Aktrisa ilə evlənib, onu kinoya həsrət qoyan REJİSSOR

12:07 / 23.08.2019
Baxılıb: 3208

Azərbaycan kino tarixində saysız rejissorlar olub. “Balaxanıda neft fantanı” müəllifindən tutmuş “Dolu”, “Sübhün səfiri” filmlərini çəkən rejissorlara qədər. Peşəkar filmlər çəkiblər.

Ola bilər ki, çəkdikləri filmlər arasında indiyə qədər sevilənləri var. Amma həmin rejissorları ustad adlandırmaq olmaz, çünki özlərindən sonra nə onların yolunu davam etdirən rejissor var, nə də kəşf etdikləri aktyor. Hazır “məhsullardan” yararlanıb filmlərini çəkiblər,  vəssalam.

 
Elələri də olub ki, onlarla assisentlik edənlər indi peşəkar rejissorlardır. Kəşf etdikləri aktyorlar isə  kinomuzun inciləri...  

Haqqında söhbət açacağımız rejissor Rasim Ocaqov ikincilərdəndir. O, yalnız film çəkməklə işini bitirmiş hesab etmədi. Həm film çəkdi, həm də Azərbaycan kinosu üçün peşəkar kadrlar yetişdirdi. Kəşf edib kinoya bəxş etdiyi aktyorlara hələ də çox böyük ehtiyac var.

Rasim Ocaqov təbiətcə qaraqabaq, başıaşağı adam idi. Düşüncəli görkəmi vardı. Onu həmişə barmaqlarının arasında siqaret nə isə düşünən görərdin. Özü heç vaxt ünsiyyətə can atmazdı. Amma onunla ünsiyyət qurmaq da çətin deyildi. Elə ki, səni tanıdı, məmnuniyyətlə söhbət edər, isinişərdi.

Şəkidə dünyaya gəlmişdi.  Uşaqlıqdan foto ilə maraqlanmağa başlamışdı. Həvəskar şəkillər çəkirdi, amma arzusu geoloq olmaq idi. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların necə işlədiklərini görmək üçün yanlarına gedir. Möcüzəli kino aləmi onu özünə elə çəkir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır. Orta məktəbi bitirdikdən sonra Moskvaya gedir. MÜDKİ-nun kinooperatorluq fakültəsində (1951-1956, B.Qolovnya və L.Kosmatovun emalatxanası) təhsil alır. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi çalışmağa başlayır.

Çox filmlərdə operator kimi çalışıb. “Bir cənub şəhərində”, “Bizim küçə” filmləri onun kamerası ilə çəkilib. “Bir cənub şəhərində”ni kino aləmində çox vaxt Eldar Quliyevin yox, Rasim Ocaqovun filmi hesab edirlər. Rasim Ocaqov bəzən heç rejissorla məsləhətləşmədən çəkilişləri aparır, sonradan bu kadrlara birgə tamaşa edəndə rejissorlar onun işinə qibtə edirdilər. “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı. 

Bir gün Rasim Ocaqov hiss edir ki, onun içində aşıb-daşan yaradıcılıq istəyi kamera ilə kifayətlənmir. Rejissor kimi film çəkmək istəyir. Bu arzu ilə  M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirir. (1977).

Bu yerdə düşünürəm: kim olsaydı deyərdi ki, MÜDKİ-nun diplomunu alandan sonra nəyimə lazımdır, İncəsənət İnstitutunu bitirmək?

Amma Rasim Ocaqov həmişə peşəkarlığa xüsusi önəm verib, üstəlik çox məsuliyyətli insan idi.

İki il kino çəkmək arzusunu həyata keçirə bilməyib, ona film verməyiblər. Bir gün “Azərbaycanfilm”in rəhbəri onu çağırıb və deyib ki, sənə Moskvanın qəbul etmədiyi bir filmi yenidən işləmək üçün verirəm, bacarsan, rejissor olacaqsan, bacarmasan kino üzünə həsrət qalacaqsan. Beləliklə “Qatır Məmməd” filmi Rasim Ocaqova həvalə olunur. Rejissor artıq hazır bir filmi “söküb” yenidən “toxuyur”. Ayrılan vəsait xərclənib, plyonka işlənib, çəkilən çəkilib. Min bir əziyyətlə filmi yenidən ərsəyə gətirir. Moskva baxır və film nümayişə buraxılır.

O vaxtdan Rasim Ocaqovun rejissorluq yolu başlayır.  1973-cü ildən quruluşçu-rejissor kimi çalışır. “Ad günü”,  “Bağlı qapı”, “İstintaq”, “Onun böyük ürəyi” filmlərini çəkir. “Onun böyük ürəyi” filmi  Ocaqovun ilk sərbəst işi idi. 1958-ci ildə Bakı kinostudiyasında lentə alınmış bu filmdə Rasim Ocaqov həm də özünü psixoloji anların ustası kimi təsdiq etdi. Bu film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Filmə baxanda hiss edirsən ki, bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb. İnsanların od püskürən soba qarşısındakı gərgin anları, bəzən romantik məqamlarda geniş və orta planlardakı vəziyyətləri elə ustalıqla yaradılıb ki, tamaşaçı həqiqətən onun yaradıcılarının istedadına heyran qalır.

Doğrudan da, tamaşaçı filmə operatorun gözü ilə baxır. Əgər kinooperator duyumlu, texniki cəhətdən mükəmməldirsə, deməli, filmin baxımlılığı təmin olunub.

Orta məktəbdən tapıb bu filmdə Rəna roluna dəvət etdiyi  Sveta Cavadovaya aşiq olması isə  filmlərə ara verməyinə səbəb olur.  Orta məktəbi qurtaran ərəfədə kinoya çəkilməsi ilə bu aləmin möcüzəliyinə vurulub ondan ayrılmayacağını zənn edən gənc qız özü də bilmirdi ki, gənc rejissor da ona vurulub və onu bu sahəyə gətirdiyi kimi də ayırmağa çalışacaq.

Bu sevgi onların evliliyi, Svetanın isə kinoya həmişəlik vida etməsi ilə nəticələnir.  

Rasim Ocaqov filmlərini çəkməklə məşğul olur və  1990-cı ildə “Ocaq” studiyasını yaradıb öz sevimli işini müstəqil davam etdirməyə başlayır.  

“Tütək səsi”, “Özgə ömür”, “Park” “Təhminə”,  “Bağlı qapı”, “Həm ticarət, həm ziyarət”,  “Ölsəm, bağışla” filmləri Ocaqovun  yaradıcılığının məhsuludur.  

Deyirdi ki, müharibə filmləri çəkə bilmirəm, çünki onu yaşamamışam. Rasim Ocaqov yalnız içindən keçənləri, yaşadıqlarını ortaya qoyan rejissorlardan idi. Ona görə də çəkdiyi filmlər sevilir və illər sonra da tamaşaçıya təsirsiz  ötüşmür.

Səhhətindəki problemlərdən əziyyət çəksə də, onu yıxan siqareti atmırdı. Deyirdi, onun hər qullabı beynimdə yaranan bir süjetdən çıxır.

Kinematoqrafçılar İttifaqında işləyəndə isə film çəkmirdi daha. Düşünürdü ki, kimsə, işi olmayan rejissor çəksin, onun artıq işi var və kifayət qədər də film çəkib. Özü deməsə də, hamı bilir ki, Hacı İsmayılov, Fəxrəddin Manafov kimi bir çox sənətkarlar  onun aktyor tapıntılarıdır. Operator Kənan Məmmədov həmişə Rasim Ocaqov məktəbindən bəhrələndiyini deyir.

Sonuncu filmi “Otel otağı” oldu. Yenə insan mənəviyyatı, insanın iç dünyası filmin əsasını təşkil etdi. Hər filmin bütöv bir fikir, tutarlı söz olması Rasim Ocaqov yaradıcılığının məğzi idi.

Azərbaycanın (1967), Çeçen-İnquş Respublikasının əməkdar incəsənət xadimi (1964), xalq artisti (1982), Azərbaycanın (1980) və SSRİ-nin (1981) dövlət mükafatları laureatı Rasim Ocaqov 7 iyul 2006-cı ildə 73 yaşında ürək çatışmazlığından dünyasını dəyişdi. "Bu gün Azərbaycan kinosundan Rasim Ocaqovun filmlərini götürsək, canlı varlıq olan kino yarıçılpaq qalar”.

Bu, onun filmlərində çəkilən rusiyalı aktyor Aleksandr Kalyaginin fikridir.

Ramilə Qurbanlı,
“33 pərdəli dram”


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər