Onu “Dəmir ledi”, “ABŞ diplomatiyasının dəmir qadını”, “Titan ledi” adlandırırlar. O, ABŞ-da ölkənin prezidentindən, vitse-prezidentdən, Nümayəndələr Palatasının spikerindən sonra üçüncü mühüm dövlət postunu tutmuş ilk xanımdır. Söhbət, təbii ki, Madlen Olbraytdan gedir.
ABŞ-ın xarici siyasət qurumuna rəhbər təyin olunmazdan əvvəl o, BMT-də ABŞ-ın daimi təmsilçisi və Təhlükəsizlik Şurasının “kişi kollektivində” yeganə qadın idi.
Siyasi elmlər professoru, Rusiya və Şərqi Avropa ölkələri üzrə ekspert olan M.Olbrayt beş dəfə prezident seçkisi kompaniyasında çalışıb və Cimmi Karter adminstrasiyasında Bjezinskinin köməkçisi işləyib. Sübut edib ki, siyasət və mühüm dövlət vəzifəsi təkcə kişilər üçün deyil.
Mariya Yana Kerbel (ərə gedəndən sonra Madlen Olbrayt) 15 may 1937-ci ildə Praqada anadan olub. Almanlar Çexoslavakiyanı işğal etdikdən sonra (1938) ailəsi İsveçrəyə köçüb və Madlen internat məktəbində təhsil alıb. 1941-1945-ci illərdə Böyük Britaniyada, 1945-1948-ci illərdə Yuqoslaviyada yaşayıb – atası Yosef Kerbel Çexoslavakiyanın bu ölkədəki səfiri idi. Ölkəsindəki kommunist çevrilişindən sonra Kerbel və ailəsi ABŞ-da siyasi sığınacaq alıb. Əvvəlcə universitetdə beynəlxalq əlaqələr barədə mühazirələr oxuyan Kerbel 1948-ci ildə Kerbel ABŞ-ın BMT-dəki səfiri olub.
“Mən nəsə iş görməsəm, dəli olacağam”
Madlen uşaq yaxşlarından ingilis, fransız və çex dillərini bilirdi. Ailə imkanlı deyildi, amma yaxşı oxuduğuna görə qız xüsusi təqaüdə layiq görülmüşdü.
O, Koloradoda böyük nüfuz qazanmış qızlar məktəbində təhsil aldı. Sinif yoldaşlarının sözlərinə görə, Madlen heç bir qeyri-adi xüsusiyyəti ilə seçilmir, sadəcə, yaxşı oxuyur və öz üzərində çalışırdı.
O, beş kollecə birdən qəbul olundu və Uelslidəki təhsil müəssisəsini seçdi. Burada Madlen ən yüksək təqaüd alan şagird idi.
Madlen jurnalist olmaq istəyir, tələbə qəzerinə yazılar yazırdı. Sonuncu kursda isə o, bu qəzetin redaktor müavini oldu.
Kolleci əla qiymətlərlə bitirdi. Gələcək əri Co Olbraytla da ikinci kursda oxuyarkən – 1957-ci ilin yayında “Denver Post” qəzetində təcrübə keçəndə tanış oldu. Co ona evlilik təklif edərkən məlum oldu ki, oğlan zəngin ailədəndir. Onun ana babası “New York Daily News” qəzetinin sahibi idi.
Co “Chicago Sun Times” qəzetində işləyirdi. Madlen də ciddi jurnalist karyerasına başlamaq arzusunda idi, amma əri buna imkan vermədi və qadın axırda Britaniya ensiklopediyasında işə düzəldi.
Tezliklə, onların əkiz övladları dünyaya gəldi. Amma təkcə qadın xoşbəxtliyi ona kifayət etmirdi. Madlen fəaliyyətsizlikdən yorulurdu.
Başını qatmaq üçün o, rus dili kurslarına yazıldı və nəticədə bu dilə mükəmməl yiyələndi.
Madlen Massaçusetsdə Uesli Universitetinin politologiya və Kolumbiya Universitetinin hüquq fakültəsini bitirdi. Elə tələbəlik zamanı Şərqi Avropa problemlərini və Şərq-Qərb münasibətlərini öyrəndi. Aspiranturanı bitirdi və “Sovet diplomatiyası: elita profili” mövzusunda diplom işi yazdı.
Madlen dörd dəfə Corctaun universitetinin ən yaxşı professoru adına layiq görüldü.
1971-ci ildə Co qəzetdən birdəfəlik getdi, ailə biznesindən çəkildi. O, mənən iflas etdi, əvəzində isə səhmlərin satışından 37,5 mln. dollar qazandı.
M.Olbraytın karyerası uşaqlarının oxuduğu məktəbdə qəyyumluq şurasına üzv olmaqdan başladı. O, enerjisi və intellekti sayəsində sponsor axtarışlarında uğur qazandı. Siyasi karyerasına Demokrat Partiyasındakı fəallığı ilə başladı. Onu senator Edmund Maksinin imzatoplama kampaniyasına dəvət etdilər, Maksi 1972-ci ildə prezidentliyə namizəd olmağı qərara almışdı. Sonradan Madlen onun qanunvericilik məsələləri üzrə köməkçisi oldu. Maksi prezident olmasa da, senator postunda qaldı və qadının siyasi xidmətlərini unutmadı, üç il sonra onu özünə xarici siyasət üzrə müşavir təyin etdi.
Ağ Evdən gecəyarısı qayıdan qadın
1978-cı ildə demokrat Cimmi Karter prezident seçiləndən sonra M.Olbraytı Ağ Evə dəvət etdilər. O, prezident yanında Təhlükəsizlik Şurasının üzvü oldu. Olbrayt ictimaiyyətlə əlaqələr sahəsində çalışırdı. Onun müəllimi Zbiqnev Bjezinski prezidentin müşaviri təyin edilən kimi tələbəsi Madlenin konqreslə əlaqələr üzrə referent vəzifəsinə namizədliyini irəli sürdü.
Olbrayt prezident adminstrasiyasında bir neçə analitik qruplarda çalışdı, demokratların prezidentliyə namizədlərinin seçki kampaniyasında xarici siyasət məsələləri üzrə müşavir oldu.
1983-cü ilin yanvarında Co və Madlen boşandılar. Səbəb də bu oldu ki, Conun işləri yaxşı getmirdi, Madlen isə ona dəstək olmaq əvəzinə öz siyasi karyerasının hayında idi. Ər arvadının gecə saatlarınadək Ağ Evdə oturmasına dözə bilmirdi. Madlen isə hesab edirdi ki, Co onun uğurlarını qısqanır və güclü qadınla bir evdə yaşamağı qəbul edə bilmir.
Bu, bir həqiqətdir ki, ərindən boşanmasaydı, Madlen heç nəyə nail ola bilməyəcəkdi. Boşanandan sonra o, öz karyerası barədə ciddi-ciddi fikirləşdi. O hesab edirdi ki, elm siyasətdən daha etibarlı sahədir. Doktorluq dissertasiyasını müdafiə etmişdi, Corctaun unicersitetində müqayisəli siyasətdən dərs deyirdi. Bir sözlə, hər şey onun istədiyi kimi gedirdi.
Amma tezliklə Madlen müəllim yoldaşı B.Karterlə dostlaşdı. Karter hüquq fakültəsində dərs deyirdi və keçmişdə Nikson adminstrasiyasında Təhlükəsizlik Şurasının əməkdaşı olmuşdu. Onları ümumi maraq birləşdirirdi: hər ikisi Demokrat Partiyasının fəal üzvləri idi. Dostlar 1984-cü ildə seçki kampaniyasına başlayan U.Mondeylin siyasi toplantılarına tez-tez qatılırdılar.
Tezliklə onlar Mondeylin kölgə kabinetində vitse-prezident olan D.Ferraronun xarici siyasət məsələləri üzrə müşaviri oldular. Az sonra Olbrayt Milli Siyasət Mərkəzinə rəhbərlik etməyə başladı, quruma sponsorlar tapdı və demokratların xarici siyasət doktrinasını müstəqil şəkildə işləyib hazırlamaq imkanı əldə etdi. Onun əlaqələri xeyli genişləndi.
1988-ci ildə Demokrat Partiyasının prezidentliyə namizədi Makl Dukasis ona öz müşaviri vəzifəsini təklif etdi. Dukasis inadkar adam idi və bəzən onu yola gətirmək üçün kənar şəxsləri də dəvət etmək lazım gəlirdi. Bir dəfə Dukasisi rəqibi Corc Buşla teledebata hazırlamaq üçün Arkanzas ştatının qubernatoru Bill Klintonu çağırmalı oldular. Olbrayt gələcək prezidentlə belə tanış oldu.
Çexoslovakiyada “məxməri inqilab”dan sonra Olbrayt prezident Vatslav Havelin müşaviri təyin edildi.
“İlan-qadın”
1989-cu ildə seçki kampaniyasında Klintona lazımi dəstəyi göstərdi və bunu unutmayan prezident Olbraytı ABŞ-ın BMT yanında təmsilçisi təyin etdi. Madlenin həyatı dəyişmişdi, o, artıq prezident kabinetinin üzvü idi.
Bir dəfə BMT TŞ-nin iclasında Kuba məsələsi müzakirə olunurdu. Səsvermə zamanı idi, Çin təmsilçisi isə heç cür öz ölkəsindən təlimat ala bilmirdi. Olbrayt o, səs verincəyədək heç kəsi yerindən tərpənməyə qoymadı.
İraq mətbuatı onu “ilan” adlandıranda isə Olbrayt Təhlükəsizlik Şurasına ilan formasında bəzək sancağı ilə gəldi.
1993-cü ildə Olbrayt ABŞ-ın BMT-dəki daimi nümayəndəsi oldu. O, ABŞ-ın Bosniya, Haiti və Somalidəki hərbi əməliyyatlarla bağlı xarici siyasət kursunun müəyyənləşməsində mühüm rol oynadı. Xarakteri və fəaliyyəti, məsələlərə sərt yanaşa bilmək bacarığı ona respublikaçılar arasında da hörmət qazandırdı. Onun dövlət katibi işlədiyi dövrdə NATO cənuba doğru genişləndi, Polşa, Macarıstan və Çexiya quruma üzv oldu. Olbrayt İraqa qarşı sərt siyasət yürüdülməsinin və Bakanlardakı böhranın hərbi yolla həllinin tərəfdarı idi.
M.Olbrayt 5 dekabr 1997-ci ildə dövlət katibi təyin olundu. Bu təyinatı Senat yekdilliklə dəstəklədi.
Onun qarşısında duran əsas problemlər NATO-nun maneəsiz genişlənməsi, KXDR-in güclü dövlətə və Amrika üçün təhlükəyə çevrilməsi idi. Uzun illər Olbrayt İraqa qarşı sanksiyaları saxlaya bildi. Amma onun diqqəti Kosovoda cəmləşmişdi, dövlət katibinin fikrincə, Yuqoslaviya prezidenti Slobodan Miloşeviç Balkanların demokratik Avropaya inteqrasiyasına ciddi şəkildə mane olurdu. Məhz Olbraytın inadkarlığı və kompromisə getməməsi nəticəsində sansiya rejimi tətbiq olundu, Belqrada qarşı hərbi əməliyyat gerçəkləşdirildi. Olbrayt bu zaman həm Pentaqonun, həm də Təhlükəsizlik Şurasının təzyiqləri ilə qarşı-qarşıya idi. Amma zaman göstərdi ki, nə kütləvi bombalamalar, nə Miloşeviçin devrilməsi, nə də NATO və rus qoşunlarının bölgədə yerləşdirilməsi çıxış yoludur…
1999-cu ildə Vastslav Havel bildirdi ki, özündən sonra prezdinet postuna ən layiqli namizədlərdən biri kimi Madlen Olbraytı görür. Çexiyada aparılmış rəy sorğularına əsasən, o, çexlər arasında ən populyar qadın siyasətçidir.
Olbraytın uğur qazanmasının sirri nədəydi? Yəqin ki, ilk növbədə, inadkarlığı və çalışqanlığı ona kömək oldu. O, həmişə nə istədiyini bilir və məqsədinə nail olmayınca geri çəkilmirdi. Madlen məsələlərə strateji tərəfdən yanaşa bilirdi. Bu, balaca-malaca, köklüyə meyilli qadın xoşa gəlməyi bacarırdı. Həmişə kişilərin əhatəsində olsa da, qadın olduğunu unutmurdu. O, kişilərlə yarışmırdı – bilirdi ki, bunu ona bağışlamayacaqlar, ona görə də daha çox güzəştə gedirdi. Kişilərin zarafatlarına gülür, şən-şaqraqlığını qoruyur, dostlarına mehribanlıqla yanaşırdı. Ən çətin məqamlarda belə yumor hissini itirmirdi. Heç vaxt özünün maddi və ya intellektual üstünlüyünü gözə soxmurdu.
Eyni zamanda, təbii ki, o, sərt olmağı da bacarırdı. Bunu məharətlə edir, tərəf müqabilinini bütün arqumentlərini diqqətlə dinləyirdi. Olbrayt komandada oynamağı bacarırdı. Məqsəd və vəzifələri dəqiq qoyurdu. Tərəfdarlar toplaya, qərar verə və onun icrasına nəzarət edə bilirdi.
Onu demokratdan daha çox, avtoritar şəxsiyyət hesab etmək olar. Madlenin səhvləri də olub, xidmətləri də. Amma bir şey şəksizdir, Olbrayt ABŞ-da doğulmadan, heç bir başlanğıc kapitala malik olmadan nəhəng zirvəyə ucala – ABŞ-ın ilk qadın dövlət katibi ola bildi. Bu isə balaca iş deyil.(karabakhmedia.az)
Rəbiqə
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024