ƏLİBALA HACIZADƏ: HEÇ NƏ ƏZİZ DEYİL XATİRƏN QƏDƏR

16:08 / 24.07.2019
Baxılıb: 4484

Səndən yazmaq çox çətindi, bilirəm. Ona görə də yazıma elə sənin öz sözlərinlə başlayıram ki, özümdə təpər tapıb qəlbimdəki nisgilimi kağıza köçürə bilim.

Əlibala Hacızadə: “Ədəbiyyat aləmi müqəddəs bir aləmdir və əbədiyyət adlı bir dünyaya uzanan bir çox yolların ən gözəli, şirini və əzablısıdı. Mən ömrümün böyük bir hissəsini burada – müqəddəs saydığım bu dünyanın içində yaşamışam. Onun paklğını, müqəddəsliyini bildiyim üçün, o aləmin qapısı ağzında ayaqqabılarımı təmizləyib içəri girmişəm, bilmişəm ki, o saf, şəffaf dəniz kimi, natəmiz şeyləri qəbul etmir, silkinib-çırpınıb gec-tez sahilə atır.

Mən nə az, nə çox, düz 50 ildi ki, bu aləmdəyəm. Gəlişim səssiz-küysüz olub, burada yaşadığım o 50 il də səsdən-küydən, münaqişə, çəkişmə-didişmələrdən uzaq olub”...

Bəli, Əlibala Hacızadə müqəddəs dünyada belə bir ömür yaşadı. O, əməlləri ilə Allahın hüzuruna alnıaçıq çıxdı, behiştin qapıları onun üzünə taybatay açıldı... O əbədi dünyanın cənnəti, cəhənnəmi də bax, elə, bu dünyada qazanılır. Cənnət qapısından girmək üçün gərək sən əməllərinlə, səxavətinlə, daxili gözəllik və paklığınla, xeyirxahlığınla, Allaha inamınla, imanınla... elə bir zirvəyə çatasan ki, o dünyada sorğu-sualın da asan, əbədi mənzilin də rahat olsun!

Həyatda uğurla qazanılan hər şey halallıqdan başlayır. Əgər sən halal süd əmmisənsə, elə halal çörək də yeyəcəksən. Təbii ki, halal çörək qazananların həyat yolu o qədər də hamar olmur.  Amma buna baxmayaraq, halallıqla yaşayanların səxavəti böyük, imanı kamil, vicdanı pak olur nə qədər əzab çəksələr belə. Bu insanlar yaşadıqca  kimsəyə zərər verməz, əksinə, kim onlarla yoldaşlıq edərsə, halallığa qarışar, Tanrı bəndəçiliyin yolun tapar. Bu dünyanın insanlarına şər yapışmaz. Çünki bu əsl SÖZ dünyasıdır, duyğu dünyasıdır, bu Ruhun İlahiyə qovuşduğu dünyadır. Bu, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Bəxtiyar Vahabzadə və bunlardan əvvəlki, sonrakı azman kişilərin yaşadıqları müddətdə yaratdıqlarını İnsanlığa ərməğan etdikləri söz dünyasıdır. Bu dünyada Əlibala müəllimin yeri daha özəldir...  Bu Tanrı bəndələrinin öz aləmi var. Bu aləmdə yalnız rənglərin, duyğuların səsi eşidilər. Bu aləm mənəvi qida mənbəyinin beşiyidir, ruhun pak zirvəsidir. Zəngin düşüncələr, ilahi deyimlər burada cücərir, kök atır. Allahla bəndənin yaxınlığı buradan başlayır. Bu aləmdə çeşmələrin zümzüməsi ruhlara layla çalır, yarpaqların pıçıltısı dərdlərin üstünə yorğan kimi sərilir, otların gözündən süzülən şeh həsrəti daldalayır, insan susur, bulud ağlayır, buludun göz yaşları daşın, torpağın sinəsinə səpələnərək torpağı dinclik evində rahatlayır... Gecələr ay işığı bu aləmdə bənd alır, günəş dan üzü göz qapaqlarını bu aləmdə qaldırıb ətrafı nura qərq edir. Buradakı bəndələrin sözlərini mələklər Tanrıya çatdırır, Tanrı onların pıçıltılarını eşidir. Bəndələrin səsi Allaha yetişəndə uca Rəbbimiz bu ağır və şərəfli yolda öz bəndələrinə dözüm, səbr verərək onları nurla, sözlə, bir də zamanı yetişəndə behiştlə mükafatlandırır. Axı, bu aləmin insanları təkcə öz talelərinə yazılan ömür payını yaşamırlar. Neçə-neçə insan ömrünün ağrı-acısını, sevincini, xoşbəxtliyini, faciəsini, nisgilini də öz ömürlərinə qatıb yaşayırlar. Bu aləmin bəndələri digərlərindən fərqli olaraq sanki dünyanın bütün dərdlərini çiyinlərində daşıyaraq başqa bir ömür sürürlər...

Bu aləmdə fəsillər dəyişir, insanlar dəyişmir, çünki onlar pak ruhun işığında yol gedirlər. Bu aləmdə yeni-yeni sözlər doğulur. Allaha aşiqlik bu bəndələri sözün aşiqinə, vətənin aşiqinə, torpağın, yurdun, insanlığın, imanın, inamın aşiqinə bənd edir. Onlar məsuliyyətli öhdəliklərini vicdanla yerinə yetirməyə çalışır və digərlərini də Allahın yaratdığı nemətləri qorumağa, onlardan zövq almağa, vicdanlı olmağa, canlı-cansız hər bir şeyi sevməyə çağırırlar. Bunu bəzən qılınc kimi kəsərli, bəzən isə göz yaşı kimi kövrək sözlə anlatmalı olurlar. Bu dünyanın bəndələri behiştə hazırlanır. Belə insanlar bu dünyada qoyub getdikləri əməlləri ilə o dünyanın paklığına qovuşur, əbədiləşirlər. Elə Əlibala müəllim kimi...

Ömrün qürub çağı gəldin ömrümə,

Bilməm yuxudu bu, həqiqətdi bu.

Gözümə inanmaq istəmirəm heç,

Röyada gördüyüm səadətdi bu.

 

Göylərdən endinmi, səsinə qurban,

Sən necə zərifsən, necə mehriban,

Heç nə istəmirəm daha Tanrıdan,

Təşnəsi olduğum məhəbbətdi bu!

 

Fələk çox oyunlar açıb başıma,

Heç kim rəhm etməyib axan yaşıma,

Talemi çıxartdı səni qarşıma?

Səni bir xilaskar sanar ürəyim!

Mübaliğəsiz demək olar ki, Azərbaycanda Əlibala Hacızadə kimi populyar olan, sevilən, xüsusilə gənclər arasında kitabları əl-əl gəzən yazıçılar barmaqla sayılacaq qədər idi. Oxucu məhəbbəti isə yox yerdən yaranmır. Sənətkarı öz qələmini ürəyinin qanına batıraraq yazdığı, qəlblərə ərməğan etdiyi bədii lövhələr, canlı obrazlar saf düşüncələrlə qazanılır...

Hələ o vaxtlar, dünyamızın o dinc vaxtlarında sənin kitabların əl-əl gəzirdi, tapılmırdı. Azərbaycanın hər bir bölgəsində və eləcə də bizim kəndimizdə hamı sənin kitablarını sevərək oxuyurdu. O vaxtlar biz gənclərə elə gəlirdi ki, yazıçılar, şairlər həyatda ən xoşbəxt insanlardı... Amma ağlımıza belə gəlməzdi ki, dərdsiz-qəmsiz insandan nə yazıçı, nə də şair olar...

Mən onda orta məktəbdə oxuyurdum, daimi oxucularından biri də mən idim. O zamanlar ağlıma belə gəlməzdi ki, nə vaxtsa mən səninlə bir yerdə işləyəcəm, səninlə danışacam, söhbət edəcəm. Hətta sən mənim kitabımın redaktoru olacaqsan. Bu, öz aləmimdə qurduğum ən şirin, əlçatmaz, ünyetməz xəyallarım idi... Amma tale elə gətirdi ki, mən sənİ yaxından gördüm, tanıdım və (bu mənim xoşbəxtliyimin ilk addımı idi) sənə olan sevgim min qat artdı. Həyatda ən çox sevdiyim, inandığım, hər sözümü etibar etdiyim, güvəndiyim İnsan oldun, mənəvi dostum oldun. İllər keçdikcə dostluğumuz daha da möhkəmləndi...

Payız gəlir titrəyir

ağacların yarpaqları.

Saralan yarpaqların

Yanaqları xallanır...

Durnalar tək uzaqlara

uçub gedir arzularım,

xəyalların qanadında...

Mənim arzularım məndən çox-çox uzaqdadı. Daha doğrusu, mənim arzularım elə həmişə məndən uzaqda qalıb. Uzaqdan-uzağa həsrətlə baxmışam arzularıma. İndi isə heç nə arzulamıram, arzulamıram ona görə ki, yorulmuşam arzulamaqdan. Arzulamıram ona görə ki, bəlkə, bundan sonra arzularım məni arzulayar...

İndi sənsiz sənin gəzdiyin, addımını qoyduğun hər yeri qarış-qarış gəzirəm. Ayaqlarının izi qaldığı torpaqdan, küçədən, nəfəsinin hopduğu hər şeydən səni xəbər alıram. Bu payız günlərinin birində elə bilirəm ki, hardasa qarşıma çıxacaqsan...

Axı, ikimiz də payızı çox sevdik, payız gələn kimi vaxtı gözləməzdik tez-tez görüşüb dərdləşərdik. Akademiyanın bağındakı ağaclar da, əyləşdiyimiz stullar da sanki öyrəşmişdi bizə, bizim şirin söhbətimizə. Ətrafımızdan ötüb-keçən insanlar sanki fark etməzdilər bizi. Söhbətimiz bəzən elə uzanardı ki, havanın qaralmasından belə xəbər tutmazdıq...

Tale elə gətirdi ki, sən ikimizin də sevdiyimiz payızda bu dünyadan əbədi mənzilinə köç etdin. Dərdlərimi unutduğum payızıma yaman sərt qış gətirdin. 8 oktyabr, yadımdan çıxan ad günümdən iki gün əvvəl SƏNsiz qaldı bu həyat, bu dünyam. Təsəllimi şeirlərində tapmağa çalışdım:

Ömrümün bağında bir gül açılıb,

Xəzan ləçəyini yolsa, ölərəm.

Düşsə əyər qasırğaya, tufana,

Saralsa ölərəm, solsa, ölərəm.

 

Göz yaşımdan su içibdi o çiçək,

Ona neynər dəli tufan, sərt külək.

Vüsalından sərxoş olub bu ürək,

Aralıqda hicran olsa, ölərəm.

 

Ayrılığı gəl salmayaq heç yada,

Sevgimizdən uzaq olsun qan-qada.

Deyirlər, sevənlər ölmür dünyada,

Bir gün bu məhəbbət ölsə, ölərəm!

Bəzən mülayim səsinlə öz təmkininə məxsus söylədiyin belə gözəl şeirlər ruhumu göylərə pərvazlandırardı. Son vaxtlardakı görüşlərimizin birində daha təsirli bir şeir söyləmişdin.  Göz yaşlarımı görməmək üçün üzümü yana çevirmişdim. Elə həssas idin ki, səndən nəsə gizləmək olardı?! Bəlkə də sənin gözlərindən aram-aram axan göz yaşlarını görüb deməzdim:

Yenəmi kövrəltdim, yenəmi SƏNi, 

Doldu ürəyimə gözünün yaşı.

Bu dərd həm mənimdi, həm də sənindi,

Dənizə bax, ora axır sevgimizin göz yaşı...

O gün o qədər ağlamışdım ki... Elə bil ürəyimə dammışdı ki...

O gündən sonra görüşə bilmədik. Sən xəstələnmişdin. Bir neçə dəfə zəng elədim, sonra zəng eləyə bilmədim. Çünki başım qarışıq idi. Sinəmə qardaş dağı çəkilmişdi. Bir az başım aydınlanan kimi səndən xəbər tutmaq üçün evinizə zəng elədim, çox nigaran idim. Xəttin o biri başından oğlunuzun niskilli səsi, dediyi sözləri dinləyəndə bir anlığa nəfəs ala bilmədim. Dizlərimdə taqət qalmadı ayaqda dayanmağa. Məmməd Araz rəhmətə gedəndə də belə sarsılmışdım...

Fəqət indi SƏN yoxsan, sənsizəm, tənhayam, axı bilirdin ki, hər kəsə qaynayıb-qarışan deyiləm. Niyə məni sənsiz qoydun?! İndi ikimizin də sevdiyimiz ağacların başına dolanıram, amma könlünü ala bilmirəm, gözlərimin içinə elə baxırlar ki... Bir zamanlar sevgiylə toxunduğun, indi qəriblər sayağı boynunu bükən ağacların hər bir budağından səni xəbər alıram, başlarını qaldırıb üzümə baxmırlar... Damla-damla yarpağın ucundan süzülən göz yaşları gözümün yaşına qarışır. Budağından qopan yarpaqlar başıma toplaşır... Sənin bağışladığın gülləri bilsən necə əzizləyirəm; sarı-qırmızı, ağ, çəhrayı, bənövşəyi... Hər gülün ləçəyində min sözün, söhbətin var...Səssizliyin həsrətiylə ağlayan gözlərimdən düşən damlalar torpağın üzərində rəsmini yaradır sanki, mənə elə gəlir ki, oradan gözlərimin içinə baxırsan...Gör neçə vaxdır, sənin ay qızım, kəlməni eşitmirəm. Bu sözlərin ehtiyacını çəkə-çəkə yaşayıram. Yoxluğuna heç vaxt inanmamışam. Dəfələrlə ayaqlarım məni aparıb sənin iş otağına, AMEA-nın yeddinci mərtəbəsinə çıxarıb. Qapını ehmalca döyüb içəri girəndə stolunu boş görüb peşiman-peşiman geri qayıtmışam... Bilirsənmi, indi sənin səmimi söhbətinə, şirin səsinə necə ehtiyac duyuram?! Səni tapmaq üçün bəzən küçəyə belə necə çıxdığımın fərqinə varmıram. Başımı qaldırıb ətrafıma baxanda görürəm ki, gəzdiyimiz yerləri gəzirəm. Sənin səmimi baxışlarını görmək üçün adamların arasından, bəlkə, min dəfə keçirəm. Elə bilirəm sən adamların arasından çıxıb asta yerişinlə mənə yaxınlaşıb yenə deyəcəksən:

-Ay qızım, çoxmu gözlədin məni?

Mən də səni görüb sevindiyimdən gözlədiyim saatmı, dəqiqəmi olduğunu unudub yox, yox indi gəlmişəm, deyəcəyəm...

İndi isə ruhun payız küləyinin qanadlarında şahə qalxıb. Adamlar gəlir keçir, hava qaralır, payız küləyi, payız çiskini başlayır. Sənsə gəlib çıxmırsan. Gedəcəyim avtobusları bir-bir yola salıb ora-bura boylanıram. Uzaqdan, yaxından gözlərimə düşən maşınların işığında səni itirərəm deyə baxdığım yerlərə bir daha baxıram, amma...

Heç nə sənsizliyimi ovuda bilmir... Ümidlərim qırılanda Sənin dönə bilməyəcəyin bir yerdə olduğunu anlayıram. Anlayıram ki, sən əbədiyyətə qovuşduğun bir dünyadan geri qayıda bilməzsən. Sən Tanrı dərgahında Onun sevimli bəndəsi kimi əbədi rahatlığını tapmısan...

Sənsizliyin acısını ona görə çəkirəm ki, sən bambaşqa idin, kimsəyə bənzəmirdin. Öz yolun, çığırın, sambalın vardı. Sən qiybətdən, şərdən-böhtandan, yalandan, paxıllıqdan, kindən, həsəddən uzaq idin, bunlar sənin əqidənə yad idi, qəlbinə yad idi. İnsanları heç vaxt təbəqələrə ayırıb sevməzdin. Sənin İnsanlığa olan sevgin o qədər güclü idi ki... Sənin vicdanın o qədər təmiz idi ki... Elə ona görə də demişdin: “Bu uzun ömrümdə paxıl, həsəd, pis, namərd, çörəyi dizinin üstündə olan, xəyanətkar, yalançı adamlar da ürcah olub mənə. Pislik eyləyənləri bağışlamışam, amma qəlbimi qıranları bağışlaya bilmərəm. Çünki mənim aləmimdə qəlbə dəymək ən böyük günahdır”.

Nadanlar, xudpəsəndlər sənin qəlbinə toxunsalar da, sən Allahın əmanəti bildiyin qəlbi qırmaqdan uzaq olmuşdun həmişə...

Mən də sənin kimiyəm atam qəlbimi qıranları bağışlaya bilmirəm...

Gör sənsiz payızı necə yola salıram:

Sığınıb payızın nəmli qoynuna,

Səni gözləyirəm gör neçə ildir?!

Bəzən baş əyirəm tale oynuna,

Xatirən könlümün tək məlhəmidi.

 

Sən gedən o gündən ağlayır gözüm,

Həsrət gözlərimin kökündə bitib.

Ocağı sovrulan köz olub köksüm,

Sənsiz gözlərimdən yuxum da itib.

 

Amma sanıram ki, bax bu ayrılıq,

Sandığımız kimi əbədi deyil.

Biz heç vaxt, heç yerdə unudulmarıq,

Aradan keçsə də neçə fəsil, il.

 

Bilirəm, ayrılığa dözməyərək sən,

Gecələr yuxuma qayıdacaqsan.

Sənsiz buza dönən, niskilə dönən,

Qəlbimi sevginlə ovudacaqsan.

 

Sən gəlsən gecəmə Ay işığı tək,

Qaranlıq yolumdan çəkilib gedər.

Mənəvi dayağım təkcə SƏNsən, Sən,

Heç nə əziz deyil xatirən qədər!

...Gecələr ən etibarlı həmdəmim sənin kitabların olur, dönə-dönə oxuyuram. Gecənin hansı saatlarında yuxuya getdiyimdən belə xəbərim olmur. Elə bil hər sözün arxasından baxırsan gözlərimin içinə... Sanki səslər də eşidirəm. Dizlərimi qucaqlayıb diqqət kəsilirəm. Səslər getdikcə çoxalır. Bu səslər mənə necə doğmadır, İlahi! Bu sənin kitablarındakı qəhrəmanlarının səsi deyilmi?! Gözlərimin önündən kölgələr keçir, elə bil məni qara basır. Birdən bir əlin gürəyimə toxunduğunu hiss edirəm, diskinib baxanda isə Gülmirənin baxışları ilə qarşılaşıram...

İndi sən onların yanındasan!

Əbədi mənzilində rahat uyu, Əlibala müəllim! Mənim mənəvi ATAM!

Mən bu yazımda sənin yaradıcılığına toxunmadım. Vaxtilə sənin oxucun, sonra mənəvi dostun, mənəvi qızın kimi Sənə olan həsrətimi, qəlbimin nisgilini qələmə aldım...

Gör mənim kimi nə qədər oxucularının qəlbində beləcə yaşayırsan, Əlibala müəllim!

Tahirə Ağamirzə (Öztürk)

 


Etiket:
Xəbərlər

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024
Bütün xəbərlər