Reyxstaqa qədər döyüşən aktyor - Hüseynağa Sadıqovun ömrü boyu unutmadığı dəhşətli EPİZOD

17:51 / 20.08.2019
Baxılıb: 4318

...Bir dəfə anası onu teatra aparır. Teatr, səhnə, aktyorlar... Gördüyü yeni dünya onu ovsunlayır. Teatra necə bağlanırsa, ömrünün 50 ildən çoxunu bu sənətlə birgə yaşayır. Hələ cavan vaxtlarında həyat onun sənətə sevgisini sınağa çəkir: teatr, yoxsa ailə? O, teatrı seçir, əvəzindəsə ömrünün sonuna kimi ayrılıq, nisgil yaşamalı olur. Bu, elə-belə ayrılıq deyildi, aradan Araz axırdı, tikanlı məftillər vardı...

Bu, balacaların “Xoruz baba”sı, “Babamızın babasının babası”,  Xalq artisti Hüseynağa Sadıqovun həyatıdır. Maraqlı, şərəfli, ağrılı…

Qızı Tamella Sadıqova:

- Atam Bakıda doğulub, amma kökümüz Cənubi Azərbaycandandır, sonralar bu tərəfə köçüb yaşayıblar. 30-cu illərdəsə yenidən Cənubi Azərbaycana qayıtmalı olublar. Atam bu barədə danışmağı sevməzdi, bu mövzu onu çox ağrıdırdı. Ailəsi Cənubi Azərbaycana köçəndə atam getməyib. Onda  təxminən 20 yaşı varmış, Gənc Tamaşaçılar Teatrında işləyirmiş. Teatrdan ayrıla bilməyib. Atası, anası, bacı-qardaşları-hamı o tərəfə keçib. O, burda tək-tənha qalıb. Fikirləşirmiş ki, yəqin, ailəsi bir müddətdən sonra geri qayıdacaq. Amma onların ayrılığı heç bitmədi…

- O vaxtdan bir dəfə də olsun, görüşmədilər?

- Atam babamı tək bir dəfə uzaqdan-uzağa görmüşdü - müharibədən qayıdanda. Atam 1941-45-ci illərdə müharibədə olub axı. Qələbədən sonra Sovet ordusu İrandan keçib gəlirmiş. Təbrizdən keçəndə atam görüb ki, babam kənarda dayanıb ona baxır. Amma bir-birinə yaxınlaşa bilməyiblər. O vaxt dövran başqaydı. Atam ömrü boyu o epizodu unuda bilmirdi.

 Sərhədlər açılandan sonra qohumlarınızı axtarmağa başladız?

- Fikrim vardı, amma mən bu barədə çox məlumatsızam. Düzdü, babamın kim olduğunu bilirəm-adı Ələsgəriydi. Amma indi onları axtarmaq çox çətindi, gecdi. İllər keçib…

- Bəlkə, yenə də gec deyil…

- Bəlkə də.

- Atanız müharibədən nələr danışırdı sizə?

- O, müharibəyə könüllü gedib. O vaxt SSRİ bizim vətənimiz sayılırdı, atam da vətənpərvər adamıydı. İki dəfə yaralanıb, müharibənin son günlərinə, Berlinə kimi vuruşub. Sovet əsgəri Reyxstaqa bayraq sancana qədər. Yadımdadı, deyirdi ki, Berlini alandan sonra şəhəri gəzirdik. Qəfildən alman zabitiylə qarşılaşdım. Hər ikimizin əlində silah vardı. Bir anlıq göz-gözə gəldik. Onu öldürmək istəmədim, fikirləşdim ki, onsuz da, biz qalib gəlmişik. Onun ölümü mənə lazım deyildi. Silahı aşağı saldım. O da məni vurmadı. Sonra yanından gəlib keçəndə “dankeşön” dedi, yəni  “çox sağ ol”. Atam deyirdi, o söz hələ də mənim qulağımdadı... 

- Bir az da onu ata kimi tanıyaq. Hüseynağa Sadıqov necə ataydı?

- Mənə görə, dahi ataydı. O, mənim tərbiyəmlə ciddi məşğul olurdu. Birinci sinfə gedəndə dedi ki, mən nə sənin qiymətlərinə baxacam, nə də necə oxuduğunu soruşacam. Bu, mənə yox, sənə lazımdır. Sən gərək oxuyasan, gələcəkdə nəyəsə nail olasan. Həmişə deyərdi ki, çalış insanlara yaxşılıq elə. Yaxşılıq eləsən, o sənə qayıdacaq. Bunu “Piri Babanın nağılları” verilişində də uşaqlara aşılayırdı. Çox sakit adamıydi. Heç vaxt yüksək səslə danışmazdı. Amma sərt baxışı vardı. Yadınızdadırsa, “Babamın babasının babası” filmində də onun baxışlarını çəkiblər. Mən məktəbdən gələndə o mənə diqqətlə baxırdı, elə bil bilirdi, mən bu gün neyləmişəm, necə oxumuşam. Mənə elə gəlirdi, o, hər şeyi baxışlarıyla oxuyur.

O, uşaqları çox sevirdi. Bu, sizi qısqandırmırdı?

- Çox qısqanırdım. Küçəyə çıxırdıq, bir addım atmamış uşaqlar başına yığışırdı. Mən qıraqda qalırdım. Atamdan küsürdüm. O, könlümü alırdı, deyirdi, “sən mənim qızımsan, səni onsuz da çox istəyirəm. Amma onlara da diqqət ayırmalıyam”. Uşaqlar ona “Xoruz baba” deyirdi. Əvvəllər televizor çox evdə yoxuydu. Bazar günləri səhərlər radioda uşaq verilişi olurdu. Atam orda xoruz rolunu oynayırdı. Onun səsi çox maraqlıydı, çəkiciydi. Hamımız oturub qulaq asırdıq. Bu veriliş qurtarmamış heç bir uşaq həyətə çıxmazdı. Sonra həyətə çıxıb həmin verilişdən danışırdıq. Biri deyirdi, mən filan şeiri bilirdim, o biri deyirdi, mən tapmacanın cavabını tapmışam. Uşaqları o qədər sevirdi ki... 
İnfarkt keçirmişdi. Xəstəxanadan çıxan gün ona zəng etdilər ki, uşaqlar gəlib səninlə görüşmək istəyir. Atamın vəziyyəti yaxşı olmasa da, uşaqların xatirinə həmin görüşə getmişdi.

- Aktyorla bir evdə yaşamaq, onun qızı olmaq maraqlıdı?

- Əlbəttə. Bizim evə maraqlı adamlar gəlirdi. Rusiyanın məşhur aktyorlarını - Yuli Nikulini, Sergey Flippovu tez-tez evimizdə görərdim. Anam süfrə açardı. Atam məzuniyyətə gedəndə məni, anamı da özüylə aparırdı. Yaltaya, Moskvaya, Sankt-Peterburqa gedirdik. O şəhərlərdəki bütün muzeyləri, teatrları gəzmişik.

Atam evdə çox sakit, adi adamıydı. O, evə gələn kimi anam deyirdi, “atan yorulub,  sakit ol, gərək bir az istirahət eləsin”. Çox işləyirdi, səhərdən axşama kimi radioya, televiziyaya, kinostudiyaya, teatra, ya da, görüşlərə gedirdi. Sənətini çox sevirdi. Yaradıcılığa Gənc Tamaşaçılar Teatrından başlamışdı. Ona başqa teatrlardan, hətta Moskvadan dəvətlər gəlirdi, amma qəbul eləmirdi.

- Niyə?

- Gənc Tamaşaçılar Teatrı ona çox doğmaydı. Həm də uşaqları sevirdi deyə, gedə bilmirdi.


- Atanız həm də filmlərə çəkilib. “Ələddinin sehrli çırağı”, “Alma almaya bənzər”, “Sehirli xalat”, “Babamızın babasının babası”... Film çəkilişləri zamanı atanızla bağlı hansısa epizod danışa bilərsiz?

- “Ələddinin sehrli çırağı” filmi çəkiləndə mən də ordaydım. Çəkilişlər Sevastopolda aparılırdı. Çəkiliş qrupu yeməkxanada nahar eləyirdi. “Sup” bişirmişdilər. Aşpaz nədənsə bəzi adamların “sup”una ət qoyurdu, bəzilərinə yox. Atamın “sup”unda da ət vardı. Bir nəfər sirk işçisi, cavan oğlan yerindən qalxıb aşpaza dedi ki, “nəyə görə mənə də ət vermirsiz, mən də istəyirəm”. Qadın cavab verdi ki, “yox, sənə olmaz”. Atam bunu eşidən kimi ayağa durdu, öz qabını oğlanınkı ilə dəyişdirdi. Aşpaz atamdan bunun səbəbini soruşanda ona belə cavab verdi: “O cavandı, məndən də yaxşı qidalanmalıdı”. Sözümün canı odu ki, o, çox rəhmli insanıydı. Evdən çıxanda taksiyə minmirdi, piyada gedirdi. Bilirsiz niyə?


- Niyə?

- Ona görə ki, taksi sürücüsü ondan pul götürmürdü. Atamsa buna razı olmurdu. Deyirdi, bu, onun qazancıdı. Trolleybusa da minə bilmirdi, hamı onunla söhbət eləməyə can atırdı. Atam da piyada getməyə məcbur olurdu. Bazara gedəndə ondan pul almaq istəmirdilər.Amma pulsuz bir çöp də götürməzdi. 

Nə əcəb onun sənətini seçmədiz?

- İstəyirdim, atam razı olmadı. Deyirdi, bu, çox ağır sənətdi. Filoloq oldum. Vaqif Səmədoğlu kinostudiyada işləyirdi, mən də universiteti qurtarmışdım. Moskva Kinematoqrafiya İnstitutuna sənəd vermək istədim. Sənədlərimi Vaqif müəllimə təqdim elədim. Səhər apardım, axşam gördüm ki, sənədlər evdədir. Atam alıb evə gətirib. Bununla da hər şey bitdi.


- Elə biz də söhbətimizi burda bitirək. Sizi oxuculara necə təqdim eləyim? Sadəcə, Hüseynağa Sadıqovun qızı , yoxsa hansısa sənət sahibi kimi?

- Elə Hüseynağa Sadıqovun qızı kimi. Onun qızı olmaq mənim ən böyük sənətimdi.(modern.az)

Səfurə Çərkəzqızı,
“Sevdalılar”

Redaksiyadan: Əslən Cənubi Azərbaycandan olan Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona məsul rollar tapşırılıb.

Bu teatrda əlli ildən çox aktyorluq etmiş sənətkar bir-birindən maraqlı onlarla rolun ifaçısı olub.
"Komsomol poeması" tamaşasında oynadığı Mirpaşa roluna görə 1967-ci ildə Respublika Lenin komsomolu mükafatına layiq görülüb.

Teatr sənətinin inkişafında, xüsusən gənc tamaşaçıların, məktəb şagirdlərinin, yeniyetmələrin estetik zövqlərinin münbit zəminə düşməsində göstərdiyi səhnə xidmətlərinə görə 1 iyul 1956-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 9 fevral 1979-cu ildə Xalq artisti fəxri adları ilə təltiflənib.

Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib...

 


Etiket:
Xəbərlər

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024
Bütün xəbərlər