Şadlinskilər

17:21 / 07.08.2019
Baxılıb: 4296

Bu nəsil Azərbaycana qəhrəman oğullar, tanınmış ziyalılar verib
   
   Azərbaycanın tarixində dəyərli izlər qoymuş, mədəni-maarif, təhsil sahəsində böyük xidmətlər göstərmiş əsilzadə nəsillərdən biri də Şadlinskilərdir. Mükəmməl bir şəcərəsi olan bu nəsil Azərbaycana görkəmli ziyalılar, qəhrəmanlar verib. Onlardan Aslan Sultan Şadlinski, Nəsrulla bəy Şadlinski, Abasqulu bəy Şadlinski, Bilas Şadlinski, Vaqif Şadlinski və digərlərinin fəaliyyəti gələcək nəsillərə örnək ola biləcək səhifələrlə zəngindir. 
   Bu səhifələri bir daha vərəqləmək, Şadlinskilərlə bağlı xatirələri qələmə almaqda Dövlət Tibb Universitetinin Anatomiya kafedrasının müdiri, professor Vaqif Şadlinski bizə yardımçı oldu. 
   
   İrəvan xanlığının nüfuz sahibləri
   
   Şadlinskilər sülaləsi XVII əsrdə yaşayan Binnətalı Sultan adlı bir şəxslə başlayıb və indiki Şadlinskilər onun 4 oğlunun - Aslan Sultan, Kəlbalı Sultan, Niftalı Sultan, Bala Sultan Şadlinskinin nəslindəndirlər. Yaşadıqları İrəvan quberniyasının Vedibasar mahalında Şadlinskilər həmişə tərəqqipərvər və mütərəqqi fikirləri ilə fərqlənib, xalqımızın haqq mübarizəsində ön sıralarda olublar. Bu nəslin kökü orta əsrlər Azərbaycan dövləti olan Şəddadilər dövlətinin qurucularından biri - şadlılar tayfası ilə bağlıdır. Gəncədə yaşayan şadlılar XIV əsrin axırlarında İrəvana köçüblər.
   Şadlıların adı İrəvanla bağlı mühüm tarixi hadisələrdə çəkilir. Məsələn, bu qədim tayfanın ağsaqqallarından olan Aslan Sultan Şadlinski 1806-cı ildə Vedibasarın rəisi olub. Rusiya-İran müharibəsinin getdiyi bir vaxtda Paskeviç Aslan Sultanla görüşür. Rusiyanın Qafqaz qoşunlarının komandanı general İvan Paskeviçin çar I Nikolaya göndərdiyi məktubda da onun adı çəkilir. Bu fakt həmin dövrdə Aslan Sultan Şadlinskinin bölgədə böyük nüfuz sahibi olmasını təsdiqləyir. 
   Aslan Sultanın oğlu Hüseyn xan Şadlinski sonralar Rusiya ordusunda qulluq edib, rus-yapon müharibəsində Port-Arturun müdafiəsində iştirak edərək Müqəddəs Georgi ordeninə layiq görülüb.
   
   Abasqulu bəy Şadlinski
   
   Aslan Sultanın bir neçə övladı olub. Vedibasar elinin böyük oğlu, xalq qəhrəmanı, ermənilərə qarşı mübarizədə ad çıxarmış Abasqulu bəy Şadlinski də onun nəvəsidir. Bildiyimiz kimi, Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra İrəvan xanlığı da daxil olmaqla digər xanlıqlar ləğv edildi. 1886-cı ildə Vedibasarda ilk rus-müsəlman (türk) məktəbi açılır və Abasqulu bəy ilk təhsilini həmin məktəbdə alır. 

Vaqif müəllim deyir: "Abasqulu atamın əmisidir. Ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı qırğınlara başlayanda Abasqulu bəyin başçılığı ilə Vedibasarda böyük silahlı dəstə yaradıldı. O, camaatı başına yığıb ermənilərə qarşı mübarizəyə başladı. Abasqulunun ətrafında, atam Bilas Şadlinski, Nəsrulla bəy Şadlinski, Xəlil bəy, Mehdi bəy, Mirzə Təhmasib var idi. Onlar ilyarım ərzində torpaqlarımızı ermənilərdən qoruyublar". 
   Həmin dövrdə baş vermiş hadisələr Vaqif müəllimin atası Bilas Şadlinskinin xatirələrində geniş yer alır: "1918-1920-ci illər Vedi rayonunda vəziyyət ağırlaşdı. Hər həftə Vediyə daşnakların silahlı basqını olurdu. Abasqulu bəy Şadlinskinin silahlı mübarizə dəstəsinin müşayiəti altında minlərlə azərbaycanlı ailəsi daşnakların qırğınlarından xilas olub, İrana mühacirət etmişdi. Bizim ailəmiz də İranın Ərəblər və Çaypara mahallarında bir müddət qaldıqdan sonra Xoy şəhərinə gedib çıxdı. Az sonra atam vəfat etdi". 
  Dözülməz günlər yaşayan ailənin oğlu Bilas 15-16 yaşlarında Abasqulu bəy Şadlinskinin silahlı dəstəsinə qoşularaq daşnaklara qarşı döyüşlərdə iştirak edir.
   

Qapı-qapı düşüb azərbaycanlı uşaqlarını təhsilə, məktəbə cəlb edirdi
   
 Şadlinskilər ölkəmizdə maarifləndirmə işinin aparılmasında da mühüm xidmətlər göstəriblər. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1922-ci ildə Böyük Vediyə qayıdan Bilas Şadlinski İnqilab Komitəsinin nəzdində yaranan Lenin qiraətxanasının müdiri kimi azərbaycanlıların savadlanmasında, cəmiyyətin inkişafında səmərəli fəaliyyət göstərib. Elə həmin il komsomol təşkilatına daxil olan B.Şadlinski doğma kəndində gənclərin mənəvi və siyasi inkişafı sahəsində, azərbaycanlı gənclərin mübariz ruhda tərbiyə alması istiqamətində ermənilərdən geri qalmamaq üçün xeyli iş görüb. 
   Sonra B.Şadlinski ali təhsil almaq arzusu ilə Ali Müəllimlər İnstitutuna daxil olub, dil-ədəbiyyat fakültəsini əla qiymətlərlə bitirib. O, savadsızlığın ləğvi, məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi, xüsusən qızların icbari təhsilə cəlb edilməsi sahəsində fəallıq göstərməklə, Vedi mahalında aparıcı ziyalı kimi böyük işlər görüb. 
   Eyni zamanda, Bilas müəllim ermənilərin xislətinə yaxşı bələd olan bir vətəndaş kimi azərbaycanlıların ermənilərdən geri qalmaması üçün gənclər arasında ardıcıl, məqsədyönlü iş aparırdı. Onun nəsli, kökü, dəyanəti ermənilərin ayrı-seçkilik siyasətinə qarşı mübarizə aparmağa imkan yaradırdı. Sovet rejimində ermənilərin gizli və açıq şəkildə azərbaycanlılara qarşı yeritdikləri bədxah siyasətə qarşı mübarizəni B.Şadlinski daha da qüvvətləndirmək məqsədilə 1932-ci ildə Sov.İKP üzvlüyünə namizəd olmaq istəyir, lakin ermənilərin müqavimətinə görə yalnız 1938-ci ildə partiya sıralarına daxil ola bilir.    1941-45-ci il müharibəsi başlayanda Bilas müəllim Böyük Vedi rayonunun mərkəzində yerləşən məktəbdə direktor işləyirdi. Həmin illər Bilas müəllim duyğusal nəvazişi, qayğısı ilə bəlkə də çoxlarının uşaq yaddaşında silinməz izlər qoyub. Ona görə ki, o, qələm, dəftər almağa imkanı olmayan uşaqlara dərs ləvazimatları, daha ağır vəziyyətdə olanlara pal-paltar alırdı. Yorulmadan qapı-qapı düşüb azərbaycanlı uşaqlarını təhsilə, məktəbə cəlb edirdi. 
   Beləliklə, Bilas müəllimin sayəsində böyük bir ziyalı nəsli yetişdi. Həm də o, bu nəsli Ermənistanda, yerli şovinistlərin təzyiqləri altında yetişdirirdi. Gələcək nəslə dilimizi, dinimizi, tariximizi mənimsətdi, onları erməni fitnəsinə uymağa qoymadı. Bütün bunları isə həyatı bahasına edirdi. 
   B.Şadlinski və onun kimi digər Vedibasar ziyalıları və ağsaqqallarının mübarizəsi nəticəsində azərbaycanlıların getdikcə mənəvi və maddi cəhətdən inkişafı ermənilərin heç də ürəyincə deyildi. Onlar yeri gəldikcə həmin adamlara qarşı repressiya siyasətini davam etdirirdilər. 1948-ci ildə ermənilər növbəti dəfə azərbaycanlıların kütləvi deportasiyasına nail oldular... 
   Taleyində yurduna, xalqına, soykökünə köçkünlük yazılan B.Şadliniski Qərbi Azərbaycandakı dədə-baba yurdundan respublikamıza - Şəmkir rayonunun Çinarlı (keçmiş Leninkənd) qəsəbəsinə köçdü. 1948-ci ildən burada pedaqoji fəaliyyətini davam etdirən Bilas müəllim qəsəbə orta məktəbində müəllim, direktor müavini, Aşağı Seyfəli kənd orta məktəbində direktor vəzifələrində çalışdı. B.Şadlinski ömrü boyu erməni millətçilərinə qarşı mübarizə aparırdı. Bu məqsədlə o, yaşadığı evdə kitabxana təşkil etmiş, burada erməni şovinistlərinin riyakar və hiyləgər əməllərini, azərbaycanlılara qarşı cinayətkar məqsədlərini açıqlayan tarixi sənədlərdən, fotolardan, kitab, qəzet və jurnal materiallarından ibarət muzey-sərgi düzəltmişdi. 
   Şadlinskilərin digər nümayəndələri - Yunis və Bilman Şadlinskilər də pedaqoji sahədə fəaliyyət göstərərək uzun illər maarifləndirmə işi ilə məşğul olublar. Bu gün isə həmin yolu davam etdirən nəslin davamçısı tibb elmləri doktoru, professor Vaqif Şadlinskinin adı ölkəmizin elm və təhsil işçilərinə, səhiyyə sahəsində çalışanların böyük əksəriyyətinə yaxşı tanışdır. Onun adı ölkənin tanınmış ziyalıları sırasında çəkilir. 
  Azərbaycan tarixinə dəyərli övladlar bəxş etmiş qədim Oğuz yurdu Vedibasarda xeyirxahlığı, halallığı, hünərvərliyi ilə məşhur olan Şadlinskilər nəslinin davamçısı Vaqif müəllim həm də gözəl ailə başçısıdır. Böyütdüyü 4 övladının hər biri ali tibb təhsili alıb. Onların hərtərəfli biliyə, geniş dünyagörüşünə malik mütəxəssislər kimi Vətənə, xalqa bağlı bir ziyalı kimi yetişmələrində ata-babalarının, valideynlərinin keçdiyi həyat yolunun böyük təsiri olub. 
   
   Mehparə Sultanova


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər