“ERMƏNİ” ADININ MƏNŞƏYİ
Hər bir xalqın öz soyadı olur və öz toplumu içində bu adla tanınır, bu cür özünü adlandırmaya endoetnonim deyilir. Bəzən bu və ya digər xalqa qonşuları da ad qoyur və bu cür kənardan adlandırma ekoetnonim adlanır. Adətən, kənar ad xalqın xasiyətinə, həyat tərzinə, yaşadığı ərazinin adına və hətta geyiminə görə verilir ki, bu da müəyyən tarixi-siyasi şəraitdən asılı olaraq, zaman-zaman dəyişə bilir. Lakin xalqın öz içindəki milli soyadı min illərlə yaşayır, çox nadir hallarda unudulur. Etnonimika elminin bu qanunları erməni adına da aiddir.
Əsl soy adları olan hay etnonimi bugünkü ermənilərin öz içində yaşadığı halda, gürcülər onlara somexi, kürdlər filə, biz də başqaları kimi erməni deyirik. Ancaq erməni etnonimi ilk dönəmlərdə bugünkü haylara deyil, tamamilə başqa dilə və mədəniyətə mənsub subar türklərinin ermen adlı boylarına aid olmuşdur. Haylar isə Ərməniyə ölkəsinə gələndən xeyli sonra, xüsusilə xristanlığı qəbul edəndən sonra ətraf bölgələrə yayıldıqca bu yeni ekoetnonimlə adlanmışlar, çünki bəzi qonşu xalqlar, təbii olaraq onları artıq Ərməniyə əhalisi (erməni) kimi tanımışlar. Haylar da həmin ərmən boylarının adını mənimsədikləri kimi, əlifba düzəldib özlərinə tarix yazanda artıq onların qədim tarixini də özlərinə çıxmışlar. Ona görə də, erməni adının mənşəyindən danışarkən vacib şərtlərdən biri sonrakı psevdo–ermənilər (haylar) ilə əsl qədim ermənlərin fərqləndirilməsidir.
Bu adın mənşəyindən danışmaq üçün onun hansı tarixi çağlarda, hansı coğrafi məkanda və həm də hansı xalqın dilində və adında işləndiyini araşdırmaq lazım gəlir. Əgər bu adın işlənmə tarixinə baxsaq, onun çox qədimdən mövcud odduğunu görərik: işlənmə arealına baxsaq, onun izinə Altaydan Dunay çayına qədər, Orta Asiyadan Anadoluya qədər müxtəlif coğrafi ərazilərdə, xüsusilə qədim Azərbaycanda rast gələrik. Tarixin müxtəlif çağlarında Mitanni dövlətinin, samidilli aramey tayfalarının, qafqazdilli hurri-urartu xalqlarının, doğu-german (ostqot) boyunun və türkdilli subar, bulqar, mitan boylarının birbaşa və ya dolayısı ilə bu adla olan əlaqələrinə aid məlumatları da bura əlavə etsək və həm də vaxtilə (sonralar) Balkan yarımadasından Ərməniyə ölkəsinə gələn hay tayfalarının da burada «erməniləşdiyini» nəzərə alsaq, onda zaman və məkan ölçüləri çox böyük olan erməni adının mənşəyini aça bilən dil və tarixi faktları toparlayıb, ümumi nəticə çıxarmağın o qədər də asan olmadığını görərik.
Öncə, erməni adı ilə ilişgisi olan adlar kimi elmi ədəbiyatda verilən Arman, Arme toponimləri və arameyetnonimi üzərində dayanaq, çünki əksər alimlər «erməni» adının mənşəyindən danışarkən həmin sözlərə istinad edirlər (38; 43; 44; 47; 48 və s.). Arman və Armi yeradları m.ö. III minillikdən üzübəri işlənməkdədir. Arman toponiminə akkad çarı Naram-Suen (2236-2200) və onun babası Ulu Sarqona aid yazıda rast gəlmək olur:
1) SAG.GİŞ.RA Ar-ma-nimki u Eb-laki
2) Ar-ma-namki u Eb-laki (35, 285).
Buradakı «Arman və Ebla» ölkələrindən birinin (Ebla) harada yerləşməsi məlum olsa da, digəri barədə konkret bəlgə yoxdur, ona görə də, yeni tapılan yazılarda adı keçən Arme toponimini həmin Arman ilə eyniləşdirən tədqiqatçılar vardır.Məncə, bunlar eyni regionda yerləşsələr də, ayrı-ayrı yer adlarıdır. Belə ki, 25 il öncə İtaliya arxeoloqları quzey-batı Suriyada Hələbdən güneydə qədim Ebla şəhər-dövlətinin arxivlərini tapdılar və şumer-akkad yazı sistemi ilə indiyəcən məlum olmayan bir sami dialektində yazılmış bu gil lövhələrdə (tabletlərdə) çoxlu yer adları üzə çıxdı ki, bunların da xeyli hissəsi o dövr üçün məlum şumer, elam, sami, hurri və hindavropa dillərindən heç birinə aid deyil (35, 336). Bu toponimlərdən biri də bəzi mətnlərdə təkrar olunan Arme adıdır:
1) dra-sa-ap ar-mi ki (35, 284) – «Arme şəhərinin tanrısı Rasap»
2) 3 Ar-miki al-KU Gi-za-anki – «Qizanda olan 3 Armi’li»
3) Eb-laki wa Ar-miki (35, 285) – «Ebla və Armi»
4) 4 GİŞşilig 1 ninda ku-li – «Armi bəyinin dostları üçün
en-en Ar-miki (35,223) 4 GİŞşilig 1 aş (çörək ?)»
Buradakı «Ebla və Arme» ifadəsi ilə akkad yazısındakı «Arman və Ebla» deyimi arasında yaxınlıq görüb,Arman toponimini Armi ilə eyniləşdirən tədqiqatçılar olduğu kimi, 5 min il yaşı olan bu Arme bölgəsinin hayların ulu yurdu olduğunu iddia edən hay-erməni alimləri də vardır. İ.M.Dyakonov bu münasibətlə yazır:
«V nekotorıx okolonauçnıx kruqax isklöçitelğnıy interes vızvalo nazvanie sosedneqo s Gbloy siriyskoqo qoroda Armanum, a takje neredko vstreçaöheqosə v tekstax toponima ili etnonima ar-miki, i voznikla nadejda – nelğzə li videtğ zdesğ predkov armən?
…Mif ob armənax, upominaemıx v gblaitskix tekstax, obreçen rastaətğ tak je, kak mif o bibleyskix qorodax» (38, 336).
Həmin müəllif fikrini davam etdirərək deyir ki, «erməni» adı hayların öz içində heç vaxt işlənməmişdir, bu adı onlara başqa xalqlar vermişlər və həm də göstərir ki, Armanum yeradı armi, arami etnonimləri ilə bağlı olub, «köçəri» (nomad) anlamı bildirən aramey boyunun adından yaranmışdır (38, 336-337).
Müəllifin hay–armi məsələsi ilə bağlı fikirləri doğrudur, lakin Arman və Armi adlarının ikisini də arameylərə bağlaması o qədər də inandırıcı deyil, çünki çoxlu sait səsi olan türk dillərindəki sərbəst dəyişmədən fərqli olaraq, sami dillərində saitlər azdır və onların əvəzlənməsi qramatik yük daşıyır, burada sözlərin sonluğundakı fərqlər də şübhə doğurur. Bunu həmin adlar arasında paralellik axtaran Paul Garelli də «Ebla arxivindəki toponimlər haqqında qeydlər» adlı məqaləsində etiraf etmişdir (35, 285). Bundan başqa, Arman toponimi türk xalqlarının onomastikasında və proto-azər boyları olan bölgələrdə geniş yayılmışdır:
Arman (Başqord türklərində müasir toponim)
Arman (Aşqabad yaxınlığında qədim türkmən qalası)
Arman (Kərkükdən aşağı Dəclə yaxasında dağadı, m.ö. XV-XII əsr)
Arman (Kassi dövrü Diala yuxarısında şəhər; Alman kimi də oxunur)
Armuna (Urmu quzeyində zəngi boyunun kəndi, m.ö.VIII əsr)
Armanqu (Qızıl-üzənin yuxarı axarında toponim, m.ö. VIII əsr)
Armait (Manada Ziviyə yaxınlığında qala, m.ö. VIII əsr)
Bu siyahını uzatmaq da olar, lakin elə bunlar da kifayətdir ki, türk xalqlarının dilində Arman toponiminin müxtəlif bölgələrə daşındığını görə bilək. O ki qaldı Arme adına, onu da yalnız arameylərlə bağlamaq düzgün deyil, çünki arameylər həm bu adın işləndiyi tarixdən min il sonra həmin ərazilərə gəlmişdir, həm də Arme toponimi subar-hurri boylarının məskunlaşdığı bölgənin adı kimi işlənmişdir. Yuxarıda Ebla yazılarında baxdığımız Arme toponimi də daha çox şəhər və ölkə adı kimi verilmişdir. Həmin mətnlərdə «4 kişilik xörək (aş)» kimi ifadələr bir yana qalsın, «Armi’li Dumur» və «Uti bəyi Tamur–lim» ifadələrindəkidəmir sözü, «Arimu’nun yaşadığı Abarsila ölkəsi» (35, 251, 310) deyimindəki (a)barsil etnotoponimi (?) çətin ki, sami dilləri ilə izah oluna bilsin.
Subarların yaşadığı Arme ölkəsinə (bölgəsinə) keçməzdən əvvəl, həmin toponimin indiki Suriyanın quzeyində deyil, ondan xeyli yuxarıda Dəclənin yuxarı qollarından Zebene-su çayının yaxalarında yerləşdiyini qeyd edək və Mitanni dövlətinin mərkəzi bölgələrindən olduğunu nəzərə alıb, mitan boyları haqqındakı tarixi bəlgələri nəzərdən keçirək, çünki haqqında danışdığımız «erməni» adı ilk dəfə arminişəkilində m.ö. VI əsrdə həmin bölgədə ortaya çıxmışdır və həmin etnonimin hələlik elmə məlum olan ən qədim tarixini əks etdirir. Tarixdən bu da bəllidir ki, Dəclənin yuxarı axarlarında urartulardan əvvəl görünən çoxsaylı hurri boyları armini adı ortaya çıxana qədər buradakı subarlarla ən azı min il iç-içə yaşamışlar. Təbii ki, bu durum müəyyən çağlarda müxtəlif dilli tayfaların konfederasiyası üçün təbii şərait yaratmışdır və görünür, hurrilər əsasən subar boylarından olan mitan tayfaları ilə qaynayıb-qarışmışlar, çünki hurrilərin qurduğu dövlət daha çox Mitani adı ilə tanınırdı. Mitani çarı Tuşratta misir fironu III Amenxotepə (1455-1424) yazdığı geniş mətnli məktubunda ölkəsinin adını hurricə Xurroxe, məktubun akkadca olan hissəsində isə Mitani adlandırmışdır (44, 95). Bizi maraqlandıran Arme bölgəsinin Mitani ölkəsinin ortasında olması və mitan boylarının yaşadığı torpaqlarda, getdiyi ərazilərdə daima Arman,Ermən toponimlərinin, erməni etnoniminin ortaya çıxması faktlarını nəzərə alıb, mitan boyları haqqındakı bəlli bəlgələri gözdən keçirək.
Habur və Balıx çaylarının (Balıx hidronimi də qədim türkcədir) yuxarı yaxalarında batı hurri boylarının qurduğu dövlətin (XVI-XIII əsrlər) mərkəzi şəhəri Vaşşukanni idi və bütöv ölkə samicə Xaniqalbat, misir yazısında isə Naxarain – «İkiçay ölkəsi» adlanırdı (44,93). Lakin hurrilərin doğu boylarından bəzi tayfalar Dəclənin orta axarına, onun sol yaxalarında indiki Kərkük bölgəsinə də gəlib çıxmışdı. Ona görə də, hurri izləri batıda Fələstinə qədər gedib çıxırsa, doğuda da Güney Azərbaycanın güney-batı sınırlarına qədər özünü göstərir. Əlbəttə, Qafqaz ətəklərindən Ön Asiyaya gəlmiş hurrilər belə geniş, özü də bir-birindən aralı bölgələrdə nüfuz sahibi olmaq üçün asur təzyiqi altında olan yerli subar boylarının köməyinə arxalanır, onların qüvvəsindən istifadə edirdilər. Yəqin bu səbəbdəndir ki, mənbələrdə hurri şəxs adları sırasında xatırlanan və elmi ədəbiyatda hurri adı kimi təqdim olunan Arijen (Arjan adı altay türklərində geniş işlənir) adından tutmuş, Daşuk, Kaltuk, Siluk, Dada, İkita, Umbin-Api, Puta kimi adlar subar-mitan antroponimiyası ilə bağlıdır.
Hurri-Mitan dövləti dağılandan sonra mitan boyları müxtəlif bölgələrdə ayrı-ayrı dərəbəyliklər şəklində yaşayan digər subar boyları kimi zaman-zaman bu və ya digər dövlətin nüfuz dairəsinə düşdülər və bir qismi İç Anadoluya, bir qismi də Urmu gölü hövzəsi ilə Orta Asiya tərəflərə köçdü, çünki sonrakı tarixlərdə mitan boyadı həmin ərazilərdə xatırlanır. Kumuşdakı özbəklərin içində moytan soyunu qeyd edən XIX əsrin böyük qazax aydını Çokan Valixanov özbəklərin minq, diaxli, barkut, qaraqalpaq, kataqan boyları sırasında mitan boyunun da adını çəkir (45, 256). Xarəzm-Mitan əlaqələrindən bəhs edən L.S.Tolstova qaraqalpaq-müyten boyunun ulu dədəsi Tamin bəyin Kaptaw (Qafqaz) tərəflərə səfəri ilə bağlı əfsanəni qeydə almış, Orta Asiyada və xüsusilə Buxara bölgəsində mitan boyları ilə əlaqəsi olan xeyli etnotoponim olduğunu və Mada–Mitan kimi toponimlərin X-XIII əsr mənbələrində xatırlandığını göstərmiş və bu boyların irandilli olduğunu söyləyənlərə qarşı yazmışdır:
«Odnako rəd ukazannıx vışe dannıx, v çastnosti istoriçeskie leqendı zerefşanskix mitanov, qovorəhie o prebıvanii ix predkov bliz bereqov Urmii (İranskiy Azerbaydjan), nazıvavşeqosə v drevnosti Ma(n)tiane,daöt vozmojnostğ dopustitğ i inuö traktovku» (51, 246-253).
Mitan boylarının Anadolu və Azərbaycan bölgələrində yaşaması haqqında Herodot və Strabon dolğun məlumat verir və bu məlumatlar ən azı beş əsrlik bir dövrü (m.ö.V- m.s.I) əhatə edir. Qədim Azərbaycan ərazisində Dəclənin iki sol qolu olan «Böyük və Kiçik Zab çaylarının Matien ölkəsindən axdığını» yazan Herodot matien boylarının İç Anadoluda və Urmu gölü hövzəsində yaşadıqlarını qeyd edir:
«Yunanlar kappadokiyalılara suriyalı deyir. Bu suriyalılar pers hegemonluğuna qədər madalılara tabe idi, sonralar Kuruşa (tabe oldular). Mada və Lidiya çarlıqları arasında sərhəd, əslində Halis çayıdır ki, bu daArmen dağlarından başlayıb Kilikiyadan keçərək, sağında matien, solunda friq ölkələrini buraxandan sonra quzeyə dönərək kappadokiyalı suriyalılar ilə sol yaxasındakı paflaqoniyalılar arasında təbii sərhədə çevrilir» (I.72); «Kuruş Babil üzərinə yürüş edərkən Gind (Diala) çayına çatdı. Qaynağını dağlıq yer olanMatien ölkəsindən alan bu çay dardanların torpağından keçib Dəclə çayına tökülür» (I.189); «Araz (Qızıl-üzən – F.A.) çayının qaynağı isə Matien dağlarıdır, Kuruşun 360 kanala ayırdığı Gind çayı da həmin dağlardan axır» (III.94); «Matien, saspir və alarodilərə 200 talant vergi qoyulmuşdu.Bu 18-ci dairə idi» (I. 202); «Burada Kilikiyadan sonra armeni (ərazisi) gəlir, zəngin örüşləri var; armenilərdən sonramatienlərin bölgəsidir. Sonra kissilərin ölkəsi və burada Xoapsi çayı yaxasında böyük çarın oturduğu və xəzinəsi olduğu Sus şəhəri yerləşir» (V.49).
Qızıl-üzəni Araz adlandıran Herodota etiraz edən Strabon (s.500) bizi maraqlandıran matien, armeni,mada boylarının adından yaranmış etnotoponimlər haqqında bunları yazır:
«Ksanfın dediyinə görə, Artaksersin vaxtında elə möhkəm quraqlıq olub ki, çaylar, göllər və bulaqlar quruyub, onun özü dənizdən uzaq bir çox yerdə – Armeniya, Matien və Friqiyada balıqqulağı şəklində daşlar görüb» (I.1. 4); «Mada əyaləti Matien…» (II.1. 14); «Eyni şey Madada Matien bölgəsində vəArmeniyada Sakasena və Araksena bölgələrində də mövcuddur» (XI.7. 2); «Girkanların o biri tərəfində derbiklər yaşayır, kadusilər isə Paraxoafr dağının ətəyində mada və matienlər ilə qonşudur» (XI.7.8); «Bu ölkə (Atropatena – F.A.) Armeniya və Matiandan doğuda, Böyük Madadan batıda və hər iki ölkədən quzeydə yerləşir; güneydən Girkan dənizinin aşağı çıxıntısına və Matiana yaxınlaşır» (XI.13. 2); «Sonra deyirlər ki, əvvəllər kiçik ölkə olan Armeniya Artaksiy və Zariadrın apardığı müharibələr hesabına genişləndi» (XI.14. 5); «Armeniyada böyük göllər var. Biri Mantiana adlanır və tərcümədə göy(rəng) mənası verir. Belə deyirlər ki, bu göl Meotiddən sonra ən böyük duzlu göldür; Atropatiya qədər uzanır» (XI.14.8).
Mitan (matian, matien, moytan) boyları haqqında deyilənlərdən bu nəticəni əldə etmək olur ki, onlar m.ö. II minilin ortalarında İkiçayarısının quzey-batısında qafqazdilli hurrilərin dövlət qurmasına yardım etmiş və bu dövlət Mitani adı daşımışdır; Bu dövlətin etnik dayağı olan subar (mitan) – hurri boyları quzey-batı Suriyadan tutmuş, doğuda Dəclə yaxasınacan (Kərkük bölgəsi) müxtəlif lokal məntəqədə məskunlaşmışlar; mitan–ermən boyları da saqa-qamər boyları kimi eyni xalqın daxili soybölgüsü olub, miladdan öncəki tarixi bəlgələrdə daima bir-birinə qonşu ərazidə qeydə alınmışlar; Mitan dövləti dağılandan sonra zaman-zaman onların bir qismi Kiçik Asiyaya, bir qismi də Azərbaycan və Orta Asiyaya köçmüşlər; Artıq Herodotun dövrundə (m.ö. V əsr) mitan-ermən boyları İç və Döğu Anadoluda, Urmu gölünün dörd tərəfini əhatə edən hövzədə görünür, Strabonun vaxtında (m.ö. I – m.s. I əsrlər) Armeniyanın doğusunda və Atropatenin batısındakı Matien bölgəsi Mada ölkəsinin əyaləti adlanır; Sonrakı minilliklərdə də mitan boyları türk xalqlarının (özbək, qaraqalpaq) bir boyu kimi xatırlanır.
Subar (mitan) boylarından bir tirənin adı olan ermən etnonimi təkcə qədim Anadolu və Azərbaycanda deyil, Orta Asiya və hətta Baykal gölünün arxasındakı «Erman dağları»na qədər yayılmışdır və buralarda Erman qışlağı (Özbəkistanda), Erimen dağı (Qazaxstanda) kimi onlarla toponim işlənir. Ermən tayfalarından Güney Azərbaycan üzərindən Sibir tərəfə gedənlər olduğu kimi, Azərbaycanın quzeyindən Qafqaz dağlarının o tərəfinə keçənlər də olmuşdur. Azərbaycandan quzeyə olan (Dar-Yol, Dəmir-Qapı) keçid yolları belə bəlgələrin izini Osetiyada Erman toponimində və Samur çayının deltasında Armen–kalaadlı qədim kiçik bir qalanın adında saxlayır. Vedidə qədim Ərmik kəndi ermi//ərmi boyunun izini saxladığı kimi, ermin adlı başqort boyu da qədim erməni etnonimini yaşadır. Azaq yaxasından indiki Bolqarıstana gedib dövlət quran Tuna bulqarlarıın bir boyu da ermi adlanırdı və oradakı Ermenli türk kəndinin adı 1934-ə qədər yaşadı, sonra Draqaş-voyvoda adı ilə dəyişdirildi.
Tarixdən bəllidir ki, güney Rusiya çöllərinə m.ö.VIII əsrdən saqa boyları ilə başlanıb, m.s. XII əsrə qədər davam edən hun, bulqar, subar, xəzər və kuman-qıpçaq boylarının köçü və burada zaman-zaman qurulan dövlətlərin tarixi aşağı-yuxarı 2 min illik bir dövrü əhatə edir. Tuna bulqarlarında olduğu kimi, saqa boyları içində də armini etnoniminə rast gəlmək olur. Buradakı saqa çarı Skilur öləndən sonra Olviya şəhərininətrafında oturmuş armeni boyundan olan döyüşçülər bu şəhərin köməyinə gəlir. “Armeni oxçuları” ifadəsi buradan tapılan yazıda da qalmışdır (52, 53). Burada miladdan sonrakı ilk illərdə doğu german (ostqot) boylarından herusk tayfasının başçısı Arminiy adlanırdı, 375-də hunlar tərəfindən öldürülən Erman–arix də doğu-qot boyunun başçısı idi. Göründüyü kimi, Qara dənizin yuxarı yaxalarında türk və doğu-german boyları içində armeni// erman//ermi//ermen adlı etnonimlərin izi vardır. Ümumiyyətlə, german-saqa kontaktı Doğu Avropada german-hun çağından xeyli əvvəl olmuş və bu tayfalar Krım tərəflərdə bir neçə əsr qonşu və iç-içə yaşamışlar. Ona görə də, bəzi söz və morfemlərin german və türk dillərində eyni formada işlənməsi və eyni mənanı daşıması təəccüblü görünməməlidir. Hər iki dildə işlənən –manşəkilçisi də belə morfemlərdəndir.
Türk dillərində bu morfemlə əlamət bildirən sifətlər (qocaman, azman, şişman) yarandığı kimi, etnonimlər də (kuman, karaman, türkmən) yaranır. Tərkibində bu şəkilçi olan tirmen etnonimindən danışan Bizanslı Stefan (V əsr) tirmenlərin saqa (skit) boylarından olduğunu və bu adın «qovulmuş» mənası bildirdiyini qeyd edir (53, 174). Doğrudan da, qədim azər dilində işlənmiş it– (itələmək) feilindən düzələn itir– (kənar etmək) sözü –men şəkilçisi ilə işlənəndə «qovulmuş» mənası verən itirmen > tirmen etnonimi yaranır.
Beləliklə, Xəzər ətrafında dolaşan istər saqa, subar, bulqar, istərsə də azər və ya türkmən boyları içindəarman, ermen, karaman, tirmen, türkmen tipli etnonimlərin yaranmasına imkan açan dil zəmini vardır. Etnoformant statusu qazanan –men şəkilçisi zaman keçdikcə mən əvəzliyi anlamına köklənir, artıq qazaxlarda soyadı olan türkpen modeli ilə yaranan etnonim türkmən modelindən fərqlənmir. Həm də nəzərə alaq ki, proto-türk çağında mən əvəzliyinin özü də me+n modeli ilə formalaşmışdır. Haqqında danışdığımız ermən adı da ar//er//ər («kişi») və man//men// mən etnoformantı ilə yaranmışdır və bugün də ermin şəklində başqort-türk elində işlənməkdədir (57, 60).
Bura qədər deyilənlər ermən adının qədim çağlarda türk dili modeli ilə türk boylarının adı kimi yarandığını, Anadoludan Baykal gölünə qədər, Urmu gölündən Azaq dənizinə qədər müxtəlif bölgələrdə türk toplumu içində göründüyünü ortaya qoyur. Yuxarıda yarımçıq qoyduğumuz Armi bölgəsi və onun əsasında yaranan Armini ölkəsi söhbətinə qayıdaq. Mitan dövləti dağılandan sonra İkiçayarasının quzey bölgələrində ortaya çıxan ayrı-ayrı dərəbəyliklərdən biri də Arme bölgəsi idi.
Miladdan öncə II minilin sonları və I minilin əvvəllərində yuxarı İkiçayarası ərazilərə aramey boylarının axını başlayır və indiki Suriyanın quzey bölgələrində yerləşən bu boylarla bağlı asur mənbələrindəKURAreme, matArame, KURAramu kimi yeradları və aramaia axlamaia kimi etnonimlər işlək sözlərə çevrilir (AVİİU, №18; №28). Bu adların sami dilli arameylərə aid olması şübhə doğurmur, lakin bütün bu adlar o çağlarda Kaşiyar dağlarının ətəklərinəcən yayılsa da, Diyarbakır sınırına gəlib çatmır. Bizi maraqlandıran Arme bölgəsi isə Diyarbakırdan quzeydə, Murad-suyun güneyində və Subar bəyliyinin batısında yerləşirdi. Burada arameylər deyil, Mitanni dövründən qalan subar-hurri boyları yaşayırdı, ölkə də onların armi etnonimi ilə urartu yazılarında Arme, asur mətnlərində isə Arime adlanırdı və çox guman ki, hələ arameylərdən min il qabaq Ebla sənədləri bu Arme ölkəsindən bəhs etmişdir. Sonralar Tuna bulqarları içində gördüyümüz həmin armi (ermi) boyadının və Azaq dənizi-Sibir-Azərbaycan üçbucağı daxilində nəzərdən keçirdiyimiz onlarla digər etnonim və toponimlərin sami-aramey boylarına qətiyən dəxli yoxdur. Bunu da qeyd edək ki, həmin çağlarda urartu çar sülaləsində rast gəldiyimiz Erimen,Aramu//Arama adlarının da aramey boyu ilə əlaqəsi yoxdur. Arme ölkəsində axan Zebene-su çayının qədim adı Subna(t) idi və hər iki formanın müqayisəsi *Sub–Ana praformasını ortaya çıxarır, sonrakı psevdo-erməni yazıları bu bölgədə Türk (Tork) adlı tanrı tapınağı olmasından da məlumat verir.
Vaxtaşırı asur-urartu hücumlarına məruz qalan Arme bölgəsi zəif olduğundan tədricən asurlara tabe olan əyalətə çevrildi. Lakin onların doğu tərəfində olan kiçik Subar bəyliyi 673-cü ilə qədər müstəqilliyini qoruya bildi. Həmin tarixdən asurlar tərəfindən darmadağın edilən Subar bəyliyinin yerində asurların iki canişinliyi yarandı və Arme bölgəsi də batı əyalətin tərkibinə salındı. Hər iki əyalət təxminən indiki Muş-Bitlis-Diyarbakır-Xəzər gölü arasındakı ərazini əhatə edirdi və o çağlarda burada əsasən urmu, subar, armi boyları yaşayırdı, armilərdən yuxarıda Bingöl tərəfdə qaşqaylar vardı. Bu türk boyları içində Mitan dövləti çağından hurri boyları da qalmışdı. Asur dövləti dağılana qədər yarım əsr ərzində bu əyalətdə bəzi tarixi olaylar yaşandı.
Quzey-doğudan gələn saqa-qamər boyları Urartu dövlətini Van yaxalarına sıxışdırıb taqətdən salmışdı, onlar Asur dövlətini də Mana sınırlarından qorxu altında saxlayırdı. Bu durumda saqa bəyi Partatu ilə müttəfiq olmağa nail olan asurlar Asur dövlətinin dağılma müddətini xeyli uzada bildilər və qazanılmış vaxtdan səmərəli istifadə etməyə çalışdılar. Belə ki, dalbadal Mana və Mada ərazilərindən əli çıxan asurlar darmadağın etdikləri Subar ölkəsini möhkəmlətmək üçün Arme bölgəsini də bura qatıb iki böyük əyalət düzəltdilər, əhalinin etnik tərkibini dəyişmə siyasəti aparıb, quzey-batı Suriya və güney Friqiya bölgələrindən gətirdikləri aramey, muşk və sair tayfaları burada yerləşdirdilər. Bu əsirlərin içində hay tayfaları da ola bilərdi, çünki sonrakı hay-erməni mənbələri buradakı yerləşmə barədə məlumat verir. Buradan quzeyə çəkilən subar, mitan-armi və urmu tayfaları isə saqa-qamərlərlə qovuşub yeni qüvvəyə çevrildi və əvvəllər Urartu əyaləti olan bu ərazidə, Fərat çayının yuxarı axarında VII əsrin sonunda yeni kiçik Ermen (tarixi Ərməniyə) bölgəsi yarandı. Bu bölgənin döyüşçüləri Asur dövlətinə qarşı 615-də başlanan böyük müharibədə mada ordusuna qoşuldu və Mada çarı Kiaksar Asur dövlətini dağıdandan sonra Ermən bölgəsini müttəfiq ölkə kimi nisbətən müstəqil bəylik statusunda Mada vilayətinə çevirdi və saqa boyundan Parur bəyi bura hökmdar (canişin) təyin etdi. Beləliklə, ilk «Ermən çarlığı» 612-də əhalisi əsasən türk (armi-mitan, urmu, qaşqay, subar, saqa-qamər) və hurri-urartu boylarından ibarət olan bu Mada əyalətində yarandı. Xristianlığın yayıldığı çağlarda bu bölgəyə sızan azsaylı hay tayfaları da sonralar buranın əhalisinə çevrildi.
Fərat çayının yuxarı axarı olan Murad-suyun yaxaları ilə Van gölünün quzey-batı tərəfində yerləşən Ermən bölgəsi Mada dövlətindən sonra Pers (Əhəməni) dövlətinin əyalətinə, sonra Makedoniya-Selevki, sonra indiki Türkmənistandan gələn Ərsaqlar, sonra Rum-Bizans və İran (Sasani), sonra Xilafət, daha sonra Səlcuq və XX əsrin əvvəlinə qədər Osmanlı imperiyasının, sonra da bugünə qədər Türkiyə dövlətinin ərazisi olmuşdur. Adı çəkilən dövlət və imperiya hökmdarları bura təyin etdikləri satrap və ya canişinlərə bəzən qonşu bölgə və ölkələrin də idarəçiliyini verirdi. Bu da müəyyən çağlarda Ermən ölkəsinin etnik baxımdan deyil, siyasi-inzibati ərazi baxımından geniş əraziləri ehtiva edən ölkə (canişinlik) statusu ilə tanınmasına səbəb olurdu. «Böyük Ərməniyə» ifadəsi də belə yaranmışdır.
Buradakı Ərmən ölkəsinin adı yuxarıda nəzərdən keçirdiyimiz digər etnonimlər kimi ər+mən modeli ilə yaranmışdır, lakin burada subarların mitan–armi boylarının da olduğunu nəzərə alsaq, həmin etnonimin urartu dili vasitəsilə yaranmasını da istisna etmək olmaz. Çünki türk dillərində olduğu kimi, urartu dilində də Armi yeradından armini («armili») etnonimi düzələ bilir. Belə ki, urartular da heç vaxt özlərinə urartudeməmişlər və Van gölünün qədim adı Bia sözündən öz adları olan biainə (Bia–inə) etnonimini və ölkənin adını (Biainə=Urartu) düzəltmişlər. Lakin hurri-urartu dillərində etnonimlər daha çox –na//-nə şəkilçisi ilə deyil, –ğe (lullağe) şəkilçisi ilə verilir. Hər iki halda subar boylarından olan mitan-armilərin adı ilə bağlı yaranmış armini adının haylara dəxli yoxdur və burada akad.İ.Meşşaninovun erimen termini barədə dediyi fikri bir daha yada salaq:
«Termin bıtuet na mestnoy poçve zadolqo do nauçno ustanovlivaemoqo vtorjeniə armən» (47).
Bura qədər deyilənlərə bunu da əlavə edək ki, I Dara Büsutun qayasına həkk etdirdiyi üçdilli yazıdaArminiyə və Urartu ölkəadları sinonim işlənir. Həmin yazıda Babildə üsyana başçılıq edən erməninin adı da Araka//Uraka şəklində verilmişdir, bu da 1640-da gəlib kumuq bölgələrinə yerləşən noqayların xanıUraka ilə adaşdır (59, 278). Nəhayət, bugün də mitan və ermən (ermin) boylarının türk xalqları içində olması faktı qədim ermən xalqının mənşəyini açıq göstərir.
Beləliklə, Büsutun yazısında üsyançı armini Araka adlanırsa, Armini ölkəsinə pers Vaumislə Dadarşişadlı bir armini göndərilirsə, Daranın mirzəsi ölkənin adını elam, pers dilində Armini, akkad dilində Upaştu(Urartu) şəklində yazırsa və bu ənənə bir neçə əsr davam edirsə, əgər Nizami Gəncəvi Məhinbanunun dili ilə yaylağı Ərmən dağları olan Şirinə «biz Əfrasiyab soyundanıq» deyirsə, bugün ermin adını başqort boyu daşıyırsa, bütün bu adlar psevdo-erməni haylara deyil, subar, saqa, azər və başqa türk boylarına aiddir.(karabakhmedia.az)
Firudin Ağası oğlu Cəlilov
türkoloq, filologioya elmləri doktoru, professor
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024