Bəs deyirdin - Allaham,
Nə oldu bəndə, adam?!
Soxum hamımızın boyunu yerə
Bir addım qabağa yerimək olmur,
Kim əkib bu qədər quyunu yerə.
Açımmı ağzımın gül tərəfini,
Tökümmü üzümün suyunu yerə.
Yatıb dəyirmanı, susub çax-çaxı,
Bir əldən pozulub, düzəlmir şaxı.
Bəsdi də, bu qədər vurmayın axı,
Bu xalqın kökünü-soyunu yerə.
Ləng gedir, nədirsə işlərimiz ləng,
Çatmır evdən işə - işdən evə zəng.
Hayana baxırsan beş-on pəzəvəng,
Yıxıbdı bir dənə qoyunu yerə.
Siz, ey şəhərçilər, siz ey kəndçilər,
Görkəmi qəssəblər, başı ətçilər,
Yüz üzlü, min üzlü siyasətçilər,
Qoyun də, birgünlük oyunu yerə.
Bir əldə bol vardım, bir əldə qıtdım,
Bir arzu tutmuşdum, Kürə axıtdım.
Sonra əllərimdən salıb dağıtdım,
Bütün xəyalların toyunu yerə.
Bükülməz, qatlanmaz diz olammırıq,
Azıb kor dumana, iz olammırıq,
Biz nəsə çoxdannan biz olammırıq,
Soxum hamımızın boyunu yerə!
xxx
Səhvi düz çıxanın, düzü nə çıxır ?
Nə vaxtdı qaranlıq bir meşədəyəm,
Hər tərəf canavar izinə çıxır.
Yoxdu bir gül belə, bir çiçək belə,
Ot-alaq adamın dizinə çıxır.
Ağrıma-acıma, dərdimə "əhsən!"
Kəsmədi o yellər başımdan əsən.
Həyatda elə yol varmı görəsən,
Zirvəyə birbaşa düzünə çıxır.
Finala nə qalıb - beş-altı oyun,
Möhtəşəm olacaq yası bu toyun.
A "müəllim", a "qalxoz", a mal, a qoyun,
Səhvi düz çıxanın, düzü nə çıxır ?
Hər xırda şeylərdən qaralmaz qanım,
Dəyərə-məyərə boş verin, canım!
Abır reklamına çəkilən xanım,
Gündə əllisinə-yüzünə "çıxır".
O kimdi tapşırıb qoyunu qurda..
Zülmətə qərq olub nur oğlu nur da!
Dədə, sən bilərsən, günəş bu yurda,
Hansı adamların üzünə çıxır?
xxx
Bu dəfə də gedim-gəlim, ayrılaq
Day, bizimki neynəsək də alınmır,
Ay həyatım, ay əcəlim, ayrılaq.
Bu sevginin nöqtəsini qoymağa,
Gəlməsə də heç cür əlim, ayrılaq..
İçimizdə son baharın "tansı"dı,
Fürsət düşüb, ayrılığın şansıdı.
Gör təqvimdə düşərli gün hansıdı..
Qırmızıla, mənim dəlim, ayrılaq.
Deyəcəyim sözü sənə qıymıram,
Bu daşlaşmış üzü sənə qıymıram,
Yol uzaqdı, düzü, sənə qıymıram,
Yorularsan, özüm gəlim, ayrılaq.
Durub-durub demə ki, "kaş olmasın".
Son görüşdü, gözündə yaş olmasın,
Elə-belə dava-dalaş olmasın..
İstəyirəm həlim-həlim ayrılaq.
Loğmanlım ey, təbiblim ey, həblim ey,
Gül ətirli, bal çiçəkli ləblim ey,
Gələn dəfə güc taparam, nəblim ey,
Bu dəfə də gedim-gəlim, ayrılaq.
xxx
Gəl ölmə məndə, adam
Dərdimi sıyırmağa,
Yoxdu bir rəndə adam.
Adammı tapmaq olar,
Bu qatı çəndə, adam!
Çox işləri yaş gördüm,
Ayaqları baş gördüm,
Adamdan çox daş gördüm,
Mən bu vətəndə, adam!
Gördüyüm divar ətdi,
Ətdi, hər nə var, ətdi,
Bir torba murdar ətdi,
O boyda təndə adam!
Əllində-yüzündə öl,
Sifətin üzündə öl,
Get, çölün düzündə öl,
Gəl ölmə məndə, adam!
Birdi ucuzum-baham,
Tərəzi çəkməz aham..
Bəs deyirdin - Allaham,
Nə oldu bəndə, adam?!
xxx
"Yek"ini mən atıram, "şeş"ini kasıbçılıq
Çəkiləsi dərd deyil, yazılası dərd deyil,
Gəlib salıb üstümə leşini kasıbçılıq.
Nə vaxtdı hökm eyləyir aramızda iki zər,
"Yek"ini mən atıram, "şeş"ini kasıbçılıq.
Həftə səkkiz, mən doqquz üstümə hürüb gedir,
Zülmlə qazandığım ada tüpürüb gedir,
Əlinə nə keçirsə, silib-süpürüb gedir,
Görəndə təmiz görür "işini" kasıbçılıq.
Bir ayağım oddadı, biri də üzür suda,
Başı nəyə qarışıb, bəs nə iş görür Xuda...
Məndən başqa elə bil bir şey yoxdu menyuda,
Qıcayıbdı üstümə dişini kasıbçılıq.
Gəzirəm küçə-küçə veyil, səfil, sərgərdan,
Yoxdu bu cəbhələrdə məndən böyük sərkərdə...
Atışırıq uzanıb hərəmiz bir səngərdə,
Birini mən atıram, beşini kasıbçılıq.
Nəyin nəyi doğrudu, nəyin nəsi yalandı?
Qoruma gəl girdiyin bu qəfəsi, yalandı...
"Ac olub, kişi olmaq" fəlsəfəsi yalandı,
Hər addımda sındırır kişini kasıbçılıq...
xxx
Şeytana atmağa daş qalmayacaq
Kim nə gizlədibsə, kim nə yığıbsa,
Olacaq aləmə faş, qalmayacaq.
Əgər həqiqətə düz baxa bilsək,
Gözümüz qıyılıb çaş qalmayacaq.
Sağalmır, ey həkim, bu mənfur yara,
İt yağı sürtməkdən gəlmişik zara.
Ağa-ağ deməsək, qaraya-qara,
Göz nədi, hətta heç, qaş qalmayacaq.
"Duxun" var ağzını açıb "ı" elə,
Bu satqı elədi, bu alqı elə,
Elə ağladırlar bu xalqı elə,
Heç kimin gözündə yaş qalmayacaq.
Bir başda kir durub, bir başda pasaq,
Sevgi qadağandı, məhəbbət yasaq.
Hər hürən köpəyə bir daş tullasaq,
Şeytana atmağa daş qalmayacaq..
Min-min ox tuşlanır uçan qanada,
Güllə nə şeydi ki, könül qanada.
Mənə bir yer tapın dəlixanada..
Məndə bu gedişnən baş qalmayacaq.
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025