Toni Morrison əfsanəsi

12:37 / 20.08.2019
Baxılıb: 2844

Onilliklər boyunca Toni Morrison çoxsaylı qara kainatları öz yazılarında ifadə edən bir rəvayətçi hesab olunub. Onun əsərləri ədəbi qanunların sıx bağlarını çözüb və bu bağların arasından onun təkraredilməz nəsri gün işığı kimi ətrafa saçılıb.

Öz həmyaşıdlarımdan fərqli olaraq mən Toni Morissonu gec – 22 yaşımda olarkən kəşf etdim. Dünyaya göz açdığım evdə əsas ədəbi mənbə “İncil” idi. Bəlkə də hardasa Teri Makmillanın romanları vardı. Və yaxud Omar Tireenin romanları, saçlarım hörüləndə bir əlimlə yemək yeyər, bir əlimlə də tutduğum kitabı oxuyardım.

Yalnız Vermontda yaradıcı yazarlıq kursuna başlayanda, məsləhətçilərimdən biri mənim mütləq Toni Morrisonu oxumalı olduğumu dedi. “Ən mavi göz”ü oxuyandan sonra isə mənim sənətə baxışım bir daha əvvəlki kimi olmadı. Qaradərili bir qadın olaraq mən Afrikan-Amerikan yaşantılarının çirkinliyinin və əzəmətinin təhrif edilə biləcəyindən qorxmadan, özümün ifadə edildiyini və təsdiqləndiyini hiss etdim. Mən rahatlandığımı duydum. Və bu duyğuya milyonlarla başqa oxucular da şərik idilər.

Morrison ona görə, ən dahi amerikalı yazıçılardandır ki, qara həyatın məhdudiyyətsizliyinə inancı vardı. Bu şəksizdir. Onun kimi başqa heç kəs Amerikan təcrübəsini belə qavraya bilməyib, zəhmətlərinin bu ölkə üçün hədsiz əhəmiyyətli olduğu fərdləri ictimai şüura bu cür istedad və bu cür cəsarətlə həkk edə bilməyib. Böyüklük təkcə istedad vergisiylə ölçülə bilməz, bir insanın onun necə itiləməyə çalışması, çətinliklərə sinə gərərək, istedad vergisini özündə saxlaya bilməsi də əhəmiyyətlidir.

Buna görə də Toni Morrisonun həyatından bəhs edən “Mənim hissəciklərim” (The Pieces I Am) sənədli filmində şairə Sonya Sançesin öz hisslərini bu cür ifadə etməsi təsadüfi sayılmaz: “Həyatda qalmaqdan ötrü sən hər 10 ildən bir Tonini oxumalısan, çünki hər 10-15 ildən bir biz ömüzü bu Amerikan coğrafiyasında yenidən təsəvvür etməliyik. Əgər bunu etməsən, sağ qalmazsan”.

Sançes iddia edir ki, bu yenidən təsəvvür özünü-sorğulamanı və hiper-subyektivliyi mərkəzində təkcə qaradərili insanlar olduğuna görə tələb etmir, həmçinin bu mərkəzdə bizdən sonra gələnlər və bizdən əvvəl gələnlər olduğuna görə tələb edir.

Sənədli film Morrisonun babasının “İncil”i əvvəldən axıradək oxuduğu barədə öyünməyini nəql etməsiylə başlayır – bu, olduqca böyük irəliləyişdi, çünki həmin dövrdə qaradərililərin oxuma-yazma bilməsi qanunsuz idi. Bu savadlılıq fəxarətini onun ailəsi Qrinvillin dəmir yollarında, Alabamada, Morrisonun dünyaya göz açdığı Ohio, Loraindəki təvəzökar evdə də davam etdirmişdilər. Toni 3 yaşında olarkən bacısı ona oxumağı öyrətmişdi. Belə bir danışalan lətifə var: iki qız əllərində təbaşir səkidə dayanıb söyüş tələffüz etməyə çalışanda, analarının qəzəbinə tuş gəliblər. Məhz bu anda Toni sözlərin gücünü dərk edib. Amma hələlik onun yaşadığı dünya ədəbi qəhrəmanlarına görə ilham aldığı yer deyildi. Əksər qaradərili qadınlar karikaturavari və birölçülü idilər. Bu vakuum onu oxumağı arzuladığı “Ən mavi göz”, “Sula” və “Sevgili” kimi hekayətlərdəki boşluqları doldurmağa həvəsləndirdi.

İlkin rəylərdə ağdərili tənqidçilər Morrisonu qarədərili çərçivədən kənara çıxmadığına, böyük isteadına müvafiq şəkildə daha böyük auditoriya qazanması üçün əyalətdən başını çölə çıxarmadığına görə bir ucdan tənqid edirdilər. Amma biz məhz burada Morrisonun həqiqi istedadının gücünü görürük. Müəllif qaradərili həyatının və bədəninin ağın basqısına və narrativinə bağlı olmadığı zaman necə məna daşıdığını göstərmək üçün inadla ağ nəzərlərdən qaçırdı. Morrisonun kitabları hər daim yaşayan, nəfəs alan və həyatda qalan qaradərili amerikanları əks etdirirdi. Onun kitabları vasitəsilə oxucular “Sevgili”dəki psixoloji zədəni, “Sula”dakı üsyanı və “Solomonun nəğməsi”ndəki şıltaqlığı başa düşə bilirlər.

Sənədli film boyunca biz Morrisona təriflər yağdıran Oprah Uinfri, Valter Mosli, Farah Jasmin Griffin, Hilton Als və Angela Deyvis kimi bir çox ictimai xadimləri və elm adamlarını görə bilərik. Onların Morrisonun yaradıcılığından aldıqları ən böyük dərs hansıdır? Bu adamlar sadəcə onun nailiyyətlərindən danışmırlar, bundan daha artığını, onun kəlmələrinin şəxsi həyatlarına necə təsir etdiyindən, ən tərifəlayiq əsərlərini yazmaq üçün seçdiyi iş vərdişlərindən və bir redaktor, yazıçı və müəllim kimi tez-tez dəyişən rollarını saxlamaq üçün malik olduğu bütövlükdən bəhs edirlər.

Bütün bu məqamlar Morrisonun adını mədəni həyatın ruhuna necə hərtərəfli həkk etdiyini göstərir.

Onun dörd əsas romanı “Ən mavi göz”, “Sula”, “Sevgili” və “Solomomun nəğməsi” filmin mərkəzindədir, digərləri “Caz”, “Tar körpəsi”, “Ev” və “Tanrı, uşağa kömək et” isə yox. Morrisonun iş nizam-intizamının arxasındakı böyük qüvvəni nəzərə alanda, bu qaçırılmış fürsət kimi görünür. Bununla belə, mən inanıram ki, dokumentalın məqsədi Morrisonun əsərlərinin kəmiyyət indeksini deyil, onun bir ədəbi titan və qaradərili insanların, onların məskunlaşdıqları coğrafiyanın iti müşahidəçisi kimi göstərməkdir.

İki saatlıq sənədli film Toni Morrisonun həm şəxsi, həm də peşəkar mühitdə yaşamaq, fəaliyyət göstərmək, yaratmaq və sənəti inkişaf etdirmək üçün keçdiyi yollardan bəhs edir.

Bu film onun qaradərili insanlara həsr etdiyi və bu dünyada açdığı sirləri göstərmək üçün qarşısındakı maneələri necə aşdığını göstərir. “Toni Morrison: Mənim Hissəciklərim” ekran əsəri gözəlcəsinə yaradılmış sənədli filmdir. Onun kompozisiya hissələri Morrisonun bir yaradıcı insan kimi bütövlüyünü və tamlığını, o cümlədən onun ilham pəriləri olan bizləri göstərir.(bilge.az)

Morqan Cerkins


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər