Qars şəhərini salmış qədim türk boyu - BULQARLAR

16:05 / 28.12.2019
Baxılıb: 4358

Bulqarların tarixdə oynadığı rol danılmazdır, onlar bu gün mövcud olan Bolqarıstan, Makedoniya dövlətlərinin, Rusiya ərazisində bir çox tanınmış şəhərlərin əsasını qoyublar. Bulqarların Azərbaycanla bağlılığı, dini və mifik təfəkkürü, bulqar tarixinə dair maraqlı faktları sizə təqdim edirik.

Qədim türklər - bulqarlar

Bulqarlar haqqında danışarkən bütövlükdə türk xalqlarının tarixi ilə bağlı olan konsepsiyalar haqqında da danışmağa məcburuq. Bunu demək kifayətdir ki, türk xalqlarının indiki linqvistik bölgüsündə bulqar qolu xüsusi yer tutur. Türk xalqlarının şəcərələri ilə bağlı kitablarda da oğuz, bulqar, suvar, xəzər və digər qollar ardıcıllıqla öz əksini tapır. Təəssüf ki, bulqarlar mövzusu nə Türkiyə, nə Mərkəzi Asiya, nə də Azərbaycan tarixşünaslığında yetərincə araşdırılmayıb.

Versiya: Qars şəhərini bulqarlar salıb

Bulqarların mənşəyi, bulqar etnonimi ilə bağlı bir çox versiyalar var. Əgər klassik sovet versiyasına inansaq, guya bulqarlar əvvəlcə Mərkəzi Asiyada, Çin sərhədində yaşayıblar. Çin mənbələrində bulqarların adı pulk, polk formasında ifadə olunub. Onlar sonra bunlar Şərqə doğru irəliləyiblər. Lakin Smirnov adlı arxeoloq özü də hiss etmədən etiraf etməyə məcbur olur ki, hələ hunlardan əvvəl indiki Volqa sahillərində, yəni İdil sahillərində bulqarlar yaşamışdılar. Şimali Qafqazda da bulqarlar yaşayıb. Hay və gürcü mənbələrində bulqarların adı çəkilir. Məsələn, Moisey Xoreninin əsərində qeyd olunur ki, Parfiya hökmdarı Aşakın vaxtında Qafqaz dağlarının o biri üzündə - söhbət Şimali Qafqazdan gedir - böyük iğtişaşlar oldu. Və onlardan ayrılan böyük bir qol, Vahındır Bulqar adında bir adamın rəhbərliyi ilə Kür çayının bir tərəfinə səpələndi. Hətta Qars şəhərinin bulqarlar tərəfindən miladdan öncə II əsrdə salınması versiyası var. Bu isə sovet tarixşünaslığına zidd olan xüsusiyyətdir.

Dilodan törəyən türklərlə Aşinadan törəyən türklərin savaşı

Yəni, tarixi mənbələr bulqarları hunların gəlişindən xeyli əvvəl indiki coğrafiyada rəsmi olaraq tanıyır. Sadəcə, yazılı ədəbiyyatın meydana gəlməsi tamam başqadır. Məsələn, keçən əsrin sonlarında bizim qardaş tatar xalqının alimləri gözəl bir mənbə tapdılar - “Cakfar tarixi”. “Cakfar tarixi”ndə bulqarların faktiki olaraq Cənubi Qafqazdan şimala doğru getmələri və orada 7 el salmaları haqqında söhbət gedir. Deyilənə görə, İdil sözü kökünü 7 eldən götürüb. Bu, Volqa çayının qədimi adıdır. Artıq hunların dövründə bulqar tayfa ittifaqı daha güclü idi. Və bunlar özlərini Dulodan törəmiş hesab etdiklərinə görə - Bozqurd haqqında əfsanə də var - özlərini birbaşa ora bağlayırdılar. Hun ordu birliyi içərisində bulqarların öz çəkisi vardı. Bulqarlar Kutriqur, Utiqur adı formasında o birlikdə iştirak edirdilər. Hətta 6-cı yüzillikdə Kutriqur və Utiqur formasında olan bulqar tayfa birliyinin təkcə, Şimali Qafqazda deyil, eyni zamanda Cənubi Qafqazda böyük rol oynadığı qeyd edilir. Bizans dəfələrlə bunların qüvvələrindən istifadə edib. Yazılı ədəbiyyata müraciət etsək, hansı mənzərəni görərik? İordan qeyd edir ki, Atillanın ölümündən sonra onun böyük oğlu İləki xan döyüşlərdə öldürülmüşdü, ondan kiçik olan Ernək bulqarların içərisinə qayıtdı. Və Azov dənizi ilə Xəzər dənizi arasında böyük bir dövlət yaranır – Böyük Bulqar dövləti. Böyük Bulqar dövlətinin başında Kubrat xan dururdu. Kubrat xanın dövründə Qara dəniz sahillərində yerləşən Fanaqoriya və s. şəhərlər çox böyük gücə malik idilər. Sonrakı mərhələdə bulqarlar xəzərlərlə toqquşdular. Xəzərlər Aşina nəslindən, bulqarlar Dulo nəslindən idilər. Toqquşmanı bəzən bununla izah edirlər. Lakin bu faktı son dərəcə şişirtmək lazım deyil. Faktiki olaraq, hər ikisi bir soydan idilər, türk idilər. Buna görə də Xəzər xaqanlığı güclənərkən həmin Kubrat xanın övladları müxtəlif yerlərə səpələnməyə məcbur olurlar. Məsələn, onun böyük oğlu Batbay xan Xəzər ağalığını qəbul edir. Ona bəzən Batbayan da deyirlər. Onlar mövcud olduqları torpaqlarda Azov dənizi ilə Xəzər dənizi arasındakı ərazilərdə yaşayırlar. Qotraq xan şimala doğru irəliləyir və bugünkü Tatarıstan ərazisində, Volqa sahillərində - Don, Kama ərazilərində ayrıca bir dövlət yaradır. Bu dövlət Volqa Bulqarıstan adlanırdı. Kurbat xanın digər oğlu Asparux Dunay sahillərinə enir. O biri oğullarından biri Makedoniya, digəri İtaliya istiqamətində irəliləyir.

Asparux xanın qoyduğu qızıl qayda: bulqarların slavyanlarla evlənməsi qadağandır

İtaliyada kilsə də var – De Santiette Bulqaro. Burada din həmin etnosun özünü qoruyub saxlamasına çox mühüm təsir göstərdi. Asparux xan 679-cu ildə Dunay sahillərində idi. Bolqar rəssamı gözəl tablo da yaradıb - “Asparux Dunayı keçərkən”. Onun ilk toqquşduğu dövlət Bizans oldu. Ondal savaşında Bizansı darmadağın edən Asparux indiki Bolqarıstan ərazisində möhkəmlənir. Bulqarların gerbi olan Bars bugün Volqa Bulqarıstanının da, eyni zamanda Dunay Bulqarıstanının da bayrağında əksini tapıb. Sadəcə, Dunay Bulqarıstanın bayrağındakı Bars qəfəsdədir, lakin Volqa Bulqarıstanındakı Bars azaddır, pəncəsinin üzərinə uzanmış vəziyyətdədir. Asparux sonrakı fəaliyyəti dövründə get-gedə Bizansı daha da sıxışdırmağa başlayır. Asparux bir qayda qoyur, qaydaya əsasən Dunay sahillərinə sığınmış slavyanlarla evlənmək qadağan edilir. Niyə? Çünki Asparux tədbirli hökmdar idi. O gözəl bilirdi ki, sayca çox olan slavyan kütlələri bunları istər-istəməz assimilyasiya edə bilər. Asparuxdan sonrakı xanların dövründə Krum xanın dövründə də bu siyasət davam etdirildi. Krum xan hətta Bizansın paytaxtı Konstantinopolun mühasirəsində də iştirak edib. Mənbələrin yazdığına görə, onu zəhərləyib öldürüblər. Hakimiyyətə Omurtax xan gələndə xristianların təqibinə başlayır. Bu dövrdə də slavyanlarla nikah qadağan idi. Dövlətin zəifləməsi Börüs xanın dövründən başlayır. Onun dövründə nəinki, slavyanlarla evlənməyə icazə verilir, hətta xristian dini hakim din olur. Düzdür, bulqar saray əyanları buna qarşı çıxırlar, onlar şamançılığa, tanrıçılığa sadiq qalmaq istəyirdilər. Lakin təəssüf ki, bu çıxış yatırıldı. Və növbəti bulqar hökmdarlarının - Simeonun, Nikiforun dövründə dövlət xristianlaşmağa başladı. Bununla da bulqarlar öz dillərini itirdilər.

Dunay Bolqarıstanının əhalisi antropoloji baxımdan bulqarlara bağlı xalqdır

Bugünkü Dunay Bolqarıstanının əhalisi istər antropoloji, istər genetik yöndən bulqarlarla bağlı xalqdır. Bunu araşdırmalar da göstərir. Bəs şimalda qalan bulqarların taleyi necə oldu? 922-ci ildə Kotraq xanın nəticəsi Almış xan xilafətə müraciət edir. Gözəl bir mənbə də var – “İbn Fədlanın Volqaya səyahəti”, İbn Fədlan xəlifə tərəfindən göndərilən nümayəndə heyətini içərisində idi. Almış xan islamı qəbul edir və bundan sonra islam dini Volqa Bulqarıstanında hakim dinə çevrilir. Təəssüf ki, sovet dərsliklərində belə bir dövlətin olması unudulurdu. Halbuki, bu, Kama, Don, Volqa çayları arasında böyük bir ərazidə yerləşən dövlət idi. Monqollar birləşmiş Rusiya knyazlıqlarını darmadağın etdiyi halda Volqa bulqarları 1227-ci ildə monqolları darmadağın etdi. Bu isə o dövlətin gücünü göstərir.

Bulqarların Azərbaycanla bağlılığı

Bulqarların Azərbaycanla hansı bağlılığı var? Azərbaycanlılara yad olmayan Qars şəhəri bulqarlar tərəfindən salınıb. Bundan başqa, Aşxaratyutsda, yəni erməni coğrafiyası əsərində, eyni zamanda Musa Xorenatsinin əsərində qeyd olunur ki, bulqarlar Kür çayının bu biri tərəfinə keçib yerləşdilər. Xorenli Musa daha dəqiq deyir ki, quzeydən gələn bulqarlar Kolxetdən, Qoxadan cənubda yerləşdilər. Bu da təxminən bugünkü Gürcüstanın cənub və cənub-şərq hissəsini, eyni zamanda Ermənistan adlanan respublikanın şimal hissələrini əhatə edən tarixi Borçalı mahalının ərazisinə uyğun gəlir. Hətta Naxçıvanın şimalına doğru uzanan böyük bir ərazidə bulqarlar məskunlaşmışdılar.

Bulqarların adları bugünkü toponomikada öz əksini tapır. Azərbaycanın cənub-şərqində Bulqar çayı bu gün də var. Eyni zamanda “Kitabi Dədə Qorqud” da Əkrək və Səkrək boyunda belə bir epizod var ki, qardaşının dalınca gedən Səkrək İç Oğuzdan Dış Oğuza gedən yolda alnı başı parlaq bulqar ər görür. Bəzi alimlərin sözlərinə görə, bulqar “parıldayan, işıqlı” deməkdir. Onu da deyim ki, Makedoniya bulqarları da özlərini “serebrennıe bulqarı”, yəni “gümüşü, parıldayan bulqarlar” adlandırmışdılar. Ola bilər, bu söz allı başlı, yaxud altı başlı mənasında da ifadə oluna bilər. Altı başlı 6 tayfadan ibarət olduğuna görə deyilə bilər. Baxmayaraq ki, mənbələr onların cəmi 3 yerə bölündüyünü qeyd edir – barsilər, barıncılar, burtaslar.

Azərbaycan türkcəsində “gəliyəm”, “gediyəm” formasında danışanlar bulqar soyludur

Volqa Bulqarıstanının sonrakı taleyi necə oldu? 1236-cı ildə Batı xanın hücumu nəticəsində rus dəstələrinin köməyi ilə Volqa Bulqarıstanı aradan qaldırılır, dövlət kimi məhv edilir. Təəssüf ki, həm indiki, həm də sovet tarixşünaslığında bulqarlar unudulur. Lakin tarixi mənbələrdə üzə çıxır ki, böyük ərazidə çox sayda qədim məscidlər salınıb. Bugünkü Volqa bulqarlarının varisləri kimlərdir? Azərbaycan ərazisində Volqa bulqarları öz yerində. Onu da deyim ki, Azərbaycan türkcəsində “gəliyəm”, “gediyəm” formasında danışan soydaşlarımız bulqar soyludurlar. Onlara daha çox Muğan zonasında rast gəlinir. İstər Güneydə, istərsə də Azərbaycan Respublikasının ərazisində olan Muğanda - Yardımlı, Cəlilabad və digər bölgələrdə indi də bulqar ləhcəsində danışılır.

Volqa Bulqarıstanının varisləri - çuvaşlar və tatarlar

Volqa Bulqarıstanının mirasına sahib çıxan isə çuvaşlar və tatarlardır. Onlar özlərinə çox vaxt ya kazanlı, ya da bulqarlı deyirlər. Sovet dövründə çuvaşlarla tatarları bir-biri ilə vuruşdururdular. Onların hər birinə “bulqarlar sənindir” deyirdilər. Beləcə, iki qardaş millət bir-birini qırırdı. Nə yaxşı ki, XXI əsrin əvvəllərində çuvaş və tatar ziyalıları bir araya gələrək qərar veriblər ki, Çuvaşıstanla Tatarıstan birləşsin və adı Böyük Bulqarıstan olsun. Bu, Rusiya hakimiyyət orqanları üçün gözlənilməz hadisədir. Tarixçi kimi mən də bunu dəstəkləyərdim. Bütün linqvistlər də deyirlər ki, tatar və çuvaş dili bulqar dil ailəsinə aiddir.

“Bulqar” sözünün mənası – “qarışmış kişilər”, “çay adamı”, “balık ər”...

Bulqar sözünün etimologiyasını müxtəlif cür izah edirlər. Bulqar “bəlgə”, yəni “qarışmış” deməkdir. Çox zaman deyirlər ki, uqor və türk tayfaları bir-birinə qarışdılar deyə bulqar sözü “qarışmış kişilər” mənasını verir. Dunay bulqarlarının törəmələrindən olan İlçik qeyd edir ki, bu söz “balqar”, “volqar” formasında işlənir ki, bu da çay adamı mənasını verir. Bəzi türk və Çin tarixçiləri qeyd edirlər ki, “bulqar” “balık ar”, “balık ər” deməkdir. Qədim türk dilində şəhərə balık deyirdilər, yəni şəhərdə yaşayan kişilər. Son versiya mənə daha inandırıcı görünür. Çünki Volqa Bulqarıstanının ərazisində bu gün də əhəmiyyətini saxlayan nə qədər şəhər var! O şəhərlərin çoxu Volqa bulqarları tərəfindən salınıb. Kazan, Çimlyansk, Saratov, Sarıtau, Jiquli bulqar dilində olan sözlərdir. Böyük şəhər mədəniyyətinə malik olan xalq təbii ki, şəhər adamları deyə tanınmağa layiqdirlər.

Bulqarların dini dünyagörüşləri

XIII əsrin 20-ci illərində bulqar mədəniyyəti o qədər güclü idi ki, şimalda, yəni Volqa Bulqarıstanında onlar tanrıçılıq dinini daha tez əridə bildilər. Paytaxtı Saray-Batı olan Qızıl Orda çox keçmədən Özbək xanın dövründə islam dinini qəbul edir. Çox sayda müsəlman türk ədəbiyyatı yaranır. IX əsrdə yaranan bu ədəbiyyat dövrümüzə qədər gəlib çıxıb. Təəssüf ki, Azərbaycan oxucularının çoxu o əsərlərlə tanış deyil. Bizdə XIV, XV, XVI əsrlərdə yaranan poemalar Volqa Bulqarıstanında da yaranmışdı. Bu işdə Azərbaycan türkləri qardaşlarına yardımçı ola bilərlər. Çünki ərəb dili Azərbaycanda daha çox tədqiq edilib. Volqa Bulqarıstanının ərazisində bəzən gecələr qaranlıq olmurdu, ona “belıe noçi” “bəyaz gecələr” deyirdilər. Mənbələr yazırlar ki, onlar namazın vaxtını xoruzun banlaması ilə müəyyən edirdilər. Yəni bulqarlar o dərəcədə sadiq müsəlmanlar idilər. Volqa bulqarları o zaman Kiyev Rusiya dövlətində hansı dinin qəbul edilməsi ilə bağlı mübahisə düşəndə nümayəndə göndərib onları islam dininə dəvət etmişdilər. Təəssüf ki, belə bir möhtəşəm dövlətin tarixi yaşadıqları və daxil olduqları Rusiya tarixində nə dərsliklərində, nə də ali məktəblərdə tədris olunmur.

Bulqarların mifik təfəkküründə Bozqurd inancı

Bulqarların mifik təfəkkürünə gəlincə, istər İordanda, istərsə də Bizans imperatorluğunun saray tarixçiliyində Dunay sahillərinə gedən bulqarlarda bozqurd inancının olması haqqında söhbət gedir. Bozqurd inancı XVI, XVII əsrə qədər Dunay Bolqarıstanında qalmağa davam edirdi. Sadəcə olaraq, Dunay bolqarlarının tam slavyanlaşmasına şərait yaradan həmin ərazinin uzun müddət Osmanlı işğalı altında qalması idi. Yəni dini ayrılıq o bulqarları daha çox slavyanlaşdırdı. Çünki dili Osmanlı ilə eyni olsa da, Osmanlı dini dövlət idi. Və bu dini hisslər vaxtilə Mərkəzi Avropadakı bir çox türk xalqlarının törəmələrinin – avarların, macarların, bolqarların türkçülüyü itirməklərinə gətirib çıxardı. Burada din faktorun mühüm əhəmiyyəti var. Bulqarlarda bozqurd inancının mövcudluğunu XVI-XVII əsrlərdə ora göndərilən missioner rahiblər də qeyd edirlər. Onlar özləri də bulqarların xristian olmalarına şübhə ilə yanaşırlar./APA/

Kərəm Məmmədli,
tarix elmləri namizədi


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər