“Mən fəxr edirəm ki, azərbaycanlıyam” bu kəlam dünyanın tanıdığı, pərəstiş etdiyi, zamana və məkana meydan oxuyan Heydər Əliyevindir.
Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu müddətdə hər çıxışında fəxrlə işlətdiyi bu bitkin fikri zaman keçdikcə öz aktuallığını qoruyur, “Mən hər bir azərbaycanlının prezidentiyəm” (İlham Əliyev) şüarıyla davamını tapır və türkçülük yolunda canını fəda edən Elçibəy dühasında bütövləşir. Elçibəy “Bizə heç kim azadlıq verməyib, biz azadlığımızı şəhidlərimizin qanı ilə almışıq” deyəndə, azərbaycanlı olduğu ilə fəxr edən, hər bir vətəndaşını düşünən, Şəhid övladlarının “çiynində” azadlıq tapan Rəsulzadə Cumhuruyyətinin (belə olacağına inanıram) – yəhudi, talış, kürd, tat, avar, şahur, şahdağ xalqları, ləzgi, rutul, molokan, ingiloy, qaraçı, assuriyalı, udin, alman Cümhuriyyətinin verdiyi Şəhid oğullar qanları tökülən torpağın səmasında gülümsünürlər. Və bu Şəhid oğullar öz vətənləri uğrunda – Azərbaycan uğrunda can verəndə, Şəhid atası – türk, kürd, ləzgi… fəxarətlə “Vətən sağ olsun” deyir (deyəcək)!
Siyasəti, amalı, ideyası hətta irəlidəki illəri haqlayan Heydər Əliyev Azərbaycan torpağında yaşayan, bu torpaq uğrunda canını fəda edən etnik qrupları, azsaylı xalqları ümumiləşdirərək “azərbaycanlıyıq” dedi, “bizik” dedi, Elçibəy şəhid qanı ilə alınan Azərbaycana and içdi, İlham Əliyev isə hər bir azərbaycanlının prezidenti olacağına söz verdi.
Keçirəm əsas mətləbə: bir-neçə il öncə bir gənc şairin şeirlərini oxudum və kitab olacaq bu nümunələr haqqında yazmağı özümə borc bildim. Gənclərə dəstək prinsipi ilə yanaşı, istedadın işığına kölgə tutmayacağıma sevinərək yazıma başladım. Müəllif üçrəngli Azərbaycan bayrağının sevgisi ilə, kürd nənəsinə – zümzümələri ilə böyüyən, kürdcə sevən, kürdcə ağlayan nənəsinə yazdığı kürdüləri (kürdülər sözü yazını yazanda ağlıma gəlmişdi, türkü-türkü şeirlər o qədər qanıma hopdu ki, kürd nənənin səsini kürdü-kürdü eşitdim) içimnən keçirdikcə, əlimdə türkü boyda, yaxud kürdü boyda bir kitabı görməyə başladım və kitabın adının da “Nənəmin kürdüləri” olmasını müəllifdən rica etdim.
“Nənəmin kürdüləri” çapa gedəndən sonra səs-küyə səbəb oldu. Kitabdakı başdan-ayağa poeziya, bədiyyət, bir gəncin ürək döyüntüləri qaldı kənarda, hamı “kürd” fikrinin başına toplaşdı. Və həsrətlə gözlədiyimiz təqdimat mərasimi də iptal oldu, nəymiş, Ağcabədi rayon rəsmiləri kitabın adını qəbul etməyib. Peşman oldum bir gəncin ilk addımını belə uğurladığıma…
Keçirəm ikinci mətləbə: Bu yaxınlarda sosial şəbəkədə gənc şair, müəllim, yurd-yuvasından uzaq, qaçqın daxallarında yaşayan həmin gənc şairin üçrəngli bayrağımıza həsr etdiyi şeirini oxudum və şərh bölməsinə belə yazdım; “Yaşasın üçrəngli Bayrağımız! Şair, nənəni kürdcə öpürəm”.
Bu şərhdən sonra mənim yazdığım silindi və “Ələk” ədəbi məclisinin səhifəsini işlədən bir söz adamı (əslində onun söz adamı olmadığını bilirəm. Söz adamı həm də ürək, hiss adamı olmalıdı) mənə belə bir məktub ünvanladı:
“Salam, İradə xanım. …Bu şərh şəxsən mənim başımı ağrıdacaqdı, inciməyin. O, cavandır, yoluna işıq salaq, maneə törətməyək”.
Əsas mətləbim: Ay adamlar, ay məmurlar, ay xalqı talayanlar, ay savadsızlar, ay özündən əvvəlin amallarına zidd çıxan Azərbaycan düşmənləri, bu yazımı başdan bir də oxuyun, bu ölkə təkcə Azərbaycan türklərinin deyil, bu ölkə hamımızındır. Mən başqa ölkədə fəxrlə deyirəm türk qızıyam, Azərbaycanda isə türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm… və s. Mən İradə Aytel fəxr edirəm ki, mən türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm – mən azərbaycanlıyam. İnsan o zaman bəşəriləşir ki, evinin içini, xalqını, millətini Vətənini sevə-sevə böyüyür. O şairlər kürdcə ağlayan (gülən, sevən və s) nənəsini kürdcə sevməsə, necə qoruyar türkcə yaşayan vətənini. Onların bayrağı üçrəngli Azərbaycan Bayrağıdırsa, onlar o bayraq uğrunda ordumuzun səflərindədirsə, yenə deyirəm, H.Əliyev azərbaycanlı olduğu ilə fəxr edirsə, niyə siz də fəxr etmirsiniz? Axı sizi əyləşdiyiniz kürsülərə azərbaycanlıların mənafeyini qorumaq üçün qoyublar, Azərbaycan Ordusunun əbədiliyi naminə qoyublar. Ordumuzu yaşadanlar isə türkdü, kürddü, talışdı, ləzgidi… azərbaycanlılardı!(kultur.az)
P.S. Ümid edirəm ki, rəsmilərdən də bu yazıma münasibət bildirən olacaq.
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024