Azərbaycan alban dövrünün yadigarı olan abidələrə sahib çıxmadıqca, qonşularımız onları dünyaya özününkü kimi təqdim etməyə çalışır.
Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarət Keşikçidağ (David Qareci) monastır kompleksi ətrafında son günlər yaranmış söz-söhbətlər bizi Qədim Albaniyanın tarixinə və bu tarixə aid dini məbədlərə nəzər salmağa vadar edib. İstər erməni qonşularımız olsun, istərsə də gürcü qonşularımız, daim Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasını bəhanə gətirərək, buradakı xristian abidələrini öz adlarına çıxır, türklərin bu yerlərə gəlmə olduğunu iddia edirlər. Erməni və gürcü tarixçilərin bu uydurma ehtimalları çox vaxt onların Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsinə gətirib çıxarır.
Şəki-Balakən bölgəsi xristian abidələri ilə zəngindir.
Azərbaycan alban dövrünün yadigarı olan bu abidələrə sahib çıxmadıqca, bədnam qonşularımız onları dünyaya özününkü kimi təqdim etməyə çalışır. Siz Gürcüstanda dərc edilmiş məlumat xarakterli xeyli kitab və kitabçalara rast gələ bilərsiniz ki, orada Şəki-Balakən bölgəsindəki abidələr "Qədim Gürcüstan" ərazilərindəki xristian kilsələri kimi qeyd olunub. Sputnik Azərbaycan-ın əməkdaşı Balakənin qədim alban məbədləri ilə zəngin olan yerlərini ziyarət edərək, oradakı hər bir tarixi abidə barədə məlumat toplamağa, onu ictimaiyyətlə bölüşməyə çalışır. O, AMEA-nın tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli ilə Balakən rayonunun Qullar kəndi ərazisində yerləşən "Qullar" məbədi barədə söhbətləşib.
"Azərbaycanın Şimal-Qərb bölgəsində antik dövrdən başlayaraq, orta əsrlərin sonunadək qədim türk tarixini izləməyə imkan verən abidələrə rast gələ bilərik. Ulu babalarımızın yadigarı olan abidələr bizə keçmişimizdən xəbər verir. Ümummilli lider Heydər Əliyevin təbiri ilə desək, "Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir". Daha bir milli sərvətimizi Qullar məbədini tanıyaq. V-IX əsrlərə aid bu abidə Balakən rayonunun Qullar kəndində yerləşir. Qullar məbədi Azərbaycan elmi ədəbiyyatında "Aşağı Qullar" məbədi adlanır" - deyə Akif Məmmədli məbədlə bağlı söhbətə körpü salıb.
"Bundan 20 il əvvələ qədər bu kəndin ərazisində 5-6 abidə vardı. Bu gün onların sadəcə bünövrələri qalıb. Qullar məbədinin şimalında - təxminən 3 km yuxarıda onun analoqu olan daha bir abidə var. Hələlik 2 abidə qismən salamatdır" - o bildirib.
Tarixçi təəssüflə qeyd edib ki, əhali arasında maarifləndirmə işi aparılmadığı üçün insanlar abidənin təyinatını, tikilmə məqsədini, tariximizdəki yerini və rolunu bilməyiblər: "İnsanların bir qismi sanki bir müsəlman təəssübkeşliyi üzündən, müsəlmanlığa daha çox sahib çıxmaq adı ilə xristianlıq dövrünə aid abidələri sıradan çıxarıblar".
Barəsində danışdığımız abidə bir nefli ibadət zalından ibarətdir. Abidənin tikintisində yerli əhəmiyyətli tikinti materialları - daş, çay daşı, kərpic və yapışdırıcı məhsul kimi isə kirəcdən istifadə olunub. A.Məmmədlinin qənaətinə görə, onun tikintisində istifadə edilən kirəc indiki kimi yox, daha fərqli olub: "Deyilənə görə, onun tərkibinə yumurta sarısı qatılıb. Bu fikir özünü doğruldur. Çünki 1500 il tarixi olan bu abidə bu qədər dağıntılara sinə gərib qalıbsa, deməli, burada bir həqiqət var. Məbədin mehrab hissələri, mehrabın üzərindəki tağ, bir də girişdəki tağ onu xüsusi qoruyur. Yəni, bu kilsə memarlığında tağ tikilisi onun üst hissəsini daha yaxşı qoruya, möhkəmliyini təmin edə bilirdi. Eyni zamanda yan divarları da qoruyurdu. Abidənin şərqinə doğru baxsaq, yenə də əsas görüntü qalmaqdadır, mehrab da yerindədir".
Alimin sözlərinə görə, burada 3 pəncərənin olduğu məlumdur: "Yəni, alban xristianlığına görə bu, İsa Peyğəmbərin üç simasını ifadə edir - Ata Allahı, Oğul Allahı və Müqəddəs Ruhu. Bu məbəddə zaman-zaman dəyişikliklər olub. Amma ən vacibi odur ki, bu, erkən orta əsrlərə - xristianlığın erkən dövrünə, zəng qülləsinin meydana gəlməsinə qədər tikilmiş məbədlərdən biridir".
Yunan tarixçisi və coğrafiyaçısı Strabonun "Mən dünyanın heç yerində bu qədər məbəd görmədim" sözünü xatırladan tarixçi, haqqında bəhs etdiyimiz bölgəni "açıq səma altında muzey" adlandırır.
"Təkcə Qullar kəndində son 30 ilə qədər qalıqları qalan 6 məbəd gördüm və bunlardan ikisi salamatdır. Rayonun Gərəkli kəndində 10-dək məbəd var. O məbədlərdən 3-ü qismən salamatdır, 7-8-nin isə bünövrələri qalmaqdadır. Düşünəndə hər bir obanın, hər bir tabunun (tabun - qədim türklərin at ilxılarının saxlandığı binə yerləri, onun yanında özlərinin yaşayış yeri olan sahə - red.) ən azı 5-10 dənə özünəməxsus bir icma məbədi olub. Ümumilikdə götürsək, təkcə Balakəndə məbədlərin sayı 100-ü keçmiş olur".
Tarixçi alim bu abidələrin dünyada tanıdılması ilə bağlı arzularını dilə gətirib: "Gələcəkdə bütün abidələri araşdıraraq sonunda bir turizm marşrutuna düzə bilsək, dünyaya təqdim edə bilsək, Azərbaycanın şimal-qərb bölgəsini, Avropanın hələ bələd olmadığı, bilmədiyi qədim xristian mədəniyyətini dünyada tanıda bilərik. Həmyerlilərimizə səslənirəm ki, abidələri qorusunlar. Bununla biz həm də bölgəmizin turizm sektorunu inkişaf etdirə bilərik".(Sputnik Azərbaycan)
Şahpəri Abbasova
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024