İstehsalına 1909-cu ildə başlanan "Titanik" gəmisi 3 il yarım zaman müddətində ərsəyə gəldi və dövrünün ən son texnologiyası ilə inşa edilən ilk gəmi idi.
İnsanın bitmək bilməyən əzminin nəticəsi olan "Titanik" gəmisi, 10 aprel 1912-ci ildə Britanyada Southampton limanından hərəkət etdi. Birinci yolçuluğunda 2224 adam gəminin ilk səfərini qaçırmamışdı. Dövrünün buxarlı gəmi sistemi ilə müqayisə ediləndə "Titanik" tam bir yenilik idi.
O, öz dövrünün ən böyük transatlantik sərnişin gəmisi idi. İstehsalçısı "White Star Line" şirkəti idi. Gəminin uzunluğu 269,1 metr, eni 28,19 metr, yüksəkliyi dirəyin ucuna qədər hesablandıqda 63 metr idi. Subasımı 66 ton olan bu gəmi bir-birilə liftlərlə əlaqələndirilmiş 11 mərtəbədən ibarət idi. Gəminin daxili quruluşu da çox yüksək səviyyədə idi və maksimum rahatlıq təmin olunmuşdu.
Ümumi uzunluğu 7 km-ə çatan dəhlizlər boyunca 762 lüks kayut, hovuzlar, saunalar, idman qurğuları, restoran və barlar, əyləncə salonları və məşhur rəssamların əsərlərindən ibarət sərgi salonu fəaliyyət göstərirdi. Gəminin ilk səfərində birinci sinif sərnişinlər 329, ikinci sinif 272, üçüncü sinif 710 nəfər idi…
897 nəfərlik heyəti olan nəhəng
Birinci dərəcəli sərnişinlər üçün nəzərdə tutulmuş yemək zalı hündürlüyünə görə 3 mərtəbəni əhatə edirdi. Gəminin daxilində rəqs zalları, üzgüçülük hovuzları, teatr, və s. zallar var idi. Geniş dəhlizlər lap saray otaqlarına oxşayırdı. Enli pillələr palıd və qoz ağacından, pilləkənlərin baş tərəfindəki heykəllərin hamısı gümüş və bürüncdən düzəldilmişdi.
Gəmidə hətta, tennis, qolf oynamaq üçün yerlər, xüsusi türk hamamları var idi. Lüks kayutlardan başqa, "Titanik"də 2 superlüks guşə hazırlanmışdı. Onların hər birində qonaq, yataq, vanna, qarderob otaqlarından başqa gəzinti üçün bağ da var idi. Şirkəti gəmini hər cür lazımi əşyalarla və yemək-içməklə təmin etmişdi. Birinci reysə götürülən azuqə Bakı boyda şəhəri bir ay təmin etməyə kifayət edərdi. Gəmidəki sərnişin ordusuna 897 nəfərdən ibarət texniki və təsərrüfat personalı xidmət edirdi.
"Titanik"i batmaqdan nə qorumalı idi?
Ümumiyyətlə, o dövrün bütün gəmilərinin alt qisimləri boş olurdu, dənizdə alınan bir zərbədə bu boşluq bir anda su ilə dolurdu. Amma "Titanik"də vəziyyət fərqli idi. Yeni dizaynçılar gəminin alt qismini boş buraxmaq əvəzinə oraya müəyyən bölmələr yerləşdirdilər.
Bu bölmələr fövqəladə vəziyyətdə həyəcan siqnalları vasitəsi rolunu oynamalı idi və kapitan köşkünə xəbərdarlıq etməli idi. Köşkdən isə cihazlarla bölmələrin qapaqları anında bağlana bilinirdi. Bu vəziyyətdə gəminin alt qatına su dolsa, üst qatdan edilən hər hansı bir müdaxilə nəticəsində suyun digər bölmələrə yayılmasına maneə törədirdi.
Bütün gövdə ikiqat divarlarla əhatələnmişdi. Əgər birinci qat deşilsə, su ikinci qatı keçə bilməzdi. Korpus isə eninə arakəsmələrlə 16 hissəyə bölünmüşdü. Buna görə də xilasetmə qayıqları sərnişinlərin üçdə birinə hesablanmışdı.
2224 sərnişinə cəmi 22 xilasetmə qayığı
Amma bütün bunlarla yanaşı… "Titanik" özündə ölümcül səhvləri də əks etdirirdi. Gəminin xarici görünüşünün gözəlliyini korlayar deyə təhlükəsizlik qayıqları az sayda qoyulmuşdu. 2 mindən artıq sərnişinə cəmi 22 xilasedici qayıq nəzərdə tutulmuşdu. Bəlkə də bu ondan irəli gəlirdi ki, "Titanik"də maksimum təhlükəsizlik tədbirləri görülmüş, hər şey nəzərə alınmışdı. Nəhəng gəmini kiçik bir sükan idarə edirdi, təbii olaraq bu da belə böyük bir nəhəngin manevr qabiliyyətini məhdudlaşdırırdı.
Bundan başqa, gəmi nədənsə, xəbərdarlıq və kəşfiyyat avadanlıqları ilə zəif təchiz olunmuşdu. Sərnişinlər və gəmi heyəti bu möhtəşəm laynerin qəzaya uğramasının mümkünlüyünə inanmırdılar. Onların buna haqqı var idi. Gəmini təcrübəli dəniz mütəxəssisi- kapitan Edvard Smit idarə edirdi və ona xüsusi kurs keçmiş bacarıqlı ekipaj üzvləri kömək edirdilər. Həm də "Titanik" çox möhkəm və etibarlı düzəldilmişdi. Bəli, sərnişinlərin kiçik üzən şəhəri — "Titanik" müasirlik, rahatlıq və təhlükəsizlik simvolu idi...
Milyonçuların ekspresi
Hələ reysə çıxmazdan əvvəl gəmini "milyonçuların ekspresi" adlandırmışdılar. Həqiqətən də özünün ilk və son səfərində gəminin göyərtəsində xeyli zəngin adamlar — neft, kömür, dəmiryol və polad kralları toplaşmışdı. Bu adamlar özləri ilə çoxlu qızıl, brilyant və digər daş-qaşlar, həmçinin qiymətli sənət əsərləri aparırdılar.
Ömər Xəyyamın "Rübai" manuskripti, Van Qoq, Salvador Dali kimi məşhur rəssamların əl işləri də onların arasında idi. "Titanik"də daşınan yükün dəqiq sənədləşdirilməsi aparılmışdı. Gəminin seyflərində indiki qiymətlərlə 300 milyon dollarlıq daş-qaş var idi.
"Titanik"in sərnişinləri 3 qrupa bölünmüşdü. Birinci sinfə kübar elita nümayəndələri olan zəngin adamlar, ikinci sinfə müəllimlər, həkimlər, zabitlər, və s. daxil idi. 3-cü sinif isə Amerikaya xoşbəxtlik ardınca gedən imkansız sərnişinlərdən ibarət idi. Sərnişinlər arasında dünyanın ən varlı adamlarından olan 57 milyonçu var idi.
Onların içində kapitalı 150 milyon dollardan artıq olan amerikan multi-milyonçusu, 47 yaşlı Con Astor da var idi. Onun 20 "Titanik" almağa imkanı var idi. Həmçinin metallurgiya-mədən sənayesi maqnatı Quqqenheyn, ABŞ-ın tramvay maqnatı Corc Uayd, Nyu-York universal mağazalarının sahibi Straus və başqaları da burada idi.
Təhlükə yaxınlaşır
1912-ci il aprelin 10-u. Dünyanın ən nəhəng okean layneri "Titanik" Sautqemptondan çıxıb, transatlantik səfərin son dayanacağı Nyu-Yorka istiqamət götürməkdə, təxminən eyni saatlarda isə dünyanın ən böyük adası Qrenlandiyanın qərb sahillərindən nəhəng buz dağı-aysberq qoparaq, cənuba tərəf hərəkət etməkdəydi...
1912-ci il aprelin 14-ü gecəsi "Titanik" böyük sürətlə Atlantik okeanının şimalını 50 dərəcə şimal en dairəsi üzrə kəsib keçməkdə davam edirdi. Kapitanın bir az qabaqda gedən "Kaliforniya" gəmisinin yaxınlıqda böyük aysberqlərin olması haqda xəbərdarlığına məhəl qoymaması, "Titanik"in möhtəşəm konstruksiyaya və operativ manevr imkanlarına malik olmasından doğan eyforiya vəziyyətinin nəticəsi idi.
Həmçinin, gəminin istehsalçısı olan "White Star Line"nin rəhbəri Bruce İsmay, tarixə "Titanik"in adını yazdırmaq və qısa müddət içərisində Amerikaya çatmaq üçün gəminin ən son sürətdə irəliləməsi barədə kapitan Smitə qəti tapşırıq vermişdi.
Növbətçi qəflətən qarşıdakı nəhəng aysberqi görəndə isə artıq gec idi. Labüd məhvə 50 metrdən çox məsafə və 50 saniyədən az zaman qalmışdı… Gəminin sürətini saxlamaq və yana döndərmək üçün maksimum səylər göstərilsə də, toqquşmadan qaçmaq mümkün olmadı. "Dəniz Əjdahası" sağ yandan aysberqə çırpıldı və 6 yerdən yarıldı. Bu, aprelin 14-ü, axşam saat 23-də baş verdi. Gəmini xilas etmək üçün fövqəladə cəhdlər edən ekipaj heç nəyə nail ola bilmədi.
Ölüm anında sinfi ayrı-seçkilik
"Titanik" yalnız 2 saat davam gətirə bildi və sonra ortadan iki yerə ayrıldı. Gəmidə qalanlar özlərini okeanın soyuq sularına atdılar. Okeanın qaranlıq səması altındakı soyuq suda sarsıdıcı bir mənzərə yaranmışdı. Nəhayət, gecə saat 1 radələrində dünyanın ən nəhəng okean layneri, "Batmayan Gəmi" adlandırılan "Titanik" yüzlərlə sərnişini ilə birlikdə okeanın dibinə qərq oldu.
Atlantik Okeanının soyuq suları üzərinə səpələnmiş yüzlərlə insan isə hələ də ölümlə çarpışmaqda idi. Bu, yaşamaq uğrunda aparılan son savaş idi və bu savaşdan çox az adam qalib çıxdı. Səhər saat 9:30-da "Karpatiya" gəmisi qəza yerinə çatdı və bu müdhiş faciənin şahidləri olan 711 sərnişini götürərək, Nyu-Yorka çatdırdı.
Ölənlərin və xilas olanların siyahısına baxanda aydın olur ki, hətta ölüm ayağında da varlı-kasıb seçilib. 1-ci sinif sərnişinlərdən 60,8 %-i, 2-ci sinifdən 43,8 %-i, 3-cü sinifdən 24,5 %-i xilas olub. Sərnişinlərin təhlükənin ciddiliyindən xəbərdar olmadıqları vaxtda, kapitan Smit şəxsən özü Con Astorun kabinetinə gedərək, gəminin aqibəti barədə ona məlumat verib.
Yeri gəlmişkən, Con Astorun başı əzilmiş cəsədi dənizdən tapılanda, onu cibindəki 4000 dollara və barmağındakı brilyant üzüyə görə tanıdılar. Həmin üzüyün qiyməti 120 min dollar idi...
Əbədi Yuxu
Bəşəriyyət dəniz ilahəsi Neptuna hər il 200 min insan qurban verir. Okean və dənizlərin dibində 1 milyona qədər gəmi dəfn olunub. Dənizçilərin dili ilə desək, dəniz batmayan gəmiləri sevmir.
Bu gün "Titanik" Atlantik okeanının 4 km dərinliyində əbədi uyumaqdadır. Uzun müddət onun qalıqlarını tapmaq mümkün olmadı. Texnikanın o vaxtkı səviyyəsi buna imkan vermirdi.
Xeyli axtarışlardan sonra, nəhayət, 1985-ci il sentyabrın 1-də Nyufaundlend adasından 640 km məsafədə okeanın 3750 m dərinliyində axtarışlar aparan robot üstü torpaqla örtülmüş metal parçalarının mənzərəsini yuxarı ötürdü. Sualtı mini-robot gəminin içinə daxil olaraq, orada yüzlərlə şəkil çəkdi.
Gəmidən ümumilikdə 1412 əşya çıxarıldı. Onlardan bəziləri sahiblərinə qaytarıldı, bəziləri isə auksionda baha qiymətə satıldı. Bu əşyaların bir hissəsi isə indiyədək muzeydə saxlanır.
1 milyard dollar qazanc gətirən film
Rejissor Ceyms Kameronun çəkdiyi "Titanik" filmini isə kino tarixinin ən möhtəşəm nümunələrindən biri hesab edirlər. Baş rollarda Leonardo Di Kaprio və Keyt Uinslettin çəkildiyi bu film 200 milyon dollara başa gəlib. Təkcə gəmi maketinə 46 milyon dollar pul xərclənmiş bu film 1 milyard dollardan artıq qazanc gətirib. Gəminin batma səhnəsini və insanların su üzərində yaşadıqları dəhşəti canlandırmaq da çox çətin oldu. Nəhəng süni göl hazırlandı və bu səhnə həmin göldə gerçəkləşdirildi.
Sirr pərdəsi aralanır ...
"Titanik"in məhvindən keçən 99 ildə onun haqqında çox yazılıb. Laynerin batması haqqında daha bir versiya meydana çıxıb. Həmin versiyaya görə, guya bu gəmini hazırlayan şirkət həmin vaxt müflis olmaq həddində imiş və bundan yaxa qurtarmaq üçün "Titanik"i elə birinci səfərindəcə məhv etmək haqqında çox məxfi şəkildə qərar qəbul edib. Çünki "Titanik" çox böyük məbləğə sığorta edilmişdi. Ümumiyyətlə, "Titanik"in batma səbəbi haqda versiyalar çoxdur.
"Titan"la "Titanik"in nə əlaqəsi var?
"Titanik"lə bağlı sirlər, qaranlıq qalan məsələlər bu günə qədər aydınlaşdırılmayıb. Sizə bu sirlərdən bəzilərini təqdim etmək qərarına gəldik. Ən maraqlı hekayət isə "Titan" romanı barədədir. 1898-ci ildə, yəni "Titanik"in batmasından tam 14 il öncə Morqan Robertsonun yazdığı bir roman nəşr edildi. Morqan amerikalı idi, gənc ikən dənizçilik etmişdi, sonra isə zərgər oldu və Nyu-Yorkda zərgərlik etdi. Qəflətən yazar olmağa qərar verdi və ilk hekayəsi 25 dollara satıldı, daha sonra yazdığı 10 hekayədən isə 1000 dollar qazandı. Yazmaq ona artıq asan və qazanclı gəlirdi. 1897-ci ilin bir qış gecəsində yeni bir dəniz əhvalatı yazmağı planladı. Bu, uzun bir əhvalat olacaqdı.
Romanın iki adı vardı: "Nahaq yerə" və "Titan Qəzası". Roman fantastik bir gəmi səfərindən danışırdı. "Titan" adlı lüks gəmi okeanda irəliləyərkən aysberqlə toqquşub, batırdı. Üstəlik, yazar gəmiyə "batmayan gəmi" adını qoymuşdu. "Titanik" faciəsindən 14 il öncə nəşr edilən bu roman rəsmi olaraq gələcəkdə baş verəcək bir faciənin tragik hekayəsini izah edirdi. Bu, sanki bir öncəgörmə idi.
Yazarın xəyalında nəhəng bir reys gəmisi vardı, əsla batmayan bir gəmi. Bir eşq mövzusu üzərində qurulan əhvalatın qəhrəmanları bu nəhəng gəmiyə minib, İngiltərədən ABŞ-a gedirdilər və eşq hekayəsi dünyanın ən lüks gəmisində başlayırdı. Amma əhvalatın xəyali qəhrəmanları gözlənilməz bir sürprizlə qarşılaşacaqlar və bir dəniz qəzası "batmaz" deyilən gəmini okeanın dibinə göndərəcək.
İnanılmaz oxşarlıqlar
Robertson 14 il öncə "Titanik"in batma səhnəsini olduğu kimi təsvir etmişdi. Gəmi necə aysberqlə toqquşur, hansı tərəfdən zədə alır-bütün bunları olduğu kimi yazmışdı. Morqan hətta sinfi ayrı-seçkiliyi də yazmışdı, xilasetmə gəmilərinə öncə varlıların mindirildiyi barədə uzun-uzadı təsvirlər vermişdi.
Və Robertson 1898-ci ildə əhvalatını kiçik bir kitab olaraq nəşr etdi. O zaman çox da maraq doğurmayan kitab onu çox sonralar əbədiyaşar edəcəkdi, çünki o, dünyanın ən təəccüblü və ən dəhşətli faciəsini yazmışdı. "Titanik" eynilə bu romandakı taleni yaşadı, batış səhnəsi eyni idi. Amma təkcə adlarındakı eynilik və eyni formada batmasımı onları bir-birinə bağlayırdı? Xeyr, inanılmaz faktları oxumağa hazır olun o zaman.
1. Robertsonun romanındakı "Titan" adlı gəmi Soutqampton limanından yola çıxırdı və 14 il sonra "Titanik" də eyni limandan yola çıxdı.
2. Romandakı gəmi ilə "Titanik"in uzunluqları arasında bir neçə metr fərq vardı.
3. Hər iki gəminin çəkisi də bir-birinə yaxın idi — Robertson romanında "Titan"ı 70.000 ton ağırlığında yazmışdı, "Titanik" isə 66.000 ton idi.
4. Hər iki gəminin üç pəri vardı.
5. Robertsonun romanındakı nəhəng "Titan", Nyu-Foundland yaxınlığında, Şimali Atlantikdə bir aysberqə dəyərək batır. İnanılmaz olan isə odur ki, "Titanik" də 14 il sonra eyni koordinatda, eynilə romandakı aysberqin bənzəri kimi bir aysberqə dəyərək okeana qərq oldu.
6. Hər iki gəmidə kifayət qədər xilasedici qayıq yox idi. Robertson romanındakı gəmidə 24 avarlı qayıq olduğunu yazırdı, "Titanik"də isə 22 avarlı qayıq vardı.
7. "Titanik"in qəzasında 1513 sərnişin boğularaq öldü. Eynilə 14 il əvvəlki romanda yazıldığı kimi… Robertsonun romanındakı "Titan"da isə 1500 adam ölürdü. Hər iki gəmi də 3000 nəfərlik idi.
8. Həm romandakı "Titan"ın, həm də gerçək "Titanik"in batması zamanı gəmi orkestri ilahi musiqi səsləndirib.
9. Həm romandakı "Titan" gəmisindən sağ qurtulan gəmi heyəti, həm də "Titanik" qəzasından qurtulan gəmiçilər həyatları boyu gəmidə çalışdılar, amma heç vaxt kapitan ola bilmədilər.
Morqan məşhur ola bilmədi, amma yazdığı və satılmayan roman gerçəkləşdi. O, "Titanik"in batmasından 3 il sonra infarktdan öldü. Kimsə onunla maraqlanmadı, ta ki 1980-ci illərə qədər. Bu zaman "Titanik"in axtarışı aparılırdı və təhqiqatlar zamanı Morqanın romanına rast gəlindi.
Araşdırmaçılar dəhşətə gəldilər! Morqan Robertson "Titanik" batmazdan 14 il öncə gəmiylə və qəzayla əlaqədar hər şeyi eynilə necə yazmışdı! Araşdırmaçılar bunu təsadüf hesab etmir, "Titanik"in batacağını öncədən bilən bu yazarın bir dahi olduğunu deyirlər.
"Dənizdə təhlükədə olanlar üçün dua edirik..."
Yenə bir əhvalat, yenə bir sirr. Çox maraqlıdır ki, bu əhvalatda da Morqan adlı birindən bəhs edilir. Kanada, "Rosedale Metodist" Kilsəsi, rahib Çarli Morqan bir bazar günü səhər erkəndən qalxıb dini ayin üçün hazırlıq görür. Oxunacaq duaların nömrələrini lövhəyə yazır.
Bütün hazırlıqlarını bitirdikdən sonra, bir az yatmaq məqsədiylə otağına getir və dərin bir yuxuya dalır. Rahib Morqan dəhşətli bir yuxu görür, qaranlıqların içində, nəhəng bir kütlə vardı, dalğaların səsləri və dua və dini musiqi eşidilirdi. Yuxu o qədər təsirli və narahatedici idi ki, Morqan oyandı, gəminin səsi və dini musiqi qulağından getmirdi. Yenidən yatmağa çalışdı və yuxuya getdi.
Yuxu təkrar başladı, dini musiqi, gəminin zəng səsləri, qaranlıq, dalğa səsləri və dəhşətli bağırtılar. Rahib Morqan bu dəfə, səksəkə içində oyandı və özünü boş kilsəyə atdı, lövhəyə yaxınlaşdı, yuxuda eşitdiyi və heç cür qulaqlarından getməyən dini musiqinin, duanın nömrəsini yazdı.
Ayin saatı gəlmişdi, camaat toplanırdı, rahib Morqan ibadəti başlatdı, dualar kilsədə oxunan anda minlərlə mil uzada okeanın ortasında eyni dua buzlu dənizi yenməyə çalışırdı, yüzlərlə insan o duanı oxuyurdu. Kilsədə isə rahib durmadan bu sözləri təkrarlayırdı: "Eşit, Müqəddəs Ata, Sənə dənizdə təhlükədə olanlar üçün dua edirik". İbadətdən bir neçə saat sonra mühdiş qəzanın xəbəri gəldi.
"Titanik"in batacağını öncədən xəbər edən daha bir hekayə
"Titanik"in sirləri bitmək bilmir. Möhtəşəm gəmi batanda, məşhur ingilis jurnalist Vilyam Stead gəmidə idi. Stead hekayələr yazaraq satır, bununla da yaşamaq üçün pul qazanırdı. Jurnalist olmaqla yanaşı Stead, ölümdən sonrakı həyat və reankarnasiya ilə də maraqlanır, bu barədə araşdırmalar edirdi. "Titanik"in batmasından 20 il qabaq, 1892-ci ildə Steadın yazdığı hekayələrdən birinin adı nə idi, bilirsinizmi? "Titanik"...
"Titanik"in batmasından 20 il qabaq Steadın hekayəsindəki "Titanik" də bir aysberqə dəyərək batırdı. Steadın yazdığı hekayədə yazar özünü də təsvir etmişdi, o özünü qəzadan xilas olanlardan biri kimi izah edirdi. 20 il sonra gerçək "Titanik" batarkən, o buzlu və soyuq dənizdə qərq olanlardan biri həmin jurnalist-yazar Steadın şəxsən özü idi. Roman hər xırdalığı ilə gerçək qəza ilə tutuşurdu, bir tək müəllifin sonu ayrı oldu.
Titanikin batdığı gecə 23 ildən sonra dənizçiləri qorxudur
Daha bir sirr. Amma "Titanik"in batmasından çox illər sonra baş vermiş bir olay. 1935-ci ildə 23 yaşlı Vilyam Reeves adlı bir dənizçi İngiltərədən Kanadaya gedən "Titanian" adlı kömür yüklü buxarlı gəmidə işləyirdi. Soyuq aprel gecəsi idi, 14 aprel. Həmin gün Vilyamın doğum günü idi, o, "Titanik"in batdığı gecə doğulmuşdu və indi "Titanik"in batmasından 23 il ötürdü.
Gəmi bütün dənizçilərin əzbərdən bildikləri o uğursuz zonaya, "Titanik"in batdığı nöqtəyə çatmışdı. Reeves, göyərtədən dənizə baxırdı, neçə illər öncəki hadisəni canlı görməyin çox həyəcanlı və qorxulu olduğunu düşünürdü. Reeves birdən suların sürətlə qaynadığını və qəfildən nəhəng bir aysberqin gəminin yolu üzərində peyda olduğunu gördü. Tam o anda həyəcan siqnalı verildi.
Uzaqlıq kafi idi, heyət gəmini zamanında dayandırdı, Bir saat ərzində gəminin ətrafı yüzlərlə buz kütləsi tərəfindən əhatələndi. Artıq hərəkət etmələrinə imkan yox idi. Reeves və yoldaşlarının içində olduqları "Titanian" (adın oxşarlığına baxın) adlı gəmini ancaq 9 gün sonra hadisə yerinə yetişən buzqıran gəmilər qurtardılar.
Fişənglər düz atılsaydı...
"Titanik" batarkən son ümid olaraq uzaqdakı gəmilərin diqqətini çəkə bilmək üçün dalbadal havaya fişənglər atılıb. Hava fişənglərini görən "Kaliforniya" adlı gəminin heyəti atılan fişənglərin ağ olması səbəbindən gəmidə əyləncə olduğunu təxmin ediblər. Çünki o zaman gəmilərin fişəng rənglərinə görə bir qaydaları vardı. Ağ rəng əyləncə, qırmızı rəng isə təhlükə demək idi. "Titanik" səfərdən öncə kifayət qədər qırmızı fişənglə təmin edilmişdi, amma buna baxmayaraq, havaya ağ fişənglər atılır.
"Titanik"dən təxminən 70 km uzaqlıqda olan "Mount Temple" gəmisi kömək çağırışını duyub və ona verilən koordinatlara doğru sürətlə hərəkət edib. Ancaq koordinatlar səhv verildiyindən (?) "Mount Temple", "Titanik"ə 12 km uzaq olan başqa bir bölgəyə gedib çıxıb.
Gəminin fitləri o zamana qədər ən böyük və ən gurultulu fitlər idi. Bu fitləri dənizdə 11 mil uzaqlıqdan belə duymaq mümkün idi. Demək, bir qədər uzaq olan gəmilər də bu siqnalı duymalı idi. Amma araşdırmalar zamanı məlum oldu ki, həmin vaxt okeanda olan və "Titanik"ə 11 mildən də az məsafə yaxınlığında olan gəmilər nədənsə fit səsini duymayıblar.
Kapitan Smit gəminin dizaynçısı ilə "Titanik"lə batmağı seçdiyi halda, bütün aysberq xəbərdarlıqlarına baxmayaraq gəminin son sürətdə Amerikaya getməsini tələb edən "White Star Line" dənizçilik şirkətinin idarəçisi Brus İsmay, qadın və uşaqların mindiyi bir avarlı qayığa minib və uzaqdan "Titanik"in batmasını izləyirmiş…(feat.az)
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024