arxadan vurulan zərbə" filmində Cəbrayılı mənfi obraz kimi tanımışıq. Araşdıranda görürsən ki, həyatı tamam başqa cürdür.
- Atamın həyatı çox keşməkeşli olub. Altı aylığında anası, doqquz yaşında atası rəhmətə gedib. “O olmasın, bu olsun” filmindəki məşhur dovğa bişirən Kəblə Sonqulu atamın babasıdır. Atam bazarda babam üçün dovğa satarmış. Sonra səhvən Həştərxana gedir. Sonsuz bir tatar kişi onu övladlığa götürür. Yəqin bunların hamısından xəbəriniz var.
Var. Çox istərdim Qurd Cəbrayılın heç kimin bilmədiyi tərəflərindən danışasız. Mənə maraqlıdır, atanız yaşadığı həyat tərzinə görə peşmançılıq hissi keçirirdimi?
- Əgər atam yaşadığı həyata görə peşman olmasaydı, övladları onun tayı olardı.
Atanızın vikipediyasında tək övlad olaraq sizi yazıblar. Bilirdiniz?
- Səhv yazıblar. Yeddi uşaq olmuşuq. Üçü uşaq olanda rəhmətə gedib. İndi iki bacı, bir qardaş qalmışıq. Biz altı il Salyanda yaşamışıq. Atam haqqında film çəkmək istədilər, qəbul eləmədim.
Səbəb?
- Çünki övladlarım istəmir. Düzünü bilən də, bilməyən də danışır. Neçə dəfə uşaqlarıma zəng edib deyiblər ki, babanız quldur olub. Zəng edənlərə uşaqlar nə cavab versin? Ona görə də mənə deyirlər ki, ata, baba haqqında daha danışma. Onsuzda hər kəs hər şeyi bilir. Özün haqqında danış.
Aydındır. Əvvəldən də dediyim kimi mənə atanızın hər kəsin bildiyi tərəfi yox, bilinməyən tərəfini öyrənmək maraqlıdır. Məsələn, çoxunun çəkindiyi, ehtiyat elədiyi Qurd Cəbrayıl evdə necə insanıydı?
- Atam kitabı sevən insaıydı. Savadı yoxuydu, heç qol çəkə bilmirdi, nə olsun?
Bu adam ədəbiyyatı çox sevirdi. Təzə kitab çıxan kimi bizə aldırırdı, elə övladlarına da oxutdururdu. Mənim yoldaşım qonşumuzun qızı olub. Biz olmayanda yoldaşım gələrdi bizə, atam hər gün aldırdığı qəzetləri, kitabları ona da oxutdurardı. Atam övladlarını savadlı görmək istəyirdi. Arzusuna da çatdı. Qardaşım diş həkimiydi, bacımın biri ginekoloquydu. Böyük bacım Qızbacı o qədər yaxşı oxuyub ki, Mircəfər Bağırov ona şəxsən özü "Qızıl qələm" bağışlayıb. İkinci bacım Zəhra xanım xəstəliyiylə bağlı məktəbə getməyib. Bacım xəstəliyi mənə görə tapdı. 1956-cı ildə trolleybus altında qaldım. 7-8 yaşım olardı. Bacım məni trolleybusun altında qaldığımı görüb bərk qorxmuşdu. Elə o qorxudan da sarılıq xəstəliyini tapdı. Çətin illəriydi. Biz Salyanda yaşayırdıq. Atama görə bizi Salyana sürgün etmişdilər. O vaxt qayda vardı. Atam kimi adamların ailəsi Bakıdan 150 km uzaqda yaşamalıydı.
Özünüz haranı bitirmisiniz?
- Ticarət texnikomunu oxumuşam. Çox mütaliə eləmişəm. Minlərlə kitabım var. Qırx ilə qədər ticarətlə məşğul olmuşam. İmkanım da pis olmayıb. Haqqımda deyərdilər ki, Xoşqədəmin bircə donuzu yoxdur. Qapımda üç maşınım vardı.
Sonra nə oldu?
- Sonra heç nə. Allahın işidir. Verdiyini verir, aldığını alır. Həyat mənim üçün əsl universitet olub. Mütaliədən başqa, atamın ətrafında çoxlu ziyalılar vardı.
Atanızın dostları kimiydi?
- Atamın dostları Əliağa Vahid, Seyid Şuşinski, Ağasəlim Çıldaq və s çoxuydu. Bağımız vardı. Ziyalılar bağa gələrdilər. Şeir deyər, söhbət edərdilər. Aşıq Pənah, Aşıq Manaf evimizin qonaqları olub. Uşaqlığım bu mühitin içində keçib. Ticarət də adamlar barədə mənə çox şey öyrətdi. Hər cür adamlar gəlib-gedirdi. Bu da bir dünyagörüşdür.
Sonra mən 1990-cı illərdə 20 yanvar hadisələrində fəal iştirak etdim. Yaralanmasam da dırnaqarası qəhrəmanlığım oldu. Faciədən bir həftə sonra nə qədər şəhid verdiyimizi öyrənməyə qərar verdim. Ətrafıma könüllü 3-4 nəfər yığdım. Təsəvvür edin, şəhidlərin siyahısını məscidlərdən, xəstəxanalardan, morqlardan yığdıq. Bir-bir evlərə gedib şəhidlərin şəkillərini yığdım. Şəhidlərin yeddisiydi, 159 nömrəli məktəbin şagirdləri əllərində şəhidlərin şəkli, mikrorayonda gəzdirdim. Şəhidlər üçün Şamaxinkada heykəl qoydurmaq istəyirdim, alınmadı. 20 yanvara daş qoydura bildim. Sonra qəzetdə oxudum ki, " 20 yanvar " cəmiyyəti yaranıb. Cəmiyyətin sədri Rüstəm Rüstəmovdur. Təşkilat və təhcizat üzrə Rüstəmin müavini oldum. Üç iləcən o cəmiyyətdə işlədim. Sonra 20 yanvar batolyonu yaratdıq. 93-cü ildən sonra müəyyən səbəblərə görə ordan çıxdım.
Səbəb?
- Səbəb o idi ki, təşkilata aidiyyatı olmayanlar gəlmişdi. Nə isə. Sonra "Bakı kəndləri" birliyinə gəldim. Nəsimi rayon şöbəsinin sədri. Həm də Hacı Cəbrayılın Bakı kəndləri üzrə təşkilatın müavini oldum. 1994-cü ildə “Vəhdət” partiyası yarandı və siyasi büronun üzvü oldum. Sonra Hacı Mayılla poeziya məktəbi yaratdım. İstedadlı insanları yığdım. Ora Əzizə Cəfərzadədən tutmuş Əlibabaya qədər hamısı gəlmişdi. 2003-cü ildə Eldəniz Quliyevin yanına "Ziyalılar birliyinə" gəldim, orda da İcra Aparatının rəhbəri oldum. Bir müddət də orda çalışdım. Fəaliyyətlərimi sadalamaqda məqsədim odur ki, bu qədər işlər görmüş adam elə bil ki, universitet oxuyub. Həyatda hər tip adam görmüşəm. Lotusunu da görmüşəm, sənətkarını da, alimini də. Hamısıyla ünsiyyətim yaxşı olub.
Atanız oğlanlarının içində ən çox kimə yaxınıydı?
- Ən yaxın özüm olmuşam.
Cəbrayılın elə bir sirri varmı heç kimə danışmayıb, amma sizə deyib?
- Atam öz sirrini saxlayan insan deyildi. Atam bilirsən niyə məni çox istəyirdi? Çünki atamın sağ əliydim. Həbsxanadan çıxandan sonra vəziyyətimiz ağırıydı. Bazarda alver edirdi. Hər şeydən qurtarmışdı. 63 yaşlı kişiyə iş vermirdilər. Ona görə kömürçü bazarında alver edirdi. Mən də dayanırdım yanında. Belə baxanda 36 il həbsxanada yatan kişinin gələndən sonra nəyi olacaq?
36 il həbs yatsa da, maşallah, atanız qaçmaqda çox mahir kişi olub.
- Hə. Amma atamın ən böyük nəsihəti bizim oxumağımızla bağlı olub. Elə deyirdi, oxuyun. Bir də təzə film çıxanda bilet aldırardı bizə. Çox şən adamıydı. Təsəvvür elə, mikrorayonda yaşayırdıq. Sahə müvəkkili özü atama deyirdi ki, Cəbrayıl, sən burdasansa, uje mən arxayın ola bilərəm. Sonra atam mənim üçün pivə pavilyonu tikdi. Atam oturardı yanında, cavanlar utandığından gəlib pivə almazdılar.
Çox maraqlıdır, Stalin də atanıza hörmət edirdi.
- Çünki Stalinin tapşırdığı işin öhdəsindən yaxşı gəlmişdi. Zarafata həmişə Stalin haqqında "mənimlə eyni boyda olan adam" deyərdi. Atama quldur deyirlər, adam birtəhər olur. Quldur deyildi axı. Quldur insanları, millətini sevər? Atam varlılardan alıb kasıblara paylayırdı.
Deyirlər, ən çox ermənilərdən və yəhudilərdən oğurlayırmış.
- Oğurluq niyə olur? Girib içəri, konkret məbləğ istəyib, onlarda candərdi verib. Bank oğurlayıb. O da Stalinin tapşırığıyla.
Atanız hərf tanımasa da, 3-4 dildə təmiz danışıb. Belə başa düşdüm ki, başına nə gəlibsə, dil bilməyindən gəlib. Oğrular, banditlər atanızdan ilk dəfə tərcüməçi kimi istifadə ediblər.
- Düzdür. Atam rus, tatar, erməni dilini təmiz bilirdi. Əgər atamla məşğul olsaydım, yazı-pozu da bilərdi. Təəssüf, məşğul olmadım. Amma mənə deyirdi ki, Xoşqədəm, mən bilirəm ki, bir gün mənim haqqımda kitab yazacaqsan. Atam hər yerə mənimlə gedirdi. Vəfat etməyi də çox qəribə oldu. Bu adam qan töküb, insanların diliylə desək, ev yıxan adam çox rahat dünyasını dəyişdi.
Yatdığı yerdə? İndi çoxunun arzuladığı ölümdü.
- Tam yatmaq demək olmaz. Atam anama çox əzab verib. Anam həmişə atama deyərdi ki, Cəbrayıl, səni heç vaxt bağışlamayacam. Ölməmişdən əvvəl atam iyirmi il küsülü qaldığı dayısını çağırdı, ondan “Yasin” oxumasını istədi. Dayım ağladı, tərəddüd edirdi. Duanı oxumaq istəmirdi ki, məgər əhd eləmişəm ki, bacımın oğlu üçün “Yasin” oxuyum? Atamın yatdığı taxtın divarında xalça asılmışdı. Dayıma dedi ki, görmürsən atam-anam yaşıllığın içində məni gözləyir? Dayı, tələs, məni tələsdirirlər. Dayım duanı yarısına qədər oxudu, atam son nəfəsini tapşırdı.
Amma ananız atanızı bağışlamadı.
- Yox, bağışladı. Atama dedi ki, sən mənim həm xalam oğlusan, həm də ömür-gün yoldaşımsan, bağışlayıram səni. Hətta, atam dəsmalla ağzının suyunu silib anamın üstünə atdı. Anam dəsmalı niyə atdığını soruşanda dedi, dəsmal ayrılıqdır, bilmirsən? Bizdə ayrılırıq.
Ananız atanızdan neçə il sonra rəhmətə getdi?
- 20 il sonra rəhmətə getdi. Aralarında doqquz yaş fərq vardı. Anamla atam göbəkkəsdi olub. Amma anamdan əvvəl atamın həyatında Yasəmən adlı qadın olub. Anam, atam, Yasəmən böyük qardaşım olana qədər bir evdə yaşayıblar. Anam deyirdi ki, Yasəmən çox yaxşı qadın olub. Bizə kömək edirdi.
Bəs niyə ayrıldı atanızdan?
- Övladı olmadı. Atam qardaşımı oynadanda baxıb pis olub, sonra sakit çıxıb gedibdi.
Atanız Yasəməni axtarmadı?
- O qədər proseslər olur ki, adamın yadına axtarmaq düşmür. Bilirsən necədi, qızım? Atam istəsəydi, o qadının arxasınca gedərdi. Görünür hər kəsin öz dünyası var və heç kim başqasının həyatına müdaxilə eləmək istəməyib.
Yasəmənin sizdə şəkli varmı?
- Yoxdur. Amma anam həmişə Yasəməndən razılıq edirdi. Ümumiyyətlə, anam çox sadə xanımıydı. Doqquzuncu sinifdə yuxuda anama Quran oxumağı öyrədiblər. Gözəl avazı vardı.
Bəlkə də atanızı qoruyan ananızın duaları olub.
- Məncə də. Mən şəxsən anama çox bağlı övlad olmuşam. Məhlədə anamla mənim adımı "Leyli-Məcnun" qoymuşdular. O dərəcədə anamı çox istəyirdim. Bəlkə də dünyada anam qədər əzab-əziyyət çəkən qadın olmayıb. Hərdən keçmişə boylananda çox qəribə oluram. Atam qazamatda yatdı, özü üçün yedi-içdi, atam haqqında kitab yazdım, amma bizi əzab-əziyyətlə böyüdən, cavanlığının necə gəlib-necə getdiyini bilməyən anam haqqında kitab yazmadım. Sizə anam üçün yazdığım şeiri demək istəyirəm.
Ürəyim ağlayır, gözüm ağlayır.
Yoxluğun sinəmi çarpaz dağlayır.
Əcəl zalım olub, bilmirəm nədən?
Yanına gəlməyə yolumu bağlayır.
Ana, ana, can ana!
Haraya baxıram, səni anıram.
Yatdığın məzara mən qısqanıram.
İsti nəfəsini torpaq soyudub,
Sən buza dönmüsən, mənsə yanıram.
Ana, ana, can ana!
Sənin də yolunu kəsib o dünya,
Gəl görüş yerimiz qoy olsun röya.
Görüşək orada biz şən, mehriban,
Sən bəxtəvər ana, mən cocuq guya.
Ana, ana, can ana!
Ya Rəbb! Nə olar, et bir möcüzə,
Anam o dünyadan qoy gəlsin bizə.
Başımı qoyum dizinin üstə,
Köç edim dünyadan, deyim sakitcə:
Ana, ana, can ana!
Ruhu şad olsun. Çox qəribədir. Savadı olmayan insanlar nə qədər dünyagörmüş olsalar da, saflığını itirmir. Savadlı insanda isə saflıq tapmaq çətindir.
- Savad çox olduqca, eqo artır. Hər şey bu qədər sadədir. Bir filosof var. Adını çəkməyəcəm. Mənə deyir, Xoşqədəm, mən filosofam, savadım da var, amma insanların taleyini bilmirəm.
Başa düşmədim.
- Yəni, insanları tanıya bilmirəm. Amma sən adam tanıyansan. Məndə bir xasiyyət var. Qarşımdakı insana elə şərait yaradıram ki, o bütün sirrini açıb mənə danışır. İstər qadın olsun, istər kiş, deyir, Xoşqədəm, mən demirəm mənim işimi düzəltdin, sadəcə, səninlə danışanda rahatlıq tapıram. Deyirəm, çünki mənim adım Xoşqədəmdir.
Adınızdan söz düşmüşkən, Xoşqədəm xanım adıdır. Nə yaxşı bu adı sizə qoyublar?
- Sizə deyim ki, adın insan taleyində rolu çox böyükdür. Mənə deyirlər, mən çox şanslı adamam. Şanslı adam deyiləm, əksinə, aldansam da, insanlara inanıram. Küsülü qala bilmirəm. Təqsirkar olmasam da gedib qarşı tərəflə rahat barışa bilirəm. Düşünürəm ki, insan ömrü nədir? Heç nə. O ki qaldı adıma. Anam boylu olanda, atamı tutmuşdular. Atam dedi ki, qızım da olsa, oğlum da olsa adını Xoşqədəm qoyacam. Mən dünyaya gəldim, atam həbsxanadan çıxdı. Qədəmlərim uğurlu olub. Adımı Xoşqədəm qoyub.
Əslində, atanız şansla şanssızlıq arasında qalan insan olub.
- Elə də demək olar. Həm quldur deyirdilər, həm də hörmət edirdilər. Mən də özümü şanslı insam hesab edirəm. İstənilən insanla istənilən mövzuda danışa bilərəm. İstər siyasət olsun, istər tarix, istər fəlsəfə olsun. Rəhmətlik Heydər Əliyev özü deyib, Xoşqədəm bizim demokratiyamızdır. Lətifələrim çıxanda bir nəfər qayıdıb demirdi ki, niyə belə yazmısan? Lətifələrimdə özünü oxuyan adam da gülürdü. Həmişə istiqanlı olmaq lazımdır. Həyat mənə bunu öyrətdi.
Atanızın keçmişinə görə sizə ticarətdə mane yaradanlar olub? Misal üçün, öldürdüya adamların ailəsindən...
- Atam yaşamağa düşmən saxlamadı. Qabağı görən adamıydı. İmkan verməzdi kimsə onun ailəsindən qisas alsın. Hər şeyi ölçüb-biçirdi. Həmişə deyirdi ki, Xoşqədəm, nabədə həyatda xain olasan, nabədə xəyanət edəsən. Yerdən milyon tapsan da, yiyəsini axtar, mərdimazarlıq eləmə, ev yıxma. Həmişə sözün düzünü danış.
Xoşqədəm bəy, elə bir məqam olubmu, atanızdan utanmısız. "Kaş bu adam mənim atam olmazdı" demisiz? Bura qədər söhbətimiz səmimi alınıb. İndi də səmimi cavab gözləyirəm.
- Hə, olub. Çox utanmışam. Atamı tanıyana qədər həmişə ondan utanmışam.
Tanıdıqdan sonra fəxr eləmisiz?
- Fəxr eləmişəm. Necə kişinin oğlu olduğum sonradan çatdı mənə.
Atanızdan utandığınızı özünə demisiz?
- Atamla səmimi olmuşuq, amma heç vaxt üzünə utandığımı deməmişəm.
Bir məqam da maraqlıdır mənə. "Arxadan vurulan zərbə" filmində Cəbrayıl rolunu oynayan Yusif Vəliyev atanızın obrazını yaratmaq üçün atanızın hərəkətlərini müşahidə edib, amma rejissor Arif Babayev atanızla tanış olmayıb.
- Bilmirdi axı. Elçin də bilmirdi atam var, ya yox. Elçin atamla bağlı məlumatları DİN- dən götürmüşdü.
Atanızın şəkillərinə baxıram, yaraşıqlı kişi olub. Baxan deməz, qaçaq həyatı yaşayan adam budur.
- Atam səliqəli geyinən, özünə baxan kişi olub.
Bir cavan soruşdu, qoca pirandan,
Dünyaya bələdsən, dünya necədir?
Qoca gülümsəyib, dedi: ey cavan,
Necə yaşayırsan, bax eləcədir.
Hər şey bu qədər sadədir. Dünyaya yaşadığın ömrə görə baxacaqsan. Yaşa dolduqca, adam ahıllaşır, demirəm ağıllanır, ahıllaşır.
Şəxsi suallar verməsəm, söhbətimizin dadı-duzu olmaz. Həyatınızda sevgilərinizin sayı çox olub?
- O qədər.
"İndiki cavanlar sevmir" düşüncəsi sizdə də var?
- Sevə bilmirsiz də.
Yaxşı, niyə sevə bilmirik?
- Məhəbbət bir dindir. Zahirən yox, ruhla sevmək lazımdır. Ona görə də sevə bilmirsiniz.
Yaxşı, siz deyən olsun. Onsuzda heç kim özündən sonra gələn nəslin sevgisinə inanmır. Özünüzü xoşbəxt kişi hesab edirsiz?
- Yox. Həmişə bunu etiraf eləmişəm və bu etirafıma görə də həmişə məni qınayıblar ki, naşükür adamsan. Hər şeyin var: ailən, övladların, işin-gücün. Niyə razı deyilsən həyatından? Deyirəm, razıyam. Sadəcə, məhəbbət istəyirəm. Bu qədər var-dövlətin içində bir balaca məhəbbətim olaydı. Ailəmin məhəbbəti mənə azlıq edirdi. Böyük məhəbbətin arzusunda olmuşam. Çox adam məhəbbəti dərk eləmir.
- Dediklərinizdən gəldiyim nəticə bu oldu ki, siz həm də sevə-sevə ayrılmısız.
- Təəssüf!
Deyirlər, böyük insan odur ki, sevərək ayrılmağı bacarsın.
- Bacarsın deyəndə ki, nə məndən asılı oldu, nə də ondan. Mən də gücsüz oldum, o da gücsüz. Nə o deyə bildi, ata-ana, mən bu oğlanı sevirəm, nə də mən sevdiyimi dilə gətirə bildim. Sonra görüşdük. Nə o mənim üzümə baxa bildi, nə mən onun üzünə. Bir-birimizdən utandıq. Həyat!...
Ahıl yaşınızda rastlaşdınızmı?
(Xoşqədəm bəy sualıma bir qədər susdu, kövrəldi)
Dünən gördüm mən ilk yarı.
Mən qocalmış, o isə qarı,
Bir-birimizə baxdıq...baxdıq...
Bir-birinin qəlbin yıxdıq.
Danışmadıq, olduq lal,
Danışdı xoş, şirin xəyal.
Söhbətləşdi: Şəfaqət Cavanşir
Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024