"75"-İN YAZI - 75 MİN YAZI
Uşaqlıq çağlarında istər - istəməz böyüklərin hər halına, hər sözünə diqqət edib, hər kəsin sənə göstərdiyi münasibətin məğzini təhlil edərək, müəyyən qənaətlərə gəlməli olursan.
Bəzən qohumlarımız, o cümlədən xalalarım, əmilərimin, dayılarımın yoldaşları bizə yığışar, ya əriştə kəsmək üçün, ya nehrə çalxamaq üçün və yaxud kətə bişirmək üçün bir-birilərinə köməklik göstərərdilər. Onların söhbətləri mənim üçün maraqlı olduğundan yanlarından uzaqlaşmazdım. Arabir onlara söz də verirdim ki, yekələndə diş həkimi olub hamınızın dişlərini qızıldan düzəldəcəm. Göyçənin təbiətindən gələn nə məsum, nə saf hisslər yaranardı adamda!... İndi o günləri xatırladıqca heç nəyi əvvəlki kimi görmək olmur!
Gördüyüm və eşitdiyim məsələlərdən biri də bu idi ki, anam və xalalarım dayılarımın başına and içərdilər, yaxud da “Əsəd dayımın urfu haqqı” deyərdilər. Mən isə hələ bu insanları tanımadığımdan, kim olduqlarını anlaya bilmirdim. Bir gün onlardan soruşdum: “Sizin neçə dayınız var? ”Dayılarını bir-bir saydılar və bu sıranın içərisində "Tayyar dayı" ismi də var idi. Bu ad mənim yadımda qaldı. Rəhmətliyi ilk dəfə görəndə mənim 3 yaşım olardı. Anamla səhər tezdən malı nobata yola salıb qayıdırdım, yağış da yağırdı. Anamın ətəyindən bərk yapışmışdım, paltarım islaq idi, həm də üşüyürdüm. Gördüm ki, qarşıdan bir kişi gəlir. Ağıryana yerişlə gəlib bizə çatanda, üzünü mənə tutub, gülümsəyərək dedi ki, sən də Tamaşanın xırdasısanmı?
Anamdan soruşdum ki, ana, bu kişi kimdir? Bildirdi ki, Tayyar dayımdı.
Bu ad mənə tanış idi, əvvəlcədən eşitmişdim. Üstəgəl bu insanın Qədir adlı bir oğlunun da olduğunu, özü də qulluqda olduğunu eşitmişdim. O zamanlar insani duyğyular belə idi ki, qohum kimi adını eşitdiyin hər kəsi gördükdə min ilin tanışı, doğması kimi görüşürdün.
Artıq mən məktəbə gedirdim. Tam səmimi yazacam. Dəyərli oxucular düzgün dəyərləndirsinlər. “Qədir məktəbə gedir” şeirini keçmişdik.
Orada bir misra var: ”Kağızdan da ağ olur köynəyinin yaxası. ”Qədir müəllimi ilk dəfə görəndə, onun geyiminin kübar və çox səliqəli olması, qalstukunu ciddi bağlanması və simmetrikliyi, ağ köynəyinin qar kimi parlaqlığı, kağızdan da ağ olması diqqətimi çəkdi, bu şeir sanki elə bu adama həsr olunubmuş kimi düşündüm. O, məktəbə getmirdi axı, deməli, ona uşaqlığında ithaf olunmuş bir şeirdi deyə, ozüm-özümlə danışıram. O zaman kübar görkəmli, rəsmi geyimli, özü də hörmətli Qədir müəllimin səliqəsi ilə geyinən adamlar az-az idi. Əhalinin əksər hissəsi sadə və təsərrüfat adamı olduğundan, bir çox hallarda da kasıblıq içərisində yaşadığından, hamı “təzə qəstum”unu toy paltarı kim saxlayırdı. Amma hörmətli Qədir müəllim ilin hər günü toy paltarlarından da səliqəli və zövqlü geyinərdi. Bu arada onu da qeyd edim ki, hər bir kişinin geyim mədəniyyətində onun xanımının mühüm rolu danılmazdır. Çox ehtiramla yad edirəm ki, hörmətli Qədir müəllimin xanımı rəhmətlik Ofelya xanım da daim xanım kimi öz yerində qalaraq həyat yoldaşının layiq olduğu yeri dəqiq müəyyənləşdirən xanım idi. Onun belə bir xasiyyətə malik olmasının təsiri ictimai mühitdə özünü aydın göstərirdi.
Bəli, hörmətli Qədir müəllim rəsmi adam kimi uşaq qəlbimdə böyük yerə sahib olan bir şəxsiyyət nümunəsi formalaşdırmışdı. O, gənclik dövrlərindən regionda və respublikada tanınan və sayılıb seçilən, ermənilərin hər felinə qalib gələrək, gerçək türklüyünü ortaya qoyan bir şəxsiyyətlərimizdəndir. O vaxtlar qəzetdə jurnalist işləmək, həmçinin redaksiyada məsul vəzifədə olmaq, indiki zəmanədəki bir çox yüksək vəzifələrdən də hörmətli idi. Hamı sayırdı, çəkinirdi, hörmətli şəxs kimi qarşılayırdı. Səlahiyyətdən də çox, insanın zəhmi, sözübütövlüyü, sözü ilə əməli bir-birinin üstünə düşməsi insana hörmət gətirər, kişini söz sahibi edər.
İti qələm, dərin hafizə, geniş təfəkkür, pozulmaz zehn sahibi olan, yazdıqları kitabxanaların rəflərini bəzəyən, istedalı, professional bir yazardan nəsə yazmaq, özü də “şir ürəyi yemək” kimi bir şey olsa da, iç dünyamdan gələn, qeyrət və əzəmət qarşısında susqunlaşan səslər bu yazını yazmağıma böyük vəsilə və dəstək oldu.
Hörmətli Qədir Aslan Göyçə mahalının Nərimanlı kəndində 1944 cü ilin may ayının 14 də anadan olmuşdur. Böyük Vətən Müharibəsinin ən amansız zamanlarında, təbiət Göyçənin bu gözəl yaz ayında insanlara verdiyi təsəllinin üstünə, hörmətli Qədir müəllimin də dünyaya gəlişi kimi ənamı da əta elədi. May ayında Göyçə ayrı cürə bəzənməyə başlayırdı. Sular ayrı cürə səslərlə hay-haray salardı, bulaqlar çağlayardı, şəffaf sular qışın soyuqluğunu torpağın canından çıxarardı. Bu sadaladığım füsunkar təbiət gözəlliyi hörmətli Qədir müəllimin may ayında dünyaya gəlişi ilə onun ruhuna çökmüşdür. Müharibənin amansız xəbərləri əziz anası Zümrüd xanımın qəlbinə intizar, qayğıkeşlik, fədakarlıq, nisgil, nərahatçılıq kimi meyarlarla gətirdiyi rüzgarlar Qədir müəllimin də təbiətində əsir. O, bütün dost-qohumları, milliyəti, xalqı, eli, zürriyyəti üçün intizar hisssindən uzaqlaşmayan bir adamdır.
Böyüdüyü Göyçə mühiti, doğulduğu müqəddəs yurdun saf abı-havası, zəngin təbiəti, bakir nəfəsli küləkləri, torpaq altında mehribanlıqla dolu olan bir çağlarlıqla qaynayan büllur bulaqlarının danışdığı bütün hikmətlər möhtərəm Qədir Aslanın varlığına hopmuşdur.
Saz musiqisinin bir fəlsəfəsi vardır. Həmrəylik, həmdərdlik, qayğıkeşlik, mehribanlıq, təsəlli kimi fəlsəfi kateqoriyaları yaşadar ulu sazımız. Sazın köksündə nələr varsa hamsı olduğu kimi hörmətli Qədir müəllimin köksünə transfer olmuşdur. O, çox mehriban, dərdbilən, harayayetən, istiqanlı, kimsənin qəlbinə dəyməyən, yaralı qəlblərə təsəlli olan bir insandır.
Qədir müəllim sözə vurğun oldu, söz yazdı, sözün möhtəbərliyini, cənablığını uca tutdu, sözləri ilə də ucaldı. Çünki onun söz xəzinəsinin zirehi Miskin Abdaldan, Ağ Aşıq Allahverdidən, Aşıq Alıdan, Aşıq Ələsgərdən, şair Məmmədhüseyndən gələn mənbələrlə quruldu. Usta Abdulladan, Mirzə Bəylərdən, Növrəs İmandan, Bəhman Qarayevdən, Həsən Xəyallıdan, Musadan, Qurbandan, Məhərrəmdən, Niftalıdan, Kazımdan bəhrələndi. Neçə- neçə söz sərraflarından ilham aldı. Sözü söz kimi tutdu və söz də öz gücü ilə hörmətli Qədir müəllimə uca məqam yolunda dayaq oldu.
Bu məqamın mənbəyi hörmətli Qədir müəllimin elm üçün ilk qədəm basdığı Nərimanlı məktəbindən başlayır. Belə bir güclü məktəbin məzunu olmaq onun qəlbində parlaq sabahlara yol açan böyük arzular oyatdı. Daxili potensialının gücü ilə məktəbi bitirdikdən sonra Bakı şəhərinə üz tutdu. Şəhər həyatına çox alışqan olmasa da, onun dünyagörüşü, çevikliyi, “Baleyli” olmağı, elmi potensialı Azərbaycan Dövlət Universitetinin qapısına tərəf istiqamətləndirir.
Budur, Azərbaycan Dövlət Universiteti!!!
Hörmətli Qədir Aslan həmin Universitetə həyəcanla baxaraq, onun qarşısında indiyədək buraya qəbul olmağın həsrətini çəkdiyi hisslərlə həyəcanlı dayanıb. Onun kövrək təblə bu instituta sənəd vermək üçün daxil olması, institutun içərisinən gələn fərqli bir qoxu, insanların qaynaşması daxili duyğularını bir qədər də üstələyir. Sevib, seçdiyi sənətə sahib olmaq üçün sənədlərini təqdim edir. İmtahanları müvəffəq şəkildə verərək, böyük uğurla “Jurnalistika” fakültəsinə qəbul olur. Onun sabahki günlərdə xoş sədalarla adının çəkilməsinin, hörmətinin, izzətinin təməlini formalaşdıran tələbəlik həyatı əla münasibətlərlə, əla qiymətlərlə zənginləşməyə başlayır. İnstitutu bitirdikdən sonra harada işləyəcəyi arzuları elə bu institutun qoynunda pərvazlanmağa başlayır. Universitetin doğma mühitində formalaşan fundamental elmi-ictimai imkanları ona hər bir yerdə işləmək üçün stimul olsa da Qədir Aslan məhz qoynunda dünyaya göz açdığı, vurğunu olduğu Göyçə mahalına yön alaraq, elinin-obasının içərisində yaşayıb işləməyə üstünlük verir .
İlk olaraq rayon mərkəzində komsomol təşkilat şöbəsinin müdiri kimi əmək fəaliyyətinə başalayan Qədir Aslan sonra, “Vardenis “ (“Bolluq uğurunda” )qəzetində 20 il müxtəlif vəzifələrdə, o cümlədən məsul katib işlədi. O dövrün ideologiyasını tərənnüm edən kəsərli yazıları, geniş oxucu kütləsinə qısa zamanda tanıtdırdı Qədir müəllimi. Məqalələrinin hamısı sevilərək oxunurdu, çünki toxunduğu mövzular axıcı bir ilhamla yazılardı. Elə indi də belədir. Qədir müəllimin oçerkləri, felyetonları, silsilə yazıları “Sovet Ermənistanı” qəzetində də geniş yer almışdı. Professional jurnalist kimi onu qısa zaman ərzində SSRİ Jurnalistlər İttifaqına üzv qəbul etdilər. Nüfuz, hörmət, izzət, sahibi olduğundan sözü də keçirdi və müsəlmanlara çox köməklik edirdi. Rayon qəzetində düz 1988 ci ilə qədər işlədi.
1988 ci ilin payızı ürəkləri donduran, yeri-göyü oynadan fəlakətlə, acı yellərlə gəldi Göyçəyə.
El yerindən oynadı, yurd dağıldı, viran qaldı, hamı canını qurtarmaq üçün erməni cəlladlarının əlindən qaçaq düşdü . Elin-obanın sevimlisi Qədir müəllim də canı qədər sevdiyi doğma yerindən, obasından ayrı düşdü. Həmin dövrün hakim qərarı ilə Bakı şəhərində məskunlaşmalı oldu.
Bu dövrdən Qədir Aslan yaradıcılığında qəm-qüssə, sitəm, intizar, xiffətlə dolu yazılar boy göstərməyə başladı. Pərişanlıqla dolu olan yazıları elinin, obasının, millətinin, xalqının düşdüyü bəlaların carçısına çevrildi. Yazıları ilə söz meydanının nisgil, qisas dolu hisslərlə döyüşən komandanına çevrildi. Vətən üçün canlarından keçən cəsur, mərd oğul və qızlarımızın həyat yolunu örnək olaraq üzə çıxardı, qazilərimizin fədakarlıqlarını işıqlandırdı.
Redaksiyada əzmkarlıqla işləməsi, püxtələşdiyi sənət mühiti Qədir müəllimi özündən ayrı buraxmadı. O, “İşıq “nəşriyyatının redaktoru kimi əmək fəaliyyətini davam etdirdi. Bu dövrdə milli ruha köklənmiş bir neçə kitab müəllifi kimi əsərlərinin sayını artırmağa başladı. Bir zamanlar informasiya blokadasında yaşayan Azərbaycanımızın Qarabağ və tarixi gerçəkliklərini üzə çıxarmaq, yaymaq kimi mühüm işlər, məhz Qədir müəllimin qələmindən süzülərək işıq üzü görməyə başlayırdı. Bu dövrlərdə və elə indiki dövrdə də jurnalistlərin əməyi elm və siyasət xadimlərinin işlərinə böyük istinadlar kimi səciyyələnmişdir.
Dağlıq Qarabağda ermənilərin mənfur əməlləri başlayandan sonra, Qədir müəllimin qəlbində bu mövzu həssas bir məsələ kimi baş qaldırır. Qarabağın dilbər guşələrini oba–oba, oymaq-oymaq gəzib dolaşır, burada yerli əhali arasında təbliğat, təşviqatla məşğul olur, milli-mədəni tarixi dəyərlərimizi işıqlandırmağa başlayır. Qarabağ müharibəsi başlayandan sonra o, bir başa cəbhə xəttinə üz tutaraq, ən qaynar nöqtələrdə mərdliklə döyüşən cəsur əsgərlərimizdən reportajlar hazırlayaraq, milli döyüş ruhunun yüksəlməsinə səbəb olan yazıları ilə ən öndə gedən jurnalist kimi əmək fəaliyyətini davam etdirir. O, cəbhələrdə dolaşaraq gərgin döyüş əməliyyatlarının bilavasitə içərisindən topladığı materiallarla zəngin olan, qeyrətli vətən övladları haqqında yazılar hazırlayır, oçerklər kitabı nəşr etdirir, həm qəhrəmanlarımızı tanıdır, həm də yetişməkdə olan nəslimizin qəhrəmanlıq ruhunda böyüməsinə zəmin yaradan ictimai-tərbiyəvi məqsədlərə xidmət edirdi.
2001 ci ildən bəri Qədir Aslan “Respublika” qəzetiylə əməkdaşlıq edir. Onun jurnalistika sahəsində uzun illərdir fəaliyyət göstərməsi sayəsində əldə etmiş olduğu yüksək professionallıq, ustadlıq Qədir müəllimin imzası ilə gedən yazıları oxucu kütləsinə sevilərək oxunan, şirin ləhcəli, qaynar nəfəsli məqalələr kimi təqdim etməkdədir.
Qədir müəllim diaspor təşkilatlarımızın fəaliyyəti ilə də bağlı çox səmərəli işlər görür. Yer kürəsinin hər yanında fəaliyyət göstərən diasporlarımızın bir-birinə inteqrasiya etməsində, qarşılıqlı informasiya mübadiləsində, tanışlıq-təbliğat kimi əlaqələr müstəvisində onun qələmindən çıxan fikirlər əsas mövzu kimi göz önünə gəlir.
Milli kimliyimizin tarixi qədim olan qaynaqlardan gəlməsini ifadə edən və zənginliyi milli təfəkkürümüzün formalaşmasına xidmət edən saysız-hesabsız yazıların müəllidfidir Qədir Aslan.
Dövlətçilik ənənələrimizin müqəddəs şəkildə qorunması, Azərbaycanın qüdrətlənməsi, dövlətçilik ənənələrinə sədaqət mövzularından qaynaqlanan çox dəyərli əsərlərin, sevilərək oxunan məqalələrin müəllifi olmaq, onu oxucu kütləsinə yolunu daim gözlədiyi yazar kimi sevdirir Qədir müəllimi.
Bakıda keçirilən Dünya azərbaycanlılarının qurultaylarının iştirakçısı olan Qədir Aslan qurultay proqramında qoyulan prioritet məsələləri dünyanın dörd yanında yaşayan soydaşlarımız üçün əsas materiala çevirərək stolüstü vəsait formasına salmışdır. Bu sahədə olan xidmətləri vətənpərvəlik məfkurəsinə verdiyi böyük tövhələrin canlanmasıyla bağlıdır. O, zəngin təcrübəyə malik olduğundan “Respublika” qəzetinin diasporlarla iş şöbəsi ona həvalə edilir. Bu sahədə böyük işlər görən Qədir Aslan bütün diaspor strukturlarımızın dərin hörmət etdiyi bir ağsaqqal kimi rəğbətlə qarşılanır. Bir çox ölkələrdə həmin ölkə azərbaycanlıları konqresinin diplomlarına layiq görülmüşdür.
Sözün şahanəliyini yaşayan və yaşadan hörmətli Qədir müəllim öz sözünün daşqınlığı ilə şirin söhbət sahibi kimi bütün məclislərdə, toplantılarda rəğbətə layiq şəxsiyyət yerində qəbul edilir.
Qədir Aslan müxtəlif illərdə Ukrayna, Belorus, Moldova, Özbəkistan azərbaycanlıları konqresinin təltiflərinə layiq görülmüşdür.
Onun şirin qələmi ilə yazılan bir neçə kitablar aidiyyatı üzrə hər yerə paylanmışdır. “Göyçə şəhidləri” kitabında Göyçə mahalında böyüyüb, boya- başa çatan el övladlarımızın bir çoxunun həyat yolları, döyüş yolları, şəhidlik zirvəsinə aparan yolları haqda müfəssəl , sevgi və kövrəkliklə oxunan bir çox materiallar öz əksini tapmışdır.
“Goranboy qartalları” kitabında ağır döyüş dönəmlərində qəhrəman Goranboy batalyonunun gördüyü qəhrəmanlıqla dolu olan çox saylı işlər barədə mövzular yer almışdır.
Bunlardan başqa Qədir Aslan ”Borçalının qəhrəman oğlu”, ”XX əsrin Koroğlusu”, “Səbailin şahin oğulları”, ”Oğuz yurdunun milli qəhrəmanları” kimi sevilən kitabların da müəllifidir. Adlarından göründüyü kimi Qədir Aslan yaradıcılığında əsasən igidliyə, kişiliyə, vətənə sədaqətə, azmanlığa, ərənliyə səsləyən mövzular yer almışdır. Qeyrətli vətən övladlarının həyat mövqeyi nümunə kim ortaya qoyularaq, tanıdılmışdır. Fəxr olunası kimlərimiz varsa, hamsına rəğbət və hörmət motivlərində mənalar yer almışdır.
Qədir müəllimin ”Dünya azərbaycanlıları” kitabı dünyanın Azərbaycan oğullarının elminə, məfkurəsinə qüdrətinə həm ehtiyacından danışır, həm də dünyanın azərbaycanlıların bu qədər qüdrətli xalq olmasından nərahat olmasına ehkam vurur. ”Sınıq körpüdən cəbhə bölgələrinə “ kitabı nəşrə hazırlanır ki, bu kitabında cəbhəyə vurğunluğun nədəni, mahiyyəti ortaya qoyulur. Əlbəttə heç kim müharibə istəməz. Amma vətən torpağının istilasından, işğalından söhbət gedirsə, müharibə də, cəbhə də vurğunluq istəyir, bu halda müharibədən qorxmursan, istiqlaliyyətinin bərpası üçün müharibəni sevmək zərurəti ilə üz-üzə qalırsan. Bu mənada Qədir müəllim bu kitabda böyük dəyərlər aşılayan fikirləri ilə gəlir oxucu görüşünə.
Qədir Aslan el ağsaqqalı kimi hər kəsin hörmət göstərdiyi bir şəxsiyyətdir. Onun gözəl övladlar tərbiyələndirmək məharətindən cəmiyyətimiz bu gün müxtəlif sahələrdə bəhrələnməkdədir. Ləyaqəti ilə seçilən 4 övladı, 12 nəvəsi və nəticəsi Qədir müəllimin ömür səltənətinin bəzəyidir.
Qədir müəllim iradəli, dözümlü, sirr saxlayan, hamının qayğısı ilə maraqlanıb, öz qayğısını heç kimə yük etməyən ruzili, hörmətli bir adamdır.
Önun mərhumə həyat yoldaşı Ofeliya xanıma sonsuz sevgisi, ehtiramı o qədərdir ki, Ofeliya xanımın həyatı əbədiyyətə qovuşduqdan sonra, Qədir müəllim Ofeliya xanıma layiq olan sevgisini başqa birisinə təqdim etmək belə haqda düşünmədi. Ofeliyanın yerini kimsə ödəməyəcək düşüncəsiylə o vaxtdan bəri həyatını məğrur şəkildə övladlarının əhatəsinə şərəflə davam etdirir.
Qədir müəllimin böyük oğlu-Namiq Asanov da gözəl qələm sahibi, yaxşı qohum, ictimai mühitdə bəlli bir çəkisi olan gözəl dostdur.
İkinci oğlu - Bakir Aslanov Polis zabiti kimi dövlətçilik ənənlərimizə sədaqətini lazımınca yerinə yetirən bir dəyərli vətəndaşdır, dövlətə möhkəm bağlı adamdır.
Üçüncü oğlu - Möhsüm Qədir oğlu bu yazının müəllifinin, elin-obanın, azərbaycançılığa bağlı olan hər kəsin dostu, qardaşıdır, Qədir müəllimin davamçısı, peşəkar telejurnalistdir.
Qədir müəllimin əziz qızı - gözəlliklə zahiri və batini dolu olan- Esmira Aslanova bu yazının müəllifinin sinif yoldaşı, bacı qədər doğma bildiyi qohumu, insanlıq meyarlarını insan kimi duyan bütün ürəklərin dostu, sonsuz sevgilərə layiq bir xanımdır. O da uzun müddət “Lider” televiziyasının Ukrayna və Şərqi Avrpoa ölkələri üzrə müxbiri işləmişdir.
Hörmətli Qədir müəllim gəlinlərinə də qızı kimi münasibət göstərən bir ağsaqqaldır. Fəqət, onun yanında olan həm qız, həm də gəlin münasibətilə qaynatasını sevərək, qulluğunda duran Ülviyyə xanımı xüsusi vurğulamaq istəyirəm.
Jurnalistika tariximizdə adı şərəf və ləyaqətlə anılan Qədir Aslan bu dəqiqə ömrünün 80-ci illərinin astanasında müdrikliklə yaşayır. Xalq Şairimiz hörmətli Bəxtiyar Vahabzadənin təbincə desək;
...Ömrü az olsa da qartal enmədi,
Dedi zirvələrdə öz oylağım var.
Ömrün azlığından gileylənmədi,
Ömrü insan kimi başa vuranlar.
Ömrün neçə yaşda olması bizdən asılı deyil, amma necə yaşanması bizdən asılıdır. Ömrünü qartallar kimi zirvələrdə yaşayan Qədir Aslan ömrünüz uzun olsun, Gözəl İnsan!
75 iliniz ömürə yazıldı bu rəqəmin üç olmasını arzulayıram. Çünki Sizin ömrünüzün uzun olmasına hamımızın ehtiyacımız var.
Qədir Aslan 10 dan çox kitabın, çoxsaylı oçerk məqalələrin müəllifidir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar Jurnalist” adına layiq görülmüşdür, “Qızıl qələm” mükafatı laureatıdır.
Bu yaxınlarda hörmətli Qədir Aslan Ukrayna Azərbaycan dövlətlərarası informasiya dəstəyinə göstərdiyi köməkliklərə görə Sumu Vilayətinin Deputatlar Şurasının ən yüksək mükafatına layiq görülmüşdür.
Göründüyü kimi hörmətli Qədir müəllim Azərbaycanın hüdudlarından kənarda da dövlət strategiyasını jurnalistika sahəsində təbliğ edən görkəmli şəxsiyyət kimi tanınır və qəbul edilərək mükafatlandırılır.
O, Ukraynada diasporumuzun səmərəli fəaliyyətinə həsr etdiyi bir neçə oçerk və məqalələrinə görə “Qızıl Fartuna Beynəlxalq Reytinq Akademiyası”nın 2-ci dərəcəli Əmək Ordeninə layiq görülüb.
Ukrayna Millətlər Assambleyası və Ukrayna Azərbaycanlıları konqresi Qədir Aslanın yaradıcılığını yüksək qiymətləndirərək onu “Qızıl Buta” mükafatı ilə təltif edib.
Qədir Aslan Ukrayna Gəclər birliyinin təsis etdiyi ”Qızıl Pero” nominasiyası ilə mükafatlandırılmışdır.
Bu gün Milli Mətbuatın yaranması günüdür!
Peşə bayramınız mübarək olsun!
Hacı Abbas Bağırov
Həkim -Provizor,
Tibb üzrə fələsəfə doktoru
Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.202460 YAŞIN MÜBARƏK!
15.01.2024AŞIQ İSLAM YUSİFOV
(1893-1968)