1071-ci ilin bu günü dünya və türk tarixində çox böyük bir hadisə olan Malazgirt döyüşünün baş verməsindən 946 il ötür. Malazgirt döyüşünün tarixi və geosiyasi əhəmiyyəti olduqca böyükdür.
Bu hadisə türk tarixində öz əhəmiyyətinə görə yalnız 1453-cu il İstanbulun fəthi və 1526-cı ildə Osmanlıya Avropanın qapılarını açan Mohac savaşı ilə müqayisə oluna bilər. Sultan Alparslanın türklərə Anadoluya girməyə icazə verməsindən sonra Bizans imperatorluğuna Roman Diogen çıxarıldı. O, sayı 200 min olan (bəzi mənbələrə görə 1 milyon) ordu toplayıb Anadoluya, sultan Alparslanla döyüşə yollandı. Onun ordusunda nizami bizans və erməni əsgəri birləşmələrindən başqa muzdlu peçeneq, qıpçaq, slavyan, qot, gürcü döyüşçüləri də var idi. Döyüşün gedişatında türk dilində Alparslanın komandanlarının əmrini eşidən türk birləşmələri səlcuqluların tərəfinə keçdilər. Qorxaq ermənilər isə Bizans ordusuna xəyanət edərək, ümumiyyətlə döyüş meydanından qaçaraq fərarilik etmişdilər. Habelə, imperator Diogen paytaxt Konstantinopoldan Anadoluya gəlib çatdıqda bizans təbəələri olan yerli əhali ona ermənilərin quldur basqınlardan, barbarlıqlarından şikayət etdilər. Bundan qeyzlənən imperator əmr verdi ki, burada yaşayan ermənilərin məhəllələri dağıdılsın. Bir çox ermənilər öldürüldü, başçıları isə sürgünə göndərildi. Alparslan Bizans imperatorunun Azərbaycandan keçərək İsfahanı tutmaq niyyətində olduğunu, Səlcuqlu dövlətini süquta uğratmaq istədiyini bilirdi. O, düşməninin çox güclü olduğunu görərək, ordusunun ruhdan düşməməsi üçün ağ kəfən geyinərək atının quyruğunu bağlamış və özünün həlak olacağı yerdə basdırılmasını əmr etmişdi. 1071-ci il 26 avqust cümə günü başlayan tarixin ən böyük meydan müharibələrindən biri türklərin “Turan taktikası” nəticəsində onların xeyrinə bitdi. Alparslan əvvəlcə zəif dəstələri irəli göndərdi, onlar bir azdan bizansliların qarşısından geri çəkildilər. Bizans ordusu da onların arxasından təqib etməyə başladılar. Ağır zirehli qoruyucu geyimdə olan bizans əsgərləri yüngül türk döyüşçülərini axıracan izləyə bilməyib yoruldular. Bu zaman yaxınlaşan əsas Səlcuqlu qüvvələri bizanslıları darmadağın etdi. İmperator Diogen əsir götürüldü. Alparslan onu böyük miqar pul qarşılığında azad buraxsa da, lakin məğlub imperator taxtdan devrilmiş, yerinə başqa imperator gətirilmişdi. Diogen əvvəlcə kiçik bir kilsəyə sığınaraq rahiblik etsə də, sonradan gözlərinə mil çəkilərək edam edildi.
Bir neçə gün sonra isə gözünə düşən infeksiyadan öldü. Yeni Bizans imperatoru Diogenlə Alparslan arasındakı sülh müqaviləsini tanımaqdan imtina etdiyi üçün Alparslan türk bəylərinə Anadolunu tamamilə ələ keçirmək əmrini verdi. Anadoludan sonra Avropaya türk fəthlərinin başlayacağndan qorxuya düşən Roma Papası Avropanın bütün xristiyan krallarına Şərqə səlib yürüşünə başlamaq çağırışı etdi. Malazgirt döyüşü isə Anadolunun qapılarını türklərə açmaq, özlərinin qarşısında əsas maneə olan Bizansın zəiflədilməsi baxımından əhəmiyyətli oldu. Səlcuqlu dövləti də getdikcə zəifləsə də, onun yerində türk bəylikləri meydana gəldi ki, bunlardan da ən əsası 624 il üç qitəyə, yeddi dənizə hökmranlıq etmiş Osmanlı imperatorluğu oldu. Ancaq bir çoxlarının bildiyi kimi, Malazgirt türklərin Anadoluya gəlişi tarixi deyil, hakim oluşu tarixidir! Miladdan çox çox əvvəl burada türk tayfaları yaşayırdılar. Malazgirt isə onları Anadolunun hakimi elədi!(Bizimyol.info)
Nəzakət Məmmədova
Politoloq
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024