Uzun illər adının çəkilməsi belə qadağan edilən, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaradıcılarından biri - Fətəli xan Xoyskinin həyat və fəaliyyəti haqqında son vaxtlara qədər xüsusi tədqiqatlar aparılmayıb. Məhz onun təşəbbüsü ilə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti formalaşdırılıb.
Xoyski Azərbaycanda ali təhsil ocaqlarının yaranmasının, gələcəyə savadlı gənclərin yetişdirilməsinin vacibliyini təbliğ edən şəxs idi. Təsadüfi deyil ki, məhz o, Azərbaycan təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin əsasının qoyulmasına təşəbbüs göstərənlərdən biri olub.
Yüksək əxlaq sahibi və vicdanlı dövlət xadimi kimi tanınan Fətəli xan İskəndər xan oğlu Xoyski 1875-ci ildə Nuxada - indiki Şəki şəhərində anadan olub. O, əslən Cənubi Azərbaycanın Xoy şəhərindən olan, sonralar Şimali Azərbaycanın Şəki şəhərinə köç edən məşhur xoyskilər nəslindəndir.
Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiyasının general leytenantı, anası Şərəbanı xanım isə Şəki xanları nəslindən olan Hacı Molla Zeynalın qızı olub.
Fətəli təhsilini Gəncə klassik gimnaziyasında alıb. 1897-ci ildə Moskva Universitetinin hüquq fakültəsini 1-ci dərəcəli diplomla bitirən Xoyski Tiflis Məhkəmə Palatasının sərəncamına göndərilib. Eyni ildə o, Tiflis Məhkəmə Palatasının əmri ilə Gəncə dairə Məhkəməsi yanında kiçik məhkəmə məmuru vəzifəsinə təyin olunub. Dövrünün savadlı kadrlarından olan Fətəli xan ildən-ilə daha yüksək vəzifələrə gətirilib.
Fətəli xan rus və Azərbaycan dillərini bilsə də, ana dilində güclə danışırdı. O, daha sonra islamı qəbul edərək Ceyran xanım adını almış Yevgeniya Vasilevna ilə ailə həyatı qurub. Bu nikahdan cütlüyün üç övladı dünyaya gəlib: Tamara (1902-1990) adlı qızı, Murad (1910-1973) və Ənvər (1914-1935) adlı oğlu.
Qızı Tamara xanım Azərbaycan SSR Kp MK-nın sədri, Azərbaycan maliyyə xalq komissarı və Tacikistan SSR Kommunist Partiyası MK-nın birinci katibi postlarını tutan Mirzə Davud Hüseynovla ailə qurub. Oğlu Murad Bakıda nəqliyyat idarəsində çalışıb. Kiçik oğlu Ənvər Moskvada diabet xəstəliyindən əməliyyat olunduqdan sonra narkozdan sonra oyanmayıb.
1907-ci ildə Fətəli xan Gəncə quberniyasından Rusiyanın 2-ci Dövlət Dumasının müstəqil millət vəkili seçilib. Daha sonra müxtəlif komissiyalara: maliyyə, şəxsiyyət toxunulmazlığına aid, Ədliyyə Nazirliyinin yoxlanışı üçün təqdim olunan Dövlət Dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb edilməsinə aid (katib vəzifəsində) və amnistiya haqqında qanun layihəsini Dövlət Dumasının müzakirəsinə qəbul edilməsi məsələsinə baxılması üçün yaradılan komissiyalara üzv seçilib.
Xoyskinin fəal siyasi fəaliyyətə başlaması isə 1917-ci ildə Rusiyada baş verən fevral inqilabına təsadüf edir. Fətəli xanın fəaliyyətinin ən məşhur dövrləri də məhz çarizm üsul-idarəsi devrildiyi ərəfələr hesab olunur. Həmin ilin aprelində o, Bakıda çağırılmış Ümumqafqaz Müsəlmanlarının Qurultayında fəal iştirak edir və onun təşkilatçılarından biri olur.
Oktyabr inqilabının qələbəsindən sonra - 1917-ci ilin noyabrında Tiflisdə Zaqafqaziya Komissarlığı yaradılıb. 1918-ci il fevralın 23-də isə Tiflisdə Zaqafqaziyada qanunvericilik orqanı olan Zaqafqaziya Seymi öz işinə başlayıb. Zaqafqaziya Seyminə Zaqafqaziyadan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlar daxil idi. Seymin Azərbaycan fraksiyasına daxil olan 44 deputatdan biri də məhz Fətəli xan olub.
(Xoyski (sol tərəfdə oturub) İkinci Dövlət Dumasının bir qrup deputatı ilə birlikdə)
O, Dövlət Dumasının iclaslarında "Müsəlman fraksiyası" adından dəfələrlə çıxış edən, çar Rusiyası əsarəti altında yaşayan müsəlmanların-türklərin milli haqq və hüquqlarını müdafiə edən şəxslərdən biri olub. Fətəli xan hər zaman çar hökumətinin ucqarlardakı milli və dini ayrı-seçkilik ideologiyasına qarşı çıxıb. Seym Zaqafqaziyanın müstəqilliyini elan etdikdən sonra Ədliyyə naziri olan Xoyski Gürcüstan Seymdən çıxmaq arzusunu bəyan edəndə bu məsələyə münasibət bildirib:
"Zaqafqaziya xalqları ümumi mənafelərinə görə bir-biri ilə elə sıx bağlıdırlar ki, onların ayrılması asan olmayacaq. Əgər ayrılmaq gürcü xalqının iradəsidirsə, bizim ona mane olmağa heç bir haqqımız yoxdur. Əlbəttə, belə bir şəraitdə Azərbaycan türklərinə də müvafiq qərar qəbul etməkdən başqa yol qalmır".
1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin son iclası keçirilir. Zaqafqaziya Seymi dağıldıqdan sonra mayın mayın 27-də müsəlman-türk fraksiyası (azərbaycanlı deputatlarının fövqəladə iclası keçirilir) Tiflisdə bir araya gələrək, Azərbaycan Milli Şurasını yaradıb.
Həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Xoyski isə İcraiyyə Komitəsinin rəhbəri seçilib. Hərtərəfli və uzun sürən müzakirədən sonra onlar özlərini Azərbaycan Milli Şurası elan edir və Azərbaycanın idarəsini öz öhdələrinə götürüblər.
Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Cümhuriyyətinin müstəqilliyi bəyan olundu və müstəqil dövlətin ilk Baş naziri vəzifəsinə bütün şura üzvlərinin yekdil səsi ilə Fətəli xan gətirildi. Beləliklə, Fətəli xan baş nazir olmaqla yanaşı, Daxili İşlər naziri vəzifəsini də icra etməyə başladı.
Mayın 30-da Nazirlər Şurasının sədri F. X.Xoyski Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra Xarici İşlər nazirlərinə (Konstantinopol, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Xristiyaniya, Kopenhagen) radioqram göndərib:
(Xoyskinin Azərbaycanın müstəqilliyinin elan edilməsi barədə bir sıra dövlətlərin Xarici İşlər nazirlərinə göndərdiyi radioqramın surəti. 30 may 1918-ci il)
"Gürcüstanın çıxması və Zaqafqaziya Federativ Respublikasının dağılması ilə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın istiqlaliyyətini elan edib, Azərbaycan Respublikasını yaradıb. Deyilənləri nəzərinizə çatdıraraq, zati-alinizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Milli hökumətim müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir”.
İmza: Xoyski, Azərbaycan Respublikası Nazirlər Şurasının sədri.
1918-ci il iyunun 17-də M.Ə.Rəsulzadənin sədrliyi altında Azərbaycan Milli Şurasının iclası keçirilib və yeni hökumətin təşkil edilməsi Fətəli xan Xoyskiyə tapşırılıb. O, Azərbaycan Respublikasının ikinci Nazirlər Kabinetini təşkil edib.
AXC dövründə F.Xoyskinin bəzi qohumları görkəmli dövlət və inzibati vəzifələri tutublar. Böyük qardaşı Hüseynqulu xan Xoyski bir müddət Gəncə qubernatorunun müavini vəzifəsində çalışıb. Kiçik qardaşı Rüstəm xan Xoyski Fətəli xan Xoyskinin hökumətində Himayədarlıq naziri olub.
Ümumiyyətlə, paytaxt Bakıya köçürülənə qədər F.Xoyski hökuməti Gəncədə ölkənin iqtisadi həyatı, dəmiryolunun, poçtun bərpası kimi bir sıra digər mühüm tədbirlər də həyata keçirib. O, Azərbaycan üçün an ağır və mürəkkəb dövrdə, sözün əsl mənasında Azərbaycanın varlığı, ölüm və ya olum məsələsinin həll olunduğu illərdə fəaliyyət göstərib.
Belə bir dövrdə ölkəyə rəhbərlik etmək ağlagəlməz dərəcədə çətin bir iş idi. 1918-ci il sentyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçür. Bakı Azərbaycanın paytaxtı elan olunur. Bütün Şimali Azərbaycan ərazisi F.Xoyskinin başçılıq etdiyi Azərbaycan hökumətinin hakimiyyəti altına keçir. Azərbaycan Parlamentindəki bir sıra partiya fraksiyaları elə ilk aylardan Fətəli xan hökumətinə qarşı kəskin müxalif mövqe tuturlar.
Fətəli xan yüksək əxlaq sahibi və vicdanlı dövlət xadimi idi. 1919-cu ilin fevralında onun hökumət kabinəsində çalışan bir şəxsin neftlə bağlı korrupsiyada iştirakını öyrənəndə Baş nazir vəzifəsindən istefa verdi. Onun özünə qarşı heç bir şübhə olmasa da, vəzifədən getməyə üstünlük verdi.
Fətəli xan Xoyski sonralar Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə naziri (1918) və Xarici İşlər naziri (1918-1919 və 1919-1920) vəzifələrində çalışıb.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaradılması bütün dünyaya bəyan edildikdən sonra Milli Şura və Azərbaycan Hökuməti bilavasitə öz ölkəsi ərazisində fəaliyyətini genişləndirmək məqsədilə 1918-ci il iyunun 16-da Gəncəyə köçür.
Fətəli xanın hesabatına görə, hökumət ağ rəngli aypara və səkkizguşəli ulduzla mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan Azərbaycan bayrağını, Azərbaycanın dövlət bayrağını təsdiqlədi (9 noyabr); 19 yaşına çatmış (11 Avqust) bütün Azərbaycan müsəlman inanclı vətəndaşlarını əhatə edən ümumi bir səfərbərlik elan edildi.
1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyəti XI ordu tərəfindən işğal edildi. Bundan 53 gün sonra - 1920-ci ilin iyunun 19-da Cümhuriyyətin Xarici İşlər naziri olmuş Fətəli xan Xoyski erməni milliyətcisi, qatil Aram Yerkanyanın (Ermənistanın Milli Qəhrəmanı) Tiflisdə arxadan açıdığı güllə ilə qətlə yetirildi.
Bakı şəhərin prospektlərindən biri Fətəli xan Xoyskinin adını daşıyır. 1997-ci ildə Azərbaycanda Xoyskiyə həsr olunmuş poçt markası buraxılıb. Dəfn olduğu yerdə, yəni Tbilisi Nəbatat bağının ərazisində qəbirüstü abidəsi ucaldılıb. Şəkidə əvvəllər Karl Marksın adını daşımış küçənin adı "Fətəli xan Xoyski"yə çevrilib.(Oxu.az)
Könül Cəfərli
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024