Çingiz Abdullayevin adı çəkilən kimi onun yaratdığı obrazlardan ilk olaraq Dronqo yada düşür. Və bu adı ilk dəfə eşidənlərin hamısında təbii bir sual yaranır: bu nə addır, mənası nədir? Həqiqətən də Dronqo insan qulağının öyrəşmədiyi adlardandır və nahaq yerə bir çoxları müxtəlif lüğətləri eşələyib bunun hansı xarici dilə aid olduğunu öyrənməyə çalışırlar. Təbii ki, bunun heç bir nəticəsi olmayıb, çünki Dronqo hər hansı bir xalqa məxsus insan adı deyil. Dronqo quş adıdır.
Ç.Abdullayev ilk romanı olan "Mavi mələklər"də öz qəhrəmanının dilindən bu ləqəbin mənasını izah edir - Dronqo təbiətdə çox az rast gəlinən kiçik bir quşun adıdır. Bu quşun bir fərqli cəhəti də başqa quşların səslərini böyük müvəffəqiyyətlə imitasiya etməyi bacarmasındadır. Bəli, bəli, o, təbiətin yaratdığı xırda, lakin dahi imitatordur. Və Ç.Abdullayevin diqqətini çəkən də yəqin ki, onun məhz bu xüsusiyyəti olub. Professional kəşfiyyatçı, əvəzolunmaz ekspert və səhih deduktiv düşüncə tərzinə malik olan Dronqonun müvəffəqiyyət qazanma-sının əsas amili başqa insanların fikir və düşüncələrini öz içində düzgün imitasiya etməklə onların niyyət və məqsədlərini düzgün anlamasıdır. Təbii ki, bu cür keyfiyyətlərə sahib olan ədəbi qəhrəman üçün belə bir ləqəb düşünmək çox uğurlu bir ədəbi tapıntı hesab oluna bilər. Əlbəttə, Ç.Abdullayev öz qəhrəmanına ləqəb kimi adi bir insan adı da fikirləşə bilərdi, lakin yazıçı öz qəhrəmanının adını heç bir konkret millətə aid etməməklə onun bütün dünyanın vətəndaşı olduğunu bir az da qabarıq nəzərə çatdırmışdı ki, bu da qlobal tarixi detektiv janrının tələbləriylə tam üst-üstə düşür. Beləliklə, Dronqonun nə adı, nə də fəaliyyəti heç bir sərhədlə məhdudlaşmır, bütün dünyanı əhatə edir. Dronqo barədə ilk romanda onun yalnız hansısa cənub ölkəsindən olduğu barədə dumanlı məlumatlar verilir. Yalnız son romanlarında Ç.Abdullayev açıq şəkildə bildirir ki, Dronqo əslən bakılıdır, valideynləri hələ də bu şəhərdə yaşayır, hətta onun Bakıdakı ünvanını da yazır - Xaqani 25 (Əlbəttə, çoxları bilir ki, bu ünvanda Azərbaycan Yazıçılar Birliyi yerləşir və maraqlısı odur ki, bura mütəmadi olaraq Dronqonun ünvanına yazılmış məktublar gəlir).
Məncə, bu da qabaqcadan düşünülmüş və oxucuların psixologiyasına təsir edən bir addımdır. Əgər Ç.Abdullayev elə ilk romanlarından yazsaydı ki, onun qəhrəmanı azərbaycanlıdır, adı da, tutalım, Məmmədquludur, yəqin ki, dünya oxucuları bunu birmənalı qarşılamayacaqdı. Geridə qalmış sayılan hansısa uzaq müsəlman ölkəsinin nümayəndəsinin qlobal siyasi problemlərin həllində belə yaxından iştirak etməsinə yəqin ki, o vaxt avropalılar inanmazdı və Ç.Abdullayevin əsərləri istənilən uğuru qazanmazdı ( hətta Moskvada ilk romanları nəşr edilən vaxt Ç.Abdullayevə dəfələrlə təklif etmişdilər ki, özünə nəsə qərblilərə xas bir ədəbi təxəllüs götürsün, yoxsa bu sırf şərqli adı ilə qlobal tarixi dedektivlər heç üst-üstə düşmür. Lakin yazıçı təbii ki, bu şərti qəbul etməmişdi). Onun üçün də yazıçı başqa yolla getdi, öz qəhrəmanına rəmzi bir ləqəb düşünməklə oxucuların marağını bir qədər də qıcıqlandırdı və yalnız öz qəhrəmanını oxuculara sevdirəndən sonra onun kimliyini, hansı millətə mənsub olduğunu açıqlamağa başladı. Beləliklə, bütün dünyanın siyasi problemlərinin həllində yaxından iştirak edən bir azərbaycanlı ekspert-analitik obrazı yaranmış oldu. Onu da qeyd edim ki, Ç.Abdullayev Dronqonun hansı millətin nümayəndəsi olduğunu açıqlasa da, onun konkret olaraq adını, soyadını hələ də gizli saxlayır. Yəqin ki, yazıçının sadiq oxucuları nə vaxtsa bu barədə də müəyyən informasiyalar alacaqlar.
Dronqo obrazının milyonlarla oxucu tərəfindən sevilməsinin bir səbəbi də öz sələfi olan detektiv qəhrəmanlarının bir çox müsbət keyfiyyətlərini özündə birləşdirməsidir. Şerlok Holmsun qüsursuz detektiv düşüncəsi, Komissar Meqrenin melanxolizmi, Erkül Puaronun zərif centlmenliyi, Danni Boydun ironiyası, Peri Meysonun cazibədarlığı, ceyms Bondun cəsarəti - Ç.Abdullayev öz qəhrəmanını yaradanda ifrata varmamaq prinsipiylə bütün bu keyfiyyətlərdən çox gözəl şəkildə istifadə etməyi bacarıb. Lakin bu o demək deyil ki, Dronqo obrazında özünəməxsus heç nə yoxdur, bu sadəcə qurama bir obrazdır. Bəli, Dronqo bütün adı çəkilən qəhrəmanlara oxşayır, amma eyni zamanda onların heç birinə oxşamır. Bütün dediyimiz keyfiyyətlər Dronqonun psixoloji obrazında yalnız xırda cizgilərdir və onu oxuculara sevdirməkdən ötrü yardımçı rol oynayır. Bu personajın ən maraqlı keyfiyyəti isə ümumi ilə xüsusini, qlobol ilə məhəlli psixoloji məfhumları özündə üzvi şəkildə birləşdirməsidir. Bəli, Dronqo bütün dünyanın vətəndaşıdır, amma eyni zamanda coğrafi baxımdan kiçik də olsa, həmişə ürəyinin başında gəzdirdiyi, xəyalən heç vaxt ayrılmadığı bir vətəni də var - Azərbaycan. Romanlarının birində Ç.Abdullayev Dronqo haqqında xarakterik olan belə bir cümlə işlədir: "Onun özü Moskvada, həyat yoldaşı Romada, valideynləri isə Bakıda yaşayır." Qütbləşməyə, radikallığa öyrəşdiyimiz bir zamanda yazıçı sübut etməyə çalışır ki, qloballaşma ilə milli adət-ənənə, beynəlmiləlçiliklə millətçilik, keçmişlə gələcək heç də bir-birinə zidd məfhumlar deyil, ağıllı insan bunların hamısını öz içində ideal şəkildə birləşdirə bilər, bunun üçün isə sadəcə sevgi hissi lazımdır, nifrətlə heç nəyi həll etmək olmaz, bir qütbə çəkilmək heç də yaxşı nəticələr vermir. İnsan öz keçmişiylə bərabər gələcəyini də, vətəniylə bərabər bütün dünyanı da, milli-mədəni irsiylə bərabər bütün dünya mədəniyyətini də eyni cür sevməlidir. Əgər insanlar öz daxilindəki sevgi hissini bu cür bərabər şəkildə bölə bilsələr, real həyatda rastlaşdığımız bir çox problemlər öz həllini asanlıqla tapmış olar.
Dronqo üçün xarakterik olan və bütün romanlar boyu zaman-zaman özünü büruzə verən hisslərdən biri də acı bir nostalji duyğusudur. Düzdü, Azərbaycanda bir çoxları bunu tama başqa cür yozurlar, Ç.Abdullayevin bir vaxt "vahid vətənimiz" olan SSRİ-nin dağılmasına gecə-gündüz təəssüfləndiyini, ölkəmizin müstəqilliyini hardasa mənfi qarşıladığını yazırlar. Əlbəttə ki, bütün bunlar səthi müşahidələrin, ilkin təəssüratların nəticəsidir. Dronqo obrazının mahiyyətinə vardıqda isə açıq-aşkar hiss olunur ki, yazıçını ən çox təəssüfləndirən heç də sadəcə hansısa bir imperiyanın məhvi deyil. Sadəcə, müəyyən ideyalar dünyasında yaşayan və öz xalqının xoşbəxtliyi naminə bütün varlığındın, hətta lazım gələrsə, öz həyatından belə keçməyə hazır olan, məhz belə fədakarlıq ruhunda böyüyən bir insan dünyanın indiki ideyasızlıq, mənəvi boşluq vəziyyətində yaşamağa çətinlik çəkir. İrəlidə sadəcə məchul bir qaranlıqdır, onun üçün də Dronqonun, eləcə də eyni hisslərlə yaşayan minlərlə insanın öz daxili mənəvi tələbatını ödəmək üçün keçmişə boylanmaqdan başqa əlacı qalmayıb. Beləliklə, qeyri-şüuri olaraq keçmiş ideallaşdırılır, sovet dövrünün mənfi keyfiyyətləri yavaş-yavaş yaddaşdan silinir, müsbət keyfiyyətləri isə bir az da qabarıq nəzərə çarpmağa başlayır. Əlbəttə ki, Dronqo bəzi fanatik kommunistlər kimi gülləni başına çaxıb özünü öldürmür: yenə də yaşayır; öz sahəsi üzrə fəaliyyət göstərir; bəzən hətta özünü təhlükə qarşısında qoyur. Onun ailəsi də var. Lakin bütün bu işləri hansısa ali ideyalar naminə yox, sadəcə başqa cür yaşaya bilmədiyinə görə edir. O, zaman keçdikcə melanxolikləşir, bədbinləşir, lakin bütün bunlara baxmayaraq, Ç.Abdullayevin səyi nəticəsində yenə də əvvəlki cazibədarlıqını saxlayır, yenə də minlərlə oxucunu özünə valeh edə bilir. Ümumiyyətlə, Dronqo o qədər geniş, dolğun bir obrazdır ki, onun haqqında ayrıca bir araşdırma yazmaq da olar, lakin bu yazının həcmi imkan vermədiyinə görə, dediklərimlə kifayətlənmək istəyirəm.(Karabakhmedia.az)
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024